“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 
30
Müəllifin 5-5 bölgülü 10-hecalı  şeirə Y.Əmrədən 
(yenə orada, səh.-176)  və M.Şəhriyardan  (yenə orada, 
səh.-178) gətirdiyi nümunələr isə doğrudur:  
 
Ey Yunus Əmrə/5, sən bu ögüdü 
Kəndi nəfsinə/5 versən yeg idi 
Bilirəm demə/5, sən də gəl imdi, 
Var bir kamilə/5 sor niyə gəldin 
                                       Y.Əmrə 
 
Bizi yandırır/5 aman ayrılıq/5 
Bu darıxdıran/5 duman ayrılıq/5 
Gözə sovrulan/5 saman ayrılıq/5 
Yaman ayrılıq/5, yaman ayrılıq/5. 
                                   M.Şəhriyar 
 
Maraqlıdır ki, prof. Məmməd  Əliyev (İracoğlu) 5-5 
bölgülü 10-hecalı  şeirə yanlış misallar gətirdiyi halda elə 
həmin kitabının 273-cü səhifəsində qafiyə mövzusunda 
yazılmış hissədə müəllifi göstərilmədən verilmiş bir şeir 
nümunəsi 5-5 bölgülü 10-hecalı  şeirə gözəl misal ola 
bilərdi (biz bu beytin müəllifini müəyyən edə bilmədik): 
 
Köhnə qəfəsi/5 atdım bir yana/5, 
Əlimlə saray/5 düzəltdim ona/5. 
 
Bəzən 10-hecalı  şeirin 4-6 bölgülü variantının oldu-
ğu da qəbul edilir, lakin bu variant diləyatımlı, ahəngdar 
olmadığından özünü o qədər də doğrultmur. 
Prof. Məmməd  Əliyev 4-6 bölgülü 10-hecalı  şeirə 
nümunə kimi R.Rzanın şeirindən aşağıdakı parçanı misal 
gətirmişdir.
 
(yenə orada, səh.-177): 
 
Külək qarı/4 səpələr, Bəxtiyar/6, 
Ağ geyinib/4 təpələr, Bəxtiyar/6. 


 
31
10-hecalı şeirin 6-4 bölgülənməli variantına isə şərti 
misal kimi M.Müşfiqin sərbəst şeirindən aşağıdakı uyğun 
parçaları göstərmək olar: 
 
Bu gecə nə qədər/6 xoş gecədir/4, 
Bir qara qız kimi/6 tellicədir/4. 
...Sevgilim, dayanma/6, sahilə gəl/4, 
...Ulduzlar ətrafa/6 nur səpələr/4 
Bir bölük uşaqdır/6 şən ləpələr/4. 
Onların əlində/6 top kimi ay/4. 
Sevgilim, başında/6 ağ kəlağay/4... 
                                       M.Müşfiq 
 
Lakin göründüyü kimi burada bütün 4-lük bölgülər 
dahda-dadah ritmik vahidinə dəqiqliklə uyğundur və məhz 
bunun hesabına ahəngdarlıq yaxşı  təmin olunur. Əks 
halda belə bölgülənmədə o qədər də normal ahəngdarlıq 
alınmaz. Halbuki, heca vəznində bölgünün hansısa ritmik 
vahidə uyğunluq şərti olmamalıdır. 
11-hecalı  şeir. 6-5 və 4-4-3 bölgülərində olur. 6-5 
bölgülü 11 hecalı  şeir ölçüsü müəllif  ədəbiyyatında 
heca vəzninin ən geniş yayılmış şeir ölçüsüdür. Bu da 
təsadüfi deyil. Belə ki, bu şeir ölçüsü həddən artıq diləya-
tımlı, xüsusi, gözəl avaza malikdir. Eyni zamanda, bu şeir 
ölçüsündə misranın və bölgülərin uzunluğu fikri ifadə 
etməyə, müxtəlif uzunluqlu sözlərdən istifadə etməyə 
imkan verir. 6-5 bölgülü variantda sözlər bölgülərdə par-
çalandığı halda deyiliş xeyli çətinləşdiyindən və avaz 
pozulduğundan buna yol verilmir.  
6-5 bölgülü şeirdə 5-lik bölgü 5-hecalı şeirin xüsusiy-
yətlərini daşıyır. 6-lıq bölgünün isə öz daxilində bölgülən-
mə xüsusiyyəti belədir: bu bölgü 2-hecalı (və ya iki dənə 
birhecalı) sözlə başlayanda və ondan sonra 1-hecalı söz 
gəlməyəndə 2-2-2 (və ya 2-4) bölgüsü hiss olunur. Bu 
bölgü 4-hecalı sözlə başlayanda da 2-2-2 (və ya 4-2) 


 
32
bölgüsü hiss olunur. Qalan bütün hallarda (3-hecalı sözlə 
başlayanda; 1-hecalı sözlə başlayanda və ondan sonra 
1-hecalı söz gəlməyəndə; 6-hecalı bütöv sözdən ibarət 
olduqda və s.) 3-3 bölgülənməsi hiss olunur. Bu hallarda 
sözlər 3-lüklər arasında parçalana bilər. Misal: 
 
...(Bu dil/2 şirin/2likdə/2)6 şərbət kimidir/5, 
(Saflığı/3 qorunan/3)6 şərhəd kimidir/5, 
(Anamız/3 vətən də/3)6 qürbət kimidir/5 
(Öz ana/3 dilini/3)6 bilməyənlərə/5. 
 
(Beyninə/3 girmədi/3)6  ana öyüdü/5, 
(Əsilsiz/3 yaşayıb/3)6 o, küt böyüdü/5. 
(Görüm/2 haram/2 olsun/2)6 ananın südü/5 
(Öz ana/3 dilini/3)6 bilməyənlərə/5. 
 
(Bu gün/2 azad/2 dilli/2)6 Azərbaycanam/5, 
(O taylı/3, bu taylı/3)6 vahid bir canam/5. 
(Baxır/2 ögey/2 kimi/2)6 ağbirçək anam/5 
(Öz ana/3 dilini/3)6 bilməyənlərə/5. 
                                                T.Bayram 
 
4-4-3 bölgülü variantdan 6-5 bölgülü varianta nisbə-
tən az istifadə olunur. Çünki, burada bölgülər daha çox və 
qısa olduğundan daha çox məhdudiyyət yaranır. Lakin 4-
4-3 bölgüsü 6-5 bölgüsünə nisbətən daha ritmikdir. Çünki 
burada ardıcıl iki dördlük, sonda isə ondan bir heca qısa 
bölgünün (üçlüyün) gəlməsi ritmik təsir bağışlayır. Təsa-
düfi deyil ki, ritm üstündə deyilən klassik meyxanalar 
məhz bu ölçüdə deyilir.  
4-4-3 bölgülü şeirlərdə deyilişin normal alındığı xü-
susi hallarda sözlər bölgülərdə parçalana bilər.  Əski nü-
munələrdəki bütöv sözlü 7-4 bölgülü misralarda da əslin-
də 4-4-3 bölgüsü hiss olunur (bax, səh.-111). 
Misallar: 


 
33
Bircə bizim/4 haqqımız var/4 dünyada/3 
Faş eləyək/4 bu ayrılıq/4 dərdini/3. 
Yurd bölünüb/4, torpaq gedib/4, el gedib/3, 
İtirmişik/4 Vətənin sər/4/həddini/3. 
                                               M.Yaqub 
 
Söyüddü zatınız/6, billəm, mollalar/5, 
Uca boy verərsiz/6, barınız olmaz/5, 
Dildən dost olarsız/6, könüldən əyri/5, 
Doğru-dürüst/4 etibarı/4/nız olmaz/3... 
                                           Aşıq Ələsgər 
 
Aşağıdakı misalda sözlərin bölgülərdə parçalanması 
daha çox baş vermişdir:  
 
Neçə padşah/4/lar gəldi sa/4/ibi-cəng/3, 
Cəmşidü Cəm/4, Nuşirəva/4/ni Hüşəng/3. 
Dağyanus, Hülakü/6, Çingiz, Teymurləng/5, 
Onlardan bircəsi/6 bu zaman hanı/5? 
                                               Aşıq Valeh 
 
Ədəbiyyat nəzəriyyəsində sözlərin bölgülərdə parça-
lanması heca vəzni üçün ümumiyyətlə inkar edildiyindən 
belə parçalanmaların baş verdiyi nümunələr yanlış olaraq 
11-hecalı şeirin başqa bölgülənmə variantlarına (4-3-4, 3-
4-4, 5-6, 7-4 və s.) aid edilir. 
Yuxarıdakı misallardan göründüyü kimi 11-hecalı 
şeirdə misraların bölgülərinin biri-birindən fərqlənməsi 
hallarına rast gəlinir. Bu hal əsasən  şifahi  ədəbiyyat, 
bəzən də yazılı ədəbiyyat nümunələrində baş verir. Daha 
bir misal: 
 
Ələsgərəm, hər elmdən halıyam, (4-4-3) 
Dedim “sən təbibsən, mən yaralıyam” (6-5) 
                                             Aşıq Ələsgər 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə