Türkçe Edebiyat K



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,63 Mb.
#77356


GULUSOY, İ. (2018).  Kavsi Tebrizi Şiirlerinin Dilinin Leksik Özellikleri Üzerine. Uluslararası Türkçe 

Edebiyat Kültür Eğitim Dergisi, 7(2), 771-787. 

 

 



          Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE 

 

                                    

 

 



 

KAVSİ TEBRİZİ ŞİİRLERİNİN DİLİNİN LEKSİK ÖZELLİKLERİ ÜZERİNE 

İlkin GULUSOY



 



Geliş Tarihi: Ocak, 2018                                  Kabul Tarihi: Mart, 2018 

Öz 

XVII.  yüzyıl  Azerbaycan  şairi  Kavsi  Tebrizi  Azerbaycan  yazı  dilinin 

şekillenmesinde  ve  gelişmesinde  çok  önemli  yere  sahip  olan  şahıslardandır. 

Kendi yaratıcılık arayışları, kendine has dili ve üslubu olan Kavsi Tebrizi’nin 

ana dilinde yazmış olduğu şiirler anlam yoğunluğu, doku zenginliği, halk dili 

unsurları  və  farklı  söz  sanatlarının  kullanımı  ile  dikkat  çekmektedir.  Şairin 

Azerbaycan  yazı  dilini  canlı  halk  diline  dayanarak  poetik  unsurlar  ile 

zenginleştirmesi  Azerbaycan medeniyeti tarihindeki hizmetlerinden biri gibi 

değerlendirilmelidir.  Onun  şiirleri,  yaşadığı  dönemin  yazı  dilinin  leksik  ve 

semantik özelliklerinin ortaya çıkarılmasında büyük önem arz etmektedir.    

Makalede  Kavsi  Tebrizi’nin  şiirlerinin  XVII.  yüzyıl  Azerbaycan  yazı 

dilinin söz varlığını ve leksik özelliklerini öğrenmek için zengin malzemeye 

sahip  olduğuna  değinilmiş,  şairin  şiirlerinin  dilindeki  alıntı  kelimeler, 

arkaizmler,  eşsesli,  eşanlamlı  ve  zıtanlamlı  sözcüklerin  leksik  ve  semantik 

özellikleri  ele  alınarak  incelenmiş,  onların  şiirde  kullanım  şekillerinden 

bahsedilmiştir. 



Anahtar Sözcükler: XVII. yüzyıl, Kavsi Tebrizi, Azerbaycan Dili, leksik 

özellikler. 



LEXICAL PECULIARITIES OF GOVSI TABRIZI POETRY 

Abstract 

Azerbaijani poet of the XVII century Govsi Tabrizi played a major role in 

the  establishment  and  development  of  Azerbaijani  literary  language.  Govsi 

Tabrizi is a poet with unique creative search, original language and style. The 

poems by  Govsi Tabrizi written in Azerbaijan language attracts the attention 

of  the  reserchers  by  the  richness  of   meaning,  structure,  folk language 

elements  and  the  use  of  different  literary  expressive  means  the 

language.  Govsi Tabrizi enriched Azerbaijani literary language by means of 

literary  expressions  of  folk  language.  It  was  one  of  his  invaluable  merits  in 

the  history  of  Azerbaijani  culture.  His  poems  are  of  great  importance  for 

revealing lexical-semantic and grammatical peculiarities of literary language 

of that period. 

It  is  noted,  that  poems  by  Govsi  Tabrizi  give  rich  material  to  study  the 

vocabulary  and  lexical  features  of  the  Azerbaijani  literary  language  in  the 

XVII century. National and borrowed words, 

archaisms 

used in the poems of 

the  poet,  lexical-semantic  and  stylistic  peculiarities  of  different  language 

groups (homonymous, synonyms, antonyms) are also analyzed in the article. 

Keywords:  XVII  century,  Govsi  Tabrizi,  Azerbaijani  literary  language, 

lexical peculiarities.  

                                                           

 



 

Dr. Öğr. Üyesi; Kafkas Üniversitesi, Fen Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, 

ilkingulusoy@gmail.com.

 



      

772    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

 

Giriş 

Azərbaycan şairi Qövsi Təbrizi XVII əsrə qədərki klassik ədəbi dil irsini uğurla davam 

və  inkişaf  etdirib,  özünəməxsus  çığıra  düşən,  öz  yaradıcılıq  axtarışları,  öz  kəlamı,  öz  dili  və 

üslubu  ilə  seçilən  sənətkardır  (Əlibəyzadə,  2008:  292).  “XVII  əsrin  Xətaisi”  adlandırılan 

(Seyidov ve Əlizadə, 1977: 97) Qövsinin ana dilində şeirlər yazması, əruz vəzninin Türk şeirinə 

tətbiqində ustalıq göstərməsi, canlı xalq dili hesabına Azərbaycan ədəbi dilini obrazlı ifadələrlə 

zənginləşdirməsi və ana dilinin sadə ifadə şəkillərini şeir dilində müdaifə və inkişaf etdirməsi 

onun Azərbaycan mədəniyyəti tarixindəki xidmətlərindən biri kimi yüksək dəyərləndirilməlidir. 

Bununla  bağlı,  Yusif  Seyidov  yazır:  “Qövsi  Təbrizi  öz  əsrinin  mədəni-tarixi  həyatındakı 

böhrandan  şərəflə  çıxmış;  Nəsimi,  Xətai  və  Füzuli  tərəfindən  işlənib  hazırlanmış  Azərbaycan 

dili şeir nümunəsini daha da cilalayaraq özündən sonrakı söz ustaları nəslinə  - Vaqif, Vidadi, 

Zakir  və  Seyid  Əzim  Şirvani  kimi  şairlərə  ləyaqətlə  təqdim  etmişdir.  Qövsini  Azərbaycan 

ədəbiyyatına,  ədəbi  dilinə  bağlayan  və  yüksəldən  ümdə  cəhət  budur”  (Seyidov,  2007:  386). 

“Qövsi  XVII  əsrin  Füzulisidir”  deyən  Tofiq  Hacıyev  də  şairin  dilini  leksik  və  qrammatik 

quruluş  baxımından  XVII  əsrin  əsas  dil  faktı  kimi  dəyərləndirir,  Füzuli  dilinin  yüz  illik 

xəlqiləşməsinin  nəticəsi  və  “əruz  sintaksisi”nin  xəlqiləşməsi  kimi  xarakterizə  edir:  “Qövsi  bu 

mükəmməl  sintaksisi  xalq şeirinə  təmasla  bir  qədər  də  xəlqiləşdirir.  Beləliklə,  klassik  şeirdən 

xalq şeirinə keçid dövrünün şairi olan Qövsinin dili xalq şeir ifadələrinin bolluğu və mükəmməl 

əruz sintaksisinin güclü xəlqiləşməsi ilə səciyyələnir” (Hacıyev, 2012: 428).  

Qövsi Təbrizinin həyat və yaradıcılığını geniş şəkildə tədqiq edən Mümine Çakır yazır 

ki,  


Netice  itibariyle  Kavsî,  Fuzûlî  muakkibi  olarak  bilinmekle  beraber  onun 

gölgesinde kalmamış bir şairdir. Çeşitli kütüphanelerde bulunan Dîvân’ındaki 

pek  çok  şiiri  Türkçenin  bir  şiir  dili  olarak  kuyumcu  hassasiyetiyle  işlenmiş 

olduğunu  göstermektedir.  Ayrıca,  devrin  sosyal  hayatını,  edebî  dilin 

imkânları  ile  fakat  sade  denilebilecek  bir  dille  yansıtması,  bu  sırada  halk 

söyleyişlerinin başarılı bir şekilde şiirlerde kullanılması gibi hususiyetlerinin 

yanında  klâsik  şiirimizin  özelliklerini  de  bünyesinde  barındırması  ile  Kavsî 

Dîvânı;  Türk/Azerî  Edebiyatı’nın  önemli  bir  halkasını  oluşturmaktadır 

(Çakır, 2008: 313). 

Xalqın  həyatına,  onun  canlı  dilinə  və  şifahi  ədəbi  xəzinəsinə  yaxşı  bələd  olan  bir 

sənətkar kimi böyük ustalıqla doğma dilin lüğətindən, obrazlı ifadə üsullarından istifadə edərək 

Azərbaycan  bədii  dilini  zənginləşdirən  Qövsi  Təbrizinin  dilindəki  axıcılıq  və  müdrik  ifadə 

yaradıcılığı, əslində, folklorla mənəvi təmasın nəticəsidir. Azərbaycan xalqının şifahi yaradıcılıq 

dilində, eyni zamanda gündəlik ünsiyyətində min illərin sınağından keçib gələn elə ifadə tərzi və 

söz qəlibləri var ki, bunlar özlüyündə şeirə ahəngdarlıq və axıcılıq gətirir.  



      

773    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Qövsi  Təbrizinin  dilinin  leksik  zənginliyi  başlıca  olaraq  həyatın  bütün  sahələrinə  aid 

sözlərin  onun  yaradıcılığında  öz  əksini  tapması  ilə  bağlıdır.  Şairin  şeirlərinin  sənətkarlıq 

baxımından  yüksək  bədii  keyfiyyətləri  onun  ana  dilinin  incəliklərinə  bələd  olması  və  sözlərin 

üslubi  imkanlarından  yüksək  dərəcədə  yararlanmasından  irəli  gəlir.  Onun  şeir  dili  bütövlükdə 

XVII əsrin ədəbi-bədii dilinin leksik-semantik mənzərəsini təsəvvür etməyə imkan verir.  

Bu  dövrdə  yazıb-yaratmış  şairlərin  yaradıcılığına  nəzər  saldıqda  məlum  olur  ki,  

əsərlərində ümumxalq Azərbaycan dili vahidləri çox işlənməsinə baxmayaraq, belə sadələşmə 

sistematik  mahiyyətli  olmamış  və  ədəbi  dilin  bədii  üslub  qoluna  ciddi  yenilik  gətirməmişdir. 

Lakin “Əlican Qövsinin dili XVII-XVIII əsrlərə görə sadə, ahəngdar və obrazlıdır. Xalq danışıq 

dilinə  məhəbbət  şairin  şeirlərinə  məlahət,  şirinlik,  sözlə  deyilməsi  o  qədər  də  asan  olmayan 

hissi,  duyğunu  dəqiq  ifadə  etmək  imkanı  verir”  (Azərbaycan  ədəbiyyatı  tarixi,  2009:  623). 

Həqiqətən  də,  Qövsinin  əsərlərinin  dili  ən  yığcam  və  yüksək  şeir  dili  təsiri  bağışlayır.  O, 

zamanın  tələbinə  görə,  daha  çox  klassik  şeir  çərçivəsindən  kənara  çıxmayan  əruz  ölçüsündə 

yazsa  da,  şeirinin  məzmununu  formaya,  mənanı  ölçüyə  tabe  tutmamış,  çox  yerdə  bu  formanı 

qırmağa, dilin, sözün bütün gözəlliyini göstərməyə çalışmışdır; məsələn: 

Bülbül mənim əfğanıma qatlanmadı uçdu, 

Yarım gecə qönçə yuxudan durdu və köçdü... 

Hicran gecəsi gəldi yenə başimə, ey vay, 

Hərçənd yaman keçdi günüm, şükr ki, keçdi. 

Qurtulmadı, yarəb, cigərim qanı, nə sirdir, 

Hərçənd ki, göz tökdü ayağə könül içdi. 

Vəsfi-ruxi-gülrəngin onun başladı Qövsi, 

Gülzaridə bülbül yenə gül dəftərin açdı (Təbrizi, 2007: 124). 

Bu qəzəldə Türk mənşəli sözlərin çox işlənməsi ilə yanaşı, onların ahəngi, qafiyə təşkil 

etməsi,  şeirdəki  məcaz  və  üslubi  fiqurlar,  Azərbaycan  dilinə  məxsus  sintaktik  quruluş  və  söz 

sırası  yerli-yerində  olub,  XVII  əsr  xalq  danışıq  dilinin  ecazkarlığını  gözlər  önünə  sərir.  

Ümumiyyətlə, şivə sözləri və leksik arxaizmlər istisna edilməklə, şairin dilində işlənmiş Türk 

mənşəli sözlərin əksəriyyəti Azərbaycan dilinin əsas lüğət fonduna daxil olan sözlərdir. Qövsi 

Təbrizinin dilində işlənən, qədim Türk leksikasının varisi olan leksik vahidlərin böyük bir qismi 

müasir türk dillərinin əsas lüğət fonduna daxil olmuş və ümumişlək leksik layı təşkil edir. Əsas 

lüğət fondundakı  sözlər isə  “tarixi  sabitlik,  ümumi-həyati  zərurilik,  yeni sözlərin  yaranmasına 

baza  ola  bilmək  kimi  əsas  əlamətlərinə  görə  digər  sözlərdən  fərqlənir  və  belə  əlamətlər  əsas 

lüğət fondunun, ümumiyyətlə dilin material hissəsinin olmasını təmin edir” (Dəmirçizadə, 1957: 

94).  



      

774    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

1. Alınma sözlər: Təbii ki, Qövsi Təbrizinin dilində dövrün tələbi ilə əlaqədar olaraq, 

ərəb  və  fars  sözləri,  izafət  tərkibləri  də  çox  işlənmişdir,  lakin  müasir  oxucunun  qarşılaşa  

biləcəyi  çətinlik  yalnız  bunlarla  bağlı  deyildir;  burada  qrammatik  quruluşla  əlaqədar  olan 

dəyişikliklər,  üslubi  fərqlənmələr  də  nəzərə  alınmalıdır.  Qövsinin  əsərlərinin  dilinin  bir  qədər 

anlaşılmaz  olmasının  səbəbini  ərəb  və  fars  sözlərinin,  izafət  tərkiblərinin  çoxluğu  ilə  deyil, 

dövrlər  arasındakı  ictimai-siyasi,  mədəni  fərqlərlə  əlaqədar  olaraq,  Azərbaycan  dilinin  lüğət 

tərkibində  əmələ  gələn  dəyişikliklə  əlaqələndirmək  daha  doğru  olardı.  Qəzənfər  Kazımov 

bununla  əlaqədar  olaraq  yazır:  “Qədim  abidələrimizin  leksikasını  öyrənərkən  əsərin  yarandığı 

mühiti, ictimai şəraiti nəzərə alaraq, müəllifin əcnəbi sözlərə münasibətini müəyyənləşdirmək, 

ədəbi-ictimai mühitin qohum və qonşu dillərə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq 

lazım gəlir” (Kazımov, 2010: 89). 

Məlumdur ki, bütün xarici təsirlərə və öz orijinallığını mühafizə etməsinə baxmayaraq, 

hər bir dilə başqa dildən az-çox söz keçmiş olur. Hətta çarpazlaşmada qalib gələn dil də öz lüğət 

tərkibini məğlub dilin hesabına artırır. Beləliklə də, müxtəlif yollar və səbəblər nəticəsində dilin 

lüğət  tərkibində  əcnəbi  sözlər  özünə  yer  tapmış  olur.  “Belə  əcnəbi  sözlər  isə  əsasən  və  çox 

zaman bu və ya digər dilin lüğət tərkibinin çoxcəhətli və zəngin olmasına böyük təsir göstərir” 

(Qəhrəmanov, 1979: 124). Bir məsələni də qeyd etmək lazımdır ki, başqa dillərdən söz, ifadə və 

ya hər hansı bir dil vahidinin alınmasının da müəyyən hüdudu vardır. Alınma sözlər və ya dil 

ünsürləri bu hüdudu keçərsə, dilin müstəqil inkişafının qarşısı alınmış olar və dil tədricən məhvə 

uğraya  bilər.  Buna  görə  də  yazı  dilinə  gətirilən  hər  bir  dil  vahidinin  mənimsənilib-

mənimsənilmədiyi, daxil olduğu dilə üzvi surətdə qarışıb-qarışmadığı, o dilin zənginləşməsinə 

xidmət edib-etmədiyi nəzərə alınmalıdır. Nəhayət, “sözlərin zamanla, ictimai quruluşla, ictimai 

düşüncə  ilə  bağlı  olaraq  dilə  daxil  olduğunu  və  bu  amillər  olmadıqda  və  ya  başqalaşdıqda, 

əlaqədar sözlərin də dildən düşəcəyi, başqa sözlərlə əvəz ediləcəyi də nəzərdən qaçmamalıdır” 

(Əhmədov, 1990: 41). 

Məhərrəm Hüseynov yazır: “Janrın poetikasından irəli gələn bir xüsusiyyətdir ki, dilin 

bütün  üslubi  layları  şeir  dili  üçün  yararlıdır,  leksik-qrammatik  baxımdan  bütün  dil  vahidləri, 

onların müxtəlif üslubi çalarlara malik olan ünsürləri bitməz-tükənməz ifadəlilik imkanları ilə 

çıxış edirlər. Şeirin ahəngdarlığı, vokal xüsusiyyətləri onların məqsədyönlü birliyindən doğur” 

(Hüseynov,  2008:  358).  Qövsinin    dilində    də  Türk  mənşəli  sözlərlə  yanaşı,  Ərəb  və  Fars 

mənşəli sözlərin də çox işlənməsi bir tərəfdən dövrün, islam dininin və əruz vəzninin tələbləri 

ilə əlaqəlidirsə, digər tərəfdən şairin əsrlər boyu müxtəlif xalqların mədəniyyətlərini birləşdirən 

bu üç dilin şeirdəki bədii gücünü göstərmək istəyi ilə bağlıdır.  



      

775    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Bu dövr yazı dilində ərəb və fars mənşəli sözlərin kəmiyyətcə üstünlüyü uzun bir tarixi 

prosesin təbii nəticəsi olduğundan belə sözlərin xeyli hissəsi canlı dildən əlavə, lüğət tərkibinin 

əsas  hissəsinə  də  daxil  olmuş,  ümumişlək  sözlər  sırasına  keçmiş,  zəruri  leksik  vahidlərə 

çevrilmişdir.  Şairin  dilindəki  alınma  sözlər  XIII-XIV  əsrlərdə  Azərbaycan  ədəbi  dilində 

işlənilən  qədər  olmadığı  kimi,  növ  və  keyfiyyət  etibarilə  də  onlardan  fərqlidir.  Qövsi  Təbrizi 

işlətdiyi  sözlərin,  hər  şeydən  əvvəl,  avam  kütləyə  tanış  olmasını,  asan  yazılıb-oxunmasını 

nəzərə almış və elə alınma sözləri seçib işlətmişdir ki, bunların bir qismi  hələ ondan çox əvvəl 

artıq  türkcələşmişdi,  bir  qismi  isə  qısa  və  asan  olduğu  üçün  tezliklə  mənimsənilə  bilən  və 

əvvəllər İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli, sonralar isə Qövsi qəzəlləri 

vasitəsilə də daha geniş yayılan sözlərdir; məsələn:  

Mən təbibəm hər kimin kim, dərdi-bidərmanı var, 



İxtiyarilə gərək təslim ola, ta canı var (Təbrizi, 2007: 93). 

Hərçənd qəmi-eşqi nihan eyləmək olmaz, 

Fəryad ki, fəryadü fəğan eyləmək olmaz (Təbrizi, 2007: 193).  

Hansı əsər etsə, mətləb oldur, 

Çün dərd sənin, dəva sənindir (Təbrizi, 2007: 100).  

Gözüm, könül dedigin gərçi qətrədirəmma 



Bəsirət əhli ümman ilən bərabərdir (Təbrizi, 2007: 132). 

Üz tutub mehrabə ağlarsam, demin, zahid mənə, 

Ey müsəlmanlar, məni ol namüsəlman ağladır (Təbrizi, 2007: 158). 

Nəzakət əhlinə bağü baharü nemətdir, 

Bəla sevənlərə səhrayi-Kərbəladır eşq. (Təbrizi, 2007: 233) vs.  

Bu  misralardakı  təbib,  dərd,  ixtiyar,  təslim  olmaq,  can,  hərçənd,  qəm,  eşq,  fəryad, 



fəğan,  dəva,  qətrə,  əsər,  mətləb,  bəsirət,  qətrə,  əmma,  ümman,  bərabər,  mehrab,  zahid, 

nəzakət, bahar, nemət, bəla, səhra sözləri müasir dövrdə də asan anlaşılan sözlərdir.  

Klassik Şərq ədəbiyyatında məşhur və məqbul olan obrazlara – ney, qönçə, divanə, şəm, 



ləl, dürr, pərvanə, ah, dağ, səba, xəzan, bülbül, zülfi-pərişan, canan, gülüzar, aşiq, ahu, əğyar, 

Leyli,  Məcnun,  Fərhad  və  s.  alınma  sözlərə  şairin  dilində  tez-tez  rast  gəlirik.  Məhərrəm 

Hüseynovun  da  qeyd  etdiyi  kimi,  “söz  öz  leksik-semantik  mənasını  yaratdığı  obrazın 

mahiyyətinə, mətn mühitinə uyğun şəkildə dəyişməli olur. Yəni həmin söz hər hansı nominativ 



      

776    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

mənadan  əlavə,  həm  də  tamamilə  başqa  bir  obrazlı  anlayışın  ifadəçisi  rolunu  oynamalı  olur” 

(Hüseynov,  2008:  30).  Qövsi  şeirində  də  bu  məfhumlar  hər  dəfə  başqa  cəhətdən 

işıqlandırılmaqla  şairin  üslubunu  səciyyələndirir  və  yeni  bir  bədii  təsəvvür,  yeni  bir  lövhə 

yaratmaq məqsədi daşıyır. məs.: 

Məni-divanəyə eşq içrə hər bidərdi bənzətmiş  

Ki, Məcnun vüsəti-səhra sorar, Fərhad dağ istər (Təbrizi, 2007: 54). 

Bülbül kimi mənim dəxi çox var sözlərim,  

Lal oldu qönçətək dilim, ey gülüzar, heyf (Təbrizi, 2007: 19). 



Pərvanə yaxar var-yoxunu bir oda yetsə,  

Razı deyiləm kim, mənə pərvanə desinlər (Təbrizi, 2007: 32). 



Ey bülbüli-nadan, bu nə ahü nə fəğandır 

Kim, bir yerə fəryadi-zəifanə yetişməz (Təbrizi, 2007: 56) vs

Göründüyü  kimi,  Qövsi  Təbrizi  bəzi  sözləri  dilin  qrammatik  və  üslubi  qayda  və 

imkanlarından istifadə etməklə elə dəyişdirmiş, ifadə və cümlə içərisində elə yerləşdirmişdir ki, 

mənalılıq və təsirlilik ahəngdarlılıqla, səlisliklə uzlaşmış, şairin dilə hakimliyini əks etdirmişdir. 

Bunların  alınma  tarixini  müəyyənləşdirmədən  də  demək  mümkündür  ki,  burada  Azərbaycan 

dilinə yad olan ünsür yoxdur və vaxtilə həmin sözlər dilin təbii, zəruri ifadə vasitələri sırasına 

keçmişdir.  



2.  Arxaizmlər:  Qövsinin  dilində  köhnəlmiş,  arxaik  rəng  almış  və  ya  indi 

arxaikləşməkdə  olan  bir  sıra  sözlər  də  vardır.  Bu  sözlərdə  arxaikləşmənin  təzahür  yolları 

müxtəlif  olduğu  kimi,  onların  arxaikləşmə  səbəbləri  də  fərqlidir.  Daha  dəqiq  desək,  dilimizin 

inkişafı  ilə  əlaqədar  dilin  leksik  qatında  xüsusi  lay  təşkil  edən  qədim  türk  sözləri  zaman 

keçdikcə müəyyən dəyişikliyə uğramışdır. Qövsinin dilində işlənmiş arxaizmlər həm semantik 

inkişaf, həm də forma baxımından zəngindir. Belə leksik vahidlərin bir qismi müasir şivələrdə, 

bir  qismi  digər  türk  dillərində  fəal  işlənməkdədir.  Bəzi  arxaik  sözlərə  müəyyən  frazeoloji 

vahidlərin, atalar sözlərinin tərkibində daşlaşmış formada təsadüf olunur. Bəzi sözlərin isə ilkin 

mənası  arxaikləşmiş,  onlar  yeni  məzmun  və  semantik  məna  çalarlığı  qazanmışdır.  Qövsinin 

şeirlərindəki  arxaik  sözlər  onun  dilini  daha  çox  “Kitabi-Dədə  Qorqud”un  dilinə  bağlayır. 

Ümumən,  Qövsinin  dilində  işlənən  sözlər  Azərbaycan  dilinin  bütün  dövrləri  üçün  fəal 

olmuşdur.  




      

777    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Şairin dilindəki arxaik sözlərin bir qismi (yey, ağu, qatla, danla, yaşırmaq, bulmaq və 

s.)  müasir  Azərbaycan  dilində  həm  fonetik  tərkib,  həm  də  mənaca  məhdudlaşdırılaraq 

ümumişlək  sözlər  sırasından  çıxmışdır.  Bəzi  mənbələrə  müraciət  etdikdə  belə  sözlərin  qədim 

tarixi  olduğu,  indi  də  tamamilə  unudulmayaraq  Azərbaycan  dilinin  bu  və  ya  digər  dialekt  və 

şivəsində, qohum türk dillərində işləndiyi aşkara çıxır. Şübhəsiz, Qövsi Təbrizinin dilində rast 

gəldiyimiz  belə  sözlərin  arxaikləşmə  tarixi  uzundur  və  şairin  dövründə  də  bu  proses  davam 

etmişdir.  

Əbdüləzəl Dəmirçizadə yazır ki, “XVI əsrdə Füzuli əsərlərində çox işlənilən kəndü, ol, 

kim,  qıl,  qamu,  qanda,  qancaru  kimi  arxaikləşmiş  sözlər  onun  (Qövsi  Təbrizinin)  dilində  az 

işlənmiş,  hətta  bunların  bəziləri  (məsələn,  kəndü)  heç  işlənməmişdir...  Belə  faktlar  bir  daha 

sübut edir ki, XVII əsrdən başlayaraq folklora meyl güclənmiş və şifahi ədəbi dil ünsürlərinin, 

az da olsa, yazılı ədəbi dilə köçürülməsi prosesi getdikcə artmışdır” (Dəmirçizadə, 1979: 218). 

Yuxarıdakıları və ümumən bütün dəyişiklikləri nəzərə alaraq, Qövsinin dilində işlənən, 

müasir dilimiz üçün arxaikləşmiş vahidləri struktur-semantik cəhətdən iki yerə ayırmaq olar:  



1) Müasir Azərbaycan ədəbi dili üçün tam arxaikləşmiş sözlər; məs.:   

Çox yamandır etimad etmək bu gündən danlaya,  

Ta həyatım var durum hala dolanım başına (Təbrizi, 2007: 47).  

Yüz siğəyilə tövbə verir özgəyə zahid,  

Amma özü min qatla peşiman olacaqdır (Təbrizi, 2007: 14).  

Amma necə əhvalımı səndən yaşırım kim,  

Divanə edibdir məni ol nərgisi-cadu (Təbrizi, 2007: 98). 

Acı ağız yey bilir qəndi-mükərrər ləzzətin,  

Etməsin məndən diriğ ol ləbi-şəkkərbar söz (Təbrizi, 2007: 121).  

Yüz min bəhanə istərəm ol kuyə varmağa, 

Derlər ki, cənnətin səbəbi bir bəhanədir (Təbrizi, 2007: 71).  

Əgər bir mehr göstərsə, çəkər min tiği-kin gərdun 

Saqın, ağuludur, tök bu hərifin şərbətin, getsin (Təbrizi, 2007: 249).  

Ey bir zəman dilində məni yad qılmayan

Hansı nəfəs ki, mən səni könlümdə anmanam (Təbrizi, 2007: 326). 



      

778    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

İstədim hərgah ləlin vəslini səhba kimi, 

Bağrımı qan eylədin bir al ilə mina kimi (Təbrizi, 2007: 430). 

Bu beytlərdəki danla, qatla, yaşırmaq, yey, varmaq, ağulu, qılmaq, anmaq, al sözləri 

müvafiq  olaraq  sabah,  dəfə,  gizləmək,  yaxşı,  çatmaq,  zəhərli,  etmək,  xatırlamaq,  hiylə 

mənalarında olub, müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş dil vahidləridir. 



2) İlkin mənasını saxlamaqla fonetik dəyişikliyə uğrayan sözlər; məs.: 

Ömrlərdir itmişəm, mən bilmənəm kim, handayam,  

Heç məni gördünmü, ey ənqa, dolanım başına (Təbrizi, 2007: 87). 

Günüm gecəm kimi peyvəstə qarədir sənsiz,  

Gözüm çırağı, gözüm hiç karədir sənsiz (Təbrizi, 2007: 75). 

Bu rəng mənim bağrım əgər qan olacaqdır,  

Aləm qamu bir qitə gülüstan olacaqdır (Təbrizi, 2007: 56). 

Mən edirsən Qövsini, ey şaxi-gül, fəryaddən, 



Xansı bülbüldür ki, bu gülşəndə əfğan eyləməz (Təbrizi, 2007: 198). 

Qarınca öz qədərincə vurar, yıxar, dağıdar,  

Haman mənim əlimi dövri-ruzigar açmaz (Təbrizi, 2007: 90). 

Ki, munca açmazü açmaz fəsanədir Qövsi,  

Nə müşkül ola cahanda ki, girdigar açmaz (Təbrizi, 2007: 99). 



Qaçan fürsət verir nazi-təğafül dərdi-hicranə,  

Bəli, ehya verən azdır və gör nə öldürən çoxdur (Təbrizi, 2007: 91). 

Sənin yanında əgər öz sözini bilməyə Qövsi, 

Anınladır həq, doğrusu, həqdən incimək olmaz (Təbrizi, 2007: 194). 

Navəkin sinəmdə, ey əbrukəman, xəm bolmasın

Göz bulağından nihali-qamətin kəm bolmasın (Təbrizi, 2007: 261). 

Bu  beytlərdəki  handayam,  qarədir,  qamu,  xansı,  qarınca,  munca,  qaçan,  anınla, 



bolmasın sözləri müasir Azərbaycan ədəbi dilində müvafiq olaraq haradayam, qaradır, hamı, 

hansı, qarışqa, bunca, haçan, onunla, olmasın fonetik varianlarında işlənməkdədir. 


      

779    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Ümumiyyətlə,  sözlərin  fonetik  tərkib  və  məna  cəhətdən  arxaikləşməsi  müxtəlif 

səbəblərlə  bağlıdır.  Bəzi  sözlər  öz  sinonimləri  tərəfindən  məhdudlaşdırılmış  və  fəal  sözlər 

sırasından çıxarılmışdır. Bəzən alınma söz xalis Azərbaycan sözlərinin təsiri ilə, bəzən əksinə, 

Azərbaycan  mənşəli  sözlər  alınmaların  təsiri  ilə  arxaikləşmiş,  bəzən  də  alınmalar  bir-birini 

sıxışdırmışdır.  Qövsinin  dilində  elə  sözlərə  də  təsadüf  olunur  ki,  onlar  bu  gün  də  ədəbi  dildə 

müəyyən  anlayışların  ifadəçiləri  kimi  mühüm  rola  malikdir,  lakin  fonetik  tərkibcə  –  şəkilcə 

müəyyən dəyişikliyə uğramışdır. Bu dəyişiklik Azərbaycan dili sözlərində tarixi mahiyət daşıyır 

və bu dilin formalaşmasında iştirak edən etnik qrupların dillərinin qalığı hesab olunur. Məsələn:  

Fələkdə öylə üzmüş mehrü mahin rövnəqin hüsnün –  

Ki, yulduzlar bu üzdən hər biri bir çeşmi-heyrətdir (Təbrizi, 2007: 97). 

Yol hiç bulmanam diş ilə ağzı sirrinə, 

Məhv olmuşam ki, “mim” ara “sin” qəribdir (Təbrizi, 2007: 64). 

Şairin  dilində  təsadüf  edilən,  müasir  Azərbaycan  ədəbi  dili  üçün  arxaikləşmiş  Türk 

mənşəli  sözlərin  əksəriyyəti  “Kitabi-Dədə  Qorqud”  dastanının,  İmadəddin  Nəsimi,  Qazi 

Bürhanəddin, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Nemətullah Kişvəri, Məhəmməd Əmani, 

Molla  Pənah  Vaqif,  Qasım  Bəy  Zakir  və  başqalarının  dilində,  həmçinin  bir  sıra  türkdilli 

mənbələrdə  geniş  şəkildə işlənmişdir.  Qədim  Türk  sözləri  anadilli  abidələrlə  yanaşı,  şivələrdə 

də  öz  əksini  tapmışdır.  Lakin  elə  arxaizmlər  var  ki,  onların  nəinki  müasir  dildə,  dialekt 

leksikasında  da  leksik  fakt  kimi  izlərinə  rast  gəlmək  çətindir.  Bu  məsələyə  aydınlıq  gətirən 

Elbrus Əzizov belə arxaizmlərin dialekt leksikasında işlənməməsinin iki başlıca səbəbini qeyd 

etmişdir:  1)  Bu  sözlərin  yazılı  abidələrdə  işləndiyi  dövrdə  artıq  onların  sinonimləri  dialekt 

leksikasında  aparıcı  lüğəvi  vahid  olmuşdur;  2)  Real  danışıq  zəminindən  məhrum  olan  belə 

sözlər  yazılı  abidələrin  dilində  daha  çox  ədəbi  dil  ənənələrinin  təsiri  ilə  özünü  göstərmişdir  

(Əzizov, 1999: 225). 

3. Mənaca söz qrupları:  

Müasir Azərbaycan dilinin lüğət tərkibindəki sözlər məna ifadə etməsinə görə üç qrupa 

bölünür:  omonim sözlər, sinonim sözlər, antonim sözlər (Xəlilov, 2008: 163). Şeir mühitində 

mənaca  söz  qruplarının  obraz  yaratma  potensialı,  obrazlı  mahiyyəti  ortaya  çıxır.  Omonim, 

sinonim  və  antonimlərdən  istifadə  şeirdə  ifadə  olunan  fikrin  genişlik  tapmasında,  məna 

dərinliklərinə daha artıq nüfuz etməsində, dildə rəngarənglik yaranmasında və onlarda təcəssüm 

olunan, onlardan nəşət edən estetik təsirin davamlılığında rol oynayır. 

 



      

780    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

3.1. Omonimlər: 

 Aytən Hacıyeva yazır ki, “Poeziyada, bədii ədəbiyyatda, xüsusilə folklorda omonimlər 

əvəzedilməz  dil  vahidləridir.  Zahirən  biri  digərinə  bənzəyən  bu  sözlərin  bədii  üslubda 

qarışdırılması  ahəngdarlıq  və  səlisliyi  artırır,  mənanı  qüvvətləndirir,  insanın  bədii  zövqünü 

oxşayır və oxucunun nəzər-diqqətini ifadə edilən fikrə cəlb edir”  (Hacıyeva, 2017: 14).  

Qövsi Təbrizinin dilində omonimlərin eyni beyt daxilində işlənməsi az müşahidə edilir; 

məsələn:  

Qavuşdu dağ dağə, təbibim, qavuşmadı, 

Sinəmdə mərhəminlə sənin qanlı dağlar (Təbrizi, 2007: 100). 

Ta könlümü asan aparub müşkülə saldın, 



Dildən məni saldın, məni dildən-dilə saldın (Təbrizi, 2007: 503). 

Birinci beytdəki dağ sözü ilk misrada hündür torpaq sahəsi”, ikinci misrada “yara” 

mənasında,  ikinci  beytin  birinci  misrasındakı  dildən  salmaq  “əldən  salmaq,  yormaq”,  eyni 

qəlibdən yaranan dildən-dilə salmaq ifadəsi isə “birini söhbət, danışmaq üçün mövzu etmək, 



söz-söhbət hədəfi etmək” mənasında işlənmiş və şeirə obrazlılıq qatmışdır. 

Qövsinin ayrı-ayrı qəzəllərdə omonimlik xüsusiyyəti daşıyan sözlərdən istifadə etməsi 

ustalıq sayılmasa da, şairin ana dilinə hakimliyi baxımından önəm daşıyır; məsələn: 

 

Hanı ol bəxtrəsa kim, kakili-müşkin kimi,  



Ya öpüm hərdəm ayağın, ya dolanım başına (Təbrizi, 2007: 12). 

Gözüm görməz həyadan, vəsl üçün amma könül titrər,  

Bəladır böylə sərxoş kim, əli tutmaz, ayağ istər (Təbrizi, 2007: 75).  

- beytlərində ayağ (ayaq  qədəh mənalarında) sözü,   

 

Qövsi, dünən çəmən sənə dami-bəla ikən, 



Yarəb, nə yüzdən oldu qəfəs aşiyan bu gün (Təbrizi, 2007: 379).   

Ayaqdan salmayıb minayi-gərdun möhlətin versə, 



Yüz il əl bağlaram qulluqda, saqi, bir ayaq üstə (Təbrizi, 2007:  391).  

- beytlərində yüz (səbəb və say mənalarında) sözü, 

 



      

781    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Mən kimi ta canü dildən kimsə bizar olmaya, 

Canü dildən eyləməz aləmdə dildar arzu (Təbrizi, 2007:   417).  

Ki, şəmi yandırarlar dideyi-bidardən ötrü. 

Mənim tək hiç kim pərvanəvü bülbül dilin bilməz (Təbrizi, 2007: 412).   

- beytlərində isə dil (könül  dil mənalarında) sözü omonimdir. 

Göründüyü kimi, “Həqiqi  sənət nümunələrində eyni səs tərkibli leksik vahidlər poetik  

mənanın  arxa  plana  kecməsinə  yol  vermir,  əksinə  fonetik cild etibarilə eyniyyət təşkil edən 

sözlər  öz  obrazlı  mahiyyətini,  gözəl  poetik  formalarda  yeni  məzmunun  ifadə  etmək 

mütəhərrikliyini büruzə verir” (Hüseynov, 2010: 44). 

Şairin digər şeirlərindəki omonimlərə əsasən də demək olar ki, omonimləşmə prosesinin 

tarixi  çox  qədimdir.  Bununla  bağlı,  Səlim  Cəfərov  yazır:  “Omonimlərim  əmələgəlmə  prosesi 

dilimizdə yeni bir hadisə deyildir. Azərbaycan dilində omonimləşmə hesabına lüğət tərkibinin 

zənginləşməsi  prosesi  onun  qədim  dövrlərindən  mövcud  olmuşdur”  (Cəfərov,  2007:  21). 

Qəzənfər Kazımov da şumer-türk əlaqələrindən bəhs edərkən bu hadisə ilə bağlı olaraq, “Hətta 

bir  sıra  faktlar  və  xüsusilə şumer  dili  materialları  da göstərir  ki,  daha  qədim  dövrlərdə  hər  bir 

dildə omonimlik daha güclü olmuşdur” şəklində fikir bildirmişdir (Kazımov 2010: 73).  

3.2. Antonimlər: Şairin dilində antonimlər də mətnin bədii-estetik təsir gücünü artıran 

leksik  vahid  kimi  mühüm  yer  tutur.  “Antonim  sözlər,  ümumiyyətlə,  fikri,  mənanı  dəqiq  və 

təsirli  ifadə  etmək  üçün  münasib  təsvir  vasitələrindəndir”  (Kazımov,  2010:  53).  Antonimlərlə 

şair  öz  təhkiyə  dilinə  canlılıq  gətirir,  emosional  təsir,  qüvvətli  kontrastlar  yaradır,  müxtəlif 

anlayışların əks əlamətlərini qarşı-qarşıya qoymaqla hadisələri daha obrazlı və təsirli şəkildə əks 

etdirir.  Antonim  sözlər  şairin  təsvir  və  fikirlərində  aydınlıq  yaradan  dil  vahidləri  kimi  də 

qiymətlidir.  “Dilin qüvvətli üslubi vasitəsi olan antonimlər qəhrəmanın daxili aləmin açmaqda, 

oxucunun gözü qarşısında təzadlı, təsirli lövhələr yaratmaqda, fikrini daha dəqiq ifadə etməkdə 

yazıcıya əvəzsiz dərəcədə kömək edir” (Cəfərova, 2000: 121). Şair onların vasitəsilə rəngarəng 

məna  incəlikləri  yaratmaqla  şeirlərinin  ideya  məzmununun  açılmasına,  obrazların  hərtərəfli 

səciyyələndirilməsinə nail olur. Şair antonimləri obrazların vəziyyəti və hadisələrin səciyyəsi ilə 

bağlı  şəkildə,  məqsədə  müvafiq  tərzdə  işlədir.  “Real  varlıqla,  maddi  və  mənəvi  aləmlə  bağlı 

ziddiyyətlərin  ifadəsi  dildə  çox  zaman  antonim  qarşılaşdırma  yolu  ilə  üzə  çıxarılır” 

(Əfəndiyeva, 1980: 45).   

Qövsi Təbrizinin dilində işlənmiş antonimlərdən bəhs edən Elməddin Əlibəyzadənin də 

qeyd  etdiyi  kimi,  “bu  beytlərdə  məcazlı  sözlər  antonimlərlə  verilmiş  və  bu  bunlar  fikri  daha 




      

782    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

qüvvətli  və  təsirli  etməklə,  ona  fərdi  keyfiyyət  də  qazandırmışdır”  (Əlibəyzadə,  2008:  294). 

Məs.:  

Sən öz yamanlarını yaxşı et, nə hasil kim,  



Zəmanə yaxşı ilən, ya yaman ilən doludur (Təbrizi, 2007: 74). 

Xəlq derlər var dəhan ilə miyanın, söylə kim,  

Əsli vardır, doğrumu sözdür, yalandır, ya nədir? (Təbrizi, 2007:  98). 

Keçdi ömrüm bu çəməndə açmadım göz ta biləm 

Kim bahar əyyamı, ya fəsli-xəzandır, ya nədir? (Təbrizi, 2007: 75). 

Doğru söz hər kimsəyə təsir edər, naseh, vəli,  

Aşiqi məst eylərü aqilləri hüşyar söz (Təbrizi, 2007: 97). 

Yoqdur bənim nə istiyə tabım, nə savuğa, 

Kim, yüz cəfacə kargər olmuş vəfa mana (Təbrizi, 2007: 28).   

Aşiqin şəkvəsinin əvvəli var, axırı yox, 

Namə əncamə əgər yetməyə, ünvan nə rəva (Təbrizi, 2007: 32)  vs

Hüzur qədri bilən əndəlibdən sor kim, 



Xəzan bir-iki nəfəs çox, yüz il bahar azdır (Təbrizi, 2007: 163). 

Çarə dərdindir, təbibim, dərdi-bidərmanıma, 



Atəşi-suzan bieynih abi-kövsərdir mana (Təbrizi, 2007: 36).   

Qəmzeyi-xunxarına cürəti-nəzzarə yox, 

Neyləyim, ah etməyim, dərd çoxu çarə yox (Təbrizi, 2007: 51).   

Eylədik tövbə əgər göz görə, pünhan içdik, 

Hər nə kim verdi bizə saqiyi-dövran içdik (Təbrizi, 2007: 508).   

Ey sinə verən qülzümi-xunxarinə eşqin, 

Qövr et ki, bu dəryadə sədəf çox, göhər azdır (Təbrizi, 2007: 170).   

Yuxarıdaki  nümunələrdə  işlənən  yaxşı    yaman,  doğru    yalan,  bahar  əyyamı   



fəsli-xəzan, məst   huşyar, əvvəli   axırı, var   yox, xəzan  bahar, atəşi suzan   abi-

kövsər, dərd  çarə, göz görə  pünhan, çox  az sözləri antonim olub, şeirdə bədii təzad 

yaratmağa xidmət edir.  




      

783    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

3.3.  Sinonimlər.

 

Hər  bir  əsərin  bədiilik  məziyyəti  söz  və  ifadələrin  düzgün  seçilib 

işlədilməsi, məna və üslubi tələbə müvafiq dil vahidlərindən istifadə edilməsi ilə müəyyənləşir. 

Bu  isə  özülüyündə  sinonimlik  məsələsi  ilə  bağlı  olub,  sinonim  cərgəyə  daxil  olan  söz  və 

ifadələrdən  ən  münasiblərini  seçib  götürmək  deməkdir.  Əbdüləzəl  Dəmirçizadə  sinonimlərin 

dildə  işlənmə  xüsusiyyətlərindən  bəhs  edərkən  yazır:  “Təsirlilik  artımı  və  hissi  çalarlığın 

qüvvətləndirilməsi üçün sinonim olan bir və ya bir neçə söz yanaşı işlənir və bu növ yanaşma, 

adətən,  pillə-pillə  sadalanma  mahiyyəti  daşıyır.  Buna  görə  də  sinonimlərin  belə  istifadəsi 

məqamını təsirli sadalama məqamı adlandıra bilərik” (Dəmirçizadə, 1962: 132). 

Məzmununa  görə  bir-birinə  yaxın  olub  quruluşca  fərqlənən  sözləri  –  sinonimləri  və 

onların  poetik  üslubi  xüsusiyyətlərini  öyrənməklə  şairin  dilinin  bir  sıra  leksik-semantik 

xüsusiyyətlərini  üzə  çıxartmaq  mümkündür.  Ümumiyyətlə,  sinonimlər  dilin  ifadəliliyini, 

çevikliyini, elastikliyini təmin edən faktorlardandır. Araşdırma göstərir ki, dil mühiti, eləcə də 

dövrün ictimai-tarixi şəraiti ilə bağlı olaraq şairin dilindəki sinonim sözlər, təbii olaraq, Türk, 

Ərəb və Fars mənşəli sözlərdən ibarətdir.  

Qövsi Təbrizinin dilindəki sinonimləri eyni qəzəl vəya eyni beytin daxilində işlənməsi 

baxımından iki yerə ayırmaq olar: 

1. Sinonim sözlərin eyni qəzəldə (bir mətn daxilində) işlənməsi; məs.: 

aləm və cahan sözləri 

Nəsimi-hərzə fərəs, gərçi dağə-daşə düşər, 

Düşərmi mən kimi aləmdə dərbədər, yarəb. 

Cahanda hər kimi gördüm, unutdum öz-özümü, 

Kimin muradı ilə pəs fələk dönər, yarəb (Təbrizi, 2007: 40).   

 

aləm və dünya sözləri 

Ruziyi-ərbabi-daniş xuni-dildir dəhrdə, 

Bir fəraqət var isə aləmdə, nadanlıqdadır. 

Alü valasinə dünyanın müxənnətlər kimi, 

Mail olma kim, libasi-mərd üryanlıqdadır (Təbrizi, 2007: 79).   

 

ah, nalə, əfğan  fəryad sözləri 




      

784    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Cəhan-cəhan ələmindən cəhan-cəhan əfğan

Zəman-zəman sitəmindən zəman-zəman fəryad… 

Bu ahü nalə məgər bisəbəbmidir, yarəb 

Ki, bəzmi-vəsldə həm eylərəm haman fəryad (Təbrizi, 2007: 55).  

 

2. Sinonim sözlərin eyni beytin daxilində işlənməsi: 

dünya  aləm sözləri 

Nə sözdür bu ki, sən bərqi-bəladünya neyistandır 

Ki, hüsnündən sənin, ey şaxi-gül, aləm gülüstandır (Təbrizi, 2007: 

80

).   



 

aləm  cəhan sözləri 

Eşq ilə var mənim dəxi bir özgə aləmim, 

Qövsi, cəhanü xəlqi-cəhan bilmənəm nədir (Təbrizi, 2007: 150).   

 

səda  səs sözləri 

Olmayınca bir səda, səs vermənəm dağlar kimi, 

Özgələr əfğanı, ey ney, naləfərmadır mana (Təbrizi, 2007: 23).   

 

göz  nəzər sözləri 

Hər kim ki, bu rüxsar ilə bir çin səni görsə, 

Min yol mənə söylər ki, gözün var, nəzərin var (Təbrizi, 2007: 115).  

 

qədr  qiymət sözləri 

Bilgilən zinzar ərbabi-bəsirət qədrini

Ey düri-tər qiymətin çün çeşmi-binadır sənin (Təbrizi, 2007: 260). 

 

Ey düri-tər, hacəti-mizan istiğna degil, 



Bilsin öz qədrin, mənim yanımda çoxdur qiymətin (Təbrizi, 2007: 263). 


      

785    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

 

dust və rəfiq sözləri 

Fəğan ki, tez yetər ənjamə, dustlər, şəbi-vəsl 

Rəfiq çox ki, şəfiq oldu, yol irağ gərək (Təbrizi, 2007: 263). 

 

bina  ev sözləri 

Könül binasını yarəb, süpehr yıxmışmı –  

Ki, ah sinəm evindən gəlir ğübaralud (Təbrizi, 2007: 37). 

 

Dərd, bəla  afət sözləri 

Nə dərdsən, nə bəlasən, könül, nə afətsən

Ki, hiç qanım içən olmasın düçar sana (Təbrizi, 2007: 31). 

Şairin  dilində  sinonim  sözlərin  beyt  daxilində  birlikdə  işlədilməsinin  “bir  tesadüf 

olmasından ziyade, bilinçli olarak bir yöntem dâhilinde yapıldığı görülmektedir” (Kaplan, 2014: 

224).  Ümumiyyətlə,  şairin  dilində  sinonim  sözlərin  işlənməsi  belə  bir  nəticəyə  gəlməyə  əsas 

verir ki, leksik paralellik hadisəsi bir tərəfdən, yad dilin deformasiyaedici təsirini göstərirsə, o 

biri tərəfdən, Azərbaycan dilinin müqavimət göstəricisi əks təsirini  ifadə edir. Doğan Aksanın 

da qeyd etdiyi kimi, “...Her dilde, ister, biri yabancı kökenli olsun, ister her ikisi de yerli olsun, 

bu türden eşanlamlı çiftlerine ilişkin bir olgu göze çarpar: Birbirine eş ya da çok yakın anlamlı 

sözcükler arasında bir yaşam kavgası olur; bunun sonucunda bunlardan biri dilden silinir; kimi 

zaman  da  Türkçede  olduğu  gibi,  ancak  ikilemelere  tutunarak  dilde  kalmayı  başarır”  (Aksan, 

1999: 80). 

Nəticə 

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Qövsi Təbrizinin doğma ana dilində 

şeirlər  yazması,  doğma  dilin  lüğətindən  və  obrazlı  ifadə  üsullarından  böyük  ustalıqla  istifadə 

edərək  Azərbaycan  bədii  dilini  zənginləşdirməsi  onun  Azərbaycan  mədəniyyəti  tarixindəki 

önəmli  xidmətləri  kimi  təqdirəlayiqdir.  Şeir  dilinin  xəlqiliyinə  görə  Şah  İsmayıl  Xətai  və 

Məhəmməd Füzuli ilə müqayisə edilən Qövsi, şeirlərində Türk mənşəli sözlərlə yanaşı, dövrün 

və əruz vəzninin tələbləri ilə əlaqədar olaraq ərəb və fars mənşəli sözləri də çox işlətmiş, bütün 

bu  leksik  vahidləri  dilin  qrammatik  və  üslubi  qaydalarından  istifadə  edərək  böyük  ustalıqla 

mətnə yerləşdirməklə dilə hakimliyini göstərmişdir.  



      

786    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

Divan  ədəbiyyatının  bütün  şəkillərinə,  poetik-üslubi  normalarına  yaxşı  bələd  olan 

Qövsinin  əsərlərinin  dilinin  müasir  oxucu  üçün  bir  qədər  anlaşılmaz  olmasının  səbəbi  alınma 

sözlərin,  izafət  və  izafət  tərkiblərinin  çoxluğu  ilə  deyil,  dövrlər  arasındakı  müəyyən  fərqlərlə 

əlaqədar  olaraq,  Azərbaycan  dilinin  lüğət  tərkibindəki  dəyişikliklərlə  əlaqələndirilə  bilər. 

Əsərlərinin    dilində    alınma  sözlərin  çox  işlənməsi  şairin  eyni  zamanda  əsrlər  boyu  müxtəlif 

xalqların  mədəniyyətlərini  birləşdirən  üç  dilə  aid  leksik  vahidlərin  şeirdəki  bədii  gücünü 

göstərmək istəyi ilə bağlıdır.  

Şairin  dilində  işlənmiş  Türk  mənşəli  sözlərin  əksəriyyəti  Azərbaycan  dili  ilə  birlikdə, 

digər  Türk  ləhcələrinin  əsas  lüğət  fonduna  daxil  olan  ümumişlək  leksik  layı  təşkil  edir. 

Şeirlərdəki  Türk  mənşəli  arxaik  sözlər  digər  dövrlərə  aid  anadilli  abidələrdə  də  geniş  şəkildə 

işlənmişdir, bunların bir bir qismi müasir Azərbaycan ədəbi dilində fonetik tərkibcə və leksik 

mənaca məhdudlaşdırılaraq ümumişlək sözlər sırasından çıxmışdır. Fərqli qaynaqlara müraciət 

etdikdə  bəzi  sözlərin  qədim  tarixə  malik  olduğu,  indi  də  Azərbaycan  dilinin  dialekt  və 

şivələrində yaşadığı, bəzi Türk ləhcələrində izlərinin qaldığı məlum olur. 

Qövsi Təbrizinin şeirlərinin dilinin leksik xüsusiyyətlərinin tədqiqi göstərir ki, şair bədii 

mətnin məna zənginliklərini, incəlik və çalarlarını göstərmək, emosional və təsirli dil yaratmaq 

üçün  omonim  və  sinonimlərdən,  zidd  hadisə  və  məfhumların  təsviri  üçün  isə  antonimlərdən 

istifadə  edərək  fikrini  daha  dolğun  və  obrazlı  şəkildə  çatdırmağa  nail  olmuş,  mənaca  söz 

qruplarını  həm  bir  mətn  daxilində,  həm  də  ayrı-ayrı  beytlərdə  işlətməklə,  yüksək  keyfiyyətli 

bədii sənət nümunələri yarada bilmişdir.

 

Ümumiyyətlə,  şairin  şeirlərinin  dili  XVII  əsr  Azərbaycan  ədəbi  dilinin  lüğət  tərkibi, 



leksik-semantik və qrammatik xüsusiyyətləri haqqında geniş təsəvvür yaradır. 

Qaynaqlar 

AKSAN, D. (1999). Anlambilim. Ankara: Engin Yayınevi. 



Azərbaycan ədəbiyyatı tarixi (2009). 6 cilddə, 3-cü cild, Bakı. 

CƏFƏROV, S. (2007). Müasir Azərbaycan dili (leksika), İkinci nəşr, Bakı, Şərq-Qərb 

CƏFƏROVA, S. (2000). Qövsi Təbrizinin əsərlərinin dilinin leksikası, (namizədlik dissertasiyası), 

Gəncə Dövlət Pedaqoji Universiteti. 

ÇAKIR,  M.  (2008).  Kavsî,  Hayatı,  Edebî  Kisiliği  ve  Dîvânı  (İnceleme-Tenkitli Metin-Dizin), 

Doktora Tezi, Ankara, Gazi Üniversitesi, Sosyal Bilimler Enstitüsü. 

DƏMİRÇIZADƏ, Ə. (1979). Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, Maarif. 

DƏMİRÇİZADƏ,  Ə.  (1957).  Azərbaycan  dili  lüğət  tərkibinin  tarixi  tədqiqinə  dair.  // 

Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, VIII c., 93-97. 

DƏMİRÇİZADƏ, Ə. (1962). Azərbaycan dilinin üslubiyyatı. Bakı, Yazıçı. 




      

787    

                                                                                                                               İlkin GULUSOY 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 7/2 2018 s. 771-787, TÜRKİYE

 

 

ƏFƏNDİYEVA, T. (1980). Azərbaycan dilinin leksik üslubiyyatı, Bakı, Elm 

ƏHMƏDOV, B. Ə. (1990). Leksika məsələləri, Bakı, Maarif. 

ƏLİBƏYZADƏ,  E.  (2008).  Azərbaycan  Dilinin  Tarixi,  II  c.,  Azərbaycan  Dövlət  nəşriyyatı, 

Bakı. 

ƏZİZOV, E. (1999). Azərbaycan dilinin tarixi dialektologiyası, Bakı, BDU.  



HACIYEV, T. (2012). Azərbaycan ədəbi dilinin tarixi. I cild, Bakı, Elm. 

HACIYEVA,  A.  (2017).  Omonimlərin  bədii  üslubda  işlənmə  xüsusiyyətləri  (İngilis  dilinin 

materialları əsasında), Filologiya Məsələləri, № 12, 14-19. 

HÜSEYNOV, M. (2008). Dil və Poeziya (1960-1980-ci illər Azərbaycan poeziyası materialları 



əsasında), Bakı. 

HÜSEYNOV, M. (2010). Poeziya dilində omonimlərin üslubi ifadə tərzi. Turan-Sam6, 42-45. 

XƏLİLOV, B. (2008). Müasir Azərbaycan dilinin leksikologiyası, Bakı, Nurlan. 

KAZIMOV, Q. (2010). Seçilmiş əsərləri, 10 cilddə, I c., Nurlan. 

QƏHRƏMANOV, C. (1979). Nəsimi “Divan”ının leksikası, Bakı, Elm. 

SEYİDOV, Y. (2007). Seçilmiş əsərləri, 10 cilddə, III c., Bakı. 

SEYİDOV, Y. ve ƏLİZADƏ, S. (1977). Klassik Azərbaycan şairləri söz haqqında, Bakı, ADU 

nəşri. 


TƏBRİZİ, Q. (2007). Seçilmiş əsərləri (tərtib edən: Kərimov P.), Bakı, Maarif. 

YAZAR,  İ.  ve  KAPLAN,  O.  (2014).   XVIII.  Yüzyıl  Klâsik Türk  Şiirinde  Eş  Anlamlı,  Yakın 

Anlamlı  ve  Aralarında  Anlam  İlgisi  Bulunan  Kelimelerin  Stilistik  Açıdan  Kullanımı: 

Şeyh Gâlib, Nedîm ve Koca Râgib Paşa Örneği, / TÜRÜK Uluslararası Dil, Edebiyat 



ve Halk Bilimi Araştırmaları Dergisi2(4), 219-241. 

 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə