Türl diLİNDƏ KİMLİk biLDİRƏn adlar



Yüklə 220,73 Kb.
səhifə2/2
tarix21.02.2018
ölçüsü220,73 Kb.
#27400
1   2

DUYDURMA: Türk kimlik bildirən adlarında boya(rəng) bildirən sözlər çox işləndiyi üçün burada, keçmişlərdə türklərin boyalara hansı yorumlar verdiyini qısaca olaraq anmaq yerinə düşərdi.

1.Ağ—arılıq, gözəllik, soyluluq, sayqılıq.

2.Göy—Tanrıya bağlılıq, qutsallıq(müqəddəslik), özgürlük.

3.Al(qırmızı)—Əski türklərin, elə indi də bir çox türk boylarının qızıl dedikləri bu boya:dəyişiklik, gəlişmə, devrim(inqilab), sağlamlıq anlamları daşımışdır.

4.Yaşıl—Doğuş, törəyiş, yenilik.

5.Qara—1)Güc, əlçatmazlıq, böyüklük, igidlik, özgünlük. 2)Yas, üzüntü, ölüm, yamanlıq, uğursuzluq, soyuq.

Türklər yönləri bildirmək üçün də boyalardan yararlanmışlar: Ağ—Güney; Qızıl—Doğu; Sarı—Batı; Qara—Quzey olaraq qavranılmışdır.

Q –

QANTURALI—Soyunun adını yaşadacaq, qoruyacaq, yüksəldəcək, durduracaq(gələcəyə aparacaq) kimsə.

QANTEMİR—Dəmir kimi bərk, güclü bir soydan olan kimsə.

QARA—Bir az yuxarıda qara boyanın yaxşılıq çalarları ilə bağlı yozumlarına baxa bilərsiniz.

QARACA—1.Qaraşın. 2.Gözü qara—qorxusuz, əskilərdə Türklər qorxu bilməz kimsələrə “gözüqara” demişlər. 3.Türkmənlərin Türk adlanan oymağı birinci ulu babalarının adının Qaraca olduğunu deyirlər. 4.Bir ceyran türü.

QARADƏNİZ—Böyük, yaxşı işləri tükənməz olan kimsə anılır.

QARAMAN—1.Qarayanız. 2.Ulu, böyük, güclü ərən.

QARATEL, QARABİRÇƏK—Ağ-qara boyaların qarşıdurmasına(kontrastına) görə bu adlar gənclik, qocalmazlıq, gözəllik daşıyıcısı olan kimsələri andırır.

QARTAL—Ad yiyəsinin baxışlarının aydın, iti, özünün igid olması, ad-sanının göylərə ucalması umulur.

QAŞQAR, QOŞQAR—Əski türkcədə, indi isə mişar tatarlarında Qurd—canavar anlamını verir. İgid, qorxmaz, ürəkli döyüşçü anlamındadır.

QAŞQAY—1. Türk boylarından biri. 2.Qorxmaz döyüşçü anlamındadır.

QAYA—Dağ parçası, dağın uca yeri, ad yiyəsinin ad-sanının ucalması umulur.

QAYITMAZ, QAYMAZ—Əski türkcədə ədalətli anlamında işlənmişdir. Ad yiyəsinin tutduğu düz yoldan qayıtmaz—dönməz bir kimsə olması umulur. Nağıllarımızda söz açılan üç yoldan:”gedər-gələr”, gedər-qalar”, “gedər-gəlməz(yəni qayıtmaz)” yollardan üçüncü yola üstünlük verilməsi, dilimizdə “qayıtmaz” sözünün düzlük, ədalət anlamlarını bildirməsi ilə bağlıdır.

QAYNAR—1.Bulaq. 2.Qızğın. Ad yiyəsinin bu iki anlama uyğun olaraq: 1)Ürək sərinlədən, arılıq gətirən bulaq kimi yaxşı, ürəkaçan işlərin qaynağı olduğu anılır. 2)Yaxşılıqlara, uğurlara yönəlməsində çalışqanlığı anılır.

QAYNARQAN—Coşqun, qızğın soydan olan, iş-güc üçün ürəyi atlanan, çalışqan kimsə. Bu adın istiqanlılıq—mehribanlıq anlamı da vardır.

QAYTAQ—Türk boylarından biri. Bu adın qarşı duran(sipər), qaytaran anlamlarının olduğu deyilir. Ad yiyəsinin yamanlıqlara, yurda basqılara qarşı duruş gətirən, uğur qazanan bir kimsə olması umulur.

QIYAN—1. Dağ seli. 2. Yağıya, yaman güclərə qarşı amansız olan kimsə.

QIPÇAQ—Əski türk boylarından biri. Ucsuz-bucaqsız torpaq, geniş, əngin çöllərdə yaşayan, bir də uğurlu anlamları var. Azərbaycanın bir sıra güney bölgələrində indi də qıvraq yeriməyə yarayan, yüngül paltar geyməyə:”qıpçaq geyinmək” deyirlər.

QIVRAQ—Çevik, diribaş, qoçaq olan kimsə.

QIZIL—Al, qırmızı boya. Yuxarıda bu boyanın yorumu üçün verilmiş duydurmaya baxa bilərsiniz.

QIZILARSLAN—Ünlü Türk xaqanlarından. Qızıl kimi dəyərli, aslan kimi qorxmaz anlamındadır.

QORXMAZ—Ürəkli, dönməz, sınaqlardan sarsılmayan, ərdəmli igid.

QORQUD—1.İri dolu dənəsi. 2.Göydən gəlmiş. 3.Qorxusuz. 4.Qorxunc.

QOŞAR—Çalışqan, əməksevər, dayanıb durmadan yaxşılıqlar eləməyə çalışan kimsə.

QUMRAL—Buğdayı, qızılı-qara boyaqların qatışığından yaranan boya çaları. Buğdayı boya çaları ilə çörəyi andırmaqla, insanların yaşamına çox yarayan bir nəsnə anlamına gəlir.

QUTLUQ—Mübarək, müqəddəs, tanrısal anlamındadır.

S –

SABUTAY—Ortaq türk-monqol sözü olub döyüşçü, savaşçı anlamındadır.

SALUR—Vuruşqan, düşmənə saldıran, ağırlıqlardan, sınaqlardan, döyüşlərdən çəkinməyən kimsə.

SANƏR—Ünlü, adlı-sanlı, tanınmış igid.

SANIR—Xəyal, fantaziya anlamındadır. Ad yiyəsinin duyğulu, coşqun düşüncəli, ilhamlı bir kimsə olması umulur.

SANLI—Tanınan, ad-sanlı kimsə. Bu söz dilimizdə kök salmış yad bir söz olan “şöhrət” sözünün qarşılığıdır.

SAVAN—Əliaçıq, verimli, yardımsevər. Ad yiyəsinin soydaşlarının yaxşı yaşayışına yardımçı, yıxılana dayaq, ağırlığa düşənin əlindən tutan kimsə olması umulur.

SAVAR, SAVUR—“Sovmaq” sözündən olub, Yurduna gələn yağını, insanlara yönələn yamanlıqları sovuşduran kimsə anılır. Əskilərdə çox ünlü bir türk boyunun adı olmuş “Savir” sözünün də bununla bağlı olduğu, Sabir adının buradan törəndiyi də deyilir.

SAVUT—Qoruyucu, dəmirdən savaş geyimi—zireh. Ad yiyəsinin soyunu, ocağını yamanlıqlardan, yağı basqılarından qoruyacaq bir kimsə olması umulur.

SAYDAM—Sayılan, tanınan, güvənilən kimsə.

SAYMAN—Üzdən anlamı:sayıcı, hesabçı; dərin anlamı: öz işini dərindən bilən, götür-qoylu, toxdaq kimsə.

SAYQIN—Sayılan, seçilən, tanınan, güvənilən kimsə.

SEÇKİN—Öz bacarığı, aydınlığı, igidliyi ilə seçilən, gözə çarpan, tanınan kimsə.

SEVƏN—Öz xalqını, soyunu, insanlığı sevən, yaxşılıqlara yönəlik kimsə.

SEVGİ—Böyük amaclara vurğunluq, yaxşılq qaynaqlarına tapınmaq bacarığı. Ad yiyəsinin bu yüksək dəyərlərlə yaşaması umulur.

SEVİL—Yaşamda, soydaşları arasında, görəcəyi işlərlə bəyəniləcək, seviləcək kimsə.

SEVİN—Ömrün sevinc içində keçsin, uğurlu olsun.

SEVİNC—Soyuna sevinc gətirən, işləri ilə başqalarını da sevindirəcək kimsə.

SEZƏN, SEZƏR—Anlayan, duyğulu, həssas kimsə.

SƏLCUQ—1.Türk boylarından biri. 2.Gözəl danışan, sözünün yerini bilən, sözününü üstündə duran anlamlarında da işlənir.

SƏNCƏR—Qısa qəmə. Düşmənin bağrına sancılan, öz işi-gücü ilə gözə çarpan kimsə anılır.

SOLMAZ—Uzun, sağlam bir ömür sürəcək, adı-sanı daim yaşayacaq kimsə.

SONA—1.Tayı-oxşarı olmayan gözəl. 2.Yaşılbaş çölördəyi.

SOYDAN, SOYLU—Yüksək soydan olan, öz soyunun adına yaraşan bir ömür sürəcək, soyunun adına yaraşan işlər görəcək kimsə.

SÖNMƏZ—Görəcəyi yaxşı işi-gücü ilə yan-yörəsinə işıq saçacaq, adı-sanı yaşayacaq kimsə.

SULDUZ—Əski türk-monqol dillərində ulduz anlamını verir. Ulduz adı ilə bağlı verilmiş yorumlara baxa bilərsiniz.

SUNQAR, SUNQUR—Şahin, Laçın. Ad yiyəsinin döyüşkən, qoçaq, zirək olması, ad-sanının göylərə ucaltması umulur.

SÜZGÜN—Uca boylu, yaraşıqlı, boylu-buxunlu, baxışların ayaqdan-başa vurğunluqla süzdüyü kimsə.

Ş –

ŞAMAN—Keçmişlərdə, türklərin inancla bağlı törənləri yerinə yetirən ruhanilərinə verdikləri ad. Əski çağlarda yaşamış ulu babalarımızın inancının biliciləri olan Şamanlar, yaman ruhları qovmaq, yola gətirmək; Yaxşı ruhları öymək, onu öz uluslarına yaxşılıqlar etməyə çağırmaq, yönəltmək üçün törənlər keçirirdilər. Bu inanca görə onlar gələcəkdə olacaqları deyir, ruhları yağıların, ayrı-ayrı adamların üstünə yönəltməyi də bacarırdılar.

T –

TABQI, TAPQI—Vicdan. Nədənsə özgələrdən gəlmə inanclara keçməyi “inanamaq” kimi anladan ulu babalarımız öz Türkköklü inanclarında bu anı “tapınmaq” kimi anlatmışlar. Burada çox önəmli bir ayrılıq üzə çıxır, əski çağlarda Türklər öz inanclarına tapınırdılar, yəni inananla inamın qaynağı olan Tanrı biri-birilərini tapırdılar, doğmalaşırdılar. Özgə inamları götürəndə isə Türklər, inanc qaynağı olanı anladan sözlərə “inanırdılar”. Ad yiyəsinin özünü—bütün yaxşılıqların, düzlüklərin qaynağı olan bir Doğruda tapması, ona uyğun yaşaması umulur.

TANƏR, TANER—Dan+Ər. Dan yerindən doğulmuş—günəş kimi Ər. Ad yiyəsi günəşə oxşadılaraq, Onun istər duyğu, düşüncələrində, istərsə də görəcəyi işlərində, soyuna, insanlığa gərəkən işlər görəcəyi umulur.

TANIL—Ad yiyəsinin görəcəyi yaxşı işlərlə, öz bacarığı, zirəkliyi ilə tanınması, ad-san qazanması umulur.

TANRIDAĞ—Orta Asiyada, Türklərin əski yurdlarında sıra dağlar, Türklər arasında qutsal sayılmış, Ocaq yeri kimi sayqılanmışdır.

TANSU—1.Qızaran Dan yerinin işığı düşmüş su. 2. Sovqat, ərməğan; göylərin verdiyi; görkəzmə(möcüzə) anlamlarında işlənir.

TAPDIQ—Soyumuzun ardı olacaq, Ocağımıza yarayan-yaraşan kimsəni tapdıq anlamındadır.

TAPIN—İbadət, Tanrıdan dilək diləmək. Ad yiyəsinin ömründə yaxşılqlardan qaynaqlanan dəyərlərə tapınacağı, tapqılı(vicdanlı) bir kimsə olacağı anılır.

TARKAN—Əski türklərdə, xaqana yaxın olan say-seçmə(elita) adamlara verilən ad. Bu adı onlar gördükləri böyük işlərə görə alardılar.

TAYLAN—Yaraşıqlı, sayqılı, ünlü kimsə.

TAYMAZ—Düz yoldan sapmayan, ömrü boyunca ancaq düzlüyə qulluq edən kimsə.

TAYŞI—Başçı, yol göstərən, bilgəliyinə görə çoxlu ardıcılı olan kimsə–mürşid.

TERİM—1.Soyunu bir yerə toplayan, yığan(dərən) kimsə. 2.Əməksevər, işbacaran, peşəkar.

TEYMUR—Dəmir. Yuxarıda Dəmir adı ilə bağlı verilmiş yozumlara baxa bilərsiniz.

TOĞRUL—1.Əski türklərdə mifik bir quş adı, bunun qartal olduğu da söylənir. 2. Bu adın qalx,

yüksəl, doğrul anlamı daşıdığı da bəllidir.

TOXDAQ—Uzaqgörən, götürqoylu, ölçü-biçili kimsə.

TOXDAR, TOXTA, TOXTAMIŞ—Ağır oturan, götür-qoylu, uzun ömürlü anlamlarını verir.

TOKAY—Dolunay, ondörd gecəlik ay. Dolunay adı ilə bağlı olan yuxarıda verilmiş yozuma baxa bilərsiniz.

TOMRİS—Əski türk xalqlarından olan massagetlərin qadın xaqanı. Bu adın “dəmir səs”, “dəmir öz”, “dəmir üz” anlamları verdiyi bildirilir.

TONQA, TUNQA—Qaplan, pələng. Ad yiyəsinin qaplan kimi qorxmaz, çevik, döyüşkən bir kimsə olması umulur.

TONYUKOK—Sonuncu Göy Türk Xaqanlığının qurulmasında önəmli əməyi olmuş bilgə bir kimsə. Tonyu—sonsuzluq, kok—göy deməkdir. Bu ad sonsuzluq, genişlik, qutsallıq anlamlarına bağlıdır.

TÖRƏ—Əski türklərin Anayasası, onların yaşayışını düzənləyən yasalar toplusu.

TÖRƏMƏN—Törəyə uyğun yaşayan, xalqının gələnəklərinə bağlı kimsə.

TÖRƏN—Törəyə bağlı mərasim, ayin. Ad yiyəsinin öz ömründə soyunun gələnəklərinə (ənənələrinə) uyğun yaşaması umulur.

TÖRÜN—Ərdəmliyi ilə seçilən, ufutlu, nəcib kimsə.

TUDUN—Sədaqət. Ad yiyəsinin yaxşılıqlara, soyunun törəsinə bağlı olması, onlara dönük çıxmaması, soydaşları arasında güvəncli bir kimsə olması umulur.

TUMURCUQ—Soyunun gələcəyini doğuracaq, onu yaşadacaq kimsə.

TUNCAY—Tunc+Ay. Tunc kimi bərk, ay kimi işıqlı kimsə.

TURAL—Uzun bir ömür sürüb, yaşamda qalacaq, duracaq kimsə.

TURAN—1. Əski Türk yurdu, böyük Türk Xaqanlığı. 2.Yaşamda duran, yaşayan, uzun ömür sürən.

TURQAN—Uzun ömür yaşayacaq, ad-sanı unudulmayacaq kimsə.

TURQAY, TÜRKAY—Türk+Ay. Soyca türk olaraq, aydın, işıqlı işlər görəcək kimsə. Ad yiyəsinin bağlı olduğu yüksək dəyərləri, Türk soyundan olmasına görə qazandığı anılır.

TURQUN—Çox yaşayacaq, ömründə qazandığı ad-sanı duracaq, unudulmayacaq kimsə.

TURQUT—Uzun, dəyərli, ünlü, bir ömür sürüb, ad-sanı unudulmayacaq kimsə. Bu söz əskilərdə “genəşik üçün toplaşma yeri” anlamında da işlənmişdir.

TÜRK—Aşağıdakı yorumları olduğu deyilir:1.Törəyiş, doğuş, Soy. 2.Törə(Anayasa), özünün yasalrıyla yaşayan. 3.Güclü. 4.Yürüyən, köç edən.

TÜRKAN—Xaqanların xanımlarına verilən ad, Sayqılı xanım anlamındadır.

TÜRKALP—Türk+Alp. İgidliyi, ərdəmliyi, alplığı türklüyündən ayrılmaz olan, ondan qaynaqlanan kimsə.

TÜRKEL—Türk elindən olan, onun gələnəkləri ilə yaşayan, onu sevən, onun üçün çalışan kimsə.

TÜRKEŞ—Türkün yoldaşı anlamını veriir, əskilərdə bu adda xalq olmuşdur.

TÜRKƏR—Türk+Ər(igid). Soyca türk olan igid, onun igidliyi yüksək Türk soyundan olmasından doğmuşdur.

TÜRKMƏN, TÜRKMAN—Mən türkəm, türk soylu olmağımla öyünürəm anlamındadır.

TÜRKOL—Özünün türk soyunu sevəcək, onun adına yaraşan işlər görəcək kimsə.

TÜRKQAN—Türk soylu olduğu üçün ən yüksək insanlıq dəyərlərə çatmağa çalışacaq, ad-sanlı, ünlü olacaq kimsə.

TÜRKSOY—Türk soyundan olan, türk soyunu sevən, onun yolunda çalışan kimsə.

TÜRKÜ—Türk el oxumaları(nəğmələri). Türkün öpözünə(ruhuna) uyğun, könlünə yatan

işlər görən, ömrünü bu yolda qoyan kimsə.

TÜRKYILMAZ—Yenilməz, geri çəkilməz, döyüşdən, ağırlıqlardan qaçmaz bir türk igidi.

U –

UCAL—Görəcəyin işlərlə ad-san qazan, elin gözündə ucal anlamındadır.

UCATÜRK—Türk elinin adını öz ömrü ilə, işi-gücü ilə ucaldacaq kimsə.

UFUT, UVUT—Ar-namus, abır-həya, ədəb, qanacaq anlamındadır.

UĞUR, UĞURLU—Gələcəyi uğurlu, işləri düz gətirəcək kimsə.

UĞURAL—Ad yiyəsinin yaşamda, ömründə uğur qazanması, istədiklərinə çatması umulur.

UĞURALP—Gördüyü işlərdə uğur qazanan, uğuru açıq olan igid.

ULDUZ—Ulduz kimi ucalan, işıqlı. Bir də bu adın insan ruhunun ulduzlarda yer tutması ilə bağlı inancdan qaynaqlandığı da bəllidir.

ULDUZALP—Ulduz+Alp. Əskilərdə insan öpözünün(ruhunun) ulduzlarda yer tutduğuna bağlı bir inanc olmuşdur. Bəlli:”Ulduz axdı, kimsə öldü” sözünü eşitmisiniz. Bunları düşünərək, bu adın ulduzu göy üzündə parlayan, uğurlu ömür sürəcək igid anlamında olduğu bəlli olur.

ULUTÜRK—Ulu Türk soyunun gələnəklərinə güvənib, görəcəyi yaxşı işlərlə böyük, ünlü, ad-san qazanacaq türk oğlu.

ULUCA—Ululara sayqılı, onların yolu ilə gedib, sayqı qazanan kimsə.

UMAY, HUMAY—Əski türk tanrıçalarından biri, törəyişin:anaların, körpələrin qoruyucusu sayılır.

UMDU—Arzu. Dünyaya gəlişi arzu olunmuş, ömrü isə arzuları doğpuldacaq kimsə.

UMUNC—Ümid. Soyunun, ocağının ümidlərini doğruldacaq kimsə.

URUN—Ad-sanlı, alnıaçıq-üzüağ, sayqılı kimsə. Əski türklər ağ boyaya da urun demişlər.

URUQ—Soy, ulus, qohum-qardaş anlamındadır. Ad yiyəsinin öz ocağına, soyuna, ulusuna bağlı olan kimsə olması umulur.

URUZ—Vuruş, döyüş. Ad yiyəsinin istər yaşam, istərsə də başqa savaşlarında bacarıqlı olması, uğur qazanması umulur.

UYĞUR—1.Əski türk boylarından biri. 2.Adlı-sanlı, çağdaş, uyğun, yüksək mədəniyyət yiyəsi anlamlarındadır.

UZAY—Kosmos, kainat, fəza. İnsanın kainatın özcüyü(zərrəsi) olması, orda öz yeri ilə seçilən, bilinən bir varlıq olması anılır.

UZMAN—Öz işini yaxşı bacaran, usta, sənətkar kimsə.

Ü –

ÜLKƏR—Yeddi qardaş deyilən ulduzlar toplusunu ulu babalarımız belə adlandırmışlar. Ülkərin qız adı olduğunu ansaq, “yeddi qardaşın bir bacısı” sözündə bilinən anlama uğraşırıq. Ad yiyəsinin arxalı, dayağı olan, qara qayğılardan uzaq bir kimsə olması umulur.

ÜNAL—Ün dilimizdə “səs” sözünün yerinə də işlənir, ancaq indi bu söz artıqraq olaraq, “şan-şöhrət” yerinə işlənməkdədir. Ad yiyəsinin görəcəyi işlərlə şöhrət qazanması umulur.

ÜNAY—Ad-sanı ay kimi uca, işıq saçan—gözə çarpan; soyuna, ulusuna gərək olan kimsə.

ÜNLƏN —Ad-sanın yayılsın, tanınsın, görəcəyin işlər Yurduna səs salsın anlamındadır.

ÜNLÜ, ÜNLƏR—Ad-san, sayqı qazanacaq kimsə.

ÜRÜNC—Mənəviyyat, paklıq. Ad yiyəsinin çox yüksək insanlıq dəyərləri qazanması, ömrünü yaxşı işlərlə bəzəməsi umulur.

ÜSTÜN—Görəcəyi bütün yaxşı işlərdə hamını qabaqlayacaq, igidlikdə, çalışqanlıqda gözəçarpan, öncül olacaq kimsə.

V –

VAROL—Uğurlu yaşa, uzun ömür sür anlamındadır.

VURĞUN—Dəlicəsinə sevmək, bağlanmaq anlamındadır.

Y –

YAĞMUR—Üzdən anlamı: yağış; dərin anlamı:torpağa dirilik verən, ürəkləri sərinlədən; bolluq, arılıq qaynağı. Buna uyğun olaraq ad yiyəsinin də yaşamda yaxşılıqlar bəsləməsi, insanlara əl tutması, arılıq qaynağı olması umulur.

YAKIŞIQ—Yaraşıq.

YALÇIN—Dik, əlçatmaz, uca anlamındadır. Ad yiyəsinin öz ömründə əyilməz olması, bir də öz ` böyük işləri ilə ad-sanını ucaltması umulur.

YANAR— Bu adı iki yöndən yozmaq mümkündür:Birinci, odlu-alovlu, qızğın; İkinci, Ocağının odunu yandıran, insanlara ürəyiyanan kimsə.

YARAY—Bacarıqlı, işinin ustası olan kimsə.

YAŞAM—Həyat, dirilik. Ad yiyəsinin öz kimliyində ata-baba düzənlərini, yüksək insanlıq dəyərlərini yaşadacağı umulur.

YAŞAR—Ad yiyəsinin uzun ömürlü olması umulur.

YAŞIN—Sirli, gizlin. Dilimizdə elliklə işlənən “yaşınmaq”, eləcə də bir çox ağızlarda işlənən ”yaşırmaq”, “yeşirmək” deyimlərini ansaq, ad yiyəsinin özünün dərin anlağı, öylülüyü(istedadı, dühası) ilə yan-yörəsi üçün sirli, gizlinli(qəribə) görünən kimsə olduğu anlaşılır.

YENƏR—Qalib, gördüyü işlərdə uğur qazanan, sınaqlardan üzüağ çıxan, yamanlıqları yenən kimsə.

YENİSEY—Yeni çay. Türklərin əski ana yurdlarında olan bu çay, onlar üçün tapınaq, ocaq yeri sayılmışdır.

YETƏK—Qayə, amal, çatılacaq yer anlamındadır. Ad yiyəsinin yaşamda açıq-aydın bilinən, çox yüksək bir amacı izləyən kimsə olduğu umulur.

YETKİN, YETMƏN, YETİK—Bilgə, müdrik, zirək, kamil kimsə.

YEYRƏK—Anlamı yaxşı demək olan “yey”, “eyi” sözlərindən, bir də artırmaq bildirən –rək sonluğundan yaranıb “ən yaxşı” kimi anlaşılır. Yaxşı, üstün, bəyənilən kimsə anlamındadır.

YILDIR, YILDIRAY—Qorxu-ürküsüz, cəsur, hünərli kimsə.

YILDIRIM—İldırımın əski türkcədə deyilişi. Yuxarıda İldırım adı ilə bağlı verilmiş yozuma baxa bilərsiniz.

YILMAZ—Qorxu bilməz, geri çəkilməz, dayanıqlı kimsə.

YURDSEVƏR—Öz yurdunu sevən, onun üçün çalışan, özündən keçən kimsə.



YÜKSƏL—Ad yiyəsinin görəcəyi böyük işlərlə elin gözündə yüksəlməsi umulur.

| Yarpaq

Yüklə 220,73 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə