Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə1/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
  1   2   3   4   5   6   7   8   9   ...   49


Türkün dastanı
1
                                                                                                                                                   
       
                                          MUNİS                                
T  Ü R  K Ü N 
      
 D  A  S  T  A  N  I
(poemalar toplusu)
“Elm və təhsil”
Bakı - 2017


Munis
2
                                           
      Redaktor: Tahir Taisoğlu
  
Munis Məhəmməd oğlu Bayramov. Türkün dastanı.
Bakı, “Elm və təhsil”, 2017, 320 səh
                             
ISBN 978-9952-8176-0-7       © «Elm və təhsil», 2017


Türkün dastanı
3
                                        
P R O L O Q
Tanrı bu dünyanı xəlq eləyəndə,       
Yerin əşrəfini insan yaratdı!
Göylərin nəfəsi Yerə dəyəndə,                                                             
Döyünən, düşünən bir can yaratdı!                         
             
Elə can verdi ki, ruha, duyğuya,                   
Doğrudan-doğruya yoxdan var olsun.
Ümid bəslədikcə Günəşə, Aya,
Bütün Yer kürəsi bəxtiyar olsun!
                            
Tanrı qüdrətinə güvənən insan,
Tanrı dərgahından güc alacaqdı!
Göyün dühasına baş əyən insan
Dünya yaşadıqca yaşayacaqdı!
İnsanı yaratdı! Sonsuzluğadək
Əbədi bir həyat bəxş etdi Allah!
Nə iblis güc gəldi, nə də ki, fələk,
Ağır sınaqlarda yaşatdı Allah!
Hər ömrün nəsillər davamı oldu,
Yarandı, çoxaldı, artdı dünyada!
Dolan boşaldısa, boşalan doldu,
Tanrı istəyinə çatdı dünyada!
Bəli, məhv olmadı, talan olmadı,
Tanrını qüdrətdən doğan səs bilən!
Əfsanə olmadı, yalan olmadı,
Haqqı müqəddəsdən müqəddəs bilən!


Munis
4
Enib baş əymədi yaranmışlara,
Tanrının özünə ibadət etdi!
Başını söykəyib yerdə daşlara,
Baxıb göy üzünə xəyala getdi...
Hopduqca canına göylərin nuru,
Düşündü ağılı, danışdı dili!
Bu idi Tanrının əsl uğuru,
Pərvəriş tapırdı insan nəsili!
Danışıb dinəndə,-TANRI!-söyləyən                                                 
Bəlkə də Allahın ilk bəndəsiydi!
Səslənib, sədası göylərə dəyən,
İnsanın dilində Haqqın səsiydi!               
                       ***
Tarix təhriflərlə doludur, dolu, 
Çox yozub yalana olanı dünya!
Əsl həqiqəti gizli saxlayıb,
Bəzən düzgün sayıb yalanı dünya!
İncilər dağılıb, izlər pozulub,
Hər xalqın tarixi bir cür yazılıb,
Əlli min eşilib, yüz min qazılıb,
Saxlaya bilməyib talanı dünya!
Tarix bəs eləmir dəlillər üçün,
Hesabat verməyir min illər üçün,


Türkün dastanı
5
Qoru bizim üçün, nəsillər üçün,
Qədimdən bir miras qalanı, dünya! 
Gərək cəm eyləyim mən nəzərimi,
Həqiqət yaradım bu əsərimi.
Yazmağa, oxuyub bildiklərimi,
Gəl aciz eyləmə balanı, dünya!
   ***
İnancı Göy-Tanrı olan millətin,
Tarixi çox qədim, yazısı qədim.
Hökmüylə, gücüylə dayanan mətin,
Mənim millətimdir, mənim millətim!
Sədası Adəmdən, Nuhdan başlayan,
Qədim Oğuzumdur, qədim Hunumdur!
Tarixlə tarixi yaradıb yayan,
Böyük Türk deyilən doğma canımdır!
İki min, üstə gəl bir də beş yüz il
Yazı tarixi var ancaq Türkümün.
Bu rəqəm bəlkə də sonuncu deyil,
Artdıqca artacaq yaşı da min-min!
Hələlik bəllidir üç min il tarix...
Nağıllar, dastanlar göstərir bizə.
Tanrı yaratdığı o əsl tarix,                                                            
Hələ görünməyir gözlərimizə!


Munis
6
Hələ açammırıq qalın qatları,                                                      
Tarix qapısını çəkib bağlayıb.
Axtarıb tapsaq da çox sübutları,
Qədimdən qədimi gizli saxlayıb.
Kim deyə bilər ki, qoca dünyada 
Kimlər daha qədim, daha əzəldi?!
Kim bilir qərq oldu kimlər dəryada,
Kimlər Yer üzünə birinci gəldi?!
Bilən Tanrı özü, bizsə axtaran,
Xəyala güc gəlsin gərək həqiqət!
Ordular yaradıb, dövlətlər quran,
Dünyaya sahiblik edən bir millət,
Uludur, böyükdür, qədimdir yaşı!
Dünyanın dərdini çox çəkib başı!
Yaranıb dünyanın yaranışından,
Tanrı çıxmayıbdır heç vaxt huşundan!
Səcdə eyləməyib quru bütlərə,
Yolunu kəsməyib nə dağ, nə dərə,
Əl açıb Günəşə, Ulduza, Aya,
Baş əyib göydəki Ulu Tanrıya!!!
Tanrıdan aldığı gücü, qüvvəti,
Duyub dizlərində, duyub qolunda.
Sönməz cəsarəti, sönməz qeyrəti,
Sərf edib milləti, Haqqı yolunda!
           
*     *     *


Türkün dastanı
7
Əzəl gündən ata saldı meylini,
Ən dəyərli yoldaşı da at oldu!
At üstündə haqladıqca ömrünü,
Fərəhləndi, ömrü-günü şad oldu!
Gündoğandan Günbatana at sürən,
Şimşək kimi nərə çəkən, hönkürən,
Oynadıqca altındakı boz kürən,
Ağız tamı şərbət kimi dad oldu!
Axşam-sabah göyə tutdu üzünü,
Tanrısıyla başladı hər sözünü!
Alovlandı, yandırmadı özünü,
Yağıların gözlərində od oldu! 
    
       
*  *  *
Ömrü boyu at üstündə,                                                             
Quşlar kimi səkən Türküm!
Qartal kimi qanadlanıb,
Yellər kimi əsən Türküm!
Yaranışdan igid, ərən,
Zəhmət çəkib, nübar dərən,
Yer şumlayıb, bağ becərən,
Torpaqları əkən Türküm!
Qəlbi geniş – yurdlar kimi,
Eşqi sönməz – odlar kimi,


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə