Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə5/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

5.2.1 Moniqramın ödənilməsi və silinməsi üçün rejim seçimində 2 yazılıb, “ET” yığılır. Ünvançının sənədi ilə kompüterdə olan məlumatlar yoxlanıldıqdan sonra ünvançının pasportunun nömrəsi və seriyası «pasport qeydiyyatı» yerində yazılır (kənd şöbəsinin ödədiyi moniqrmalara dair əməliyyatlar aparıldıqda ŞRŞ nömrəsi yerində MHM tərəfindən kənd PŞ-nə verilmiş nömrə yazılır) vəET” düyməsi yığılır.

Məs: Pasport {ıv-ıy 697950 Quba rayonu } “ET” yaxud Pasport {IV-IQ 697950 Səbayel rayonu} “ET

5.2.2. Boş pəncərədə { } Y hərfi yazılır “ET” düyməsi yığılır.

Məs: {Y} “ET”. Bundan sonra ekranda «Pullar ödənilmişdir» sözləri yazılır.

ET” düyməsini yığmamışdan əvvəl moniqramın ödənişinin düzgünlüyü diqqətlə yoxlanılmalıdır.



5.2.3 Ünvançı tərəfindən imzalanmış f.22 bildirişi hər iş gününün sonunda kassa arayışı ilə birlikdə, pul baratları üzrə nəzarətçi əməliyyatçıya, yaxud PŞ-nin rəisinə verilir, nəzarətdən keçdikdən sonra tikilərək PŞ-də saxlanılır.

6. Kassa əməliyyatlarına baxış və

nəzarət lentlərinin çıxarılması
6.1 Əsas menyuda “B” rejimini yığmaqla istənilən keçmiş dövr üçün kassa əməliyyatlarına baxılır və nəzarət lenti çıxarılır. Nəzarət lenti baratların hesabatı ilə birlikdə həmin gün nəzarətçiyə təhvil verilir. Bu əməliyyat aşağıdakı qaydada həyata keçirilir:

6.1.1 “B” rejim seçimi edilir vəET” yığılır.

{ B } “ET”.Bu zaman 4 pəncərə açılır:

1-ci pəncərədə 199 rəqəmi yazılır.

Məs: {199} {01-15.01.2003} {862} {464} yaxud

{199} {01-15.01.03} {000} {464} “ET”

Burada 199 rəqəmi ÖXŞ-nin kodudur.

2-ci pəncərədə nəzarət lenti çıxarılan günün, 5 günlüyün, 15 günlüyün, 30 günlüyün tarixləri yığılır.

3-cü pəncərədə əməliyyatçının kodu yığılır (əgər barat əməliyyatını bir neçə əməliyyatçı yerinə yetirirsə və ümumi nəzarət lenti çıxarılırsa əməliyyatçıların kodları yığılmır, ayrı-ayrı nəzarət lenti çıxarıldıqda hər bir əməliyyatçının ayrılıqda kodları yığılır).

Məs: {199} {01-15.01.2003} {862} {464};

PF üzrə ümumi nəzarət lenti çıxardıqda əməliyyatçının kodu yığılmır. Məs: {199} {01-15.01.2003} {000} {464} “ET”.

4-cü pəncərədə poçt filialına verilmiş kodun üzərinə 200 rəqəmini əlavə etməklə kod yazılır (Bakı şəhərininPF-rın, həmçinin Naxçıvan Rİ-nin kodlarına 200 əlavə edilmir, Gəncənin kodu 461 kimi yığılmalıdır).

6.1.2 Hər hansı ayda qəbul olunmuş baratların rüsum haqqlarına dair nəzarət lentləri dəb” rejimində çıxarılır. Bu zaman 1-ci pəncərədə 199 kodunun əvəzinə 200 rəqəmi əlavə edilməklə PF-nın kodu yığılır.

Məs: {464} {01-01.01.2003} {000} {000} “ET”.

Hər bir əməliyyatçı ayrılıqda nəzarət lenti çıxardıqda 3-cü pəncərədə əməliyyatçının kodu yığılır. Məs: {464} {01-01.01.2003} {862} {000} “ET”.

6.2 Gündəlik kassa nəzarət lentləri “H” rejimində 2 rəqəmini yazıb “ET” yığmaqla çıxarılır.

Məs: “H”-“ET” kod, parol “ET”-2-“ET”--- bu zaman üç pəncərə açılır. 1-ci pəncərədə ŞRŞ-nin nömrəsi (PF-da isə PF-nın kodu), 2-ci pəncərədə gün, ay, il, 3-cü pəncərədə əməliyyatçının kodu yığılır və ekranda qəbul edilən, ödənilən moniqramlara, onların rüsumlarına dair məlumat görünür.
7. Qəbul olunmuş pul baratlarının ləğv olunması,

ünvanının dəyişdirilməsi və geri qaytarılması
7.1. Moniqramlar ödənməyibsə onlar yalnız qəbul olunduğu tarixdə aşağıdakı hallarda ləğv edilə bilər:

-Göndərici ərizə verdikdə və bu barədə f.PÇ-5 qəbzinin arxasında müvafiq qeydlər yazdıqda;

-Əməliyyatçı tərəfindən hər hansı məlumat (şəhərin kodu, ünvançının adı, soyadı, atasının adı səhv yığılıb ötürüldükdə).

7.2 Moniqram göndəriciyə bu təlimatın 3.12 bəndində göstərilən qaydada geri qaytarılır.

7.3 Qəbul olunmuş moniqram ötürüldükdən sonra ödənməyibsə həmin gün, təyinat məntəqəsinin kodunun, ünvanın, ünvançının soyadının, adının səhv yazıldığı müəyyən edilərsə moniqram 3.12 bəndində nəzərdə tutulduğu qaydada ləğv edilir.Bu səhvlər moniqramın qəbul edildiyi tarixdən sonrakı günlərdə müəyyən edilərsə və ödənməyibsə, həmin səhvlər kassada “3” rəqəmi yığılmaqla «Pul baratlarının ünvanının dəyişdirilməsi və geri qaytarılması» rejimində baratı göndərən poçt müəssisəsi və ya ÖXŞ tərəfindən aşağıdakı qaydada düzəldilir.

7.3.1 Rejim seçimində 3 yazılır “ET” yığılır. Bu zaman moniqram blankının maketi görünür. Əməliyyatçı lazım olan məntəqənin kodunu yazdıqdan sonra “ET” yığılır, sonra isə düzəliş olunmalı moniqramın nömrəsi yazılır, “ET” yığılır. Kompüterdə moniqramın məlumatları görünür və kursor təyinat məntəqəsinin kodunun üzərinə gəlir. Əgər kod səhv yığılıbsa onda düzgün kod yazılıb “ET” yığılır, ünvan səhv yazıldığı halda kursor ünvanın üzərinə gətirilir və düzgün ünvan yazılır “ET” yığılır. Bu zaman ekranda «Siz ünvanın dəyişdirilməsinə əminsinizmi?» sözləri yazılır və boş pəncərədə { Y } Y hərfi yazılır, “ET” yığılır. Bununlada da əməliyyat başa çatır.


  1. Yüklə 375 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə