Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Türkün dastanı
45
     İndi də söz açaq döyüş anından,
O qədim Türklərin qəhrəmanından;
Tunqa qət eylədi uzun yolları,
Yürütdü qoşunu İrana sarı.
Dərələr endilər, dağlar aşdılar,
Dehistan tərəfdə qarşılaşdılar.
Üz-üzə dayandı bu iki ordu,
Hərə öz yerində istehkam qurdu.
Türkün ordusundan Barman adlı ər
Yeridi qabağa altında kəhər,
Təkbətək döyüşə igid istədi,
Dayanıb yerində cavab gözlədi.
Ordu başçısının qardaşı Qubad
Barmanın önünə çıxdı nəhayət.
Hərə öz atını önə sürərək
Gəlib başladılar cəngi təkbətək.
Səhərdən axşama çəkdi bu döyüş,
Hər iki savaşçı taqətdən düşmüş,
Axırda Türk oğlu düşməni yendi,
Tunqanın yanına zəfərlə döndü!
Ordular başladı qızğın savaşa,
Ölümlə ölməzlik qaldı baş-başa!
Şiddətli vuruşlar xeyli uzandı,
Bu dəfə döyüşü Tunqa qazandı! 
Ölənlər meydanda yığın-yığındı,
Qalanlar qalaya gedib sığındı.
Dehistan qalası olmadı sipər,
İran padşahında qalmadı hünər.
Alp Ər hücum çəkib qalaya girdi,
Padşahı qoşunla əsir götürdü.


Munis
46
Yayıldı hər yana qələbə səsi,
Eşitdi sədanı Kabil ölkəsi.
İrana bağlıydı bu yer binadan,                                                  
Yardım göstərirdi ona hər zaman.
Ünlü hökümdarı Samın oğlu Zal,
Turana hücumlar etdi dalbadal.
Görəndə düşmənin bu günahını,
Tunqa məhv elədi İran şahını!
Digər əsirlərin öldürülməsi,
Narahat edirdi qardaş Arizi.
Dustaqlar qaçrıldı Sarı şəhrinə,
Alp Ariz özünü saldı dərinə.
Qardaşın qardaşa coşdu hiddəti,
Güzəştə getmədi bu xəyanəti.
Tunqanın əmriylə o öldürüldü,
Canına qəsd etdi öz qəbahəti!
Qalib tərəf kimi Turan kağanı
Tabe eyləmişdi böyük İranı! 
Hətta qədəm basıb Rey şəhərinə,
İranın tacını qoymuş sərinə.
Şahı öldürülmüş, sarsılmış İran,
İndi başqasına vermişdi meydan.
Zevi oturtmuşdu şahlıq taxtına,
Bu da yazılmışdı onun baxtına.
Yenidən ordular üz-üzə gəldi,
Qılınc, qalxan səsi göyə yüksəldi,
Yenə fəryad qopdu, töküldü qanlar,
Qıtlıqdan, aclıqdan üzüldü canlar,
Nəhayət, arada sülh imzalandı,
Bu qanlı-qadalı qırğın dayandı.


Türkün dastanı
47
İranın üstünə şərtlər qoyuldu,
Quzey bölgələri Turanın oldu.
Bir muddət sakitlik hakim kəsildi,
Rahat nəfəs alıb qoşun dincəldi.
Artıq padşah Zev də həyatdan köçdü,
Alp Ər Tunqa təkrar hücuma keçdi.
Qarışdı ortalıq, pozuldu barış,
İran bu hücumdan hədsiz sarsılmış,
Yenə yardım üçün üz tutmuş Zala,
Qoca Zal gedərək xeyli xəyala,
Göndərmiş köməyə oğlu Rüstəmi,
Savaşlar bürümüş yenə aləmi.
İran o qədər də çəkmədi fəryad,
İndi də padşahı oldu Keyqubad.
Zal oğlu Rüstəmin yaxın köməyi,
İllərlə İranın oldu dəstəyi.
Arada çox döyüş, çox barış oldu,
İnsanlar yoruldu, ordu yoruldu,
İndi də İranın şahı Keykavus,                                                    
Barışa razılıq vermişdi hənuz.
Bu anlaşma ilə bir çox yerləri;
Buxara, Səmərqənd, Çac şəhərləri,
İrana güzəştə getdi Türklər.
Belə yaşadılar bir neçə illər.
Lakin çox çəkmədi yeni ittifaq,
İran şahlığında düşmüşdü nifaq.
Narazı Keykavus batmışdı qəmə,
Oğlu Siyavuşa, bir də Rüstəmə
Hirslənmiş, güc vermiş o öz səsinə.
Rüstəm də çəkilmiş öz ölkəsinə!


Munis
48
Siyavuş dözməyib ata əmrinə,
Üz tutmuş Turana, Qang
1
 şəhərinə.
Şahın kəlməsini salmayıb saya,
Gedib sığınmışdır Alp Ər Tunqaya!
Özünü sevdirmiş Turanlılara,
Aşiq də olmuşdur gözəl bir yara.
Piranın
2
 qızıyla ailə qurmuş,
Turan ölkəsində rahat oturmuş.
Bir uşaq doğuldu bu izdivacdan,
Keyxosrov adlandı bu körpə oğlan.
Ancaq Siyavuşun tutmuşdur gözü,
Tunqanın gül qızı şux Firəngizi!
Onu da özünə eylədi arvad,
Bir müddət beləcə sürdülər həyat.
Amma Türk nəslinə uyğunlaşmadı,
Siyavuş nöqsanda həddini aşdı.
Tunqa göz yummadı bu günahlara,
Qızının gününü eylədi qara,
Öldürtdü, məhv etdi o, Siyavuşu!
Rüstəmsə qisasa seçdi vuruşu,
Orduyla Turanın üstünə gəldi,
Tökdüyü qanlarla qəlbi dincəldi.
Çox ağır keçmişdi bu dəfə döyüş,
Tunqanın övladı Sarka da ölmüş!
Dərin yara olmuş bu, Turan üçün,
Tunqa ağlamışdı hey için-için,
And içmiş İrandan qisas alacaq,
İran torpağına tufan salacaq!
1. Qang – Türklərin o zamankı paytaxtı. 
2. Piran – Türk qəhrəmanlarından biri.


Türkün dastanı
49
Orduyla İranın içinə girdi,
Düşmən ordusunu əsir götürdü.
İrana dərd oldu belə vəziyyət,
                       Yeddi il qıtlıqdan çəkdi əziyyət.                                               
Döyüş qızışırdı hər zaman, hər an,
Gah Türk qazanırdı, gah da ki, İran.
İran tərəfindən, döyüş zamanı,
Əsir götürüldü Çinin xaqanı.
Sonuncu savaşda Turan yenildi,
Alp Ər Tunqa bu dəm geri çəkildi.
Turandan qaçrılmış Keyxosrov indi,
Varis tək İranın taxtına mindi.
Türkün durumundan yararlanırdı,
Özünü dünyanın şahı sanırdı!
Turansa axtarıb tapdıqca fürsət,
İrana hücuma göstərirdi cəhd.
Keyxosrov yatmayıb bütün gecəni,
Turana göndərdi igid Bijəni,
Bir xəbər gətirsin Turandan ona,
Bu qəfil hücumlar yetişsin sona.
Bijən gizli yolla bölgəyə girdi,
Ormanda əylənən qızları gördü.
Tunqanın qızıydı gözəl Mənijə,
Gözləri oxşardı mavi dənizə.
Aşiq olub sevdi o, Mənijəni,
Mənijə də sevdi igid Bijəni.
Apardı aşiqi öz sarayına,
Özüylə onu da saldı oyuna.
Tunqa yaman qızdı adamlarına,
Ağrıdı qızının bu qərarına.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə