Türkçe Edebiyat K



Yüklə 141,14 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü141,14 Kb.
#8767


 

 

 

                 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE                           

 

                                    

 

 



 

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ



 



Lalə HƏSƏNOVA



 



Öz 

Günümüzde, küreselleşme koşullarında Doğu-Batı çatışması özel aciliyet 

arz etmektedir. Doğu ülkelerinin zengin kültürel geleneğe sahip edebiyatı ve 

felsefesi  çoğu  zaman  Batı  fikirlerinin  esirine  dönüşmekte  ve  Batılılaşma 

eğilimine  bürünmektedir.  Bu  durumun  ortaya  çıkmasında  medyanın  ve 

özellikle  de  sinemanın  çok  büyük  bir  rolü  vardır.  Modern  genç  şair  ve 

yazarların  eserlerinde  de  Batı  kültürüne

 

hayranlık  büyük  ölçüde  kendini 



hissettirmektedir.  Bu  nedenle  modern  edebiyatşinaslıkta  Doğu-Batı 

kontekstinin  öğrenilmesi  oldukça  güncel  ve  önemli  meselelerdendir.  Ayrıca 

özelikle  uzun  yıllar  boyunca  Türk  kelimesinin  bile  yasak  edildiği,  Doğu 

değerlerinin  öğrenilmesinde  ve  öğretilmesinde  belli  sınırların  konulduğu 

Sovyetler Birliği dönemindeki Türk dilli devletlerde bu sorun günümüz için 

de  özel  bir  önem  arz  etmektedir.  Makalede  bu  önemli  konu,  Azerbaycan 

edebiyatşinaslığı ve bilimsel  fikri açısından çeşitli yönleri ile ele alınmış ve 

modern edebiyatşinaslıkta eleştirici yönüyle ön plana çıkan Yaşar Garayev’in 

edebi çalışmaları ve araştırmaları bağlamında incelenmiştir.

 

Anahtar  Sözcükler:  Doğu-Batı  bağlamı,  modern  edebiyyatşünaslıq, 

Sovyet  edebiyatı,  Doğu  Rönesansı,  Ali  Bey 

Hüseyinzade. 

INVESTIGATION OF EAST-WEST CONTEXT IN MODERN 

LITERARY CRITICISM 

Abstract 

In  modern  period  the  East-West  conflicts  are  attained  particular  urgency 

under  globalization  condition.  In  the  field  of  the  literature,  philosophy  the 

East  which  has  rich  tradition  was  fascinated  by  Western  culture  in  modern 

world  for  many  times.  In  the  creative  works  of  the  young  writers  is  felt  the 

predilection of Western culture. For this reason to study East-West context is 

necessary and important problems in modern literary criticism. According  to 

the prohibition of Turkic word, there were limits in study and popularization 

of  the  East  costs,    this  problem  was  attained  particular  case  in  Turkic 

Speaking  Countries  which  were  entered  under  of  Soviet  Union  Socialist 

Republics  in  modern  period  for  long  times.  According  to  this  problem  was 

investigated in prominent literary critic Yashar Qarayev’s scietific heritage in 

that paper. 

Keywords:  East-West  context,  modern  literary  criticism,  Soviet 

literature, Eastern Renaissance, Ali bey Huseynzade. 

 

 

 



 

                                                           

  Bu  makale  Kırgızistan’ın  başkenti  Bişkek’te  22-23  Ekim  2014  tarihleri  arasında  düzenlenen  “Türk  Dünyası 



Vatandaşlığı Çalıştayı”nda sunulan bildirinin gözden geçirilmiş şeklidir. 



 Doç. Dr.; Azerbaycan Millî Bilimler Akademisi, 



hltlala@mail.ru

.

  




      

245    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə doğru!” 

“İnsanın meymun mənşəyini Batıda, insanın 

tanrı mənşəyini Doğuda kəşf ediblər. 

“Mənəm meymun!-yox, “Mənəm Allah! 

imperativini ilk dəfə dünyaya ürfan, təsəvvüf, Nəsimi elan edibdir” 



Y. Qarayev 

Müasir  dövrdə,  qloballaşma  şəraitində  Şərq  Qərb  qarşıdurması  xüsusi  aktuallıq  kəsb 

edir. Ədəbiyyat, fəlsəfə sahəsində zəngin ənənəyə malik Şərq müasir dünyada cox zaman Qərb 

mədəniyyətinin  əsrinə  çevrilir.  Müasir  gənc  yazarların  əsərlərində  də  Qərb  mədəniyyətinə 

aludəçilik  hiss  olunur.  Bu  səbəbdən  də  müasir  ədəbiyyatşünaslıqda  Şərq-Qərb  kontekstinin 

öyrənilməsi  zəruri  və  vacib  məsələlərdəndir.  Əsasən  də  uzun  zaman  türk  sözünün  belə  yasaq 

olunduğu,  Şərq  dəyərlərinin  öyrənilməsində  və  təbliğində  müəyyən  məhdudiyyətlər  olmuş 

kecmiş  Sovet  Sosialist  Respublikaları  İttifaqına  daxil  olmuş  türkdilli  dövlətlərdə  bu  problem 

müasir dövrdə xüsusi önəm kəsb edir.  

Şərq  və  Qərb  mövzusu,  müasir  cəmiyyətin  bu  dəyərlər  nisbətində  dəyişən  mövqeyi 

humanitar  elmin  əsas  problemlərindən  olmuşdur.  Rus  şərqşünası  S.  F.  Oldenburqun  bu  fikri 

müasir humanitar elmin problemə yanaşmasını dəqiq ifadə edir: “Şərq daim öz dərin zəkası ilə 

həyatın  dərinliklərinə  baş  vuraraq,  insanı  dərk  etməyə  çalışıb.  Biz  bu  istiqamətdə 

nailiyyətlərimizin  nə  qədər  cüzi  olduğunu,  Şərqin  isə  insanın  mənəvi  aləminə  nüfuzunun  nə 

dərəcədə dərin olduğunun hər addımda şahidi oluruq” (Шапошникова, 1994: 6). 

Bəşəriyyətin  inkişaf  trayektoriyasını  müəyyən  edən  bu  kontekst  keçmiş  sovet 

respublikaları  müstəqillik  əldə  etdikdən  sonra,  yəni  90-cı  illərdən  başlayan  milli  özünüdərk 

prosesi  ilə  aktuallaşır.  Bu  yanaşma  tənqidçi-ədəbiyyatşünas  Yaşar  Qarayevin  tədqiqatlarının 

əsas  konsepsiyasını  təşkil  edir.  Alim  heç  bir  qütbü  alçaltmaq  və  ya  yüksəyə  qaldırmaq 

mövqeyindən çıxış etmir, “təzadlı dominant məqamları qarşılaşdıraraq bir-birini tamamlamağa, 

vəhdətə, bütövlüyə çağırır”.  

Azərbaycan  bədii  fikrinin  inkişaf  mərhələlərini  ortaq  türk  dəyərləri  kontekstində 

öyrənən Y.Qarayev,  Azərbaycan ədəbi düşüncəsinin qədim türk düşüncəsinin bir qolu olduğu, 

türkdilli  xalqların  ədəbiyyatının  bir  kökdən  qidalandığı  haqda  fikirləri  ilə  uzun  zaman  pərən-

pərən  salınmış  əlaqələri  yenidən  bərpa  etməyə  nail  olur.  Şərqin  özünəməxsusluğunu  diqqətə 

çatdıraraq,  vulqar-sosioloji  təhlilə  məruz  qalmış  ədəbiyyatımızın  yeni,  dolğun  mənzərəsini 

yaratmağı bacarır. 



      

246    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

Yaşar Qarayev Azərbaycan ədəbiyyatında Şərq-Qərb təsirinin dinamikasını əsrlər üzrə 

mərhələlərə bölərək tədqiqata cəlb etmişdir. Bu mərhələləri şərti olaraq belə qruplaşdırmaq olar: 

1.

 



Eramızdan  əvvəl  IX-VII  əsrlərdən  başlayaraq  bizim  eranın  VI-VII 

yüzillikləri;  

2.

 

Qədim və orta əsrlər ədəbiyyatı (VII əsrdən XVIII əsrin sonuna qədər);  



3.

 

“Yeni dövr ədəbiyyatı” (XIX əsr);  



4.

 

 XX əsr - ADR-in süqutuna qədər olan mərhələ;  



5.

 

XX əsrin son üç rübü – “sosialist realizmi” dövrü. 



Hər  bir  mərhələnin  əsaslı  nəzəri  xarakteristikasını  verən  alim  bu  mərhələləri  belə 

xarakterizə  edir:  “...İslama  qədər  olan,  İslamla  başlayan  və  Avropa  ilə  başlayan  üç  ədəbi 

dövrdən sonra onların hər üçünü özündə cəmləyən, birləşdirən yekun dövrü  - XX əsr gəlir və 

özünün zirvə məqamına Azərbaycan Cümhuriyyəti illərində yüksəlir” (Qarayev, 1996: 46).  

Tədqiqatçı, XIX əsrin əvvəlindən başlayaraq milli bədii tərəqqinin özündə iki konteksti 

- həm Şərq, həm də Avropa orbitində evolyusiya ənənəsini birləşdirən şərikli və ortaq məxrəcdə 

inkişafını  göstərərək,  Vaqif  yaradıcılığının  orta  əsrlər  və  “yeni  dövr”  arasında  körpü  rolu 

oynadığını, M. F. Axundovun bədii–tarixi prosesi A. Bakıxanov ziddiyyətlərindən təmizləyib, 

“Vaqif  körpüsündən  ”  keçirərək  “yeni  dövrün  və  yeni  dünyanın  dəhlizinə  ən  qəti  addımı” 

atdığını qeyd edir (Qarayev, 1996: 44).  

XX  yüz  ildə  “milli  ədəbi və  estetik  fikir  Qərblə,  müasir  Avropa  ilə  mənəvi  təmasdan 

sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıdır” (Qarayev, 1996: 44). Bu “böyük 

sintez dövrünə keçid”in başında dayanan isə Əlibəy Hüseynzadə olmuşdur (Qarayev, 1996: 44). 

Məhz  Əlibəy  Hüseynzadə    Şərq–Qərb  probleminə  qlobal,  sabit  metodoloji  əsasda  yanaşaraq 

“Axundovun ifratlarını aradan qaldırmağa” nail olur. 

Ə.  Hüseynzadənin  “türklük  miqyasında  qövmi  özünədərkin,  istiqlal  düşüncəsinin” 

memarı  hesab  edən  Y.Qarayev,  onun  türkçülüyü  milli  ideologiya  səviyyəsində  hərəkətə 

gətirənlərdən,  fəlsəfə,  məfkurə,  metodologiya  kimi  əsaslandıranlardan  biri  olduğunu  açıqlayır. 

Ziya  Göyalpın  “Ə.  Hüseynzadənin  üçlü  düsturu  bütün  türk  dünyasında  yeni  üfüqlər  acdı” 

deyərək  onu  yüksək  qiymətləndirdiyini,  “türkləşmək,  islamlaşmaq,  avropalaşmaq”  çagırışını 

“peyğəmbər  düsturu”  hesab  etdiyini  qeyd  edir  (Qarayev,  1996:  283).  “Konsepsiyanın  əsas 

məqamlarını  açaraq  kökünün  ittihad  (birlik)  olduğunu  və  “Turan”  anlayışının  da  bu  ideya 

üzərində bərqərar olduğunu vurğulayır.  Müasir ədəbiyyatşünaslıqda “İttihad” ideyalarından bir 

çox mütəfəkkirlərin bəhs etdiyinə baxmayaraq, məhz Ə. Hüseynzadənin anlamında bu hərəkatın 




      

247    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

“Avropa  təcavüzü  qarşısında  özünümüdafiə  məqsədi”  daşıdığı  xüsusilə  qabardılır  (Bayramlı, 

2008: 8).  

Məlumdur  ki,  bu  təşəbbüsün  fundamental  və  elmi-türkoloji  əsası  1926-cı  ildə  Şərq 

xalqlarının  Bakıda  keçirilən  I  Türkoloji  Qurultayında  qoyulmuşdur.  Y.  Qarayev  bu  fikrin 

yaranma stixiyasını izləyərək köklərini və inkişaf etmə perspektivlərini mərhələli şəkildə tədqiq 

edir.  “Türkləşmək,  islamlaşmaq,  müasirləşmək  ”  fikrinin  –  müasirləşmək,  avropalaşmaq 

ideyasının  Axundovla  başladığını,  mütəfəkkirin  (M.F.Axundovun-L.H.)  “...  Azərbaycanı,  türk 

dünyasını  Şərqdən  uzaqlaşmamaq  hesabına  Avropaya  yaxınlaşmağa”  çağırdığını  vurğulayır, 

Ə.Hüseynzadəni  və  “Füyuzat”  dərgisini  Axundovun  fikirlərinin  davamçıları  olaraq 

qiymətləndirir.  “Türkləşmək,  islamlaşmaq”  fikirlərinin  müəllifləri  olaraq  isə  (Qarayev,  2008: 

69)  İsmayıl  bəy  Qaspralı,  Həsən  bəy  Zərdabi,  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu, 

Məhəmməd  Əmin  Rəsulzadə  və  Ziya  Göyalpın  adlarını  çəkir.  Müasir  dövrdə  “həmin  vahid 

məkanı  kültürdə  yenidən  bərpa  etmək,  ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə  doğru 

körpu salmaq, babaların yaratdığı milli-etnik “mən”lik şüuruna sahiblik şüuru tərbiyə” etməyi 

prioritet istiqamət olaraq müəyyən edir. 

Göründüyü kimi, ədəbiyyat tarixi təkdən ümumiyə, ümumbəşəri istiqamətdə inkişaf etsə 

də  sonrakı  mərhələdə  (sovet  dövrü)  davamlı  inkişafı  pozularaq  yeni  fərqli  məcraya  yönəlir. 

Nəticədə ədəbiyyat öz mehvərindən çıxır və qapalı çərçivədə inkişafa başlayır. 

Sovet ədəbiyyatı ilə tamamilə yeni, ənənədən uzaq bir dövrün əsası qoyulur, inkişafın 

pik  nöqtəsi,  zəngin  bir  ədəbiyyatın  süqutu  ilə  yekunlaşır.  Əsasən  “böyük  qardaşın”,  rus 

ədəbiyyatının imitasiyasına yönəlmiş 70 illik bir epoxa başlanır. Ancaq bu hal göstərilən dövrü 

yalnız inkarçı mövqedən dəyərləndirməyə imkan vermir. Y. Qarayev tədqiqatları da ədəbi irsə 

ideoloji  yanaşmanın  aradan  qaldırılmasına,  yeni,  qərəzsiz  və  obyektiv  meyarlar  sistemindən 

qiymətləndirməyə yönəlmişdir. 

“XX  əsrin  son  üç  rübü  ədəbi  tərəqqinin  “ideyaca  qapalı  bir  məcrada  məhdud  hərəkət 

çərçivəsində”  inkişaf  edir.  “Ədəbiyyat  ikiyə  haçalanır:  yaradıcılığını  bəşəri  tərəqqinin  davamı 

olaraq  inkişaf  etdirən  sənətkarlar  –  repressiya  qurbanlarına  çevrilirlər;  yeni  sovet  ədəbiyyatını 

isə “sovet realizmi” daxilində təsvirlə məhdudlaşan sənətkarlar yaradır” (2, 46). Beləliklə, Sovet 

ədəbiyyatı  iki  mərhələyə  bölünür:  1.  Repressiya,  ehkam,  kult  və  qrafomanlıq  ideologiyasının 

hakim  olduğu  1920-1950-ci  illər;  2.  “Yenidənqurma”  ilə  tamamlanan  yeni  ictimai  əxlaqın  və 

düşüncə tərzinin təşəkkül tapdığı 1960-1990-cı illər . 

Hələ  XX  əsrin  əvvəllərində  bir  sıra  yazıçı-mütəfəkkirlər  tərəfindən  qaldırılmış  bu 

problem  əsrin  sonlarına  yaxın  yenidən  bir  sıra  alimlər  tərəfindən  yenidən  tədqiqat  obyektinə 




      

248    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

cevrildi.  Aida  İmanquliyeva  bu  problemi  Azərbaycan  şərqşünaslıq  məktəbinin  mühüm 

istiqamətlərindən birinə çevirmişdir. Fəlsəfi aspektdə Zümrüd Quluzadə «Şərq fəlsəfəsinin XIII-

XIV əsrlərdə inkişaf qanuna uyğunluqları və Qərb-Şərq problemi»

,

  Könül  Bünyadzadə  “Şərq-



Qərb:  ilahi  vəhdətdən  keçən  özünüdərk”  adlı  elmi  monoqrafiyalarında  Şərq  və  Qərb  düşüncə 

tərzlərinin  müqayisəsini  verməyə  çalışmışlar.  Ədəbiyyatşünas  –alim  Yaşar  Qarayevin  ədəbi 

irsində də bu yanaşma xüsusi önəm kəsb edir. 

Azərbaycanın  tarixi,  mənəviyyatının,  ədəbiyyat  və  mədəniyyətinin  dörd  kontekst 

daxilində  öyrənilməsinin  vacibliyini  qeyd  edən  Yaşar  Qarayev,  geosiyasi  mövqeyindən  asılı 

olaraq  Qafqaz  və  İran,  VII  əsrdən  başlayaraq  isə  İslam  kimi  faktorların  nəzərə  alınmasını 

obyektiv  zərurət  hesab  edir,  xalqın  milli  tarixi,  genioloji  bioqrafiyası  ilə  şərtlənən  oğuz  türk 

mənşəyini  “etnosun  bilavasitə  bir  xalq  və  millət  kimi  fərdi  təşəkkülünün,  fərdi  tarixinin  və 

taleyinin ən sabit, aparıcı, davamlı amili” olaraq qiymətləndirir (Qarayev, 1996: 62). Qədim türk 

mədəniyyətinin tipologiyası, milli türk ədəbiyyatları arasındakı genetik əlaqələrin səciyyəsinin 

araşdırılmaması,  ümumtürk  (Turan)  ədəbiyyatının  ümumdünya  ədəbiyyatı  kontekstində  tarixi 

dərki  kimi  məsələlər  alimin  irsində  xüsusilə  qabardılır,  ən  qədim  Azərbaycan  ədəbiyyatının 

yalnız bu irsə güvənən, bu kökə arxalanan konsepsiyalarda daha möhtəşəm olduğu vurğulanır.  

Alim türk xalqları ədəbiyyatları arasında irsilikdən “əlaqə” səviyyəsində bəhs etməyin 

doğru  olmadığını,  ümumiliyin,  varisliyin  burada  kökdə,  müxtəlifliyin  isə  qol  və  budaq 

səviyyəsində olduğunu qeyd edir (Qarayev, 1996: 63). 

Müasir  ədəbiyyatşünaslıqda  “Şərq  İntibahı”  ilə  bağlı  N.İ.Konrad,  V.Jirmunskiy, 

Ş.İ.Nusubidze,  A.  F.  Losev  və  b.  müəlliflər  bəhs  edərək,  müxtəlif  fikirlər  irəli  sürmüşlər. 

Məsələn,  N.  İ.  Konradın  konsepsiyasına  əsasən  Renessans  mədəniyyəti  bəşəri  humanizmin 

mərhələsi olaraq qiymətləndirilir, VII-XI əsrlərdə Çində yaranır, IX-XV əsrlərdə  İran və Orta 

Asiyanın  Hindistanla  sərhəd  ərazilərində  davam  edir  və  XIV-XVI  əsrlərdə  Avropada 

tamamlanır  (5,  340).  Bəzi  müəlliflər  Renessansı  Avropada  ilkin  kapitalist  münasibətlərinin 

formalaşdığı  dövrə  təsadüf  edən  konkret  tarixi  mərhələ,  digərləri  isə  lokal  deyil,  tarixi  hadisə 

olaraq qiymətləndirirlər. 

XX  əsrin  30-cu  illərindən  başlayaraq  Şərq  və  Qərb  renessansı  arasında  mövcud  olan 

oxşar  və  fərqli  məqamların  müəyyənləşdirilməsi  istiqamətində  araşdırmalar  aparılmışdır.  Bu 

zaman  alimlərin  fikirləri  haçalanaraq  hər  ikisinin  antik  dövrlə,  yunan  elminin  dirçəlişi,  ellin 

fəlsəfəsi  ilə  bağlılığı;  mədəniyyətin,  cəmiyyətin  sosial-iqtisadi  əsaslarının  yüksək  inkişafı, 

ensiklopedik bilikli alimlərin yetişməsi kimi faktorların eyniliyi ilə müəyyənləşdirilir. 



      

249    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

Fərqli  cəhətlər  kimi  isə  zaman  faktoru  -  Avropa  intibahı  sənayenin  inkişafı,  böyük 

yeniliklərin kəşfi ilə xarakterizə edilir, Şərq intibahı isə ticarətin inkişafı dövrünə təsadüf edilir. 

Avropalıları  əsasən  yunanların  mədəniyyəti,  ədəbiyyatı,  ritorika,  poeziya,  hərbi  iş,  gəmiçilik, 

Şərqi  isə  fəlsəfə,  riyazi  biliklər,  astronomiya  cəlb  edirdi  -  kimi  xüsusiyyətlər  önə  çəkilir. 

V.V.Bartold “Müsəlman Renessansının alimləri” məqaləsində Şərq intibahını bu cür xarakterizə 

edir:  “Şərqdə  antik  mədəniyyətə  aludəçilik  Qərbdə  olduğu  səviyyədə  deyildi.  Burada  əvvəlki 

dövrlərin  irsinə  etinasızlıq,  inkar  da  yox  idi.  Şərqdə  mədəniyyət  yüksək  inkişaf  etmişdi,  bu 

səbəbdən  də,  ümumbəşəri  mədəniyyət  tarixi  deyil,  yalnız  antik  dövrün  elmi  nailiyyətləri 

mənimsənilirdi” (Бартольд, 1930: 3). 

A.X.Qasımjanov,  D.M.Məjidənova  kimi  qazax  alimləri  materialistik  fəlsəfi  cərəyan 

olan  perepatetizmin  inkişafının  Şərq  intibahının  əsas  xüsusiyyəti  olduğu  fikrindədirlər.  Bəzi 

qərbyönlü alimlər  isə  Şərqin  daha  ləng,  Qərbin  isə  dinamik  inkişaf  etdiyini  qeyd  edərək  Şərq 

peripatetizmini  Aristotelə  kor-koranə  təqlid  kimi  qiymətləndirirdilər.  V.Bartold  isə  öz 

tədqiqatlarında bu fikrin əksini, Şərqin mədəni staqnasiya mərhələsində olan Qərblə müqayisədə 

daha inkişaf etmiş olduğunu meydana çıxarır. 

“Dünya  ədəbiyyatının”  XVIII  əsrin  sonlarından  başlayaraq  formalaşdığını  qeyd  edən 

Meletinski(  Мелетинский,  ),  Avropa  romantiklərinin  XVIII-XIX  əsrlərdən  başlayaraq  Şərq 

ədəbiyyatı ilə tanış olaraq, bu əsərlərdən ilhamlandıqlarını, XIX-XX əsrlərdən etibarən Şərqin 

Avropa maarifçiliyi və romantizmini, sonradan realizm və  modernizmi öyrənməyə başladığını 

yazır. Avropa modernizmində Şərq mütəfəkkirlərinin və Şərq poeziyasının təsirindən bəhs edir. 

“Şərq  intibahı”  nəzəriyyəsinin  orta  əsrlər  ədəbiyyatının  müqayisəli  şəkildə 

öyrənilməsini  əngəllədiyini  qeyd  edən  Meletinski,  bir  çox  orta  əsrə  aid  əsərlərin  intibah 

nümunəsi  olaraq  tədqiq  edildiyini  göstərir.  Məcnun  obrazının  provansal  trubadurların 

bioqrafiyasını  xatırlatdığını,  həmçinin  əlçatmaz  məhəbbət  ideyasının  kurtizian  (cəngavər) 

məhəbbəti ilə oxşarlığını vurğulayır (zənnimizçə, heç də uğurlu müqayisə deyil - L.H.). 

“Dekameron”u  ərəb  və  çin  novellaları  ilə  müqayisə  etdikdə  Şərqlə  Qərbin 

müxtəlifliyinin  aydın  meydana  çıxdığını  qeyd  edərək,  ilk  öncə  Qərb  novellalarında 

qəhrəmanının  aktiv,  Şərq  novellalarının  qəhrəmanlarının  isə  passiv  olduğunu,  sonuncuların 

yaşamağı  bacarmayan,  uğursuz  insanlar  kimi  canlandırıldığını  qeyd  edir.  Məhəbbət  xəttinin 

inkişafında  Qərbdə  həm  komik,  həm  də  tragik  məqamlar  yer  alırsa,  Şərqdə  faciənin  üstünlük 

təşkil etdiyini vurğulayır. 




      

250    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

Kretyen  de  Trua  və  Nizami  Gəncəvi  yaradıcılığı  ilə  təmsil  olunan  klassik  mərhələdə 

birincinin  “Tristan  və  İzolda”,  Nizaminin  isə  Qurqaninin  konsepsiyasından  bəhrələndiyini, 

burada harmoniyanın şahı ilhamlandıran ali məhəbbət əsasında bərqərar olduğunu əsaslandırır. 

Müsəlman roman eposunun Qərb nümunələri ilə müqayisəli təhlil edərək yazır: “Burada 

qəhrəman  cəngavər  deyil,  şahdır  və  o  güclü  sərkərdə  deyil  müdrik  hökmdar  (Kretyenin 

“Perseval” və Nizaminin “İskəndərnamə”) kimi yetişir. Xətti inkişaf tsiklik modellə əvəzlənir. 

Təsvir  obyekti  –  qəhrəmanın  müdrikləşməsidir  (Qərbdə  olduğu  kimi).  Lakin  sonda  onun 

qocalığı və ölümü də təsvir edilir”. 

Şərq-Qərb  qarşıdurmasından  bəhs  etmək  üçün  hər  iki  mədəniyyətə,  ədəbiyyata,  ədəbi 

kontekstə  yaxından  bələd  olmaq  gərəkdir.  Bu  səbəbdən  də  bəzən  Şərq  bədii-estetik  fikrinin 

dərinliklərinə  varmadan  aparılan  müqayisələr  səthi  xarakter  daşıyır.  Problemin  kökləri  dəqiq 

müəyyən edilsə də, təqdimi qüsurludur. Rus şərqşünasları, alimləri çox zaman dil, mənəvi areal 

kimi  maneələri  aşa  bilmirdilər.  Şərqi  dəyərləndirmək  üçün  məhz  milli-  mənəvi,  etno-tarixi 

baxış,  Şərq  təcrübəsinin  nəzərə  alınması  vacibdir.  Şərq  heç  vaxt  aktivlik  kimi  zahiri 

xüsusiyyətlə  xarakterizə  oluna  bilməz.  Oldenburqun  fikrində  qeyd  olunduğu  kimi,  Şərqin 

“insana  yanaşması”  daha  dərindir.  Buna  görə  Y.  Qarayev  Y.  E.  Bertelsdən  gələn  köhnə 

stereotiplərdən xilas olmağın, “zövq əhli” olmağın vacibliyini bildirirdi. 

İntibah  “müəyyən  qədim  mədəniyyətin  tarixin  müəyyən  aralığında  sanki  yenidən 

dirçəlməsi,  oyanması  hadisəsi,  hər  hansı  xalqın  və  ya  yaxın  mədəniyyətə  məxsus  xalqların 

inkişafında  parlaq  dövr”dür.  Ən  yeni  ensiklopediyalarda  belə  “Elmin  və  incəsənətin 

çiçəkləndiyi Avropa, Müsəlman İntibahı, Azərbaycan İntibahı və bir çox digər İntibah dövrləri 

mövcuddur.  Bunlar  arasında  ən  geniş  yayılmış,  öyrənilmiş  olan  Avropa  İntibah  dövrü  və  ya 

Renessansdır” fikri yer alır (

http://az.wikipedia.org/wiki/İntibah

). 


Ümumən  Renessansı  mədəniyyətin  dirçəlişi  (E.  Braun,  R.Frai),  antik  yunan 

mədəniyyətinin  dirçəlməsi  ilə  şərtlənən  mədəni  dirçəliş  dövrü  (A.Mets)  olaraq 

qiymətləndirmək,  Şərq  İntibahını  Qərb  intibahına  adekvat  hadisə  olaraq  qəbul  etmək  və  ya 

“intibah hərəkatını ümumdünya hərəkatı kimi qəbul etmək düzgün deyil, onun Şərqdən Qərbə 

“köçürülməsi”  barədəki  mülahizələr  də  heç  bir  əsasa  dayanmır.  Sadəcə  olaraq,  intibahın 

tipologiyası var, hər hansı Şərq, yaxud hər hansı Qərb mədəniyyətindəki intibah eyni tipologiya 

ilə  getməli,  eyni  prinsipial  əlamətlərə  malik  olmalıdır...”  (Cəfərov,  2003: 75)  kimi  ziddiyyətli 

fikirlər mövcuddur. 

Şərq Renessansı haqqında mühakimələr bu anlayışın (Şərq ayrıca bir region, ölkə və ya 

bölgə  və  s.  olaraq  götürülür,  həmçinin  dövrün  (VII  əsrdən  XVIII  əsrə  qədər  olan  zaman 




      

251    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

müddəti)  fərqli  dərkindən  qaynaqlanır.  Məsələn:  E.  Braun  Şərq  Renessansına  V-XV  əsrlər 

klassik  farsdilli  poeziyanın  inkişafı  dövrünü,  Mets  isə  VII-X  əsrlərdə  Yaxın  və  orta    Şərqdə 

mədəni inkişaf dövrünü, R.Farai –X-XI əsrdə Şərqi Heratdakı, Orta Asiyada, daha sonra Qərbi 

İranda  yer  alan  mədəni  inkişafı  aid  edir.  R.Vilqelem  VII-X  əsrlərdə  Tan  və  Sun  sülalaləsi 

dövründə  çin  ədəbiyyatının  inkişafını  intibah  dövrü  olaraq  qiymətləndirir.  A.  Zayoiçkovski 

İntibah hadisəsinin, ayrıca bir dövlət deyil, bütün Şərq üçün xarakterik hesab edir (Рзакулизаде, 

1983:  47).  N.  İ.  Konrad,  V.  M.  Jirmunskiy  Şərq  İntibahını  bütün  Şərqi  əhatə  etdiyini,  Ş.  İ. 

Nutsubidze, M. Rəfili isə bu hadisənin bir Şərq  ölkəsindən digərinə yayıldığını iddia edirdilər. 

İntibahın  əsas  əlaməti  olaraq  keçmişi  dirçəltmə  xüsusiyyəti  vurğulanır,  bu  prosesin  feodalizm 

münasibətlərinin sona yetməsi ilə tamamlandığı qeyd olunur. A. F. Losyev isə “Renessansın hər 

yerdə, müxtəlif dövrlərdə, müxtəlif məzmunda” mövcud olduğunu yazırdı (Рзакулизаде, 1983: 

47). 

Uzun  zaman  Şərq  intibahının  mövcudluğu  şübhə  doğurmuşdur.  Böyük  Sovet 



ensiklopediyasının  2-ci  nəşrində  intibah  hadisəsində  kapitalizmin  yaranmasının  vacib  şərt 

olduğu  və  bu  səbəbdən  də  Şərq  intibahından  bəhs  etməyin  doğru  olmadığı  fikri  yer  almışdır. 

Braginski isə kapitalizmin İntibahın formalaşmasında vacib kriteriya olmadığını qeyd edir. 

Mövzu ilə bağlı polemika müstəvisində Y. Qarayev problemə əhatəli yanaşma tərzi ilə 

diqqəti cəlb edir. Çünki onun konsepsiyası sxolastik fikirlər yığnağı deyil, konkret təhlillərdən 

və elmi qənaətlərdən ibarətdir. Orta əsrlər ədəbiyyatını mərhələ olaraq əsaslandırmağa çalışan 

alim öz təhlilini müqayisələr, tipoloji paralellər üzərində qurur. 

Qərbi Avropa ədəbiyyatının - “burjua dövrünün” İntibah və Maarifçiliyi ilə, Şərqin isə 

orta  əsrlərin  humanizmi  ilə  qüvvətli  göründüyünü,  qədim  Qərb  mütəfəkkirləri  -  Aristotel, 

Sokrat,  Əflatunun  Qərbdən  öncə  “İskəndərnamə”nin  qəhrəmanları  olduğunu,  “Qərb 

intibahından  əvvəl  Şərq  humanizm  hərəkatında”  böyük  rolları  olduğunu  qeyd  edərək,  İntibah 

təffəkürünün Şekspir yaradıcılığından daha əvvəl Nizamidə yer aldığını, “Əkinçilik  şahlıqdan 

da yaxşıdır!” ideyasını “Faust”dan qabaq “İskəndərnamə”də, ən poetik və humanist utopiya ilə, 

sadə, namuslu, zəhmətkeş adamların bərabərlik cəmiyyəti kimi Tomas Mordan, Kampanelladan 

daha  əvvəl  “Xəmsə”də  yer  aldığını,  İntibah  dünyagörüşünün  bütöv  bədii  təliminin  Nizami 

yaradıcılığında ardıcıl təzahür etdiyini konkret nümunələr arasında əsaslandırır. 

Alim  eyni  zamanda  Nizami  yaradıcılığı  ilə  Qərb  barokkosu  və  manyerizmi  arasında 

tipoloji analoqlardan bəhs edərək, Luis de Qonqoranın poeziyası ilə oxşar məqamları göstərir: 




      

252    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

Qız o qədər gözəl idi ki

Çöhrəsində iki günəş 

Norveçi əridə bilərdi, əlləri isə 

Həbəşistanı ağa boyayardı. 

Parçadakı  ovqatın  və  obrazlılığın  orta  əsrlər  Şərq  şeri  üslubuna  yaxınlığı,  Sədinin 

məşhur hiperbolası ilə müqayisə edərək “obrazlarda miqyas və ölçülərin yaxınlığı, ehtirasda və 

düşüncədə  əsil  bir  Nizami  və  Füzuli  ölçüləri”nin  üslub  ümumiliyinə  dəlalət  etdiyi  vurğulanır 

(Qarayev,  1996:  171).  Təhlillərdən  də  göründüyü  kimi,  müqayisə  məzmun  səviyyəsində  deyil 

(Meletinskidə olduğu kimi-L.H.), üslub ümumiliyi səviyyəsində əsaslandırılır.  

Avropa  İntibahının  xristianlıqla  antik  fəlsəfənin  sintezi  kimi,  “Müsəlman 

Renessansı”nın  isə  İslamla  sufizmin  qaynağı  kimi  meydana  çıxdığını  və  əsas  fərqin  də  bu 

məqamla şərtləndiyi vurğulayaraq: “Avropalı dahi “çərxi fələyin” fırlandığı əbədi mehvərdən və 

dövriyyədən nəşə məqamını seçir və məhz “nəşə” ovqatını nəzərdə tutaraq “Saxlan ey məqam, 

sən gözəlsən, dur!”- deyir (Höte, “Faust”) Füzuli isə əbədi, ağ saçlı zamanla həmyaş və həmdəm 

bir  qəmin  özünü  ruhuna  qəmxar  seçir  və  məhz  özünü  dərdin,  möhnətin  əbədi  dövriyyəsində 

fırlanan  karvana  sarvan  elan  edir:  “Mənəm  ki,  qafilasalari-karvani  qəməm”  (Qarayev,  1996: 

189). “Füzulinin mistik-dini idealı - buxovları “cisimdən, bətndən qırıb atmağın” məlum Qərb 

modelinə, “maddi–cismani adiliyə” verilən sərbəstliyin və bəraətin Rable və Bokaçio ənənəsinə 

“sığışmaqdan”  çox  uzaq  görünür.  Harın  və  tox  məişət  firavanlığına,  şəhvətə  və  sərxoşluğa 

təşnəliyin öz cızığından çıxmasına, mənəvi aləmi və ruhu öldürən ehtirasa etirazın ənənəvi sufi 

simvolları – bunlar özlüyündə hələ də “Falstaf dünya duyumunun” Şərq çeşidi demək deyildi: 

Falstaf – adi “həyat zövq- səfasının” qəbulu deməkdir, sufizm isə adi “həyatdan imtinanın ən ali 

(apogey!) məqamıdır, ən ali dəyərlər naminə özünü fəda etməyə verilən könüllü xeyir duadır”. 

“Məhz  hələ  Yəsəvidən  gələn  Şərq–türk  humanizmi  insan  gözəlliyini,  gözəlliyin  mənəvi 

məzmunu ilə, insanın özünün ilahiliyi ilə bərabərləşdirən bütöv bir fəlsəfi sistemdir, proqram və 

təlimdir. Onun Avropa və Qərb “ictimai gözəllik” anlayışından da fərqi ondadır (Qarayev, 1996: 

140). 


Qərbi  Avropa  orta  əsrlərinin  qəhrəman  tiplərinin  şəxsiyyəti  hər  cür  inkişaf  və 

mürəkkəblikdən  məhrum,  yekrəng  və  yekparə  bir  varlığa,  “həndəsi  nöqtəyə,    Demokrit 

fizikasının bərk atomuna” (A. A. Smirnov) bənzədildiyini əsas tutaraq, Şərq intibah lirikasının 

qəhrəmanını  Avropa  intibahına  yaxınlaşdıran  cəhətin  tam  əksinə  iztirab  və  müdrikliyin 

vəhdətindən yaranan mürəkkəblik olduğunu əsaslandırır. “İnsanlığın yaşadığı “bəşəri kədər”in 

Bayrona qədərki ən böyük təzahürü Füzuli deyilmi? ” 




      

253    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

Y. Qarayev həmin dövrü bu cür xarakterizə edir: “XI–XII əsrlərin klassik poeziyasında 

intibahın bədii metodu (intibahın realizm tipini yaradan bir sıra Qərb ölkələrindən fərqli olaraq) 

spesifik bir «intibah romantizmi» şəklində meydana çıxmışdır. Şərq bədii təfəkkürünün qədim 

və möhtəşəm keçmişini məhz romantika ifadə və təmsil etmişdir” (Qarayev, 1980: 55). Əgər bu 

milli  romantizmin  ilkin  mərhələsi  idisə  sonrakı  mərhələni  «Maarifçilik  zəminində»  yaranan 

romantizm tipi” (Qarayev, 1980: 66) olaraq səciyyələndirir. 

XX  əsr  romantizmini  Cavid  yaradıcılığı  əsasında  xarakterizə  edərək  onun  özündən 

əvvəlki ənənəyə qlobal şəkildə yanaşdığını “ən qədim və yeni Şərqi, müasir Avropanı və milli 

folkloru  sintezdə  və  qaynaqda  birləşdirdi”  yini  (Qarayev,  1996:  320),  bəşərin  təcrübəsini 

sintezdə, vəhdətdə  öyrənməyə çalışdığını qeyd edir. Cavid romantizmindən bəhs edən müəllif 

onun təbiətə münasibətini Qərb və orta əsrlər Şərq romantizmindən fərqli olduğunu vurğulayır. 

Qərb  romantiklərinin  əsərlərində  “təbiət  qəhrəmana  həyatdan  və  cəmiyyətdən  uzaqlaşmaq 

üçündürsə, Cavidin təsvir etdiyi Qafqaz mühiti isə Sənana həyatla və Xuramanla birləşmə üçün 

lazım olur (Qarayev, 1996: 326).  

XX əsr Qərb fəlsəfəsində daim  təklənən insan Şərq ənənəsində ətrafı ilə harmoniyaya 

can  atır.  İnsan  “təbiətin  ünsürü,  “zərrəsi”  kimi  yox,  şah  əsəri  kimi  təsvir  edilir”.  Y.  Qarayev 

Şərqdə  bu  vaxta  qədər  ki  idealist  “həqiqətlərə”,  fəlsəfə,  firqə  və  təriqət  axtarışlarına  verdiyi 

tənqidi qiymətdə, birdəfəlik, əbədi tapılmış ehkam və doqmaları inkar və rədd etməsini” Cavid 

yaradıcılığının  güclü  tərəfi  olaraq  xarakterizə  etməklə,  Şərqi  də  şərtsiz  qəbul  etmir.  O,  Cavid 

yaradıcılığına xas (bəlkə də ən güclü tərəf olaraq –L.H.) keçmişə olan inkarı “yeni həqiqət, yeni 

fəlsəfə axtarışları üçün” zəruri tarixi və psixoloji mərhələ olaraq qiymətləndirir (Qarayev, 1996: 

328). 

Alim  Cavid  romantizmini  dünya  təcrübəsi  ilə  müqayisə  edərək  paralellər  aparır, 



Peyğəmbərə münasibətdə Höte ənənəsindən “qaynaqlandığını” göstərir. Hər ikisində peyğəmbər 

obrazının  “humanizm  və  beynəlmiləlçilik  idealına  xidmət  etdiyini  vurğulayır.  Lakin  yalnız 

bununla kifayətlənmədən onu milli-romantik ənənəyə bağlayan telləri də araşdırır. “Peyğəmbərə 

romantik  Höte  münasibətinin  başlanğıcının”  Nizami,  Füzuli,  Vaqif  kimi  klassiklərdə  də 

olduğunu qeyd edir. Konkret paralellərlə Mələyin Məhəmmədə həvalə etdiyi “bəndləri yenə də 

qırılmış”  zamanı  “bənd  etmək”  tapşırığının  sonradan  Hamletin  bir  missiya  olaraq  üzərinə 

düşdüyünü  qeyd  etməklə  yenidən  Şərqin  ilkinliyinə  əsaslanır.  Məhəmmədin  Peyğəmbərə, 

danimarkalı  şahzadənin  –  Hamletə,  lamançlı  cəngavərin  –  Don  Kixota  çevrilərək  həll  etməyə 

çalışdığı  mənəvi  vəzifə,  onları  birləşdirən  eyni  amala  xidmət  etmələridir.  Lakin  Cavidin 

qəhrəman  səciyyəsini  açmaq  üçün  daha  qüvvətli  üsullardan  istifadə  etməsi  və  onun  əsərinin 

“Məhəmməd  barədə  bu  vaxta  qədər  yazılmış  bütün  əsərlərdən”  müsbət  mənada  humanizmi, 



      

254    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

beynəlmiləlçiliyi, demokratikliyi və yüksək bədii keyfiyyəti ilə seçildiyi elmi təhlillərlə izahını 

tapır.  

Y. Qarayev Sabirin “kim ki, insanı sevər, aşiqi-hürriyyət olur. Bəli, hürriyyət olan yerdə 

də  insanlıq  olur”  misralarından  çıxış  edərək  Şərq  sivilizasiyasının  mənəvi  kamillik  üzərində 

qurulduğunu  qeyd  edir.  Bəşəriyyətin  inkişafı  yoluna  nəzər  salaraq  xilas  axtarışlarının  iki 

istiqamətdə  aparıldığını:  birinci,  daha  çox  siyasi–sinfi,  ictimai  sosial  strukturların 

təkmilləşməsinə  əsaslanırsa,  ikinci,  daha  çox  fərdi  mənəvi  “mən”  də”,  cəmiyyətin  ailə  özülü 

səviyyəsində nail olmaq üsulu olaraq, Avropa və Şərq yollarını fərqləndirir. 

Qərb filosoflarının, son dövr Avropada fəlsəfi fikrinin  Haydigger, Freyd, Kafka kimi 

nümayəndələrinin  yalnız  Ruhun  yox,  cismin  (patologiyanın)  sehri  ilə  məşğul  olduğu,  “eşqlə 

kamillik  və  allahlıq” ideyasının  xələfi  olmaq  isə”  Nizami,  Füzuli  kimi  Şərq  mütəfəkkirlərinin 

üstünə düşdüyü qeyd olunur (Qarayev, 2010: 126). 

Göründüyü kimi, bir çox kateqoriyaları məhz Şərq Qərb kontekstində fərqləndirən alim, 

məsələn, zamana yanaşmada “ona Tanrıdan, Sərkərdədən və “Mən”dən (konkret fərdi şüurdan) 

baxan  ədəbi  və  fəlsəfi  ənənə”  nin  Şərqə  aid  olduğunu,  ikinci  Karl  Yaspersin  “mehvərli  və 

mehvərsiz tarix” təlimini, üçüncü olaraq Avropada yayılan “zaman – mən” (Qarayev, 1996: 5) 

müstəvisində zaman təsnifatını aid edərək qruplaşdırır. 

Dünyanın  gələcək  inkişafı üçün  Şərq  dəyərlərinin  aktual olduğu fikrini dəfələrlə  qeyd 

edərək,  XXI  yüz  ildə  ənənəvi  Şərq-Qərb  qlobalizminin  növbəti  təzahürü  üçün  obyektiv  tarixi 

perspektivin əmələ gəldiyini, Türkiyə Çumhuriyyəti ilə eyni mənəvi, mədəni, iqtisadi məkanda 

qovuşan beş müstəqil türk səltənətinin “ortaq türk dəyərlərini ortaya çıxartmaq və ona sahiblik 

şüuru  (mentalitet)  yaratmaq  missiyasını  yeni  yüz  ilin  və  min  ilin  türk  etnik  düşüncəsinin 

miqyaslı problemlərinə çevrilməli olduğunu bildirir (Qarayev, 2010: 131), bu yolda axtarışların 

istiqamətlərini müəyyənləşdirərək Avropanın təcrübəsini daha düzgün hesab edir, Avropa elmi-

mədəni tərəqqisinin iki heyrətdən yarandığını yazır: “..Avropada “cangəvərlik orta əsrləri” islam 

mədəniyyətinə,  XVI  əsrin  intibah  zirvələri  isə  antik  mədəniyyətə  heyrətin,  ona  “qayıdış”ın 

əlaməti  altında  keçmişdir.  Lakin  Avropa  hər  iki  mənbədən  yalnız  ona  faydalı,  məhrəm  olan, 

Şərqdən  də,  yunanlardan  da  ucalara  qalxmaqda  ona  kömək  edən  dəyərləri  götürdü,  “islam 

mədəniyyətində daşınan, lakin islamın özü tərəfindən gerçəkləşdirilməyən idealları və ideyaları 

gerçəkləşdirməklə  qüdrətləndi...  eyni  zamanda,  Şərqin  ona  göstərdiyi  dağıdıcı  təsirə  də 

mətanətlə  sinə  gərərək  özünü  yazıqlaşmadan  və  məhvolmadan  qoruya  bildi  (Adil  Əsədli) 

(Qarayev,  2010:  131).  Cənublu  alim-ədəbiyyatşünas,  doktor  Rəhim  Çavuş  Əkbərin  “Şərq 

ürfanının  işığı  və  Qərb  elm  və  fəlsəfəsinin  heyrətamizlikləri  (ustad  Şəhriyarın  “Eynşteynə 

peyğam” şeri əsasında) Tehran, 1379 əsərinə istinad əsasında bu paralelləri Şərqin və Qərbin iki 



      

255    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

dahi  siması  Eynşteyn  və  ustad  Şəhriyar  münasibətləri  əsasında  davam  etdirir.  Şəhriyarın 

“Eynşteynə peyğam” şerində Şərqin ilahi, ürfani hikmətinin Qərbin praktik elmi hikməti ilə üz-

üzə qoyulmadığını, əksinə bir-birini tamamlamağa yönləndiyini bildirir. “Eynşteyn daha yuxarı 

qalx,  Allahın  özünü  tap!”  -  misralarının  məhz  belə  bir  kamilliyə  çağırış  kimi  qiymətləndirir. 

“Bunun  üçün  isə  elmi-təcrübə  yetməz,  ruhi  irfani  məqama  yetişmək  gərəkdir”  fikrini  rəhbər 

tutan  alim,  bu  misraları  XXI  əsrdə  Qərblə  Şərq  arasında  dialoqu  “emblem  və  epiqraf”  olaraq 

dəyərləndirir. 

Y.  Qarayev  imperativləri  bu  gün  Qərb  alimləri  tərəfindən  söylənilən  fikirlərdə 

təkrarlanır. Amerikalı politoloq və psixoloq Uolt Andersen də problemlə bağlı oxşar fikirdədir. 

O Şərq və Qərb elmini müqayisə edərək yazır: “Qərbdə biz mexanizmlərin əsiriyik. Sanki yalnız 

onların vasitəsi ilə həqiqəti dərk etmək olar. Yalnız bəzi fiziklər onların nəzəriyyə və tədqiqatlar 

əsasında  kəşf  etdiyi  reallığın  sadəcə  hiss  vasitəsilə  dərk  etməyin  mümkünlüyünü  anlayırlar”. 

Qərb  dünyanı  müəyyən  cihazlar  –  lazer,  teleskop  vasitəsilə,  Şərq  isə  müəyyən  təlim  keçmiş 

insan  və  ağıl  vasitəsilə  (məsələn,  meditasiya  zamanı)  dərk  etməyə  çalışır  (Крэнстон,  1999: 

308). 


Bu  gün  də  Şərq  mədəniyyəti  dünyanı  öz  təsiri  altında  saxlayır  -  türk  yazarlarının 

əsərləri,  Şərq  poeziya  nümunələri,  fəlsəfəsi.  Məsələn:  D.V.Necepurenko  “Pelevinin  bədii 

fəlsəfəsi”  məqaləsində  postmodernizmin  Şərq  fəlsəfəsinə  əsaslandığını  qeyd  edir  (“Delezanın 

konsepsiyası mahiyyətinə görə müəllif terminləri ilə ifadə olunmuş dzen buddizim fəlsəfəsidir”) 

(Нечепуренко, 2012). Əvvəlki dövrlərdə olduğu kimi Şərq fəlsəfəsi, əsasən sufizm bu gün də 

bir çox Qərb müəlliflərinin yaradıcılığında hiss edilir- Borxes, Pelevin... (Ишанова, 2006: 194). 

Lakin təəssüf ki, XXI əsrin artıq on dörd ilini adlasaq da hələ ki, qarşıdurma dialoqla 

əvəzlənə bilmir. Bu isə hələ də bəşəriyyətin dialoqa, kompromisə deyil, daha çox konfliktə və 

qarşıdurmaya açıq olduğu göstərir. Şərqlə Qərb, Kiplinqin bir zamanlar söylədiyi kimi (“Qərb 

qərbdir,  Şərq  isə  şərq.  Onlar  heç  zaman  uzlaşmayacaqlar”),  ayrı-ayrı  qütblər,  heç  zaman 

birləşməyəcək  dəyər  daşıyıcıları  olaraq  üz-üzə  gəlməkdədirlər.  Demək  hələ  də  Qərbin  elmi 

praktik  təfəkkürü  Şərqin  mənəvi  kamillik  axtarışlarına  qoşulmaq  iqtidarında  deyil,  bu  isə 

bəşəriyyətin  inkişafa  deyil,  süquta  istiqamətlənmiş  olduğunun  göstəricisidir.  Göründüyü  kimi, 

Y.  Qarayev  Şərq  ədəbiyyatının  bədii  obrazlarını  dünya  ədəbiyyatı  obrazları  cərgəsində  təhlilə 

cəlb  etməklə,  Şərq  ədəbiyyatını  dünya  ədəbiyyatı  daxilində  (periferiyasında  yox!-  L.H.)  təhlil 

edərək,  Şərqin  ilkinliyini  təsbit  edir,  Avropa  intibahını  Şərq  intibahının  təsiri  əsasında 

formalaşan  növbəti  mərhələ  olaraq  öyrənilməli  olduğunu,  Avropa  intibahı  qəhrəmanlarının 

zamanca daha əvvəl yaranmış Şərq lirikasının obrazlarının sələfləri olaraq dəyərləndirir.  



 


      

256    

                                                                                                                                Lalə HƏSƏNOVA 



______________________________________________ 

 

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/1 2015 s. 244-256, TÜRKİYE 

 

Ədəbiyyat 

BAYRAMLI, O. (2008). Görkəmli Fikir Dühası. Əli Bəy Hüseynzadə. Secilmiş Əsərləri. I Cild. 

Bakı, Çaşıoğlu. 

CƏFƏROV, N. (2003). Azərbaycan Intibahı: Problemlər, Mülahizələr. N. Cəfərov Klassiklər və 



müasirlər. Bakı: Elm. 

QARAYEV, Y. (1980). Realizm Sənət və Həqiqət. Bakı: Elm. 

QARAYEV, Y(1996). Tarix Yaxından və Uzaqdan. Bakı: Sabah.  

QARAYEV,  Y.  (2008).  Şərqin  və  Əli  Bəyin  Dörd  Dastanında  Türk.  Əli  Bəy  Hüseynzadə. 



Secilmiş Əsərləri. I cild. Bakı, Çaşıoğlu. 

QARAYEV, Y. (2010). XXI Əsr: Qlobal Sivilizasiya və Şərq Dəyərləri. Dircəliş, 1-2, 24 - 132. 

БАРТОЛЬД, B. B. (1930). Ученые Мусульманского Ренессанса (ЗКВ,  V,) с. 3.   

ИШАНОВА,  А.  (2006).  Суфийские  Мотивы  И  Образы  в  Современной  Мировой 



Литературе // 

http://www.safarabdulloh.kz/img/books/Суфизм.pdf

 

КОНРАД,  Н.  И.  (1974).  Из  Истории  Средних  Веков  Стран  Восточной  Азии.  Н.  И. 



Конрад. Избранные труды. История. Мoсква. 

КРЭНСТОН, С. (1999). Е.П. Блаватская. Москва: Сирин. 

МЕЛЕТИНСКИЙ,  Е.  М.  Проблемы  Сравнительного  Изучения  Средневековой 

Литературы 

(Запад/Восток) 

http://www.gumer.info/bibliotek_Buks/Literat/Article/melet1.php



 

НЕЧЕПУРЕНКО,  Д.  В.  (2012).  Художественная  Философия  Пелевина.  «Вопросы 



Филологии,  Искусствоведения  и  Культурологии»:  Материалы  Международной 

Заочной Научно-Практической Конференции (10 Октября 2012 г.). 

ОЛЬДЕНБУРГ,  С. Ф.  (1982).  “Связи  Востока  с  Западом  Старинные…».  Восток-Запад. 

Москва: Наука. 

РЗАКУЛИЗАДЕ, С. (1983). Закономерности Развития Восточной Философии XIII—XVI 



вв.  (регион  ислама)  и  Проблема  Запад—Восток

http://bookucheba.com/istoriya-

filosofii/zakonomernosti-razvitiya-zapadnoy-filosofii-13317.html/

.  


(

http://az.wikipedia.org/wiki/İntibah



). 

 

Yüklə 141,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə