Tutulmuş VƏ ya həbs ediLMİŞ ŞƏxsləRİn hüquqi VƏZİYYƏTİNƏ daiR



Yüklə 6,84 Kb.
tarix20.02.2018
ölçüsü6,84 Kb.
#27205


Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı ofisi İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri və vəkillik imtahanının hər 3 mərhələsindən uğurla keçmiş vəkilliyə namizədlər üçün “Ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda iki günlük təlim təşkil edəcək.


Təlim 14-15 aprel 2012-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək Park İnn otelin Füzuli konfrans zalında keçiriləcək. (Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 1, Park Bulvarla üzbəüz).
Təlimi Hüquq Maarifçiliyi Cəmiyyətinin Prezidenti İntiqam Əliyev aparacaq.
20-25 vəkilin iştirakı nəzərdə tutulan tədbirdə iştirakçılar İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən Ədalətli məhkəmə araşdırması hüququ və bu maddənin pozulması ilə bağlı Avropa Məhkəməsinin presedent hüququ ilə ətraflı tanış olacaq, bu sahədə milli qanunvericiliyin tətbiqi zamanı təcrübədə rastlaşdıqları problemləri müzakirə edəcəklər.
Təlimi uğurla bitirən vəkillərə sertifikatlar təqdim olunacaq.
Təlimdə iştirak barədə niyyətinizi 11 aprel 2012-ci il, saat 18:00-dək elektron poçtla (nurlana.aliyeva@aba-az.org) və ya ABA CEELİ-nin Bakı Ofisinə zəng vurmaqla (tel.: 447 38 18; 497 87 69) bildirə bilərsiniz. Təlimə seçilən iştirakçıların siyahısı 12 apreldə e-mail vasitəsilə açıqlanacaq.
Ətraflı məlumat almaq üçün ABA CEELİ-nin Bakı ofisi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: Nurlana Əliyeva, ABACEELI-nin İnsan Hüquqları Proqramı üzrə hüquqşünası.



Yüklə 6,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə