Türkün dastanı
301
On dörd ilin ərzində
On dörd ölkə fəth edən,
Çaldıranda yenilən.
Həm sərkərdə, həm dahi
Şah İsmayıl Xətai!
O qurduğu xanədan,
İranda höküm sürən,
Bir Türk dövləti olan,
Tarixdə belə qalan,
Səfəvi sülaləsi,
1
Dilində Türk kəlməsi!
Bu barədə, bu haqda,
Əsərlər yazılsa da,
Yenə azdır, yenə az.
Yeni poetik əsər
Yazılsa heç pis olmaz!
Sırada Qızıl Ordu,
Qıpçaq xanədanı var.
Yaşadığı dönəmdə
Neçə-neçə xanı var.
Dehli Türk Sultanlığı
Hindistanda quruldu.
Üç əsrədək sultanlıq
Saxlanıldı, qorundu.
Babür Xaqanlığının
Tamam oldu təməli.
Türklər bura gələli
1. 234 il.
Munis
302
Teymurun nəvələri!
Üç yüz ildən də artıq,
Hindistan torpağında
Yaşadı bu xaqanlıq!
Burda yazılasıdır,
Cahan şahın sevgisi.
Eşi Mümtaz Mahalın
Adına yapdırdığı
Tac Mahal abidəsi!
Sənətin bir incisi,
Dünyanın möcüzəsi!
Önəmli bir tarixdir
Teymurun Xaqanlığı.
Çox yerlərə, şahlara
Çəkdirmişdi gözdağı.
Əmirliyi dövründə
İyirmi yeddi ölkə
Almış itaətinə.
Çox böyük dövlətlərin
İşi düşmüş çətinə.
Az olmamış Teymurun
Səhvləri, günahları.
Necə məğlub edirdi,
Türkəsilli şahları
Öz millətinə qarşı
Apardığı savaşlar,
Yersiz kəsilən başlar.
Yenməsi Toxtamışı,
Bir də ki, Bəyazidi,
Türkün dastanı
303
Bağışlanmaz səhv idi!
Məncə, cinayət idi!
Türkü zəiflətməsi
Düşmənə “xidmət” idi!
Xalqa xəyanət idi!
Ancaq Əmir Teymurləng
Özü haqda deyirdi:
“Biz ki Mülükü Turan,
Əmiri Türküstanız.
Biz ki Türk oğlu Türküz!
Biz bütün millətlərin
Ən qədimi, ulusu,
Türkün də başbuğuyuz!..”
Türk dövlət tarixində,
Keçmişdə və yaxında
Osmanlı Xaqanlığı
Ən uzunömürlüdü.
1
Xanədanlar içində
Təmkinli, səbirlidi.
Otuz altı sultanın
Hərəsi bir kitabdı.
Bu sultanlardan biri
Əbədi şöhrət tapdı.
Türklər Mehmet deyirlər
Adına bu fatehin.
Bəlkə mən düz demirəm,
_____________
1. 623 il, 1299-1922-ci illər.
Munis
304
Elə isə siz deyin.
Fəth etdiyi yerlərə
Göstərirdi mərhəmət,
İstanbulu fəth edən
Fateh Sultan Məhəmməd!
Bununla da yıxıldı
Bizans adlı məmləkət!
* * *
Alparslanın dediyi
Vəsiyyəti yaşatdı.
Bizansı məğlub edib,
İstanbula daş atdı.
İllərlə düşündüyü
Arzu-kamına çatdı.
Keçdi qala, aşdı sədd,
Fateh Sultan Məhəmməd!
Min dörd yüz əlli üçdə,
İyirmi bir yaşında,
İstanbulu fəth etdi,
Qızıl tacı başında.
Türk bayrağı sancıldı
Mərmərənin qaşında.
Çəkdi qılınc, qurdu fənd,
Fateh Sultan Məhəmməd!
Türkün dastanı
305
Topqapıdan at üstə
Sultan şəhərə girdi,
Özüylə məmləkətə
Sönməz bir nur gətirdi,
Ayasofya – camedə
Namazını bitirdi,
Buranı seçdi başkənd
Fateh Sultan Məhəmməd!
Çapdı öz köhlənini
Üzü dənizə sarı,
Osmanlıya güc verdi
Qılınc tutan qolları,
Açıldı qarşısında
Avropa qapıları,
Nə sədd bildi, nə sərhəd,
Fateh Sultan Məhəmməd!
Türkün ədalətini
Ellərə tanıtdırdı,
Türkə kəm baxanların
Tamam gücünü qırdı,
Millətinin yolunda
Özünü qul sanırdı,
Yada düşmən, mərdə mərd,
Fateh Sultan Məhəmməd!
Baş endirdi ölkələr
Şanına – şöhrətinə!
Pənah gətirən insan
Sığındı qüdrətinə!
Munis
306
İndi də borcluyuq biz
Adına, qeyrətinə!
Dünya aparır həsəd,
Fateh Sultan Məhəmməd!
Fateh Sultan Məhəmməd!!!
* * *
Osmanlının üstünü
Qara bulud alanda,
Təhlükəli zamanda.
Sultanlığın yolları
Dirənəndə sərt daşa,
Bax, elə həmin anda
Bir kişi peyda oldu:
Köprulu Mehmet Paşa!
Əl uzatdı köməyə,
Qoymadı xanədanı
Dağılmağa, çökməyə.
Sədrəzəm Mehmet Paşa!
Ər oğlu ərən kişi,
Dəyişdirdi gərdişi.
* * *
On yeddinci əsrdə
Osmanlıda sərt paşa
Dağılmaqdan qurtardı
Ölkəni Mehmet Paşa
Türkün dastanı
307
Dövlətin dirəyiydi,
Millətin gərəyiydi,
Hər kişidən iyiydi
Köprulu Mehmet Paşa!
Qorudu ləyaqəti,
Vətənə xəyanəti,
Ucaltdı ədaləti
Köprulu Mehmet Paşa!
Cəzalandı məmurlar,
Rüşvət açmadı bazar,
Söylədi, edam da var.
Köprulu Mehmet Paşa!
Vali pulnan getmədi,
Milləti incitmədi,
Heç bir günah etmədi,
Köprulu Mehmet Paşa!
Yaltaqlara dərd oldu,
Oğrulara sərt oldu,
Mərd yaşadı, mərd öldü,
Köprulu Mehmet Paşa!
Belə kişilər təkdir,
Düşmənə dəyənəkdir.
Hər dövrdə gərəkdir,
Köprulu Mehmet Paşa!
Munis
308
* * *
Hələ bunlar nədir ki,
Nələr var, Allah, nələr?!
Qalaq-qalaq kitabdır,
Deyiləsi kəlmələr.
Osmanlı Xanədanı
Bitirəndə ömrünü,
Atatürkün əliylə
Qurulan Cumhuriyyət
Tutdu onun yerini!
İndi bu kainatda,
Türksoylu xalqa məxsus,
Ancaq müxtəlif adda,
Neçə muxtariyyət var,
Neçə müstəqil dövlət:
Türkiyə, Türkmənistan!
Canımız Azərbaycan!
Qazax, Qırğız və Özbək!
Hər birinin qoy olsun
Uğurları mübarək!
Daha sular durulub,
Daha dənlər ələnib.
Türklər bütün dünyaya
Zər kimi səpələnib!
Gəzdikcə ölkələri,
Hər yerdə Türk görürəm!
Özümə arxa, dayaq,
Türkün dastanı
309
Dəstək, kömək görürəm!
Ürəyim dönür dağa!
Baxıb heyran oluram,
Ay-ulduzlu bayrağa!!!
* * *
Kainatın Yer adlı
Məkanına yaraşan,
Adıyla, sorağıyla
Sədlər, sərhədlər aşan,
Haqdan güc ala-ala
Zamanla ayaqlaşan,
Yenilməz Türküm mənim!
Dünyanın harasında
Eşidəndə Türk səsi,
Dinir könül sazımın
Ancaq fərəh pərdəsi!
Yolu dağdan, dərədən,
Oddan, alovdan keçib.
Elini, obasını
Özü axtarıb, seçib.
Tanrının bulağından
Dirilik suyu içib.
Əyilməz Türküm mənim!
Dünyanın harasında
Eşidəndə Türk səsi,
Dinir könül sazımın
Ancaq fərəh pərdəsi!
Munis
310
Doğuya atın çapıb,
Batıya köhlənini.
Qılıncıyla qoruyub
Qüdrətini, dinini.
Hədər keçirməyibdir,
Hələ bircə gününü.
Yorulmaz Türküm mənim!
Dünyanın harasında
Eşidəndə Türk səsi,
Dinir könül sazımın
Ancaq fərəh pərdəsi!
Mənasız yaşamayıb
Bu torpağın belində.
Qədrini yaxşı bilib
Hər çiçəyin, gülün də.
Dəryalar qırağında,
Dənizlər sahilində
Dolan, gəz, Türküm mənim!
Dünyanın harasında
Eşidəndə Türk səsi,
Dinir könül sazımın
Ancaq fərəh pərdəsi!
Neçə dövlət yaradıb,
Neçə məkan qurubdur.
Qurulana qıymayıb,
Hər zaman qoruyubdur.
Doğudan batıyadək
Böyük Turan qurubdur.
Türkün dastanı
311
Bölünməz Türküm mənim!
Dünyanın harasında
Eşidəndə Türk səsi,
Dinir könül sazımın
Ancaq fərəh pərdəsi!
Ərzin hər nöqtəsində,
Dünyanın hər elində.
Danışan var, dinən var,
İndi Türkün dilində.
Tanrıya bağlılığı
Göstərir əməlində.
Heç ölməz Türküm mənim!
Dünyanın harasında
Eşidəndə Türk səsi,
Dinir könül sazımın
Ancaq fərəh pərdəsi!
* * *
Turan adlı məmləkət
Olubdur, olacaqdır,
Yenə düşmən bağrına
Vəlvələ salacaqdır.
Tarixin səhnəsində
Əbədi qalacaqdır.
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Böyük Turan adını
Qoruyub saxlayacaq!
Munis
312
Bütün aləm birləşib
Yolumuzu kəssə də,
Başımızın üstündə
Acı rüzgar əssə də,
Məhvərindən oynayıb
Dünya silkələnsə də,
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Yenə Turan adını
Qoruyub saxlayacaq!
Dirənsə də ümidlər
Ya dalana, ya dağa.
Büdrəsə də yıxılmaz
Qalxacaqdır ayağa.
Min dəfə, milyon dəfə
Çəkilsə də sınağa,
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Yenə Turan adını
Qoruyub saxlayacaq!
Vətəninə, xalqına
Verəcəkdir borcunu.
Müqəddəs al bayrağın
Qaldıracaq ucunu!
Bu amalın uğrunda
Cəm eyləyib gücünü,
Türkün dastanı
313
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Yenə Turan adını
Qoruyub saxlayacaq!
Türk yurdları sayrışır,
Yerdən göyə can atır.
Gözü götürməyənlər
Sıxılır, qəmə batır.
Doğudan batıyadək
Lap elə çadır-çadır,
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Böyük Turan adını
Qoruyub saxlayacaq!
Birliyə səsləyirəm,
Bütün Türk ellərini.
Bu birliyin önündə,
Kəssin hər kəs dilini.
Üz çevirib Tanrıya!
Qaldırıb əllərini,
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Böyük Turan adını
Qoruyub saxlayacaq!
Turan adlı məmləkət
Olubdur, olacaqdır,
Yenə düşmən bağrına
Munis
314
Vəlvələ salacaqdır.
Tarixin səhnəsində
Əbədi qalacaqdır.
Qəhrəman Türk övladı,
Heç nəyə baxmayacaq,
Böyük Turan adını
Qoruyub saxlayacaq!
Bu dünya yaşadıqca,
Turan da yaşayacaq!
Turan da yaşayacaq!!!
* * *
Əcdadım Türk, əslim Türkdü, nəslim Türk!
Bu ad ilə fəxr etməyim niyə mən?!
Əzəl gündən Tanrı deyib durmuşam!
Üz tutmuşam gecə-gündüz Göyə mən!
18 noyabr 2017-ci il.
Türkün dastanı
315
MÜNDƏRİCAT
Proloq ................................................................................... 3
Hardan gəlib, hara gedib türklər?!. .............................. 13
Türkün yaratdığı dövlətlər ............................................ 17
İmperatorluqlar .................................................................. 20
Dövlətlər ............................................................................ 21
Bəyliklər ............................................................................. 23
Atabəyliklər ......................................................................... 25
Xanlıqlar .............................................................................. 26
Müstəqil respublikalar .................................................... 27
Muxtar respublikalar ...................................................... 28
Türklərin toplum halda
yaşadığı ölkələr.................................................................. 29
Qızıl libaslı adam ............................................................. 30
Dastanlar dövrü ............................................................... 38
Alp Ər Tunqa dastanı .................................................... 43
Şu(Saka) dastanı ................................................................ 55
Qədim hunlar ................................................................... 63
Oğuz Kağan dastanı .......................................................... 76
Batı hunları ........................................................................ 92
Atilla ..................................................................................... 99
Ağ hunlar .......................................................................... 123
Tabğaçlar .......................................................................... 129
Göytürklər ....................................................................... 133
Boz qurd haqqında ............................................................ 148
Sabarlar ............................................................................... 151
Xəzərlər ............................................................................. 155
Avarlar ............................................................................ 162
Munis
316
Uyğurlar ........................................................................... 167
Türkeşlər ............................................................................ 175
Karluklar ........................................................................... 178
Qırğızlar ............................................................................ 181
Peçeneklər ......................................................................... 185
Kuman - qıpçaq türkləri ................................................ 191
Oqurlar (bulqarlar) .......................................................... 193
İtil bulqarları .................................................................... 199
Qaraxanlılar ..................................................................... 203
Qəznəlilər ............................................................................ 207
Oğuzlar .............................................................................. 212
Səlcuqlular ........................................................................ 214
Anadolu Səlcuqlu dövləti .............................................. 277
Epiloq ................................................................................... 299
Türkün dastanı
317
T Ü R K Ü N
D A S T A N I
Munis
318
QEYD ÜÇÜN
Türkün dastanı
319
“Elm və təhsil” nəşriyyatının direktoru:
Professor Nadir MƏMMƏDLİ
Dizayner: Zahid Məmmədov
Texniki redaktor: Yadigar Mirbağırzadə
Çapa imzalanmış 12.12.2017
Şərti çap vərəqi 20. Sifariş № 532.
Kağız formatı 60х84 1/16. Tiraj 500 .
Munis
320
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur
E-mail: nurlan1959@gmail.com
Тел: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4
Türkün dastanı
321
Munis
322
Dostları ilə paylaş: |