Тяйинат формасы



Yüklə 8,23 Kb.
tarix02.06.2018
ölçüsü8,23 Kb.


International Eurasia Press Fund



Beynəlxalq Avrasiya

Mətbuat Fondu






E L A N
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 15 may 2006 - 15 may 2007-ci ildə ABŞ Dövlət Departamentinin Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İşlər İdarəsinin (SLQ/HSİ) maliyyə dəstəyi ilə «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsini həyata keçirmişdir. Layihənin icrası nəticəsində yaradılmış Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) digər regional bölmələrinin yaradılması məqsədi ilə BAMF «AMZA-nın Fizuli regional bölməsinin yaradılması və Tərtər regional bölməsinin faliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun faliyyətinin istiqamət­lən­diril­məsi» layihə təklifləri ilə Dövlət Departamentinin SLQ/HSİ-ə müraciət etmiş və müsabiqənin qalibi olmuşdur.

BAMF layihələrin həyata keçirilməsi üçün aşağıdakı vakant vəzifələr üzrə işçi qəbulu elan edir:


· Həkim məsləhətçi-təlimatçı

· Biznes üzrə məsləhətçi-təlimatçı

· Hüquqşünas-təlimatçı

· Kompyuter üzrə təlimatçı-mütəxəssis


Namizədlərin ən azı 1 illik iş təcrübəsinə malik olmaları zəruridir

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edir:


1. Tərcümeyi-hal (azərbaycan dilində)

2. Anket-məlumat (CV-azəri)


Qeyd: Namizədlərdən sənədlərini göndərərkən vakant vəzifənin adını yazmaları xahiş olunur
Layihələr Fizuli və Ağstafa rayonlarında həyata keçiriləcək.

Əlavə məlumat almaq üçün: Beynəlxalq Avrasiya Mətbuat Fondu



Mehdi Hüseyn 1a, AZ 1006

E-mail: eurasiapress@azeurotel.com


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə