Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   2   3   4   5   6   7   8   9   ...   49

Munis
8
Döyüşlərdə qurdlar kimi
Yadlar köksün sökən Türküm!
Dağlar, qayalar məskəni,          
Saxlamaz yoldan ötəni.
Üstünə gələn düşməni
Qılıncıyla kəsən Türküm!
El üçün qıyar varına,
Bel bağlar ömür yarına,
Babaların məzarına
Hər an keşik çəkən Türküm!
Yol verməz haqqı talana,
Zəhməti odda qalana,
Yaralana-yaralana
Düşmən dizin bükən Türküm!
Qılıncla saz tutar əldə,
Türkülər söyləyər dildə,
Bircə həsrətdə, nisgildə
Göz yaşını tökən Türküm!
Yaratdığı böyük Turan!
Qorudu adını hər an.
Yaşayıb, yaradıb, quran,
Abidələr tikən Türküm!
Göy-Tanrıda haqqı gəzib,
Haqq yolunda susub, dözüb,


Türkün dastanı
9
Nə Tanrı səndən əl üzüb,
Əl üzmüsən nə sən Türküm!
        
   *  *  *
                                                                                      
Çox olubdur bostanına daş atan,                                                    
Çox olubdur yalanlarla baş qatan,
Göz yumublar tarixinə, taxtına,
İftiralar düşüb bəzən baxtına.
Hakim olub dillərinə gör nələr,
Ünvanına hər cür yalan dedilər:
-”Mədəniyyət yaratmayıb, qurmayıb,
Bir məkanda məskən salıb durmayıb!“
Böhtan atıb, haqqında şər dedilər,
Tayfa bilib, köçərilər dedilər.
Söyləyənlər xəbərsizdi bəlkə də,
Varlığına dodaq büzdü bəlkə də.
Salsalar da tarixinə kölgələr,
Pozammadı həqiqəti özgələr.
Zaman-zaman öyrəndilər, bildilər,
Tarix deyən nəticəyə gəldilər!
Bildilər ki, dəmir, qızıl işlədən,
Daş üstündə yazı, şəkil həkk edən,
İlxı, naxır, sürüləri bol olan,
Oba-oba, məkan-məkan yayılan,
Sərdabələr, məqbərələr yapdıran,
Atlarını dörd bir yana çapdıran,
Qılınc çəkib, qalxan tutub, ox atan,
Tanrı!-deyib,-arzusuna tez çatan!


Munis
10
 Zaman-zaman Tanrısından yarıyan,
Torpağını, millətini qoruyan!
Cahangirlər, ər oğullar böyütmüş,
Haqsızları, düşmənləri kiritmiş!
Dövlətləri, orduları yaradan,
             Qartal kimi qanad açıb, qol atan.
             Torpaq əkən, bağ becərən, bar dərən,
             Zəfərlərin yollarını göstərən.
             Ağlı ilə, elmi ilə sayılan,
             Evlər tikib nəsil-nəsil yayılan,
Böyük-böyük ölkələri fəth edən,
Gündoğandan Günbatana yol gedən,
Bir millətə köçərilər deyilməz.
Şan-şöhrəti əyilməz ki, əyilməz!  
                         *  *  *
Qədimdə bozkır adlı mədəniyyət yaratmış,
Əski Türk dediyimiz, qədim əcdadlarımız.
Bölgələr axtarılıb, sirlər üzə çıxdıqca,
Tapılır, aşkar olur varlığımız, varımız.
                                                                                        
Uzaq Sibir, Yenisey, Altay ərazisində,                                             
Yaşayıb, yaradıbdır Abakan Türkləri.
1
Yenisey abidəsi
2
 tapılan bu bölgədə,
Tarixdən xəbər verir hər məzar sümükləri! 
1 Bir müddət ruslar Abakan Türklərini ”Abakan Tatarları“ adlandır-
mışlar, indi isə onlar rəsmi olaraq Xakaslar adlanırlar. 
2 Yenisey kitabələri nəzərdə tutulur. 


Türkün dastanı
11
At saxlayıb, at minən, dəmirdən silah tutan,
Coşğun savaş həvəsli, təbiət vurğunları,
Gur ormanlar axtaran, yalçın qayalar seçən,
Kim saxlaya bilərdi Oğuzları, Hunları?!
Budur köçün məqsədi, geniş diyar, geniş düz,
”Dar məkanda keçməsin,-söylədilər,-ömrümüz!“
Saysız sürülər üçün biçənəklər, otlaqlar,
Axtarıb tapırdılar gur bulaqlı yaylaqlar.
Daşdan evlər tikdilər, ağacdan dam yapdılar,
Qurduqları ocaqda
1
 bir səadət tapdılar.
Kəndlər, şəhərlər salıb, bölgələr qururdular,
Bu yerləri yadlardan daim qoruyurdular.
Geniş ürək sahibi, qonaqpərvər idilər,
Saf niyyətli idilər, üzügülər idilər.
Xəyalları dağları, üfüqləri aşırdı,
Sonsuz arzu-diləklər göylərə qarışırdı.
Ayaqları torpaqda, Tanrıdaydı gözləri,
Oğuz Kağan deyirdi xalqına bu sözləri:
-”Qarğıları
2
 dəmirdən bir ormanı andıran,
Böyük ordularımız zəfər çalacaq hər an!
Yolumuz dənizlərdən, nəhirlərdən keçəcək,
Yurdumuz böyüyəcək, Yeri məkan seçəcək!
Göy qübbəsi qurulan bu evə tac olacaq,
Günəş nur tökə-tökə dərdə əlac olacaq!“  
                              *  *  *
1 Ev, ailə mənasındadır. 
2 Qarğı – nizə.


Munis
12
Millətimin yaratdığı möcüzə
Qalaq-qalaq kitablara sığışmaz!
Nəzər salsaq hər ləpirə, hər izə,
Yazılanlar bir diyara sığışmaz! 
  
Gərək yazım məkanından, elindən,                                         
Gərək yazım türküsündən, dilindən,
Zövq aldıqca çiçəyindən, gülündən -
Bol həvəsim dörd divara sığışmaz!
Baş endirib qeyrətindən yazmasam,
Fatehlərin qüdrətindən yazmasam,
Dünya boyda şöhrətindən yazmasam,
Bil ki Munis dar məzara sığışmaz!
 *  *  *
Ey Tanrı! İmkan ver, məhəbbət gətir,
“Türkün dastanı”nı yazım, bitirim!
Qızıl tarixini sətirbəsətir,
Böyük bir həvəslə sona yetirim!


Türkün dastanı
13
                                                                                                                                 
HARDAN  GƏLİB,
 HARA  GEDİB  TÜRKLƏR?!.
Belə nəql edirlər ustad ozanlar,
Belə şərh edirlər tarix yazanlar;
Deyirlər, miladdan iki min öncə,
Altayda Yenisey çayı boyunca,
(Əslində Yenisel çayı boyunca)
Məskən salıblarmış Türk tayfaları,
Burdan başlamışdır bütün yolları.  
İllərlə çoxalıb genişləndilər,
Şimaldan cənuba gəlib endilər.
Bir yanı Balxaşdı, bir yanı Ural,
Bir yanı Xəzərdi, bir yanı Aral.
İlkin məskənləri bu idi, ancaq
Getdikcə çox yerə sahib olacaq.
Türklər miladdan min yüz il əvvəl
Bütün Türküstanı gəzdilər əl-əl!
Qalıb bu yerlərdə məskunlaşdılar,
Artıb çoxaldılar, aşıb-daşdılar.
Yeni məkanlara yarandı maraq,
Dərələr keçərək, dağlar aşaraq,
Üç yana köç etdi qədim nəsillər.
Buna şahid oldu hər keçən illər.
Çuvaşlar Urala, Yakut Sibirə,
Köksündən yol verdi hər dağ, hər dərə.
Qüdrəti böyükdü, inamı Haqdı,
Allah da Türklərə yol açacaqdı!
Ən böyük nəsilsə qaldı Asyada,
Möhtəşəm yerləri vermədi yada.                                                                        


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə