Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Munis
50
Hirsindən əliylə alnını ovdu,
Bijəni həbs etdi, qızını qovdu.
Padşah çox gözlədi komandanını,
Şübhələr götürdü yenə canını.
Rüstəmə əmr etdi getsin Turana,
Bijəndən bir xəbər gətirsin ona.
Rüstəm dəyişərək qiyafəsini,
Tüccar libasında öz dəvəsini
Sürdü lap Tunqanın sarayınadək,
Heç bir maneəyə rast gəlməyərək.
Zindandan qurtardı dustaq Bijəni,
Sonra da qaçırıb o, Mənijəni
Gətirdi birlikdə özü İrana.
Ağır zərbə oldu bunlar Turana!
Alp Ər Tunqa yığıb öz bəylərini,
Söylədi onlara bu sözlərini – 
Dedi: ”Yenilməyən kağanınızdım,
İndi elə bil ki, tamam uduzdum.
İran olmamışdı bizə qəm, kədər,
Artıq ayaq açır saraya qədər.                                                     
Ey Türk igidləri, Çin əsgərləri,
Qisasa cəmləyin siz nəzərləri!“
Toplayıb ordunu göndərdi önə,
Özüysə qayıtdı Bəykənd şəhrinə.
Oturub gözlədi qərərgahında,
Bu ünlü hökümdar qoca çağında.
Bəd xəbər sarsıtdı ulu kağanı,
Ordusu yenilmiş Alp Ər Tunqanı!
Eşitdi gənc oğlu Şidə şəhiddi,
İxtiyar yaşında muradı bitdi!
Dodağı titrədi, xəyalı çaşdı,


Türkün dastanı
51
Xəbərlər qəlbində şırımlar açdı.
Alıb qüvvələri hücuma keçdi,
Düşmən başlarını ot kimi biçdi.
Kükrəmiş aslandı qoca pəhləvan,
Öldürdü düşməndən neçə qəhrəman.
Sonda Keyxosrovdan döyüş istədi,
Təkbətək vuruşa cavab gözlədi.
Keyxosrov çəkindi belə savaşdan,
Qeyrət aslı deyil görkəmdən, yaşdan!
Tunqa qocalsa da əzmi böyükdü,
Qorxusu rəqibin dizini bükdü.
Cəsarət etməyib Keyxosrov buna,
Əmr etdi döyüşlər yetişsin sona.
Çəkdi ordusunu İrana tərəf,
Tunqanın ordusu düzülüb səf-səf
Üz tutdu Ceyhunun sahillərinə,
Buxaranı keçib Qang şəhərinə - 
Doğma başkəndinə gəlib dayandı.
Başkənd doğrudan da cənnətməkandı!
Bu günlər düşmüşdü qoca vaxtına,
Yenə əyləşərək Turan taxtına,
Yığdı bəylərini Tunqa yanına,
Bir məktub yazdırdı Çin xaqanına.
Sonuncu döyüşə ümid bəslədi,
Qonşu çinlilərdən yardım gözlədi.
Keyxosrov Rüstəmlə işlədib hiylə,
Hücuma keçmişdi böyük qüvvəylə.
Ordunu şəhərə yaxın çəkərək,
Qala ətrafında qazdılar xəndək.
Doldurub odunla, qətranla onu,


Munis
52
Atəşə verdilər qala uzunu.
Tunqa gizli yolla çıxdı qaladan,
Qurtuldu bəylər də ağır bəladan.
Alp Ər bəylərini alıb yanına,
Köməkçün üz tutdu Çin xaqanına.                                             
Ordunu yığsa da Çin hökümdarı,
Tez pozdu bağlanmış əhdi, ilqarı.
Sözündə durmayıb geri çəkildi,
Keyxosrovla gizli razlığa gəldi.
Alp Ər Tunqa yenə qalmışdı naçar,
Təkbətək döyüşə verərək qərar
Çağırmış rəqibi uzaq bir düzə,
Onunla təkbətək gəlsin üz-üzə.
Cəsarət etməyib Keyxosrov yenə,
Razı olmamışdı Tunqa deyənə.
Ordusuz, tək qalmış Turan rəhbəri,
Hətta itirmişdi doğma şəhəri.
İçməyə su yoxdu, yeməyə çörək,
Gördükü hər yandan kəsilib kömək.
Oturdu tək-tənha bir mağarada,
Keçmiş günlərini salaraq yada,
Güc-qüvvət istədi Ulu Tanrıdan!
Möcüzə göstərə bəlkə Yaradan!
Gənclik illərini qaytara geri,
Zərbəsi titrədə torpağı, yeri!
Yenə şöhrətlənə, yenə ucala,
Yenə də düşməndən qisas, öc ala,
Sayıla, seçilə böyük Turanı,
Şöhrəti, sədası tuta hər yanı!
Bir təsəlli vardı qəlbində, ancaq


Türkün dastanı
53
Bilirdi dirçəlib Türk yaşayacaq!
Onun da adını yaşadacaqdır,
Turan bu dünyada sönməz ocaqdır!
Şirin xəyallara, duyğuya batdı,
Özünü qayadan dəryaya atdı.
Biryolluq göz yumdu bəşəriyyətə,
O belə qovuşdu əbədiyyətə!
Yayıldı Tunqanın ölüm xəbəri,
Ağladı, acıdı doğma elləri,
Yüksəldi göylərə Türkün naləsi,
Ona yas saxladı Turan ölkəsi!
Gəzdi dildən-dilə, oldu bir nağıl,
Alp Ər Tunqa adlı qəhrəman oğul!
                     *  *  *
Tunqanın ölüm sorağı,
Turana bəd xəbər oldu!
Sanki həyat başdan-başa
Ağır oldu, zəhər oldu!
Ozanlar götürdü sazı,                                                           
Min bir ağı dedi azı,
Bir ömrə yazılan yazı,
Bir nöqtədə bitər oldu!
Gecə-gündüz ağladılar,
Ürəkləri dağladılar.
Türkə ümid bağladılar,
Gecə keçdi, səhər oldu!


Munis
54
Turana vermişdi canın,
Dəryaya axıtdı qanın,
Kim deyər ki, Ər Tunqanın
Ömrü-günü hədər oldu!
Xoş əməli qatar-qatar,
Nəsildən-nəsilə çatar,
Hər sinədə pöhrə atar,
Hər dodaqda bitər oldu!
Alp Ər Tunqa – mərd qəhrəman!
Ulu rəhbər, ulu kağan!
Daş qoyduğu hər bir məkan
Əzəmətli şəhər oldu!
Düşmənə olmuşdu bəla,
Qoymadı qeyrət azala,
Tikdirdiyi hasar, qala,
Keçilməyən sipər oldu!
Gözü itiydi ağlının,
Uğurları sınaqlının.
Ondan sonra Türk oğlunun
Hər səfəri zəfər oldu!
Adı qaldı, sanı qaldı,
Möhtəşəm dastanı qaldı,
Yenilməz Turanı qaldı,
Baxma, özü gedər oldu!


Türkün dastanı
55
ŞU(SAKA)  DASTANI
1                                                                                    
Dördüncü yüzildə miladdan öncə,
Yaşamış Şu adlı ulu hökümdar!
Saka türklərinin bu cəsur oğlu,
Adını dünyaya eyləmişdi car!
Özü gənc olsa da qüdrətli idi,
Yoxuydu bu qüdrət, inan, çoxunda.
Saklara yaraşan bir rəhbər kimi,
Əyləşmiş başkəndi Balasaqunda.
Xaqanın möhtəşəm daş sarayına,
Elçilər buyurur dörd bir tərəfdən.
Ərməğanlar gəlir, bəxşişlər gəlir,
Hər kəs həzz alırdı belə şərəfdən.
İllərlə qurduğu güclü ordusu
Ölkə keşiyində sayıq dayanır.
Düşmən keçə bilmir sərhədlərini,
Hər gecə hər dağda bir ocaq yanır.
Məsləhət alırdı münəccimlərdən,
Hər bir addımını ölçüb-biçirdi.
Tədbirli, zəkalı olduğu üçün,
Vaxtında xeyiri-şəri seçirdi.
1 Əsrlərlə dildən-dilə gəzən bu dastan XI əsrdə Kaşğarlı Mahmud   
tərəfindən yazılı ədəbiyyata köçürülmüş və ”Divanü-Lüğətit Türk“ 
əsərində verilmişdir.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə