“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   2   3   4   5   6   7   8   9   ...   34

 
13
3.  Söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-
məsinin qafiyələnməsi. Daha çox müasir poeziyada isti-
fadə olunur:  
                
Sən beləsənmiş bala+m, ay bərəkallah sənə. 
Fisq imiş əmrin tamam, ay bərəkallah sənə. 
                                                       M.Ə.Sabir 
 
Səni tanıdıqca sən mən+ə sirsən, 
Sirlər açıldıqca sən yenə sirsən! 
                                        N.Xəzri 
 
4.  Şəkilçi ilə kök sonluğu-şəkilçi birləşməsinin qafi-
yələnməsi. Bu növ də daha çox müasir poeziyada istifadə 
olunur:  
  
İl qaldı bir əsri yarı böl+məyə 
...İşığın qəfildən dönər kölgə+yə... 
                                                      M.Araz 
 
5. Kök sonluğu-şəkilçi birləşmələrinin qafiyələnməsi. 
Bu növə söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-
məsinin qafiyələnməsinin xüsusi halı kimi də baxmaq 
olarBelə ki, burada adətən saitlə bitən kökə iki və daha 
çox səsə malik şəkilçi əlavə edilir və həmin saitin samitlə 
qapanması bu sözün samitlə bitən digər  şəkilçili  köklə 
qafiyələnməsinə imkan yaradır. Yəni bu halda qafiyələn-
mənin alınması üçün mütləq hər iki söz şəkilçi qəbul 
etməlidir. Misallar: 
 
Guya zindan boğa bilər azadlığın haqq səs
+
ini, 
Ölüm-dirim savaşına bəstələnmiş nəğmə
+
sini 
                                                                             S.Rüstəm 
 
 


 
14
Mən vurğun deyiləm şöhrətə, ad
+
a, 
Sadə bir şairəm, qoca dünya
+
da. 
                                                            S.Rüstəm 
 
6. Eyni sonluqlu müxtəlif  şəkilçilərin qafiyələnməsi. 
Əsasən müasir dövr poeziyasında istifadə olunmağa 
başlamışdır. Məsələn, getsən-yerdən  (şərt  şəkilçisi və 
çıxışlıq hal şəkilçisi),  düşər-ləpələr  (qeyri-qəti gələcək 
zaman şəkilçisi və cəm şəkilçisi) və s. 
Misal: 
 
...Bülbüllər məskəni bir gülüstanı 
Deyirlər, ikiyə sən ayır+mısan. 
Götürün üstümdən quru böhtanı, 
Bilsin təqsirini adıma yaz+an!  
                                       S.Rüstəm 
 
Bəzən sözlər eyni yox, oxşar səslər vasitəsiylə qafi-
yələndikdə yanlış olaraq bunu “qulaq qafiyəsi”, “fonetik 
qafiyə”  və s. kimi qəbul edirlər (onsuz da qafiyə fonetik 
hadisədir). Məsələn, görkəmli dilçi alimimiz Ağamusa 
Axundov mütləq eyni səslərə malik olmayan bütün qafiyə-
ləri  “nisbi fonetik qafiyələr” kateqoriyasına  (növünə) aid 
edərək bu növün çoxsaylı və biri-birindən xeyli fərqlənən 
variantlarını müəyyən etmişdir  (1, s. 79-90). Lakin fikri-
mizcə bu doğru təsnifat deyil. Məsələn, sözünü-üzünü ki-
mi sait səs yaxınlığı ilə müşayiət olunan normal, köklü qa-
fiyələnmə ilə aşağıda misallar gətirəcəyimiz qulaq qafiyə-
lərini eyni kateqoriyaya aid etmək olmaz. Belə ki, yalnız o 
qafiyələr “qulaq qafiyəsi” kimi qəbul olunmalıdır ki, orada 
ayrı-ayrı  səslərin oxşarlığı yox, yalnız (qulaqda) ümumi 
səslənişin oxşarlığı olsun, başqa sözlə, qafiyə yuxarıdakı 
növ və variantların heç birinə uyğun gəlməsin, yəni əslin-
də normal tələblərə cavab verən qafiyə olmasın. Məsələn 
kişi-işin, xəzəli-bəzəyir, biçimində-içində, uzun-ulduzu, 
ağrıdı-ağırdır və s. Bu sözlərdə əslində normal qafiyələn-


 
15
mə yoxdur, yalnız (qulağa gələn) ümumi səslənişdə ox-
şarlıq var. Məsələn, birinci misaldakı “işcütlüyünü dayaq 
kimi qəbul etsək görərik ki, sözlərdə ondan sonra gələn 
səslər (“i” və “in”) tam təkrarlanmır və deməli normal qafi-
yə deyil və yalnız qulaqda oxşar ümumi səslənmə var. 
Qulaq qafiyələrinə xüsusən Məmməd Araz yaradı-
cılığında çox rast gəlirik.  
Misallar:   
 
Qayalar necə də boynu buruqdur 
...Kiminsə qəsdinə hicran durubdur 
...Anamın qəbri də qar altındadır 
Anamın qəlbi də qar altındadır 
                                       M.Araz 
 
Yerini tanıdın, haqqını qandın, 
Bir məlum hikmətin dodağı qaçır: 
Qoltuğa öyrəşdi – qoltuqda qaldı, 
Qol-budaq acımadı qoltuq ağacı. 
                                         M.Araz 
 
...Hər maskalı casusun bir mələk biçimində, 
Omba duran gürzəmi, ya əqrəbmi içində? 
...Dördmərtəbə zindanım, boyun nə qədər uzun,  
Əlimizdən almısan Ayı, Günü, ulduzu. 
                                               X.R.Ulutürk 
 
Azərbaycanı sevin, sevin Azərbaycanı 
...Sevin odum, ocağım, evim Azərbaycanı. 
...Yaraları göynəyir, yaraları sızlayır 
Bu millətin qeyrətli oğulları, qızları 
                                           C.Novruz 
 
 
 


 
16
Yamanlıq gördüm 
Ürəyim ağrıdı 
Haqsızlıq gördüm 
Yükü dağlardan ağırdı 
                             R.Rza 
 
Dilimiz  şəkilçilərlə kifayət qədər zəngin olduğundan 
müəyyən etdiyimiz qafiyələnmə növlərinin məhz  şəkilçi-
lərin növlərinə görə çoxsaylı variantlarını müəyyən etmək 
olar. Lakin buna ehtiyac görmürük. Çünki, istənilən halda 
həmin variantlar yuxarıda müəyyən etdiyimiz təsnifatdan 
kənara çıxmayacaq.     
 
 
Azərbaycan ədəbiyyatında işlənən şeir 
formaları: vəznlər və şəkillər 
 
Şeirin forması onun  vəzni  və  şəkli ilə xarakterizə 
olunur. Vəzn  əsasən  şeir misralarının bölgülənmə qay-
dasını, uzunluğunu (misrada olan hecaların sayını) və 
metro-ritmk quruluşunu müəyyən edir. Şeirin  şəkli isə 
misraların qafiyələnmə qaydasını, misraların uzunluqları-
nı və şeirin bəndlərə ayrılma qaydalarını müəyyən edir.  
Ümumilikdə bütün dünya xalqlarının  şeirində 3 növ 
vəzn fərqləndirilir: 
- Sillabik vəzn  – misralarda heca saylarının bəra-
bərliyinə əsaslanan vəznə deyilir. Əksər dünya xalqlarının 
(türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmiş və 
bir çoxlarında bu gün də işlənməkdədir. 
- Tonik vəzn – şeir misralarında vurğulu (daha yük-
sək tonlu) hecaların müəyyən qayda ilə düzülüşünə 
əsaslanan vəzndir. Rus, fransız və b. xalqların  şeirində 
istifadə olunur. Məlumdur ki, türk dilində vurğulu açıq he-
calarda belə sait uzanmır, həmçinin şəkilçi qəbul etməmiş 
sözlərdə həmişə, şəkilçi qəbul etmiş sözlərdə isə əksərən 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə