“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   2   3   4   5   6   7   8   9   ...   34

 
17
vurğu sonuncu hecaya düşdür. Ona görə də bu dildə vur-
ğu böyük əhəmiyyət kəsb etmir. Vurğu böyük əhəmiyyət 
kəsb etmədiyindən tonik vəzn türk dilinə xas deyil. 
- Metrik (metro-ritmik) vəzn – uzun və qısa hecala-
rın misralarda müəyyən ardıcıllığına əsaslanan vəzn. Qə-
dim yunan, ərəb, fars, türk, hind və b. xalqların  şeirində 
istifadə olunmuş və olunmaqdadır.  
Azərbaycan poeziyasında müstəqil vəzn  kimi  heca 
və  əruz  vəznlərindən və onlarla şeir  şəklindən istifadə 
olunur. Həmçinin, ayrıca sərbəst  şeir forması da vardır 
ki, özündə xüsusi vəzni və şəkli ehtiva edir. 
Ədəbiyyat nəzəriyyəsində adətən  şeir  şəkillərinin 
(janrlarının) bir hissəsi “şifahi xalq yaradıcılığı  şəkilləri 
(janrları)” adı altında, bir qismi isə “yazılı” və ya “klassik”  
poeziya  şəkilləri (janrları) adı altında öyrənilir. Lakin bu 
məsələdə elmi məntiqin gözlənilməsi naminə mütləq “şi-
fahi ədəbiyyat”, “yazılı ədəbiyyat”, “müəllif ədəbiyyatı” və 
“xalq ədəbiyyatı” anlayışlarının mahiyyəti, onlar arasında 
əlaqə  və  fərqlər dəqiqləşdirilməli və fikir bildirərkən bu 
anlayışların fərqinə varılmalıdır. Bu anlayışlar arasındakı 
əlaqəni aşağıdakı sxem şəklində ifadə etmək olar: 
 
 
 
Sxemdən göründüyü kimi, müəllif  ədəbiyyatı  həm 
şifahi, həm də yazılı  şəkildə yaradıla bilər, xalq ədəbiy-
yatı  şifahi  şəkildə yaradılır, yazılı  ədəbiyyat müəllif 
ədəbiyyatıdır. O cümlədən,  şifahi  şəkildə  həm xalq ədə-
Müəllif 
ədəbiyyatı 
Xalq 
ədəbiyyatı 
Şifahi 
ədəbiyyat 
Yazılı 
ədəbiyyat 


 
18
biyyatı (şifahi xalq ədəbiyyatı), həm də müəllif ədəbiyyatı 
(şifahi müəllif ədəbiyyatı) yaradıla bilər 
Məsələn, aşıq ədəbiyyatı əsasən şifahi ədəbiyyatdır, 
çünki,  əsasən  şifahi  şəkildə yaradılır. Lakin onun bütün 
ünsürləri xalq ədəbiyyatı deyil. Məsələn, dastanların çoxu 
xalq  ədəbiyyatıdır, çünki adətən bir müəllif tərəfindən 
yaradılmır, olmuş hadisələr, rəvayətlər  əsasında, insan-
ların, sənətkarların dilində formalaşır və cilalanır. Aşıq-
ların yaratdıqları qoşmalar, gəraylılar və  bəzi dastanlar 
isə müəllif ədəbiyyatıdır, çünki konkret müəllifi var. Lakin 
bunlara rəğmən aşıq yaradıcılığı  nədənsə bütövlükdə 
“şifahi xalq yaradıcılığı” anlayışına aid edilir.  
Əslində müxtəlif xalqların istər şifahi, istərsə də 
yazılı ədəbiyyatında işlənən, biri-birinə oxşar və fərqli 
şeir  şəkillərinin demək olar ki, hamısı, mahiyyətcə
forma kimi xalq yaradıcılığı məhsuludur. Çünki, onları 
konkret kimsə yaratmayıb (konkret kim tərəfindən 
yaradıldığı  məlum deyil), xalqın içində öz-özünə for-
malaşıb. Ona görə də şəkillər (və ya janrlar) yalnız hansı 
sahədə  (şifahi və ya yazılı, müəllif və ya xalq ədəbiy-
yatında) istifadə olunmasına görə fərqləndirilə bilər.  
 Ədəbiyyat nəzəriyyəsində  “şifahi xalq yaradıcılığı 
janrları” adı altında öyrənilən şəkillər (bayatı, gəraylı, qoş-
ma və s.) yalnız  şifahi xalq ədəbiyyatında yox, yazılı  və 
şifahi müəllif  ədəbiyyatında da geniş yayılmışdır. Bayatı 
əsasən  şifahi xalq ədəbiyyatı nümunələrində yayılsa da, 
gəraylı və qoşma şəkilləri şifahi xalq yaradıcılığı nümunə-
lərində (dastanlar daxilindəki şeirləri və bəzi xalq mahnı-
larının sözlərini nəzərə almasaq) o qədər də geniş yayıl-
mayıb və  əsasən  şifahi və yazılı müəllif  ədəbiyyatında 
geniş yayılıb. Bu da təbiidir, çünki, bu formaların bayatıya 
nisbətən daha mürəkkəb qaydalara malik olması  şüurlu 
fərdi fəaliyyət tələb edir. Yəni  əslində  gəraylı  və qoşma 
kimi şəkillər müəllif ədəbiyyatına xasdır, lakin forma kimi 
fərdi yaradıcılıq yox, xalq yaradıcılığı məhsuludur, çünki, 


 
19
bütün digər  şəkillər (janrlar) kimi konkret müəllif tərəfin-
dən yaradılmayıb,  müəlliflərin dilində öz-özünə forma-
laşıb.   
 
 
Heca vəzni 
 
Heca vəzni – misralarda heca saylarının bərabərliyi-
nə, diləyatımlı, ahəngdar bölgülənməyə  və bu bölgülən-
mənin bütün misralarda qismən eyniliyinə (təkrarına) 
əsaslanan şeir vəznidir.  
Heca vəznli Azərbaycan şeirində misraların uzunlu-
ğu və ona uyğun bölgülənmə variantları  Cədvəl–1-də 
göstərilmişdir. 
 
Cədvəl-1 
Misranın 
uzunluğu 
Misranın bölgülənmə variantları 
4-hecalı 2-2 
5-hecalı
2-2-1 (o cümlədən 2-3), 3-2 
6-hecalı
3-3, 2-2-2 (o cümlədən 2-4  və 4-2) 
7-hecalı 4-3, 
bəzən də 3-4 
8-hecalı
4-4 
9-hecalı
3-3-3, 4-5 (nəzəri) 
10-hecalı
5-5, şərti olaraq 6-4 və 4-6
 
 
11-hecalı
6-5, 4-4-3 
12-hecalı
4-4-4, 6-6, 7-5 
13-hecalı
4-4-5, 6-7 (nəzəri) 
14-hecalı
7-7 
15-hecalı
8-7, 7-8, (o cümlədən: 4-4-4-3, 4-3-4-4, 3-4-4-4) 
16-hecalı 8-8 
 
Burada ən işlək variantlar 11, 8 və 7-hecalı variant-
lardır. 4, 6 və 9-hecalı variantlardan nadir hallarda istifadə 
olunur. Qalan variantlar az və qismən işlək səviyyədədir. 
Ədəbiyyat nəzəriyyəsində adətən heca vəzninin 2-
hecalı (“yüz ölç, bir biç” və s. kimi misallarla) və 3-hecalı 


 
20
(“el gücü, sel gücü” və s. kimi misallarla) variantlarına da 
baxılır (həmin prinsiplə 1-hecalı  şeirə  də “toy, doy” xalq 
deyimini misal gətirə bilərik). Lakin, bu hallara əsasən 
şifahi xalq yaradıcılığında, özü də çox az təsadüf 
olunduğundan, habelə, bu ölçüdən yazılı müəllif  ədəbiy-
yatında demək olar ki, istifadə olunmadığından həmin 
variantlara vaxt ayırmağı lazım bilmirik.  
Ədəbiyyat nəzəriyyəsində vəzn durğusu ilə nitq-
dəki sintaktik durğu (pauza) arasındakı fərqin nəzərə 
alınmaması  nəticəsində yanlış olaraq heca vəznində 
sözlərin bölgülərdə heç vaxt parçalanmadığı  qəbul 
olunur. Ona görə  də indiyə  qədər heca vəznində 
misraların bölgülənmə variantları real olduğundan 
qat-qat çox verilmişdir. Əslində isə, deyilişin, tələffü-
zün, ahəngdarlığın normal alındığı hallarda sözlərin 
bölgülərdə parçalanması heca vəznində də normaldır 
və çoxsaylı bölgülənmə variantlarının qəbul olunma-
sına ehtiyac yoxdur. Daha aydın olmaq üçün hər bir 
varianta ayrılıqda baxaq. 
4-hecalı  şeir.  Şifahi və yazılı  ədəbiyyatda çox az 
rast gəlinir. Bu da təbiidir. Belə ki, burada misra həddən 
artıq qısa olduğundan  şeir yazmaq imkanları xeyli məh-
duddur. Misra qısa olduğından onun bölgülənməsinin də 
o qədər mənası yoxdur. Lakin diqqət yetirilsə bölgülən-
mənin  əsasən 2-2 olduğunu hiss etmək olar. Həmçinin 
sözlər bu bölgülərdə parçalana bilər. Misal: 
 
Anır, yanır–  
Bərk qafiyə. 
Dünya fani,  
Tərk qafiyə 
 
Qarabağım,  
Yara bağım, 
Solum-sağım–  
Görk qafiyə. 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə