Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   2   3   4   5   6   7   8   9   ...   49

Munis
14
Belə başladılar ilk səfərləri,                                                      
Müqəddəs sayanlar göylə yerləri!
Daha səkkiz əsr keçdi aradan,
Artırdı Türkləri Böyük Yaradan!
Bəxş etdi doğunu, bir də batını,
Yenilməz saxladı Türkün adını.
Doğudan Xəzərə sahib oldular,
Quzeyə, güneyə axıb doldular,
Güneydə, Asyada, Çində yaşayan,
Xəzər ətrafına köçün daşıyan
Türkə məxsus oldu doğu və batı.
Getdikcə dünyanı götürdü adı.
Doğu Türkləriylə Batı Türkləri
Yaydı şöhrətini o vaxtdan bəri.
Ruhlara coşğunluq verdi məkanlar,
Damarda sakitcə axmadı qanlar.                        
                   
Tanrı qüdrətiydi, ya əqlin gücü?                                                 
yol yorucuydu, nə vaxt yorucu!
Tapdıqca ruhları oxşayan məkan,
Sanki Xuda özü bəxş edirdi can.
Bağımsız yaşayıb, tabe olmamaq,
Qeyrətdən, qüdrətdən verirdi soraq!
Miladdan sonra da min il, min yüz il,
Köç etdi əvvəli Hun olan nəsil!
Oğuzlar, uyğurlar, uzlar, avarlar,
Macarlar, bolqarlar, bir də sabarlar,
Türk tayfası olan peçenek, qıpçaq,
Ərzin çox yerində çatdılar ocaq.
Moğollar, səlcuqlar, böyük xəzərlər,


Türkün dastanı
15
Yetirdi minlərlə igidlər, ərlər.
Cənub alovları, şimal buzları,
Sarsıda bilmədi mərd oğuzları!
İllərlə qurulan Türk dövlətləri
İçinə alırdı bir çox yerləri.
Türkə məxsus oldu böyük məmləkət,
Doğuda, batıda okean sərhəd.
Şimal buzlarından ekvatoradək - 
Türk dövlətləriydi nəhəngdən-nəhəng!
                         *  *  *
Türk sözü Türk xalqına
Verilən bir ad idi.
Güc, qüvvət bildirən söz,
Xalqa qol-qanad idi.
Qədimdə bu kəlməyə                                                              
Gah Kun, gah Hun dedilər. 
Zorlu, təpərli olan
Huna coşğun dedilər!
”Türk Kun“ da söylədilər,   
Yəni ki, qüvvətli Hun!
Huna güc gələmməzdi,
Nə ordu, nə də qoşun!
Farslar Türk ellərinə,
“Böyük Turan!” - deyirdi!
Turana çox ölkələr,
Millətlər baş əyirdi!


Munis
16
Göy-Türk xanədanlığı                                                         
Səma tək sonsuz idi.
Türk sözü xaqanlıqda
Sönməyən ulduz idi.
İllərlə Türk adını
Xaqanlıqlar yaşatdı!
Bu gün Türkün qəlbində
Bu ad müqəddəs addı!
Türkiyə adlandırıb
Türkü qaldırdı başa!
Cumhuriyyət yaradan
Mustafa Kamal Paşa!
Yaşa, Atatürk, yaşa!!!
Yaşa, Atatürk, yaşa!!!


Türkün dastanı
17
                                                                      
                TÜRKÜN  YARATDIĞI   DÖVLƏTLƏR                                    
Hundan Cumhuriyyətə, Metedən Atatürkə,
Dəyib də, dəyməyib də düşməndən xata Türkə.
Nə qədər təhlükədən, oddan, alovdan keçib,
Taleyini həyatda axtarıb özü seçib.
Türklərin tarixində günah, nöqsan da vardır,
Yaxşı ki, bu gün Türklər dünyada bəxtiyardır!
Artıq qara buludlar dağılır yavaş-yavaş,
Səngiyir iztirablar, tükənir ağrı, təlaş.
İndi bütün türklər soykökünü arayır,
Nəsilləri Türk olan özünü xoşbəxt sayır!
Xoşbəxtliyi bəxş edib qədim, ulu babalar,
Hər qəhrəman babanın tarixdə öz adı var.                                     
Qurulan dövlətlərin sayı-hesabı çoxdur,                                     
Hundan qabaqkıların tarixdə adı yoxdur.
Böyük dövlətlər olub, xaqanlıqlar qurulub,
Qədim hunlardan bəri çox məqamlar durulub;
Bilirik o zamanlar türklər nələr yaradıb,
Yetirdiyi nemətdən bütün nəsillər dadıb.
Hər ana, hər məqama diqqət yetirib baxsaq,
Hər məqama kitablar yazılar qalaq- qalaq.
Hər anı xırdalamaq məqsədim deyil qəti,
Bu dastanı yazdırır qəlbimin məhəbbəti!
Bu dastan tariximə qısa nəzər salacaq,
Türk oğlundan türklərə bir xatirə qalacaq!
Oxuyan tanıyacaq soykökünü, nəslini,
Aydın dərk edəcəkdir indisini, əslini.
Görünəcək xaqanlar, qəhrəman sərkərdələr,
Türk mütəfəkkirləri nələr yaradıb, nələr!


Munis
18
Dastanlar dövrünə də səyahət edəcəkdir,
Səyahəti maraqlı sonluqla bitəcəkdir.
İndi ərz edim sizə Türkün dövlətlərindən,
Həqiqət üzə çıxsın qaranlıqdan, dərindən.
Türklər tarix boyunca çox dövlətlər yaradıb,
Bəzisi başçıların adıyla şöhrət tapıb.
Nəhəng dövlətlər idi yaradılan xaqanlıq,
Dünyaya hökm edirdi, göstərib qəhrəmanlıq.
Bəzən eyni dövrdə bir neçə Türk dövləti,
Öz nüfuzu naminə qırdırırdı milləti.
Yersiz ağalıq üstə gedən Türk savaşları,
Qardaş qılınclarıyla kəsdirirdi başları.
Qazanan da özümüz, uduzan da özümüz,
Bəzən dünya malından doymayırdı gözümüz.
Tarixdə bu günahlar çox ağır günah idi,
Bax, bunlar Böyük Türkü içindən didib, yedi.                                  
Tələsmə, deyiləcək hamının günahları,                                                              
Türklər tanımalıdır günahkar padşahları.
Yüzdən çox dövlət quran, yenilməyən bir millət,
Tapıbdır, tapacaqdır yenə dünyada şöhrət!
Dövlətlərin nəhəngi böyük xaqanlıqlardır,
Yalnız on altısının tarixdə adı vardır.
Böyük Hun Xaqanlığı əvvəlinci sayılır,
Türk dövlət tarixində parlaq inci sayılır!
Bundan qabaq olanlar güman, xəyaldı, ancaq
Ümidimiz budur ki, nə vaxtsa tapılacaq.
Türkün tabeliyində yaşayan dövlət, ölkə,
Atilla zamanında qırxa qədərdi bəlkə.
Xaqanlıqdan savayı dövlətlər yaradıldı,


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə