“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 
34
12-hecalı  şeir.  Əsasən 4-4-4, bəzən 6-6 və 7-5 
bölgüsündə olur. Adətən sözlər bölgülərdə parçalanmır. 
Lakin 4-4-4 bölgülü şeirdə deyilişin normal səsləndiyi 
hallarda sözlər bölgülərdə parçalana bilər. Misal: 
 
...Azərbaycan/4 yarı yadda/4, yarı bizdə/4, 
Eşidən yox/4 bu harayı/4, hayı – dəhşət/4... 
Bu günümüz/4 ağırdırsa/4, dəhşətdirsə/4, 
Sabahımız/4 kaş olmaya/4 daha dəhşət/4... 
                                              C.Novruz 
 
6-6 bölgülü variant o qədər də diləyatımlı olmadığın-
dan çox az istifadə edilir. Misallar: 
 
Çox gözəl bilirəm/6, qəlbimdə bircə an/6 
Bu odu sönməyən/6 məhəbbət nədəndir/6! 
Həyatım, varlığım/6, hər zaman, hər zaman /6– 
Vətəndir, vətəndir/6, vətəndir, vətəndir/6!  
                                                      S.Rüstəm 
 
Hücum et kitaba/6, hücum et dəftərə/6, 
Çalğıçı, gecikmə/6, nəğməni sən də çal/6! 
Çal, havan yayılsın/6 yerlərə, göylərə/6, 
Çünki, bu əsrimiz/6 istəyir qalmaqal/6! 
                                           M.Müşfiq 
 
Göründüyü kimi 6-6 bölgülü, 12-hecalı  şeirdə bir 
qayda olaraq sözlər nəinki 6-lıqlar, hətta 6-lıq tərkibindəki 
3-lüklər arasında da parçalanmır. Sözlərin 6-lıqlar ara-
sında parçalanmaması  təbiidir. Belə ki, bu zaman şeir 
deyilişi çətinləşər və ahəng pozular. Lakin burada 6-lıq 
bölgülərin 11-hecalı (6-5 bölgülü) şeirdəki xüsusiyyətlərini 
(bax, səh.-31-32) daşıması mümkündür. Nədənsə 6-lıq 
bölgünün həmin xüsusiyyətləri daşıdığı 12-hecalı şeirlərə 
nadir hallarda rast gəlirik. Misal: 


 
35
Milləti/ üzübdür/6 çəkişmək/, didişmək/6, 
Bu da/ qanımızda/6 lap köhnə/ azarmış/6,  
Nə qədər/ asanmış/6 əqidə/ dəyişmək/6, 
Bir qurtum/ su içmək/6 qədər o/, asanmış/6  
                                                  C.Novruz 
 
Sözlərin 6-lıq daxilindəki kiçik bölgülərdə (üçlük-
lərdə) parçalandığı hala şərti misal: 
 
Aldanma/mışam mən/6 hər yalan/çı sözə/6, 
Özüm/ qiymət/ verdim/6 əyriyə/ və düzə/6. 
 
12-hecalı şeirin 7-5 bölgüsü də kifayət qədər diləya-
tımlıdır: 
 
...Bu gün təzə bir gülün/7 açdığı gündür/5, 
Dünyadan yalnızlığın/7 qaçdığı gündür/5. 
Dost еvində çəкilmiş/7 yеni nəfəslər/5, 
Əкs еtmiş divarlara/7 işıqlı səslər/5...  
                                                M.Müşfiq 
 
M.Müşfiq 12-hecalı, 7-5 bölgülənməli variantdan 
M.F.Axundzadənin M.S.Puşkinin ölümünə yazdığı  “Şərq 
poeması”nın farscadan dilimizə  tərcüməsində  də istifadə 
etmişdir:  
 
Gecə etdim uyğumu/7 gözümdən kənar/5, 
Sordum: “Ey sirr çeşməsi/7 – ürəyim, nə var/5? 
Nədən ötməz bağçanın/7 şeyda bülbülü/5, 
Nədən qılmaz nitqinin/7 tutisi göftar/5?... 
 
7-5 bölgülü variantda sözlər bölgülər arasında 
parçalanmır. Çünki, bu zaman deyiliş xeyli çətinləşər.  
Bölgülər özləri isə 7 və 5-hecalı  şeirin xüsusiyyətlərini 
daşıyır. Kifayət qədər normal ahəngdə  səslənməsinə 


 
36
baxmayaraq nədənsə bugünkü poeziyamızda 7-5 bölgülü 
şeirlərə rast gəlmirik. 
13-hecalı  şeir. Bir qayda olaraq 4-4-5 bölgüsündə 
olur. Sözlər adətən bölgülərdə parçalanmır. Lakin ilk iki 4-
lük 8-hecalı  şeirin xüsusiyyətinin daşıya bildiyindən (8-5 
bölgülənməsi) sözlər həmin 4-lüklər arasında parçalana 
bilər. O qədər də az istifadə olunmur:  
 
Bir taleyin/4 oyununda/4 cütlənmiş zərik/5, 
Yüz il qoşa/4 atılsaq da/4 qoşa düşmərik/5. 
Bir zərrənin/4 işığına/4 milyonlar şərik/5, 
Dünya sənin/4, dünya mənim/4, dünya heç kimin/5. 
                                                         M.Araz  
 
 6-7 variantı da kifayət qədər ahəngdardır. Lakin 
istifadəsinə  hələlik rast gəlməmişik. Bu halda bölgülər 
uyğun olaraq 6 və 7-hecalı şeirin xüsusiyyətlərini daşıyır. 
Şərti misal: 
 
Həyatda insana/6 yaxşı əməllər qalır/7, 
İnsanın varlığı/6 yaxşı adla ucalır/7. 
 
14-hecalı  şeir.  7-7 bölgüsündə olur. Sözlər 7-liklər 
arasında parçalanmır. 7-liklər ayrılıqda 7-hecalı  şeirin 
xüsusiyyətlərini daşıyır. Yəni 14-hecalı  şeirin bölgülərini 
4-3-4-3 və s. kimi də  qəbul etmək olar. Sözlər 7-liklər 
daxilindəki kiçik bölgülərdə (4-3 bəzən də 3-4) parçalana 
bilər. Misal: 
 
Mən səni öm/4/rüm boyu/3 təbəssümlü/4 görmüşəm/3, 
Gülümsər göz/4/lərindən/3 sevinc, fərəh/4 dərmişəm/3. 
Sənin səa/4/dətinə/3 həyatımı/4 vermişəm/3, 
Bəs nədir bu/4 hıçqırıq/3?.. Göz yaşın al/4/maz-almaz/3. 
Canavarlar/4 önündə/3, gülüm, ağla/4/maq olmaz/3!  
                                                                 X.R.Ulutürk  


 
37
15-hecalı şeir. Əsasən 8-7, bəzən də 7-8 bölgüsün-
də olur. Sözlər 8 və 7-liklər arasında parçalanmır. 8 və 7-
liklər özləri isə ayrılıqda 8 və 7-hecalı  şeirin xüsusiyyət-
lərini daşıyırlar. Yəni, 15-hecalı  şeirin bölgülərini 4-4-4-3 
və 4-3-4-4 (bəzən də 3-4-4-4) kimi də  qəbul etmək olar 
(4-4-3-4 variantı isə praktiki olaraq özünü doğrultmur). 
Burada sözlər 8 və 7-liklər daxilindəki kiçik bölgülərdə 
(uyğun olaraq 4-4, 4-3 və ya 3-4) parçalana bilər.  
4-4-4-3 bölgülü şeirə misal: 
 
Altı gündə/4 xəlq еylədi/4 aləmi süb/4/hanı mərd/3; 
Aya, Günə/4 qərar qoyub/4, dolanır dün/4/yanı mərd/3. 
Məhəmməd şə/4/ninə еndi/4 doxsan min kəl/4/mə tamam/3, 
Osman yazdı/4, cəm еylədi/4 otuz cüz Qu/4/ranı mərd/3. 
                                                                          Aşıq Ələsgər 
 
4-3-4-4 bölgülü şeirə misal: 
 
Ələsgər Məc/4/nun olub/3, düşüb Lеyli/4 sеvdasına/4; 
Sailəm, bir/4 sayə sal/3, üz döndərmə/4 barı, gözəl/4!                           
                                                                 Aşıq Ələsgər 
 
15-hecalı  şeir heca vəzninə o qədər də uyğun 
olmayan 3-4-4-4 bölgüsü ilə yazıldıqda misralar eyni 
bölgülənməyə malik rəməl-6 qəlibində yazılmış əruzvəznli 
şeirlərə  bənzəyir (onun təqlidi kimi görünür). Belə  şeirlər 
əsasən aşıq yaradıcılığında (“divani” və müxəmməs” 
şəkillərində) rast gəlinir: 
 
Ay qonaq/3, bir bəri bax/4, gör necə dil/4/bər oynayır/4. 
Gül zərif/3 dəstə dərib/4 dəstində gül/4/lər oynayır/4. 
Naz ilə/3 ağ üzünə/4 düzübdür tel/4/lər oynayır/4, 
Səsinə/3 həvəsinə/4, car çəkib el/4/lər oynayır/4. 
                                                              Xəyyat Mirzə 
 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə