TürklüK ÇAĞDAŞliq



Yüklə 1,32 Mb.
səhifə1/16
tarix26.09.2017
ölçüsü1,32 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16


Şİrvanİ Ədİllİ





TÜRKLÜK

ÇAĞDAŞLIQ

İSLAM

Türküstan” kitabxanası

Redaktor:
Fil.e.n., dos. Aydın Qasımlı (Mədətoğlu)

Ədilli Şirvani

Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam. Redak-tor və ön sözün müəllifi fil.e.n., dos. A.M.Qasımlı. Bakı, “Elm və təhsil” – 2013, 288 səh.

Kitabda ideologiya anlayışı və tarixən yaranmış ideologiyalar, o cüm-lədən milli ideologiyamız olan türk millətçiliyinin yaranması və inkişafı haqqında ətraflı məlumat verilmiş, çağdaş dövrümüz üçün milli ideolo-giyamızın müxtəlif məsələləri sistem şəklində araşdırılmış, milli mənəvi də-yərlərimizi qoruyub-yaşatmaq və yüksəltmək problemləri və onların ictimai əhəmiyyəti haqqında geniş söhbət açılmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı – 2013

ÖN SÖZ
Azərbaycan xalqının milli ideologiyası ilə bağlı bir sıra tədqiqat əsərləri yazılsa da, hələlik ideoloji məsələlərdə möv-cud olan boşluqlar tam doldurulmadığından məsələnin tədqiqi öz aktuallığını qoruyub saxlamaqdadır. İndiyə qədər bu prob-lemin həlli ilə bağlı edilən cəhdlər demək olar ki, öz məntiqi sonluğuna tam çatmamışdır. Əksinə, bununla bağlı cəmiyyətin müxtəlif təbəqələrində daha geniş şəkildə muzakirələr aparılır, problemin həlli istiqamətində yeni-yeni mülahizələr, fikirlər irəli sürülür, yeni-yeni tədqiqat əsərləri yazılıb çap edilir. İndiyə qədər milli ideologiya probleminə həsr olunmuş əsər-lərdə bu problemə kompleks şəkildə yanaşılmamış, yalnız problemin bəzi aspektləri məhdud və ya ziddiyyətli şəkildə təd-qiqat obyektinə çevrilmişdir. Bu mövzuya həsr edilmiş əsər-lərdən biri də Şirvani Ədillinin “Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam” adlı tədqiqat əsəridir.

Müəllif özünəqədərki tədqiqatlardan fərqli olaraq məsələyə hərtərəfli yanaşmış, öz məqsədini qısa şəkildə şərh etdikdən sonra ideologiya anlayışından, indiyəqədərki mövcud ideo-logiyaların təsnifatından, tarixən yaranmış iqtisadi, hüquqi, dini, milli, qarışıq və ümumi təmayüllü ideologiyalardan, on-ların məqsəd və vəzifələrindən qısa şəkildə söz açmış, Qacar və Osmanlı dövlətlərində milli ideyaların formalaşmasından, Atatürkün başçılığı altında Türkiyədə aparılmış milli istiqlal hərəkatından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) aparılan milli-demokratik islahatlardan, Sovet hakimiyyəti dövründə Quzey Azərbaycanda başlanmış milli hərəkatdan, müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və Bütöv Azərbaycan ideyasından, türk millət-çiliyində üçlü (Türklük, Müasirlik, İslam) sistemdən, türk millətçiliyinin hazırkı səviyyəsindən ətraflı bəhs etmiş və belə bir məntiqi nəticəyə gəlmişdir ki, ideologiya – ictimai prob-lemlərin həllinə və inkişafa yönəldiyi əsaslandırılan fəlsəfi, iqtisadi, siyasi, hüquqi, dini, əxlaqi və s. görüşlərin və ideya-ların bütöv sistemi olduğundan milli ideologiyamız da bu əsasda formalaşmalıdır.

Müəllif çağdaş milli ideologiyamızın əsas məsələlərindən olan millət və vətən anlayışından, milli mənəvi dəyərlərdən, elmi-texniki tərəqqinin üstünlüklərindən, milli şüur, milli döv-lət, milli siyasət və milli hədəflərdən, iqtisadi inkişaf prob-lemlərindən, dövlət, hüquq və hüquq sistemi, hüquqi dövlət, demokratiya və azadlıq anlayışlarından, insan hüquq və azad-lığı problemindən, fəlsəfi və dini məsələlərdən bəhs etmiş və belə bir ümumi nəticələrə gəlmişdir ki, Millət – vahid dilə, folklora və tarixə malik ən böyük insanlar toplusu, Vətən – millətin tarixən üzərində yaşadığı, maddi və mənəvi dəyərlər yaratdığı və dövlət qurduğu ərazi, Milli şüur – milli ideyalara əsaslanan ictimai şüur forması, Milli dövlət – millətin milli mə-nəvi dəyərləri olan dilinə, folkloruna və tarixinə söykənən, onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən dövlət, Milli siyasət – milli ideologiyaya əsaslanan, milli məsə-lələrin həllinə yönələn siyasət, Din – ictimai şüur forması və inama əsaslanan dünyagörüş, Demokratiya – vətəndaşların dövlət idarəçiliyində bərabərhüquqlu iştirakının təmin edildiyi hakimiyyət forması olduğundan Milli İdeologiyamız bütün bunları nəzərə alaraq formalaşmalıdır.

Müəllif əsərində həmçinin türk milli varlığının əsas ünsürləri olan Türk dili, onun yaranması və inkişafı tarixindən, Türk dilinin bəzi fonetik, qrammatik və leksik özəlliklərindən, Türk xalqlarının ortaq ədəbi dil problemindən, Türk tarixi, onun təhrif olunmuş bəzi məqamları və Türk dövlətçilik tarixinin ümumi xronologiyasından, Türk folklorundan – xalq ədəbiyyatı, xalq musiqisi, xalq adət-ənənələri və digər folklor ünsürlərindən yığcam şəkildə bəhs etmiş və belə bir nəticəyə gəlmişdir ki, türk xalqlarının etnik və dövlətçilik tarixi, folkloru, yazılı və şifahi ədəbiyyatı, vahid bir millətin – Türk millətinin mənəvi dəyərləri olduğundan onlar vahid əsasda da öyrənilməli və öyrədilməli, milli ideologiyamız bunlara əsasən formalaşmalıdır.

Milli ideologiyamızın formalaşmasında irəli sürülən bütün bu dəyərli fikir və mülahizələrlə yanaşı əsərdə mübahisə doğuracaq bəzi məsələlər də vardır ki, onları yazılı şəkildə müəllifin nəzərinə çatdırdığımızdan burada qeyd etməyi lazım bilmirik. Ümid edirik ki, əsər çapa hazırlanarkən müəllif bu məsləhətlərimizi nəzərə alacaq.

Son olaraq qeyd etməyi lazım bilirik ki, müəllifin bu əsəri son dövrlərdə milli ideologiyamıza həsr edilmiş ən dəyərli tədqiqatlardan biridir. Tədqiqat əsəri bu vaxta qədər buraxılmış müəyyən boşluqların doldurulmasında mühüm mənbələrdən sayıla bilər.

Müəllifə gələcək tədqiqatlarında başarılar diləyirəm.
Aydın QASIMLI (MƏDƏTOĞLU)

Türkoloq, filologiya elmləri

namizədi, dosent.


Giriş
Çağdaş dövrümüzdə xalqımızın milli ideologiya prob-leminin araşdırılması aktual məsələlərdəndir. İndiyə qədər bu sahə ilə bağlı müəyyən araşdırmalar aparılmışdır. Bu araş-dırmalara Əlikram Tağıyev, Nizaməddin Şəmsizadə, Həsən Əzizoğlu (Həsənov), Faiq Ələkbərov (Qəzənfəroğlu), Kamran Məmmədov, Elşad Mirələm, Sona Vəliyeva, Rahid Ulusel, Mübariz Yusifov, Aydın Abbasov və b. müəlliflərin əsərlərini misal göstərmək olar. Bu araşdırmalar öz tədqiqat predmetləri üzrə kifayət qədər dəyərli və lazımlı araşdırmalardır. Lakin indiyə qədər milli ideologiya mövzusunda yazılmış əsərlər milli ideologiyamızın yalnız ayrı-ayrı məsələlərini əhatə etmiş və bu baxımdan məhdud xarakter daşımışdır. Milli ideologi-yamız demək olar ki, indiyə qədər bütöv bir sistem şəklində tədqiqata cəlb edilməmişdir. Hətta bəzi milli-ideoloji məsələlər haqqında indiyə qədər yalnız məqalələr, çıxışlar və müsahi-bələr səviyyəsində danışılmışdır. Halbuki, xalqımızın, xüsusən də gənc nəslin milli şüurunun inkişafında və milli hədəflərimiz uğrunda mübarizədə milli ideologiyamızın bir bütöv sistem şəklində öyrənilməsi vacib məsələlərdəndir. Bu kitabda milli ideologiyamız olan türk millətçiliyini bir bütöv sistem şəklində araşdırmaya cəlb etməyə çalışmışıq.

Kitab “Giriş” hissəsindən, üç bölmədən və “Nəticələr”dən ibarətdir.

Birinci bölmədə öncə daha aydın və bütöv təsəvvürün yaranması naminə ideologiya anlayışı incələnmiş, ideologiya-ların ən geniş təsnifatı müəyyən edilmiş, tarixən yaranmış ideologiyalar haqqında ətraflı məlumat verilmiş, milli ideo-logiya – millətçilik şovinizmə qarşı dayanan bir mütərəqqi ide-ologiya kimi izah edilmişdir. Daha sonra milli ideologiyamızın formalaşması və inkişafının son iki yüz illik tarixi ayrı-ayrı türk xalqları üzrə xronoloji olaraq, yeni yanaşma ilə nəzərdən keçirilmişdir. Belə ki, türk millətçiliyinin yaranmasının tarixi şəraiti, Qacarlar və Osmanlı dövlətlərində milli ideyaların formalaşması, Çar Rusiyasında türkçülük ideyalarının for-malaşması, Xalq Cümhuriyyəti dövründə Azərbaycanda aparılan milli-demokratik islahatlar, M.K.Atatürkün başçılığı altında milli azadlıq hərəkatı, Türkiyə Cümhuriyyətində mil-lətçilik, şovinist İran-fars rejiminə qarşı milli hərəkatlar, sovet hakimiyyəti dövründə Quzey Azərbaycanda milli hərəkat, müs-təqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və Bütöv Azərbaycan ideyası haqqında ətraflı məlumat verilmiş və bu inkişaf tarixi yeni yanaşma ilə qiymətləndirilmişdir. Birinci bölmədə həmçinin türk millətçiliyində mövcud olan üçlü sistemin və türk millətçiliyinin səviyyələrinin dəqiqləş-dirilmiş izahı verilmişdir.

Kitabın ikinci bölməsində tarixi və mövcud reallıqları, elmi nəzəriyyələri və s. nəzərə alaraq çağdaş dövrümüz üçün milli ideologiyamızın müxtəlif (milli, iqtisadi, siyasi-hüquqi, fəlsəfi və dini) məsələləri sistem şəklində araşdırılmış, müəyyən fikirlər və qənaətlər irəli sürülmüşdür.

Kitabın üçüncü bölməsində milli ideologiyamızda əsas məsələlərdən olan milli mənəvi dəyərlərimizi (MMD) qoruyub-yaşatmaq və yüksəltmək problemləri, o cümlədən onların tədqiqi və təbliğinin mövcud durumu, həmçinin MMD-imizin ictimai əhəmiyyəti – cəmiyyətin həyatında və inkişafındakı ro-lu haqqında geniş söhbət açılmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan, hadisələri, fikirləri, çıxarılan nəticə və qənaətləri mümkün qədər qısa və sadə elmi-məntiqi dildə ifadə etməyə çalışmışıq.



I BÖLMƏ. İdeologiya anlayışı, ideologiyaların

təsnifatı və tarixən yaranmış

ideologiyalar
1. İdeologiya anlayışı
İdeologiya ifadəsi (yun. “idea” – anlayış, təsəvvür, “loqos” – söz, təlim) hərfi baxımdan “ideya haqqında elm” mənasını verir. Lakin elmi termin kimi ideologiya çox geniş və çoxsahəli anlayışdır. O, elmin müxtəlif sahələrinin, təbiət və cəmiyyət qanunlarının, burada qarşıya çıxan ziddiyyətlərin öyrənilməsini və bəşəri problemlərin həlli yollarının müəyyən edilməsini özündə ehtiva edir. Ta qədimdən filosoflar, mütəfəkkirlər, alimlər dünyanı, varlığı, materiyanı dərk etməyə, təbiət və cəmiyyət qanunlarını öyrənməyə, ictimai ziddiyyətləri, prob-lemləri həll etməyə, cəmiyyətdə əmin-amanlığa, bəşəriyyətin xoşbəxtliyinə nail olmağa çalışmış və bununla da müxtəlif sahələrdə görüşlər, təlimlər, ideyalar meydana çıxmışdır. Bu cür çoxsahəli görüşlər və ideyaların elmi sistemi sonralar (XIX əsrin əvvəllərindən) ideologiya termini ilə ifadə edilmişdir. Lakin bu anlayışa bu günə qədər də vahid baxış yoxdur və müxtəlif cür təriflər verilir. İdeologiyaya ən ümumi şəkildə aşağıdakı kimi tərif vermək olar:

İdeologiya – ictimai problemlərin həllinə və inkişafa yö-nəldiyi əsaslandırılan fəlsəfi, iqtisadi, siyasi, hüquqi, dini, əxlaqi və s. görüşlərin və ideyaların bütöv sistemidir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, ideologiya elə bir bütöv sistemə malik olmalıdır ki, oradakı görüşlər biri-biri ilə ziddiyyət təşkil etməsin, biri-birini tamamlasın və vəhdət təşkil etsin. İdeologiyalarda son məqsəd kimi bir qayda olaraq ictimai problemlərin həlli, bəşəriyyətin xoşbəxtliyi göstərilir. Düzdür, əsl məqsədi mürtəce (işğalçılıq, müstəmləkəçilik, istismarçılıq, və s.) xarakter daşıyan ideologiyalar da var. Lakin belə ideologiyaların nəzəri əsaslarında adətən həqiqi məqsəd giz-lədilir və ideologiyanın məhz ədaləti bərqərar edəcəyi əsas-landırılır. Beləliklə, yaradılan hər bir ideologiyada bu ideologiyanın həqiqətən bəşəriyyəti xoşbəxtliyə çıxaracağı, ən azından problemləri minimuma endirəcəyi əsaslandırılır. Bu, ideologiyanın təbliği və insanlara qəbul etdirilməsi üçün zəruridir. Bu cür əsaslandırma olmadıqda ideologiyanın əhə-miyyəti itmiş olur.

Bəşər tarixində bu günə qədər müxtəlif ideologiyalar yaranmışdır. Hər bir ideologiyada isə, adətən bir qayda olaraq bir sahə (iqtisadi, hüquqi, dini və s.) ilə bağlı görüşlər əsas yer tutur. Belə ki, ictimai ziddiyyətlərin mənbəyi kimi bir əsas amil (iqtisadi, hüquqi, dini və s.) göstərilir. Həmin amillə bağlı görüşlər isə ideologiyada əsas rol oynayır. Məsələn, marksizmdə iqtisadi görüşlər əsas yer tutur. Belə ki, burada is-tehsal vasitələri üzərində xüsusi mülkiyyət bəşəriyyətin bə-lalarının əsas amili kimi qəbul olunur və mülkiyyət mü-nasibətlərində olan bu problemin həll olunmasının, yəni, is-tehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv edərək ictimai mülkiyyətə keçməyin bəşəriyyəti xoşbəxtliyə çıxaracağı əsaslandırılır.

İdeologiyalarda əsas sahə ilə bağlı görüşlər “baza” (təməl) rolunu oynayır, yəni digər sahələrdəki görüşlər ona uy-ğunlaşdırılır və mümkün qədər onunla ziddiyyət təşkil et-məməsinə səy göstərilir. Məsələn, marksizmdə hətta ateist görüş də iqtisadi amillərlə əsaslandırılır. Belə ki, ilahi qüvvəyə inam və din məzlum sinfin itaətinə nail olmaq üçün istismarçı sinfin uydurması kimi qiymətləndirilir. Ümumiyyətlə, mark-sizm ideologiyasında görüşlər əsasən istismarçı (burjua, kapitalist) və zəhmətkeş siniflərin mənafeləri baxımından for-malaşmışdır.

Tarixin bir dövründə yaradılmış hansısa ideologiya sonrakı dövrlərdə əlavə və dəyişikliklərə məruz qala bilər. Bu zaman həmin ideologiyalar (ilkin və dəyişikliklərə məruz qalmış) biri birinə yaxın olsalar da, adətən onlar ayrı-ayrı adlar altında verilərək eyni yox, başqa-başqa (müstəqil) ideologiyalar kimi təqdim olunur.

İdeologiya bir və ya bir neçə ideoloq tərəfindən forma-laşdırıla bilər. Bir neçə ideoloq tərəfindən yaradılan ideolo-giyalar tarixin müxtəlif dövrlərində mərhələlərlə və ya eyni dövrdə yaradıla bilər. İdeologiyanın müəlliflərindən biri sis-temləşdirici, tamamlayıcı olmaqla həlledici rol oynaya və əsas ideoloq hesab oluna bilər. Həmçinin, eyni ideologiyanın müx-təlif tərəfləri (məsələləri, görüşləri) müxtəlif müəlliflərin adı ilə bağlı ola bilər. Ümumiyyətlə, müəlliflərin çoxluğu ideologi-yada fikir ayrılığı yaradaraq onu daha çox ziddiyyətli edə bilər. İdeologiyanın bir müəllif (ideoloq) tərəfindən işlənilməsi isə, ziddiyyətlərin daha az olmasına səbəb olur.

Bütün bunlarla yanaşı, hər bir ideologiyanın bir və ya bir neçə hədəfi olur ki, bu da ideyaları həyata keçirmək üçün əsas problemlərin və ya maneələrin aradan qaldırılması hadisəsidir. Yəni, hədəf ideyaların həyata keçirilməsi uğrunda praktiki mübarizədə meydana çıxır. Hədəfə çatmaq elə bir hadisədir ki, o, ideologiyanın həyata keçməsini gerçəkləşdirir. Məsələn, marksizmin hədəfləri sosialist inqilabı və onun nəticəsində “sosializm” və “kommunizm” quruluşunun bərqərar edilmə-sidir.

İdeologiyanın hədəfləri uğrunda mübarizə isə siyasi hərəkat vasitəsiylə aparılır. Siyasi hərəkatın başında siyasi təşkilatsiyasi lider dayanır. İdeologiyanın əsas prinsipləri bir qayda olaraq təşkilatın proqram və məramnaməsində öz əksini tapır.

Beləliklə, öncə ideologiyanın nəzəri əsasları yaradılır, sonra bu ideologiyanı qəbul edən insanlar bir təşkilatda birləşir və siyasi hərəkat yaradırlar. Bu siyasi hərəkat isə ideologiyanın hədəfləri uğrunda, başqa sözlə, ideyaları həyata keçirmək uğrunda mübarizə aparır.

İdeologiyanı qəbul edən və onun uğrunda hər hansı formada mübarizə aparan şəxslərə ideologiyanın daşıyıcıları deyilir. Bu şəxslər içərisində elitar şəxslər fərqləndirilir. Elitar şəxslər hərəkatın elitasını (“elita” sözü yunan dilindan tər-cümədə “seçmə” mənasını verir) təşkil edən şəxslərdir. Siyasi hərəkatın “elita”sı isə, müəyyən intellektual səviyyəyə malik, ictimai nüfuzu olan, hərəkatın önündə gedən şəxslərdən ibarət qrupdur.

İdeologiya anlayışı dünyagörüşü anlayışı ilə sıx bağlıdır. Belə ki, dünyagörüşü anlayışı da insanların çoxsahəli görüşlərini əks etdirir. Lakin, dünyagörüşü daha ümumi anla-yışdır və insanların təbiət və cəmiyyət haqqında ən primitiv, kor-təbii görüşləri (məsələn, qədim mifologiyalar və ənənəvi dinlər) də həmin anlayışa aid edilir. İdeologiya isə yuxarıda qeyd etdiyimiz kimi, konkret hədəfi olan, ictimai ziddiyyətlərin həllinə və inkişafa yönəldiyi elmi cəhətdən əsaslandırılmış çoxsahəli görüşlər sistemidir.

Bütün bunlarla yanaşı ideologiya anlayışı bir müddət (1960-70-ci illərdə) yalnız müəyyən sosial qrupların siyasi-iqtisadi mənafeyinə xidmət edən, aldadıcı və mürtəce ünsür ki-mi də qəbul olunmuş və bununla əlaqədar “ideologiyasızlaş-dırma” ideyası meydana çıxmışdır. Lakin sonradan cəmiyyətin və dövlətin inkişafında ideologiyaların müsbət rolu yenidən etiraf edilmiş və “yenidən ideologiyalaşdırma” ideyası irəli sürülmüşdür.




2. İdeologiyaların təsnifatı və tarixən

yaranmış ideologiyalar
İdeologiyaların təsnifatı
İdeologiyaların dəqiq, mükəmməl təsnifatına ədəbiyyatda demək olar ki, rast gəlinmir. Ona görə də bu məsələdə bir sistemsizlik, bu sahədə işlədilən ifadələrdə “sərbəstlik” hökm sürməkdədir. Belə ki, ədəbiyyatda və müxtəlif şəxslər tə-rəfindən ideologiyalar haqqında danışıldıqda “liberallar”, “mü-hafizəkarlar”, “islahatçılar”, “demokratlar”, “millətçilər”, “din-çilər” “sağçılar”, “solçular”, “sosialistlər”, “sosial-demokrat-lar”, “kommunistlər” və s. ifadələr mahiyyətinə varılmadan işlədilir. Bu ifadələrin konkret ideologiyanı, yoxsa ideolo-giyalar qrupunu ifadə etdiyinin fərqinə varılmır. Bəzilərinin nə konkret ideologiya adı, nə də ideologiyalar qrupu olmadığı nəzərdən qaçırılır. Bu məsələyə aşağıda aydınlıq gətirməyə çalışacağıq.

Tarixin müxtəlif dövrlərində və çağdaş dövrümüzdə formalaşmış müxtəlif ideologiyalar mövcuddur. Məsələn: libe-ralizm, marksizm, kosmopolitizm, müsavatçılıq və s. Bu ifa-dələrin hər biri konkret bir ideologiyanın adıdır. Həmin ide-ologiyalar isə müxtəlif meyarlara görə qruplaşdırıla, başqa sözlə, təsnif oluna bilər.

İdeologiyaların ən geniş əhatəli təsnifatını aparmaq üçün onlarda hansı sahənin (hansı sahə ilə bağlı görüşlərin) əsas yer tutmasını (təməl rolunu oynamasını) meyar kimi qəbul etmək məqsədəuyğun olar. Həmin meyara görə ideologiyaları aşağı-dakı qruplara ayırmaq olar:


  1. İqtisadi təmayüllü ideologiyalar

  2. Hüquq təmayüllü ideologiyalar

  3. Dini təmayüllü ideologiyalar

  4. Milli təmayüllü ideologiyalar

  5. Qarışıq və ümumi təmayüllü ideologiyalar

Bu ideologiya qrupları haqqında bir az sonra ayrı-ayrılıqda ətraflı məlumat verəcəyik.

İdeologiyalar bəzi digər xüsusiyyətlərinə görə də təsnif edilirlər. Geniş yayılmış təsnifatlardan biri ideologiyaların mülkiyyət məsələlərinə və gəlirlərin ictimai bölgüsünə (iqtisadi görüşlər) münasibətinə görə aparılan təsnifatdır. Bu meyara görə ideologiyalar “sağçı”“solçu” ideologiyalara bölünür-lər. Həmin ideologiyaların tərəfdarlarına isə uyğun olaraq “sağçılar” və “solçular” deyirlər.

“Sağçı” ideologiyalar o ideologiyalara deyilir ki, orada özəl mülkiyyətə, azad sahibkarlığa və bazar tənzimlənməsinə üstünlük verilir. Bu ideologiyalara bazar iqtisadi sisteminin liberal (bəzən həm də sosial (neoliberal) yönümlü) modelinin qəbul oluunduğu ideologiyalar aid edilir.

“Solçu” ideologiyalar o ideologiyalara deyilir ki, orada zəhmətkeş sinfin mənafeyinin müdafiəsi, gəlirlərin bərabər, ədalətli ictimai bölgüsü əsas götürülür. Bu ideologiyalara istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tamamı ilə rədd edilərək ictimai mülkiyyətin müəyyən olunduğu marksizm, müasir dövrdə isə bazar iqtisadi sisteminin sosial və sosial-demokrat modelini qəbul etmiş bir çox ideologiyalar, o cümlədən kommunist və sosialist hərəkatlarının ideologiyaları aid edilir. Bu ideologiyaların bir çoxunda istehsal vasitələri üzərində mülkiyyət və iqtisadiyyatın tənzimlənməsində döv-lətin güclü mövqeyi müdafiə olunsa da, marksizmdə dövlətin güclü mövqeyi yalnız müvəqqəti dövr üçün – kommunizmin birinci fazası sayılan sosializmdə qəbul olunur və kom-munizmin son fazasında dövlətin də tədricən ölüb gedəcəyi nəzərdə tutulur.

Tarixən “sağçı” və “solçu” iqtisadi görüşlər arasında aralıq mövqeli görüşlər də (“mərkəzçi”, “sağ-mərkəzçi” və “sol-mərkəzçi”) müəyyən edilmişdir. Lakin əslində müasir döv-rümüzdə bu ifadələr çox hallarda formal xarakter daşıyır. Bələ ki, hazırda “sağçı”, “solçu” və qeyd olunan aralıq iqtisadi görüşlər arasında dəqiq sərhədlər müəyyən etmək demək olar ki, mümkün deyil.

İqtisadi təmayüllü ideologiyalar

Adından göründüyü kimi iqtisadi təmayüllü ideologiyalar iqtisadi görüşlərin əsas yer tutduğu ideologiyalardır. Məlumdur ki, iqtisadi məsələ cəmiyyətin həyatında çox mühüm rol oynayır. Çünki, insanların yaşaması üçün ilk növbədə onların maddi tələbatları ödənməlidir. Ta qədimdən varlı-kasıb, zəhmətkeş və imtiyazlı təbəqələrə bölünmə, sosial ədalətsizlik və başqa bu kimi iqtisadi problemlər cəmiyyətin daimi probleminə çevrilmiş və bu problemlərin həlli üçün müxtəlif iqtisadi təlimlər və ideyalar meydana çıxmışdır. Siyasi hə-rəkatların ideologiyasında isə gəlirlərin bərabər bölgüsü, sosial ədalət, əhalinin rifahı kimi iqtisadi məsələlər həmişə önəmli yer tutmuşdur. Çünki, ideologiyaların və siyasi hərəkatların bu iqtisadi məsələlərlə bağlı görüşləri və xalqa verdikləri vədlər cəmiyyətin etimadını qazanmaq baxımından böyük rol oynamışdır. Ona görə də məhz iqtisadi təmayüllü ideologi-yaların formalaşmasının (sosialist ideyalarının meydana çıxma-sı və s.) əsası qədim dövrlərdən qoyulmuşdur.

İqtisadi təmayüllü ideologiyalarda cəmiyyətdəki problem-lərin, ictimai ziddiyyətlərin əsas mənbəyi kimi iqtisadi problemlər göstərilir və digər (milli, hüquqi, dini və s.) prob-lemlər ikincidərəcəli hesab olunur. Hətta həmin problemlərin yaranması da iqtisadi amillərlə izah olunur. İqtisadi prob-lemlərin həll olunması ilə digər (milli, hüquqi, dini və s.) prob-lemlərin mənasızlaşacağı, ictimai ziddiyyətlərə son veriləcəyi, bəşəriyyətin xoşbəxtliyə qovuşacağı əsaslandırılır. İqtisadi problemlərin həllinə gəlincə isə, bunun üçün iqtisadi sistem müəyyən olunur.

İqtisadi təmayüllü ideologiyalara ən mükəmməl misal XIX əsrin ortalarında yaranmış marksizmdir. Bu ideologiyanın əsası həmin əsrin 40-cı illərində alman mütəfəkkirləri Karl Marks (1818-83) və Fridrix Engels (1820-95) tərəfindən qo-yulmuş, sonradan V.İ.Lenin (1870-1924), G.V.Plexanov (1856-1918) və b. tərəfindən inkişaf etdirilmişdir. Bu ideolo-giyanın yaradılmasında elmi mənbə kimi klassik alman fəl-səfəsi (İ.Kant (1724-1804), G.V.Hegel (1770-1831), L.A.Fe-yerbax (1804-72) və b.), fransız materialist nəzəriyyəçiləri (J.O.Lamerti (1709-51), P.A.Holbax (1723-89), D.Didro (1713-84), K.A.Helvetsi (1715-71)), ingilis klassik iqtisadi nəzəriyyəçiləri (U.Petti (1623-87), A.Smit (1723-90), D.Ri-kardo (1772-1823) və b.), fransız və ingilis utopik sosializm nəzəriyyəçiləri (T.Mor (1478-1535), T.Kampanella (1568-1639), A.Sen-Simon (1760-1825), S.Fürye (1772-1837), R.Ouen (1771-1858) və b.), orta əsr şərq mütəfəkkirlərinin (N.Tusi (1201-74), İbn Xəldun (1332-1406) və b.) sosial-siyasi nəzəriyyələri və s.-dən istifadə edilmişdir.

Marksizm ideologiyasında fəlsəfi, sosioloji və iqtisadi görüşlər – “Dialektik materializm”, “Tarixi materializm”, “Si-yasi iqtisad” və “Elmi kommunizm” nəzəriyyələrində, dini məsələlər “Elmi ateizm” təlimində öz əksini tapmış, həmçinin hüquq, etika, estetika və b. sahələr üzrə görüşlər formalaş-dırılmışdır.

“Dialektik materializm” təlimində fəlsəfənin əsas məsələsi (şüurun varlığa münasibəti) materialistcəsinə həll olunur, inkişafın səbəbi onun özündə axtarılır, idealistlər tərəfindən yaranışın əsası kimi qəbul olunan “ideal başlanğıc”, “mütləq ideya”, “dünya iradəsi”, “ilahi qüvvə” və s. inkar olunur və dialektika qanunları bu əsas üzərində formalaşdırılır.

“Tarixi materializm” nəzəriyyəsində cəmiyyətin inkişaf qanunları təhlil olunur, cəmiyyətin tarixinə ictimai-iqtisadi formasiyaların biri-birini əvəz etməsi baxımından yanaşılır, ic-timai proseslərdə iqtisadi (maddi) amillərin rolu əsas götürülür, ictimai inkişaf əsasən sinfi (“istismarçı” və “zəhmətkeş” si-niflər) mənafelər baxımından qiymətləndirilir, ictimai dəyi-şikliklərdə xalq kütlələrinin rolu xüsusi qiymətləndirilir, icti-mai ziddiyyətlərin, ədalətsizliklərin inqilab yolu ilə həll oluna biləcəyi əsaslandırılır.

Marksizmin “siyasi iqtisad” təlimində iqtisadi qanunlar təhlil olunur, iqtisadi münasibətlər fəhlə sinfinin mənafeyi baxımından qiymətləndirilir, kapitalist istehsal üsulu (iqtisadi sistemi – Ş.Ə.) ədalətsiz hesab olunaraq tənqid edilir. Kapita-lizmin keçici olduğu, onun yeni – sosialist istehsal üsulu ilə əvəz olunmasının labüdlüyü qeyd olunur. Bu təlimin əsəsını “izafi dəyər” nəzəriyyəsi təşkil edir. “İzafi dəyər” işçinin ka-pitalist tərəfindən haqqı ödənilməyən əməyi ilə yaratdığı (haqqı ödənilən əməyin dəyərinin yalnız işçinin minimum zəruri tələbatlarını təmin etdiyi qəbul olunur) və kapitalist tərəfindən havayı mənimsənilən dəyər kimi qəbul olunur. Təlimdə mü-tərəqqi və ədalətli iqtisadi sistem kimi ictimai mülkiyyətə əsas-lanan sosialist istehsal üsulu müəyyən olunur.

“Elmi kommunizm” nəzəriyyəsi marksizmin digər təlim-ləri ilə sıx bağlı olmaqla, ideoloji hədəflər kimi sosialist inqila-bının, sosializm və kommunizm quruculuğunun qanunauyğun-luqlarını müəyyən edir.

“Elmi ateizm” təlimində dini görüşlər tarixən meydana çıxmış uydurma, elmi əsası olmayan, cəmiyyətin inkişafına mane olan və zərərli ünsür kimi izah edilir və həmin görüşlərə qarşı mübarizənin yolları müəyyən olunur.

Marksizmin özünəməxsus hüquqi görüşləri var. Burada dövlət tarixən sinifli cəmiyyətin formalaşması ilə meydana çıxmış və istismarçı sinfin zəhmətkeş sinif üzərində hakimiyyətini təmin edən qurum kimi qiymətləndirilir. Sinifsiz cəmiyyətə nail olunduğu halda isə, tədricən dövlətin də öz əhəmiyyətini itirəcəyi əsaslandırılır. Marksizmdə demokratiya (“sosialist demokratiyası”) və insan azadlıqları inkar olunmur, lakin bu anlayışlar əsasən əhalinin seçkilər vasitəsiylə dövlət idarəçiliyində iştirakı, irq, milliyyət və cinsdən asılı olmayaraq insanların hüquq bərabərliyi ilə məhdudlaşır. Siyasi, ideoloji və dini azadlıqlar isə tanınmır. Yəni, bu azadlıqlar sosializm prin-siplərinə xələl gətitirsə, ona məhdudiyyət qoyulur.

Marksizmdə milli haqlar və azadlıqlar da inkar olunmur, hər bir millətin öz milli varlığını qoruyub saxlamaq hüququ tanınır, lakin sosializmin prinsiplərinə zidd sayılan hər bir milli ənənə rədd edilir, həmçinin, cəmiyyətdə iqtisadi məsələlər, o cümlədən sinfi ziddiyyətlərin həlli əsas götürüldüyündən milli məsələlərin həlli ikincidərəcəli hesab olunur.

Marksizmin son hədəfi olan Kommunizm quruluşu ictimai mülkiyyətə, əmək və gəlir bölgüsü “hər kəsdən qabiliyyətinə, hər kəsə tələbatına görə” prinsipinə, sosial bərabərliyə və sinif-siz cəmiyyətə əsaslanan bir quruluş kimi müəyyən edilmişdir. Sosializm onun birinci fazası sayılır.

Marksizmin ideyalarından müxtəlif siyasi hərəkatlar ya-rarlanmış, həmçinin bu ideologiyada müxtəlif dəyişikliklər – “təftişçilik” (E.Bernşteyn (1850-1932), K.Kautski (1854-1938), K.Renner (1870-1950), F.Adler (1879-1960), O.Bauer (1882-1938) və b.) də edilmişdir. Rusiyada bu ideologiyanı qəbul etmiş bolşevik hərəkatı 1917-ci ildə V.İ.Leninin başçılığı ilə sosialist inqilabına nail olmuş və sosializm quruluşuna əsaslanan, rəsmi ideologiyası marksizm-leninizm olan Sovet Sosiaıist Respublikalar İttifaqı – SSRİ (1922-91) yaradılmışdır. İctimai mülkiyyətə əsaslanan sosializm quruluşu dünyanın, xüsusən Şərqi Avropanın bir çox ölkələrində bərqərar olmuş və bir müddət yaşamışdır.

Sovet imperiyası milli məsələlərdə sələfi olan Çar Rusi-yasının şovinist siyasətini özünəməxsus bir şəkildə davam etdirmiş, sosialist ideyaları isə bu siyasətin pərdələnməsində mühüm rol oynamışdır. Sovet dövlətində ideal sosializm prin-sipləri özünü doğrultmamış, xüsusən dövlətin son onillik-lərində korrupsiya, qıtlıq, gizli inflyasiya, sosial təbəqələşmə yüksək həddə çatmış, həmçinin demokratiya prinsipləri kobud şəkildə pozulmuşdur.

Marksizm ideyalarına əsaslanan kommunist hərəkatları zəif olsa da bu gün də mövcuddur.

İqtisadi təmayüllü ideoloji cərəyanlardan biri də “sosial-demokratiya”dır. Müasir sosial-demokratlar XIX əsrin or-talarından Avropa ölkələrində formalaşmış sosialist hərə-katlarının “islahatçı qanad”ının ardıcıllarıdır. Həmin dövrdə “islahatçı qanad” (“lassalçılar”, “xırda burjua”/”sağ” sosi-alistləri, “təftişçilər”, “opportunistlər”, “leqal marksistlər”, “menşeviklər”, “iqtisadçılar”, “təsviyəçilər” və s.) radikal qa-naddan (“inqilabçı marksistlər”) fərqli olaraq burjua sinfini ləğv etmədən kapitalist sistemi daxilində fəhlə sinfinin məna-feyinə uyğun islahatlar aparmaqla sosial ədalətin təmin edil-məsini müdafiə edmişlər. Bu qanadların sosializmə və de-mokratiyaya baxışlarında da kəskin fərqlər olmuşdur. İslahatçı sosializmin əsas ideoloqları F.Lassal (1825-64), Y.Dürinq (1833-1921), E.Bernşteyn (1850-1932), K.Kautski (1854-1938), K.Renner (1870-1950), F.Adler (1879-1960), O.Bauer (1882-1938) və b. olmuşdur. “Sosial-demokrat” ifadəsi əv-vəllər bütün sosialistlərə, o cümlədən marksistlərə də aid edil-mişdir. XX əsrin əvvəllərindən bu qanadlar arasında təşkilati ayrılmalar kəskinləşdikdən sonra isə bu ifadə yalnız isla-hatçılara aid edilmiş, marksistlər isə bir qayda olaraq “kommu-nistlər” adlandırılmışdır.

Müasir sosial-demokratiya nəzəriyyəsi azadlıq, bərabərlik və həmrəylik prinsiplərinə əsaslanmaqla hüquqi-demokratik dövləti, qarışıq iqtisadiyyata və sosial ədalətə əsaslanan bazar iqtisadi sistemini müdafiə edir. “Sosial-demokratiya”nı bəzən ideologiya da adlandırırlar. Lakin, müasir dövrdə onu ide-ologiya adlandırmaq düzgün olmaz, belə ki, hazırda sosial-de-mokratlar öz prinsiplərinin hər bir dünyəvi və ya dini ide-ologiya tərəfindən qəbul edilə biləcəyini qeyd edirlər (1.24). Ona görə də onu müstəqil ideologiya kimi yox, daha çox bazar iqtisadi sisteminin bir modelini və demokratiyanı müdafiə edən bir siyasi cərəyan, nəzəriyyə, iqtisadi görüş kimi qəbul etmək daha doğru olar. Demokratiya və insan haqları bu gün qlobal səviyyədə qəbul olunduğundan sosial-demokrat nəzəriyyəsi özünü daha çox iqtisadi sistemə münasibətdə göstərir. Bazar iqtisadi sisteminin bu cərəyan tərəfindən müdafiə edilən modelinin elmdə də elə “sosial-demokrat modeli” adlandırıl-ması qəbul edilmişdir. Həmin modelin əsas xüsusiyyətləri aşağıdakılardır (2.31, s.189-190):



  1. Dövlət mülkiyyətinin yüksək çəkiyə malik olması;

  2. Əmək münasibətlərinin ümummilli, ümumdövlət sə-viyyəsində tənzimlənməsi, tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi;

  3. Dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsinin azalmasını təmin et-məsi;

  4. Ümumi Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin pa-yının çox olması.

Bu model əsasən İsveçdə, həmçinin müəyyən dərəcədə di-gər Avropa ölkələrində (digər Skandinaviya ölkələri, İspaniya, Portuqaliya, Yunanıstan və s.) tətbiq olunmuşdur.

Hazırda bir çox Avropa ölkələrində sosial-demokrat ideyalarını qəbul etmiş partiyalar hakimiyyətdədir. 1951-ci ildə dünya sosial-demokratlarının (islahatçı sosialistlərinin) bey-nəlxalq təşkilatı olan Sosialist İnternasionalı yaradılmış və bu gün də fəaliyyət göstərməkdədir. Azərbaycandan ASDP, Tür-kiyədən CXP bu təşkilatın üzvüdür.



Hüquq təmayüllü ideologiyalar

Hüquqi görüşlərin və ideyaların tarixi qədim olsa da, hüquq təmayüllü ideologiyalar hüquqi dövlət, insan haqları, insan azadlıqları məsələlərinin aktuallaşdığı son əsrlərdə for-malaşmağa başlamışdır. Bu ideologiyalarda hüquqi məsələlər aprıcı yer tutur.

Hazırda hüquq təmayüllü ideologiyalara ən real misal liberalizmdir. Bu ifadə termin kimi XIX əsrin əvvəllərindən işlədilməyə başlamışdır. Liberalizm ifadəsi hərfi tərcümədə (latınca “liberalis” – “azad” deməkdir) “azadlıqçılıq”, “hürriy-yətçilik” mənasını verir. Adından da göründüyü kimi bu ideologiyanın əsasında insan hüquqları və azadlıqları ideyası dayanır. Əsas ünsürləri isə dövlət hakimiyyətinin məhduddlaş-dırılması, fərdi hüquq və azadlıqların genişləndirilməsi, təbii hüquqa və spontan qayda-qanuna üstünlük verilməsi, hüquqi dövlət, demokratiya və s.-dir. Bu ideologiyanın bəzi ünsür-lərinə hələ qədim dövr mütəfəkkirlərində (qədim Yunanıstanda sofistlər – Protoqor, Hippi, Antifond, Alkidamat və b., qədim Çin Filosofu Lao-Szıda və b.), həmçinin Qədim Yunanıstan və Roma qanunlarında rast gəlinir. İlk orta əsrlərdə isə müt-ləqiyyətin və dini hakimijyyətin bütün dünyada üstün mövqedə olması liberal ideyaları kifayət qədər sıxışdırmışdır. Bu dövrdə mütərəqqi ictimai-siyasi görüşlər əsasən ədalətli dövlət idarəçiliyi və ədalətli əmlak bölgüsü ideyaları ilə məhdud-laşmışdır. Son orta əsrlərdə isə liberal düşüncə yenidən inkişaf etməyə başlamışdır. Belə ki, bir çox Avropa ölkələrində dinin dövlətdən ayrılması, qanunların xalq tərəfindən qəbulu və s. kimi liberal ideyalar irəli sürülmüşdür (2.8). Bu dövrdə İn-giltərədə qəbul olunmuş “Maqna Çarta” (1215) sənədi mühüm əhəmiyyətə malikdir. Bu sənəddə kral hakimiyyətinin məhdud-laşdırılması, insanların fərdi toxunulmazlıqları və s. kimi libe-ral müddəalar öz əksini tapmışdır (1.17)

Bir ideologiya kimi liberalizmin meydana çıxması isə kapitalist münasibətlərinin inkişafı dövründə baş vermişdir. Bu dövrdə demokratik və milli azadlıq ideyalı burjua inqilabları baş vermiş və liberalizmin bir çox prinsipləri bərqərar olmağa başlamışdır. Bir qayda olaraq liberalizmin formalaşması əsasən XVII əsrin ortalarından – İngiltərə burjua inqilabları (1640-60, 1688-89) dövründən götürülür (1.37). Bu İdeologiyanın ilk ideoloqları kimi isə Tomas Hobbs (1588-1679), Con Lokk (1632-1704) və Levellerlər (İngiltərə burjua inqilabının işti-rakçıları olan “bərabərlikçilər”: C.Lilbern (1618-57) və b.) qə-bul olunur. Lakin hələ bu dövrə qədər də respublikanın elanı ilə nəticələnən Niderland burjua-demokratik inqilabı (1566-1609) baş vermiş, N.Makkiavelli (1469-1527), H.Qrotsi (1583-1645) və b. kimi liberal düşüncəli mütəfəkkirlər olmuşdur.

Liberalizmin iqtisadi görüşlərinin, başqa sözlə iqtisadi li-beralizmin əsas ideoloqları kimi isə klassik iqtisadi nəzə-riyyənin (həmçinin azad bazar nəzəriyyəsinin) baniləri A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) qəbul olunur.

Liberalizm sonrakı dövrlərdə ABŞ-da T.Reyn (1737-1809), T.Cefferson (1743-1826), A.Hamilton (1757-1804), Fransada Ş.Monteskye (1689-1755), F.Volter (1694-1778), J.J.Russo (1712-78), İngiltərədə C.Bentam (1748-1832), C.S.Mill (1806-73) və b. ideoloqlar tərəfindən daha da inkişaf etdirilmişdir.

Klassik liberalizmin əsas ideyalarına monarx hakimiy-yətinin məhdudlaşdırılması, dövlət idarəçiliyində xalqın işti-rakı, demokratiya, azad bazar və azad sahibkarlıq, milli və dini azadlıqlar və s. aid olmuşdur. Yəni, Klassik liberalizmin azadlıq ideyası insanların həm siyasi, həm iqtisadi, həm də milli azadlıqlarını ehtiva etmişdir. Klassik liberalizm hər cəhətdən mərkəzləşmənin, o cümlədən imperializmin və müstəmləkəçiliyin əleyhinə olduğundan millətçilik (milli azadlıq və milli dövlətçilik) onun əsas prinsiplərindən biri olmuşdur.

Klassik liberalizmin prinsipləri ən yüksək səviyyədə ilk dəfə ABŞ-ın “İstiqlal Bəyannaməsi”ndə (1776) öz əksini tapmış, sonra isə Avropa ölkələrində bərqərar olmağa baş-lamışdır.

Digər ideologiyalar kimi Liberalizm də tarixi dövrdən asılı olaraq müəyyən dəyişikliklərə uğramışdır. Belə ki, XX əsrin ortalarında Liberalizmin hüquqi və iqtisadi görüşlərində, həmçinin milli məsələlərə baxışda müəyyən dəyişikliklər baş vermiş və yeni liberalizm (və ya “neoliberalizm”) meydana çıxmışdır.

Neoliberalizm özünü əsasən insanların fərdi hüquq və azadlıqlarının və insan amilinin daha da ön plana çəkilməsi, iqtisadi görüşlərdə “sol”a meyllənmə, millətçi prinsiplərdən (milli azadlıq uğrunda mübarizə və s.) uzaqlaşmaqda gös-tərmişdir. Millətçi prinsiplərdən uzaqlaşmaqda tarixi şəraitin də həlledici rolu olmuşdur. Belə ki, Liberalizmin bərqərar olduğu ölkələrdə milli dövlətlər artıq qurulmuş, milli məsələlər əsasən həll edilmişdi. Lakin, müasir liberalizm müəyyən millətçi prinsiplərdən uzaqlaşsa da hər bir halda milli ayrıseçkiliyi pisləyir və milli dəyərlərə hörmətlə yanaşmağı tələb edir, həmçinin, xalqların öz müqəddəratını təyin etmək hüququnu tanıyır.



Müasir dövrdə liberalizmin əsas siyasi-hüquqi prinsipləri aşağıdakılardır:

  1. Hakimiyyət bölgüsünə və çoxpartiyalılığa əsaslanan parlamentli idarəçilik;

  2. Hər cür mərkəzləşmə və bürokratiyadan yerli idarəçili-yin üstünlüyü;

  3. Fərdi hüquq və azadlıqların ictimai hüquqlardan üstünlüyü; Fərdin hüquq və azadlığının yalnız başqa fərdlərin hüquq və azadlığını pozduğu halla məhdud-laşdırılması.

  4. Bütün hallarda dövlət hakimiyyətinin mümkün qədər məhdudlaşdırılması (yalnız ümumi qanunlar qəbul etmək, asayişi təmin etmək və b. bu kimi funksiyaları saxlamaqla) və ictimai ziddiyyətlərin fərdi mənafelərin tarazlaşması prinsipi ilə həll olunması. Fərdi mənafeləri tarazlaşdıran istənilən spontan (ənənəvi, dövlət iradəsi ilə deyil, təbii ictimai inkişaf nəticəsində yaranan) qayda-qanun məqbuldur.

  5. Şəxsi mülkiyyətin toxunulmazlığı;

  6. İnsan amilinin hər şeydən üstün tutulması, etnik, dini irqi, cinsi və siyasi mənsubiyyətindən asılı olmayaraq insanların bərabərliyi, ləyaqətlərinin qorunması və tole-rantlıq.

  7. Sülhün qorunması. Hər bir halda müharibə özü ilə ölüm və dağıntı gətirdiyinə, ailələri və iqtisadiyyatı dağıtdı-ğına, hakimiyyətin hakim sinfin əlində cəmləşməsinə imkan yaratdığına görə məqbul deyil.

Bazar iqtisadi sisteminin klassik liberalizmə əsaslanan modeli iqtisadi nəzəriyyədə bazar iqtisadi sisteminin liberal (və ya amerikan) modeli adlanır və həmin modelin əsas xüsu-siyyətləri aşağıdakılardır (2.31, s.188-189):

  1. İqtisadiyyatda xüsusi mülkiyyətin çəkisinin çox olması və üstün mövqe tutması;

  2. Təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması;

  3. Dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;

  4. Əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edil-məsindən dövlətin təcrid edilməsi;

  5. Sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması və onların işsizlərin və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldil-məsi;

  6. ÜMM-da dövlət büdcəsinin xüsusi çəkisinin az olması və sosial məqsədlərə yönəldilən dövlət investisiyala-rının və dövlət xərclərinin aşağı olması.

Bu model klassik (xalis) formada XX əsrin əvvəllərindən 20-ci illərin sonunadək ABŞ-da mövcud olmuşdur. Bu modelin formalaşmasında ingilis iqtisadçısı, neoklassik iqtisadi nəzəriyyənin banisi A.Marşalın (1842-1924) sinfi yanaşmadan kənar, minimum dövlət müdaxiləsi şəraitində azad bazar nəzəriyyəsinin böyük rolu olmuşdur. A.Marşal tələb-təklif qanunlarını, bazar tarazlığını, qiymətəmələgəlmə mexanizmini əsaslı şəkildə araşdırmış, dövlətin iqtisadiyyata müdaxiləsinin yalnız azad rəqabətə şərait yaratması ilə məhdudlaşdırılması ideyasını müdafiə etmişdir. Neoklassik iqtisadi nəzəriyyə C.Robinson, E.Cemberlin, marjinalistlər – Avstriya məktəbi nümayəndələri K.Menger (1840-1921), E.Ben-Baberk (1851-1914), F.Vizer (1851-1926), ingilis iqtisadçısı U.S.Cekons (1835-82), İsveç iqtisadçıları L.Varlas (1834-1910), V.Pareto (1848-1923) və b. nəzəriyyəçilər tərəfindən inkişaf etdiril-mişdir.

20-30-cu illərin iqtisadi böhranı (“kapitalizmin ümumi böhranı”) isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin, başqa sözlə iqtisadiyyata dövlət müdaxiləsinin artırılmasını zəruri etmiş və bununla əlaqədar neoliberal iqtisadi nəzəriyyələr meydana çıxmışdır. Lakin, neoliberalist iqtisadi nəzəriyyəçilərə aid edilən iqtisadçılar da iki qrupa ayrılmışdır. Belə ki, onların bir qrupu – amerikan iqtisadçısı L.Mizes (1881-1973), London məktəbi nümayəndəsi F.Hayek (1899-1992), Çikaqo monetarist məktəbi nümayəndəsi M.Fridmen, “iqtisadi təklif” nəzəriyyəçisi A.Laffer, “səmərəli gözləmə” nəzəriyyəsinin nümayəndələri R.Lukas, T.Sarcent, N.Uolles, C.Mut və b. iqtisadçılar əsasən neoklassik nə-zəriyyəni (A.Marşal və b.) davam etdirmişlər. Yəni, dövlətin iqtisadiyyata minimum müdaxiləsini məqbul saymış, sosial siyasəti isə inkişaf üçün bir maneə hesab edərək əsasən onun əleyhinə çıxmışlar.

Digər qrup neoliberalist nəzəriyyəçilər – ingilis iqtisadçısı C.M.Keyns (1883-1946), Frayburq (alman) məktəbi nümayəndələri – V.Oyken, L.Erxard (1897-1977), L.Müller Armaq, A.Rustov, V.Repke, Avstriya iqtisadçısı Y.Şumpeter (1883-1950), müharibədən sonrakı dövrdə neokeynsçilər – C.Honson (1887-1976), R.Xorrod, P.Samuelson, E.Domar, 1970-ci illərdə post/sol keynsçilər – N.Robinson, N.Kaldar, P.Sraff, A.Eyxner, S.Vayntraub və b. iqtisadçılar bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsini, o cümlədən sosial siyasəti zəruri saymışlar. Bu nəzəriyyənin ilk və ən görkəmli nümayəndələrindən olan ingilis iqtisadçısı C.M.Keyns məcmu tələbə təsir etməklə bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi nəzəriyyəsini işləmiş və praktikada özünü doğrultmuşdur. Keynsin bu nəzəriyyəsi dövlətin etməli olduğu bir çox iqtisadi tədbirləri (dövlət xərclərinin, o cümlədən dövlət investisiyalarının artırılması, aztəminatlıların müdafiəsi üçün gəlirlərin yenidən bölünməsi və s.) özündə əks etdirmişdir. Keynsin bu nəzəriyyəsi mü-haribədən sonrakı dövrdə davamçıları tərəfindən daha da inkişaf etdirilmişdir. XX əsrin 60-70-ci illərində keynsçilikdə sosial yönümün daha da ön plana keçməsi (“Neokeynsçilik”) müşahidə olunmuşdur.

Neoliberal iqtisadi nəzəriyyələr İkinci Dünya Müha-ribəsindən sonra bazar iqtisadi sisteminin sosial yönümlü (və ya alman) modelinin (bu modelin əsas xüsusiyyətləri kitabın 177-178-ci səhifələrində verilmişdir) meydana çıxmasında böyük rol oynamışdır. Ümumiyyətlə, iqtisadiyyata dövlət mü-daxiləsini nəzərdə tutan neoliberal iqtisadi nəzəriyyələrin meydana çıxması liberalların iqtisadi görüşlərdə sosial-demok-ratlar (“islahatçı sosialistlər”) tərəfə, başqa sözlə, “sol”a meyllənməsi demək idi.

İqtisadilyyatın dövlət tənzimlənməsi bu gün az və çox dərəcədə bütün modellər üçün labüd olsa da, bazar iqtisadi sisteminin liberal modelinin əsas cəhətləri (daxili bazarın yüksək olması, iri inhisarların timsalında xüsusi kapitalın möhkəm mövqeyə malik olması, həmkarlar və fəhlə hərə-katının zəif olması) qalmaqdadır (xüsusən ABŞ-da) və digər modellərdən (sosial və sosial-demokrat yönümlü modellərdən) əsaslı şəkildə fərqlənir.

Liberalizmin həm materialist, həm də idealist fəlsəfi görüşlü ideoloqları olmuşdur. Bu da liberalizmin həmin məsə-lələrdə neytral olduğunu göstərir. Yəni, bu ideologiya üçün idealist və ya materialist olmağın, dindar və ya dinsiz olmağın fərqi yoxdur, bu məsələlərdə insanlar azaddır, materialist və ya idealist görüşlü olmasından asılı olmayaraq hər bir şəxs liberalizmin prinsiplərini qəbul edə bilər.

Hazırda liberalizmin əksər prinsipləri Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapmışdır.

Hüquq təmayüllü ideologiyalara başqa bir misal kimi anarxizmi göstərmək olar. Anarxizm yunanca “anarxiya” (“hakimiyyətsizlik”) sözündəndir. Bu ideologiya XIX əsrin 40-70-ci illərində formalaşmışdır. Əsas ideoloqları P.J.Prudon (1809-65), A.Kolods, M.Ştirner (1806-56), M.A.Bakunin (1814-76), P.A.Kropotkin, J.Qrav və b. olmuşdur. Bu ide-ologiyanın əsas ideyası hər cür dövlət hakimiyyətinin ləğv olunması və şəxsiyyətin qeyri-məhdud azadlığıdır. Anarxist-lərin müəyyən etdikləri iqtisadi sistemdə xırda burjuaziya saxlanılmalı, istehsalçıların xırda muxtar cəmiyyətlərinin azad federasiyası yaradılmalı və gəlirlərin ədalətli bölgüsü təmin edilməli idi. XIX əsrin axırlarında bir çox Avropa və Latın Amerikası ölkələrinin fəhlə hərəkatlarında bir müddət anarxist meylli cərəyan – anarxizm-sindikalizm mövcud olmuşdur. Anarxist-sindikalistlər sinfi mübarizəni və inqilabı məqbul saymmışlar. Onlar həmkarlar ittifaqlarının təşkil edəcəkləri tətillər vasitəsiylə “ictimai çevriliş”ə nail olmaq, dövlət haki-miyyətini ləğv etmək və istehsalata, ərzaq bölgüsünə başçılıq edən sindikatlar federasiyasının rəhbərliyi ilə yeni cəmiyyət qurmaq ideyası ilə çıxış emişlər. İnqilabçı marksistlər tərəfindən opportunizmə (“islahatçı sosializm”ə) yaxın hesab olunan bu ideyalar qəti şəkildə rədd edilmişdir.

Anarxist meylli bir çox tələbə-gənclər hərəkatları (“kom-munist anarxistləri”, “yeni sollar” və s.) dünya ölkələrində bu gün də mövcuddur.

Dini təmayüllü ideologiyalar
Dini təmayüllü ideologiyalara birbaşa hansısa dinə əsas-lanan ideologiyalar aiddir. Məlumdur ki, dinlərdə görüşlər çoxsahəli olur. Yəni, dinlərdə dünyanın yaranışı, varlıq və materiya, ailə-məişət, iqtisadiyyat, hüquq, əxlaq, ictimai ədalət və s. məsələlər haqqında danışılır, bəşəri problemlərin həlli yolları göstərilir. Bu baxımdan din özlüyündə bir ideoloji sistemə malikdir. Ona görə də, din tarixən siyasi hərəkatların ideologiyasına çevrilmiş və bununla da dini təmayüllü ideologiyalar, başqa sözlə dini ideologiyalar meydana çıxmışdır. Bu baxımdan, dini ideologiyaların formalaşması dinlərin yaranması ilə demək olar ki, eyni tarixi dövrdə baş vermişdir.

Dində Allaha inam prinsipi olduğundan dini ideologiyalar cəmiyyətdə böyük təsir gücünə malikdir. Bu ideologiyaların hədəfi bir qayda olaraq dini təmayüllü dövlət, başqa sözlə dini dövlət qurmaqdır. Bəs dini dövlət qeyri-dini (dünyəvi) dövlətdən nə ilə seçilir? Dini dövlət o dövlətə deyilir ki, orada dinin insanlar qarşısındakı tələbləri qanun və hüquqi normalarla məcburiləşdirilir. Bu zaman dinin təbliğatı yalnız dindarlar, din ocaqları (məscidlər, kilsələr, mədrəsələr və s.) səviyyəsindən çıxaraq dövlət səviyyəsinə qalxır. Bu isə, əslində dinin mahiyyətini və ictimai funksiyasını dəyişmiş olur, başqa sözlə din siyasiləşir. Dinlərin təriqətlərə bölünməsi də əsasən siyasi amillə bağlıdır. Son orta əsrlərə qədər dünya dövlətləri əsasən dini təmayüllü olmuş, sonradan tədricən din dövlətdən ayrılmağa başlamışdır. Lakin, bu gün də az və ya çox dərəcədə dini təmayülə əsaslanan dövlətlər (İran, Pakistan, Vatikan, ək-sər ərəb ölkələri və s.) mövcuddur.

Hazırda İslam təriqətləri içərisində “vəhabilik”, “cəfərilik” və “nurçuluğ”u ideologiya halına gəlmiş (siyasiləşmiş) təriqət-lərə misal göstərmək olar.

Dini ideologiyaların insanları özünə cəlb etmə qüvvəsi çox böyük olduğundan həmişə siyasi qruplar və imperialist döv-lətlər bu ideologiyalardan müxtəlif məqsədlərlə istifadə etmiş, hətta öz məqsədlərini həyata keçirmək üçün mürtəce dini təriqətlər də yaratmışlar.



Milli təmayüllü ideologiyalar
Milli təmayüllü ideologiyalar uyğun olaraq milli məsə-lələrin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, milli dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qaldırılması və s.) əsas götürüldüyü ideologiyalardır. Bu ideologiyalar adətən milli problemlərin (müstəmləkəçilik, xarici təcavüz, milli ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) daha çox möv-cud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq hərəkatlarının ideologiyası kimi formalaşmışdır. Milli təmayüllü ideolo-giyalar qısa olaraq milli ideologiya da adlandırılır. Lakin “milli ideologiya” ifadəsi təmayülündən asılı olmayaraq hər hansı dövlətin qəbul etdiyi ideologiya, hər hansı xalqın tarixən formalaşmış dünyagörüşü və b. mənalarda da işlədilir. Biz bu ifadəni həmin mənalarda işlətməyəcəyik.

Milli ideologiyalar “millətçilik” və ya hansısa millətin adıyla da (türk millətçiliyi–türkçülük, ingilis millətçiliyi–ingilisçilik və s.) adlandırıla bilər. “Millətçilik” ifadəsi dar mənada isə insanların milli hislərini (milli özünüdərk, milli qürur, milli təəssübkeşlik, öz millətini sevmə və s.) və ondan doğan baxış və hərəkətlərini ifadə edir. Bu ifadə dar mənada bəzən “vətənpərvərlik”, “dövlətçilik”, “milli siyasət”, “milliləş-dirmə” və b. bu kimi mənalarda da işlədilir.

Məlumdur ki, milli şüurun ünsürləri (milli özünüdərk, milli təəssübkeşlik, öz milliyyətini fərqləndirmə və sevmə və s.), milli münaqişələr, hakimiyyət uğrunda etnoslararası mübarizə və s. hələ qədim dövrlərdən, daha dəqiq desək, etnosların yarandığı dövrdən mövcud olmuşdur. Həmçinin, hələ qədim və orta çağlarda xalqların müstəmləkəçiliyə qarşı azadlıq mücadilələri də baş vermişdir. Lakin həmin dövrlərdə milli ideyalar ideologiya səviyyəsində inkişaf etməmiş və əsasən dini təmayüllü ideologiyalar hakim olmuşdur. Milli dövlət quruculuğuna əsaslanan elmi-nəzəri görüşlər sistemi olan milli ideologiya isə xeyli sonra – tarixin yeni dövründə meydana çıxmış və imperiyalardan milli dövlətlərə keçid dövrü başlamışdır. Bu dövrdə ETT-nin baş verməsi və formalaşmağa başlayan liberalizmin azadlıq ideyaları milli ideologiyaların formalaşmasına böyük təsir göstərmişdir. Bu tarixi dövr aşağıdakı ictimai dəyişikliklərlə şərtlənmişdir:


  1. Sənayedə elmi-texniki tərəqqi (ETT);

  2. Kapitalist münasibətlərinin meydana çıxması;

  3. Burjua-demokratik və sosialist hərəkatlarının yaran-ması;

  4. İmperiyalarda milli ayrıseçkiliyin və müstəmləkəçi-liyin, imperialist qüvvələrin təcavüzkar siyasətinin güclənməsinə qarşı milli təmayüllü hərəkatların yaran-ması.

Bu mürəkkəb proses XVI-XVII əsrlərdən etibarən Qərbi Avropada başlamış, tədricən dünyaya yayılmış və müəyyən dərəcədə bu gün də davam etməkdədir. Qeyd olunan də-yişikliklərin hər biri müstəqil surətdə yox, biri-birini şərt-ləndirməklə baş vermişdir. Belə ki, sənayedə elmi-texniki tərəqqi kapitalist münasibətlərinin meydana çıxmasına, bu isə feodal qalıqlarına (dövlət hakimiyyətinin inhisarçılığına) qarşı burjua-demokratik hərəkatlarının, sinfi istismarçılığa qarşı isə fəhlə (sosialist) hərəkatlarının yaranmasına səbəb olmuşdur. Eyni zamanda ETT-nin və kapitalın hakim mövqeyə keçməsi kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin, həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin güclənməsinə səbəb olmuşdur. Bu zaman müstəmləkədə olan xalqların öz varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz müstəqilliklərini itirilmək təhlükəsi artmışdır. Həmin xalqların milli varlıqlarını itirmək təhlükəsinin yaranmasına ETT və təhsilin inkişafı da birbaşa təsir göstərmişdir. Belə bir şəraitdə inkişafa nail olmaq üçün qeyd olunan xalqlarda və dövlətlərdə maarifçilik, milli azadlıq və milli dövlət ideyaları, milli təmayüllü siyasi hərəkatlar və ideologiyalar meydana çıx-mışdır. Həmin hərəkatların fəaliyyəti nəticəsində tədricən imperiyaların zəifləməsi və parçalanması, milli dövlətlərin for-malaşması prosesi başlamışdır.

Onu da deyək ki, milli azadlıq və milli dövlət ideyaları qeyd olunan bu mürəkkəb tarixi dövrdə formalaşan aparıcı ideologiyalar (liberalizm və sosializm ), o cümlədən burjua-demokratik və sosialist hərəkatları tərəfindən bu və ya digər formada (ikincidərəcəli olsa da) qəbul edilmiş ideyalar olduğundan milli hərəkatlar bir çox hallarda öncə burjua-demokratik və ya sosialist hərəkatlarının daxilində formalaş-mış, sonradan onlardan ayrılaraq müstəqil hərəkatlara çevrilmişdir. Belə ki, milli problemləri daha öncə həll etmək istəyən qüvvələrin ayrıca hərəkat – milli azadlıq hərəkatı yarat-ması zərurəti yaranmışdır. Tarixdə ilk burjua inqilabı olan Niderland burjua inqilabı demokratik və mıilli azadlıq ideyalarını daşımışdır.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə