Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə9/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

13. Qəbul olunaraq göndərilmiş və ödənilmiş

moniqramlara və poçt baratlarına nəzarət olunması
13.1 Qəbul olunmuş və ödənilmiş monqiqramlar və poçt baratları üzrə aparılmış əməliyyatlara istənilən halda kompüter əməliyyatçısı və PF rəisi məsuliyyət daşıyırlar.

13.2 Kompüterdə aparılan əməliyyatlara günün istənilən vaxtı nəzarət etmək mümkündür. Bunun üçün əməliyyatçı (nəzarətçi) özü mütəmadi olaraq, şöbə rəisi isə günün sonunda nəzarət lentini yoxlamalıdır.

13.3 Moniqram göndəricisi tərəfindən yol verilmiş hər hansı səhvi gün ərzində düzəltmək mümkündür. (Beynəlxalq pul baratları və poçt baratları istisna olmaqla).

Nəzarətsizlik nəticəsində yol verilən səhvlər gün ərzində düzəldilməzsə onlar sonrakı gündə (səhv şəhər kodu, ünvan və.s) bu təlimatın 7.1,7.2 və 7.3 bəndəlrində göstərilən qaydada düzəldilir.(əgər moniqram ödənilməyibsə).

13.4 Pul baratı f.PÇ-5 qəbzi üzrə qəbul olunmuş məbləğdən az məbləğdə göndərilərsə bu səhv 1 ay ərzində düzəldilə bilər. Bü halda az göndərilmiş məbləğə dair əmələyyatçı, nəzarətçi və ya PF rəisi tərəfindən 2 nüsxədə akt tərtib olunur, aktda moniqrama dair bütün məlumatlar qeyd olunur, az göndərilmiş məbləğ F.PÇ-5 qəbzinin eyni nömrəsi ilə yeni moniqramla ötürülür və bu baradə aktda müvafiq qeyd aparılır (yeni moniqramın nömrəsi, tarixi, məbləği). Akt F.PÇ-5 qəbzinin kötüyü ilə birlikdə PF-da saxlanılır.

Bu səhv bir aydan artıq müddət keçdikdən sonra müəyyən edildikdə əlavə ödəniş ÖXŞ-nin icazəsi ilə həyata keçirilir.

13.5 Pul baratının məbləği f.PÇ-5 qəbzi üzrə qəbul edilən məbləğdən artıq olduqda belə səhvlərin düzəldilməsi proqram təminatında nəzərdə tutulmayıb. Buna görə də qəbul zamanı yığılan məlumatların düzgünlüyü bir-neçə dəfə yoxlanılmalıdır.

13.6 PŞ tərəfindən ləğv olunmuş F.PÇ-5 qəbzlərinə dair PŞ-də akt tərtib olunur və qəbzlər aktla birlikdə PF-na göndərilir.

13.7 Hər günün sonunda kompüterdə əməliyyatçının apardığı əməliyyata baxış və kassa arayışı “2” və “3” rejimlərində (H) çıxarılaraq yoxlanılmaqla həyata keçirilir. PŞ-nin rəisi F.130 gündəliyini bu arayış və nəzarət lenti əsasında aparmalıdır.

13.8 MHM tərəfindən əməliyyatçıya verilmiş parol tam məxfi saxlanmalıdır. Verilmiş parolun kənar şəxslər tərəfindən bilinməsi şübhə doğurarsa həmin parol ən qısa müddətdə PF rəisinin yazılı məlumatı əsasında MHM tərəfindən dəyişdirilir.

14. Əlavə məlumatlar
14.1 Pul baratlarının qəbulu və ödənişinə dair kassa əməliyyatlarının «M» rejimində 8 rəqəmini yazaraq “ET” yığmaqla əlavə məlumat almaq olar.

14.2 Bu rejim «Təlimat adlanır». Bu rejimdə pul baratlarının qəbuluna və ödənişinə dair köməkçi məlumatlar almaq mümkündür. Eyni zamanda bu rejimdə beynəlxalq pul baratlarının qəbulu zamanı ölkələrin koduna və ayrı-ayrı ölkələrə qəbul edilən pul baratlarının məbləğinin maksimum həddinə dair məlumatları öyrənmək olar.

15.Pul baratlarına dair hesabatların ÖXŞ-nə

göndərilməsi və qarşılıqlı hesablaşmanın aparılması
15.1 Şəhər və kənd poçt müəssisələrində qəbul olunmuş pul baratlarının f.PÇ-5 qəbzləri və MP1(M) blankları, həmçinin kənd PŞ-də ödənilmiş pul baratlarının MP1 (M) blankları hər gün poçtamtın nəzarətçisinə göndərilir.

Nəzarətçi hər bir PŞ üzrə daxil olan f.PÇ-5 qəbzlərini, MP1(M) blanklarını (qəbul və ödəniş üzrə) kompüterdən alınmış nəzarət lenti ilə üzləşdirməklə yoxlayır. Bu məlumatlar eyni zamanda f.Q-20 və Ö-20 kitabları ilə üzləşdirilir.

15.2 Daxil olan sənədlərin düzgünlüyünü yoxladıqdan sonra nəzarətçi yığım cədvəli tərtib edir. Tərtib edilmiş yığım cədvəlində hər bir poçt şöbəsi üzrə qəbul olunmuş və ödənilmiş pul baratlarına dair aşağıda göstərilən məlumatlar yazılır.

15.2.1 Sıra nömrəsi;

15.2.2 PŞ-nin adı;

15.2.3 Qəbul olunmuş pul baratının f.PÇ-5 üzrə nömrəsi;

15.2.4 Pul baratının 9 rəqəmli nömrəsi;

15.2.5 Qəbul tarixi;

15.2.6 Pul baratının məbləği;

15.2.7 Qəbul olunmuş pul baratının ümumi rüsum haqqı (hər bir PŞ üzrə);

15.2.8 Ödənilmiş pul baratının 9 rəqəmli nömrəsi;

15.2.9 Ödənilmiş pul baratının məbləği;

15.2.10 Ödənilmiş pul baratının ödəniş tarixi;

15.2.11 Cədvəlin sonunda qəbul olunmuş və ödənilmiş pul baratlarının ümumi sayı və məbləği, həmçinin ümumi rüsum haqqları göstərilir. Yığım cədvəli PF-nin rəisi, baş mühasib və nəzarətçi tərəfindən imzalanır PF-nın mühasibatlığında saxlanılır.

15.3 F.PÇ-5 qəbzləri hər bir PŞ üzrə ayrıca dəstlə tikilməklə, ayrıca vərəqdə yekunu göstərilməli və müəyyən edilmiş müddətlərdə PF-ın arxivinə təhvil verilməlidir.

15.4 PF-yə daxil olmuş hesabatda qəbul və ödəniş üzrə məbləğlərdə hər hansı bir fərq olarsa, bu fərq PF-də nəzarətçi tərəfindən araşdırılır və müvafiq tədbir görülür. Kassa intizamının pozunutusu olduğu müəyyən edildikdə bu barədə dərhal ÖXŞ-yə məlumat verir.

15.5 PF-nın 15 günlük və aylıq barat hesabatına nəzarət ÖXŞ tərəfindən həyata keçirilir. Təqdim edilmiş hesabatlar ÖXŞ-də yoxlandıqdan sonra ÖXŞ tərəfindən qarşılıqlı borclara dair hesabat tərtib edilərək mühasibatlığa verilir.Bu hesabat əsasında «Azərpoçt» DM-nin Mühasibat Uçotu və Hesabat Şöbəsi (MUHŞ) poçt filialları arasında qarşılıqlı hesablaşmanı mərkəzləşdirilmiş qaydada həyata keçirir və pul vəsaitinin vaxtında köçürülməsini təmin edir.

15.6 Qarşılıqlı hesablaşma aparılana qədər daxil olan sürətli pul baratlarının ödənişi poçt filiallarının öz sərbəst vəsaitləri hesabına təmin olunmalıdır. Qarşılıqlı hesablaşma aparılarkən bu vəsaitlər «Azərpoçt»DM-nin MUHŞ-i tərəfindən PF-nın hesabına köçürülür.

15.7 Daxil olan moniqramların və poçt baratlarının nəzarət müddətində ödənilməsinə poçt filiallarının rəisləri, baş mühasibləri və istismar üzrə mühəndislər məsuliyyət daşıyırlar.

15.8 ÖXŞ ilə PF arasında barat hesabatının 15 günlük və aylıq üzləşdirməsi, F.281 mühasibat arayışı əsasında 2 dəfə, digər pul köçürmələri üzrə (Contact,Western Union və s.) isə ayda 1 dəfə aparılır.

15.9 F.281 mühasibat arayışında pul baratlarının qəbul və ödəniş üzrə məbləğləri ayrıca sətirdə göstərilir.

15.10 PF tərfindən tərtib edilən F.281 mühasibat aryışında göstərilən məbləğlər (qəbul və ödəniş üzrə) kompüterin məlumatları ilə üzləşdirildikdən sonra PF-nın rəisi, baş mühasibi və nəzarətçi tərəfindən imzalanır və gerbli möhürlə təsdiqlənir. Qeyd olunan məsul şəxslər F.281-də göstərilən pul məbləğinin düzgünlüyünə məsuliyyət daşıyırlar. Kompüter məlumatları ilə üzləşdirilmədən hesbatın ÖXŞ-nə göndərilməsinə yol verilmir.

15.11 F.281 mühasibat arayışları pul baratları üzrə , 1-ci 15 günlük üçün hər ayın 20-dən, 2-ci 15 günlük və aylıq isə növbəti ayın 5-dən gec olmayaraq F.57 siyahısına yazılmaqla xidməti sifarişli məktubla ÖXŞ-nə göndərilməlidir.Pul baratlarına dair aylıq hesabatlarla birlikdə “Contact” və “Western Union”pul köçürmələrinin ödənişi üzrə tərtib edilmiş F.281 mühasibat arayışları da ÖXŞ-nə göndərilməlidir. Hesabatların gecikdirilməsinə görə PF-nin rəisi və baş mühasibi məsuliyyət daşıyırlar.
Yeni redaksiyada hazırladı

F.Abdullayev

08 sentyabr 2007-ci il






Yüklə 375 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə