Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   2   3   4   5   6   7   8   9   ...   49

Munis
32
Buldozerin səsində
Eşidildi nərilti.
Toxunmuşdu buldozer
İri, böyük bir daşa.
Nə qədər etdisə zor,
Bir iş gəlmədi başa.
               *  *  *
Torpağın səthi yarıldı,
Yonulmuş daş çıxdı üzə.
Daş altındakı parıltı
Gur işıq gətirdi bizə.
Bu vaxtadək bir sirr oldu,
Pozulmayan möhür oldu,
Açıldı, təzahür oldu,
Nur ələdi gözümüzə.
Minilliklər aşkarlandı,
Sönmüş ocaqlar qalandı,
Demə, məzar da həyandı,
Dayaq oldu sözümüzə.
O dilsiz məzar daşları
Dikəltdi göyə başları.
Varlığıyla yaddaşları,
O qaytardı özümüzə.
          


Türkün dastanı
33
Yığıldı elm adamları,                                                            
Gəldi alimlər, bilənlər.
Kənardan görüb məzarı,
Azaldı şübhə edənlər.
Fərqi yox Türk kurqanından,
Yanı örülmüş divardı.
Gətirilib Tyan-Şandan,
Çatması qalın küknardı.
Nəhayət, açıldı məzar,
Göründü tarix izləri.
Parlayan altun əşyalar
Qamaşdırırdı gözləri.
Başdan-başa qızıl libas
İşıl-işıl işıldayır.
Arxeoloq, mütəxəssis
Hər parçanı bir-bir sayır.
Onun taclı başlığına
Tuğlar
1
 və oxlar basılıb.
Kəmərinin sol-sağına
Qəmə və qılınc asılıb.
Əynindəki corab, kəmər – 
Tapılanlar saf altundur.
1Tuğ – bayraq
 


Munis
34
Kiminkidir qızıl xəncər?
Məzardakı bəlkə hundur?!
Alimlər baxıb libasa,
Bu cavaba şəkk etmişdi.
Söz yazılan gümüş kasa,
Həqiqəti həkk etmişdi.
                           
                           Budur, iki sətirlik mətn!
Qiymətsiz dəyəri vardır
1
.
Bunları yazan millətin
Tarixdə öz yeri vardır!
Kasadakı rünik
2
 yazı
İyirmi altı hərf idi.
Oxuduqca bir-bir sözü                                                          
Türkoloq belə şərh edir:
”Bu da eyni əlifbadır,
Orxon əlifbası kimi.
Dili Göytürkü anladır,
Məzmunu, mənası kimi.“
2
Türklərin qədim insanı
Göy-Tanrıya inanırdı.
Şorba içdiyi kasanı
Səmanın rəmzi sanırdı.
1 Rünik yazı – çəlik qələmlə ağaca, daşa, metala qazılaraq yazılan 
Türk yazısı. 
2.Qədim Göytürklərin dilinə bənzəyən iki sətirlik yazının anlamı bu 
idi:”Xanın oğlu 23-ündə öldü, Esik xalqının başı sağ olsun“.


Türkün dastanı
35
Baxıb qablara həsədlə,
Müqəddəslik görürdülər.
Hifs edən bilib, cəsədlə
Qəbirə gömürürdülər.
Bəs kimindir altun libas?
Hansı kağan oğlunundur?!
Suallar çox, cavablar az,
O ya sakdır, ya da hundur!
Nə vaxt qurulmuşdu görən?
Nə bir tarix, nə bir ad var.
Tarixləri dilləndirən,
Kökümüzə şahid məzar?!
Suala cavab gətirdi,
Xan oğlunun sümükləri.
Nəticə bir, fikir birdi,
Budur elmin dedikləri:
Bu kurqan, bu əşya, cəsəd
Olubdur miladdan əvvəl.
Yazı da yazılıb əlbət,
İki min beş yüz il əzəl.
Türkə məxsusdur bu yazı,
Artıq hər şey oldu bəlli!
Yaşı üç min ildir azı,
O verdi bizə təsəlli!
         


Munis
36
Əgər yazı varıydısa,                                                              
Demək dövlət, sənət vardı.
Dəqiq görünməyən bizə,
Gizli qalan gümanlardı.
Bəlkə bu qızıl libaslı
Ulu Türkün kağanıdır!
Güman var bu adı gizli,
Türkköklü saklar xanıdır!
Bəlkə nə vaxtsa dünyanın,
Çox sirləri tapılacaq.
Qızıl libaslı adamın
Kimliyi aşkar olacaq.
Bu yerlərdə məskən salıb,
Türk dövləti Hundan qabaq!
Ancaq adı gizli qalıb,
Hələlik ki, yoxdur soraq!
Tarixi yaradan millət,
Dastanlar da yaradıbdır.
Dövlətdən əvvəlki həyat,
Dastanlarda yer alıbdır.


Türkün dastanı
37
Gör nələr söyləyir faktlar?
Bax bu sübut, bu da dəlil -
Açıldıqca qalın qatlar,
Türklər ucalır ilbəil!
 
Həyatın özü göstərir,
Çox qədimdir yaşı Türkün!
Bu dünyayla ömür sürür,
Əyilməzdir başı Türkün!
 


Munis
38
DASTANLAR   DÖVRÜ                                                   
Dastanlar yaradıb nəsillər üçün,
Qədim əcdadlarım, ulu xanlarım.
Yaratdığı kimi yazmasalar da,
Tarixə bəzəkdir qəhrəmanlarım!
Bəxtinə tarixi yaratmaq düşüb,
Qoşun yaradıblar, dövlət qurublar.
Özünə bir tərif yazmaqdan qabaq,
Tarixə silinməz möhür vurublar.
Ancaq savaşdığı qədim ölkələr                                                 
Göstərib türkləri mənbələrində.
Heyif ki, bilmirik hunlardan qabaq
Nə qədər xəzinə yatır dərində.
Qatı zülmətlərə baxa bilmirik,
İynə deşiyi tək bir işıq qalıb.
Aydın görünməyən alatoranlıq,
Elə o zamandan qarışıq qalıb.
Dəqiq bilinməyən sirli dünyadan
Nə söhbət açmayaq, nə danışmayaq.
Şumerlər, etruslar, skandinavlar,
Bir də Amerika Qitəsindəki
Qızıldərililər türksoyludurmu?
Tanrının işinə gəl qarışmayaq.


Türkün dastanı
39
Bunu söyləsə də çox tarixçilər,
Tanrı gördüyünü biz görəmmirik!
Qaranlıq olanı aydın görməmiş,
Sübutsuz fikirə olmayaq şərik!
Deyirlər, miladdan min yüz il əvvəl,
Görünübdü Çində Türkün izləri.
Hətta Çu¹ adında xanədan qurub,
Göstərir bunları Çin məxəzləri.
Firdovsi yazmışdır ”Şahnamə“sində,
İranla Turanın döyüşlərindən.
Keyxosrov adında İran şahının
Alp Ər Tunqa ilə görüşlərindən!
Demək yeddi əsr miladdan qabaq
Güclü Türk dövləti olub bərqərar.
Ömrünü Hunlara verən dövlətə                                                 
Saka Türk Dövləti deyənlər də var.
İskəndər²  Asyaya səfər edəndə 
Saka türkləriylə savaşlar olub.
Durur barışığı göstərən mətn,
Baxma ki, davalar-dalaşlar olub.
Türklər, bax, bunları dastanlaşdırıb, 
Belə yaranıbdır Saka dastanı.
_____________
1. Chou
2. Makedoniyalı İskəndər


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə