Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Halil Akıncının Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı



Yüklə 16,68 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü16,68 Kb.
#50988


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Halil Akıncının 

Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı 

(10-11 Oktyabr 2011) 

 

Hörmətli Dövlət Başçıları, Əziz Forum iştirakçıları, 



 

Dünyanın  qloballaşdığı,  məsafələrin  qısaldığı,  millətlərin  dövlətlərin 

önünə  keçərək  yaxınlaşdığı  bir  dövrdə  Azərbaycan  Respublikasının  və  Rusiya 

Federasiyasının  Prezidentləri  cənab  İlham  Əliyev  və  cənab  Dimitri 

Medevedevin  sədrliyi  ilə  Bakı  Beynəlxalq  Humanitar  Forumunun  keçirilməsi 

çox  təqdirəlayiq  haldır.  Bu  münasibətlə  hər  iki  prezidentə  öz  təşəkkürümü 

bildirirəm. 

Hazırkı dövrdə heç bir dövlət və ya millət dünyada baş verən proseslərdən 

kənarda  qala  bilməz.  Prezidentlər  tərəfindən  irəli  sürülən  bu  təşəbbüs 

alqışalayiqdir  və  digər  ölkə  başçılarının  da  bu  təşəbbüsə  qoşulmalarını  vacib 

hesab edirəm.  

21-ci  əsrdə 

regional 

beynəlxalq 

təşkilatlar  ümumi 

maraqların 

müəyyənləşdirilməsi,  rifahın  yaxşılaşdırılması,  regional  sülh  və  sabitliyin 

qorunmasında  rolu  artmaqdadır  və  ölkələr  üçün  humanitar  standartlar 

yaratmaqdadırlar.  

 

Bizim  təşkilat  yeni  yaranmış  bir  təşkilatdır,  yaranmasının  bir  ili  hələ 



tamam  olmamışdır.  Təşkilatımız  ortaq  mədəniyyət  və  qardaşlıq  bağlarına 

əsaslanaraq türk  dövlətlərini  özündə birləşdirir.  Hal-hazırda  6 türk  dövlətindən 

4-ü - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurumun üzvüdür və əsas 

məqsədimiz  üzv  ölkələr  arasında  qarşılıqlı  etimad,  dostluq  və  xoşqonşuluğun 

möhkəmləndirilməsi, region və ümumilikdə dünyada sülhün qorunmasına töhfə, 

siyasi,  ticari-iqtisadi,  mədəni,  təhsil,  enerji  və  ümumi  maraq  kəsb  edən  digər 

sahələrdə  səmərəli  regional  və  ikitərəfli  əməkdaşlığın  təşviqi,  tərəflərin 

xalqlarının  həyat  səviyyəsinin  daim  yüksəldilməsi  və  həyat  şəraitinin 

yaxşlılaşdırılması məqsədilə bərabərhüquqlu tərəfdaşlıq əsasında birgə fəaliyyət 

vasitəsilə  regionda  hərtərəfli  və  balanslaşdırılmış  iqtisadi  yüksəlişə,  sosial  və 

mədəni inkişafa səy göstərilməsindən ibarətdir.  

 

Digər 2 türk dövləti - Özbəkistan və Türkmənistanın da təşkilatımıza üzv 



olmasını  istəyirik.  Onların  üzvlüyü  ilə  təşkilat  bütün  türk  dövlətlərini  əhatə 

etmiş olacaq və bu da qurumumuzun tam şəkildə fəaliyyət göstərməsinə gətirib 




çıxaracaqdır. Bununla, təşkilatımız böyük bir coğrafiyanı əhatə etmiş olacaqdır 

– bu da böyük iqtisadi əməkdaşlıq sahəsi deməkdir.    

Cari  ilin  20-21  oktyabr  tarixində  Almatıda,  Qazaxıstanda  Dövlət 

Başçılarının  iştirakı  ilə  təşkilatımızın  birinci  Zirvə  Toplantısı  keçiriləcəkdir. 

Zirvə toplantısının bəyannaməsində dünyada baş verən proseslərin və humanitar 

məsələlərin də əks olunması nəzərdə tutulmuşdur.  

 

Birinci Zirvə  Toplantısının mövzusu “İqtisadi Əməkdaşlıq” olduğu üçün 



13  oktyabr  tarixində  Astanada  təşkilatımıza  üzv  olan  ölkələrin  İqtisadiyyat 

Nazirlərinin ilk iclası keçiriləcəkdir. Bu iqtisadi tərəqqinin humanitar təməldə də 

artırılması üçün mühüm tədbir olacaqdır. 

 

Bununla  yanaşı,  təşkilatımızın  çərçivəsində  özəl sektorla  dövlət  arasında 

əməkdaşlığın  inkişafına  xidmət  edəcək  “Türk  İş  Şurası”  (Turkic  Business 

Council)  yaradılacaqdır.  Şuranın  2  oktyabrda  Ankarada  ilk  hazırlıq  toplantısı 

keçirilmişdir.  Birinci  Zirvə  Toplantısı  çərçivəsində  “Türk  İş  Şurası”  4  üzv 

ölkənin iş adamlarının biznes forumunu təşkil edəcəkdir.   

 

Türk  Dövlətlərinin  qonşu  ölkələrlə  münasibətləri  strateji  tərəfdaşlıq 



səviyyəsindədir.  Təşkilatımız  qonşu  dövlətlərlə  münasibətlərə  mühüm  önəm 

verir və xoş qonşuluq siyasətinə prioritet istiqamətlərdən biri kimi baxır.  

 

Bakı Beynəlxalq Humanitar forumunun 11 oktyabrda keçiriləcək dəyirmi 



masalarının  mövzuları  da  reallıqla  tam  ayaqlaşır  və  mən  də  “İnkişafın  iqtisadi 

modelinin  humanitar  aspektləri”  mövzusundakı  dəyirmi  masaya  böyük 

məmnuniyyətlə qatılacağam. 

 

Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurası  bir  sıra  layihələri  həyata 



keçirməyi  planlaşdırır.  Həmin  layihələr  arasında  humanitar  sahələri  də  əks 

etdirəcək layihələr də mövcuddur. Təşkilatımızın bu sahədə hər cür əməkdaşlığa 

hazır olduğunu bəyan edirəm.  

 

Sonda  bir  daha  Azərbaycan  Respublikasının  və  Rusiya  Federasiyasının 



Prezidentləri  cənab  İlham  Əliyev  və  cənab  Dimitri  Medevedevə  bu  təşəbbüsə 

görə  minnətdarlığımı  bildirir,  bir  çox  dövlət  başçılarının  da  töhfəsi  ilə  bunun 

davamlı olacağına ümid edirəm. 

Diqqətinizə görə təşəkkür edirəm.  



Yüklə 16,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə