Türkiyədə işlədilən indiki dil türk dili deyil. Dəqiq desək, türk
dilinin islah edilmiş, korlanmış indiki halı, süni, protez key
fiyyətli bir şeydir. Erməni «alim-islahatçı»nın yapdığı bu pro-
tezdən imtina etmək lazımdır.
Türk milləti, osmantürklər minillərdən gələn öz sumer (şu-
mer)-türk dilini həyata qaytarmalı, gələn minillərdə erməni
protez dilindən azad yaşamalıdırlar.
Mən öz şəxsi marağımla hesablaşmıram (bu, faktdır!), mə
nim üçün ümdə məqsəd dünyanın taleyidir. Bunun üçün isə
ədalət, həqiqət və ümumbəşəri xeyir - mənim meyarlarımdır.
Türkü məndən çox istəyənlər bəlkə də var, amma türkün
dəyərini, ləyaqətini və perspektivini - elmi surətdə - məndən
yaxşı anlayanlar olsa idi, mən şad olardım.
Türk gələcəyin millətidir, bəşərin xilaskarı ola bilər və ol
malıdır - özünün əsas insani keyfiyyətləri ilə, o cümlədən gələ
cəyin ümumdünya sumer-türk dili ilə. Bu dili təkmil və təmiz
halda saxlayan azərtürk xalqının dilini, təkmil və təmiz halda
saxlamaq və işlətmək - bütün türk millətinin müqəddəs borcu
və misilsiz sərvətidir.
Türk millətinin böyük gələcəyi azərtürk dili ilə başlana bi
lər.
Bir də ki, vətənpərvərlik sözdə asandır. İşlə vətənə xidmət -
çətin, ağır və vacibdir, məsələn, Atatürkün hərbi-siyasi xidmə
ti kimi - dünyəvi.
Mən də türk millətimə xidmət etmək ümidi sayəsində ya
şamaqdayam, elmimlə - dünyəvi. Bir vaxt mənim də yolum
dan çəkilməli olacaqlar.
Diz üstündə türk xalqıma vəsiyyətimi eləyirəm - Türk dili
mizi bərpa edin!
Mənim təklifimi sakit, düşüncəli təmkinlə qarşılayın. Bili
rəm, bu çox ağır məsələdir, birdən-birə anlaşılmayan
hökmdür.
Bu hökmü mən yalnız yaşımın təfəkkürü ilə vermirəm.
Bu ixtiyarı mənə kim verib - bilmirəm - dünyanı düzəlt
mək! Üç, tamamilə yeni elmi fənn yaratmaq, digər, üç klassik
62
elmi kökündən dəyişmək - bəşəriyyətin demək olar ki, bütün
adil problemlərinin həllini vermək; hətta 20 xəstəliyin minillər
ərzində heç kimə məlum olmayan, dərmansız müalicəsini -
sadəcə götürülməsini təqdim etmək... Bu, heç kimə müyəssər
olmayan, ümumaləm miqyaslı işin mənim, 90 yaşlı bir əlilin,
tək görə biləsi iş olduğuna özüm inanmıram. Necə görülüb?
Bilmirəm.
Bu boyda iş görülübsə, demək bu işin sahibinin sözü la
zımlı ola bilər.
Türk dili barədə verdiyim hökm də, ola bilsin, mənim de
yil... Öyrənin, düşünün - əsaslı, ağıllı, sakit ürəklə - sonsuz
gələcəyimiz naminə - ədalət, həqiqət, qeyrət əsasında - sizə də
müyəssər olar.
Böyük türkün böyük səhvini düzəldək, böyük dilimizi bər
pa edək - Böyük, ləyaqətli və qabil gələcəyimiz naminə!
Bu dediklərim də azdır. Millətimə kömək etmək, ona inam
vermək üçün 10 cildlik, 4000 səhifəlik «Dünyanın taleyi»
külliyyatımın yeni nəşrinə yazdığım «Giriş»i də əlavə edirəm.
Bu məlumat mənim təklifimi ciddi qarşılamağa, onu icra et
mək barədə qərar qəbul etməyə əlavə kömək edər.
Allah sizə hami olsun!
ƏLAVƏ.
«Dünyanın taleyi» kitabına
GİRİŞ
Bütünlükdə bu, insan həyatının obyektiv elmlərinin - uzun
ömrə, fəal güzərana, ləyaqətli həyata necə nail olmağın ilk
əsaslı kitabıdır - hər bir insan və bütün bəşəriyyət üçün. Kita
bın indiyədək çapdan çıxmış 3500 səhifəlik səkkiz cildində
dolanışığın müxtəlif aspektləri - həyat tərzi barədə biliklər
təqdim edilmişdir.
Bu, bütün kitablardan onunla fərqlənir ki, məzmunca ta-
mami ilə yenidir, hamı üçün faydalıdır, hamıya lazımdır.
Bundan da böyük: «Dünyanın taleyi» bəşər tarixinin epoxal
63
dönüşü, yeni, İNSANİYYƏT erasının elmi-əxlaqi açarıdır.
Klassik, yəni həqiqi rəssamlıq sahəsində birincilik varlığın
zirvəsi olan insanın təsvirinə verilir. Elmdə də birincilik insan
adlı varlığın ali substansiyasının - ruhun öyrənilməsinə veril
məli idi. Fəqət belə olmayıb.
XIV-XVIII əsrlərdə Avropada, XIX-XX əsrlərin qovşağın
da Rusiyada vaqe olan İntibah - Renessans mədəniyyətin (si
vilizasiyanın) kəskin surətdə inkişafına gətirib çıxarmışdır. Bu
inkişaf rəssamlıq, memarlıq, müəyyən qədər də ədəbiyyat sa
hələrində qeyd olunmuşdur. Humanitar elmlər sahəsində və
təbabətdə intibah, demək olar ki, baş verməmişdir.
Mən üç yeni elmi fənnin əsasını qoymuş, üç digər elmin isti
qamət və məqsədini dəyişmişəm. Bu işlər öz əhəmiyyətinə görə
intibah səviyyəsinə uyğundur. Bu, keçmişin tarixi təsviri, fəl
səfə adlanan subyektiv düşüncələr və siyasi sosiologiya - «işıq
lı gələcək» arzuları deyil, onların əksinə, tamamilə yeni,
obyektiv həyat elmləridir.
Mən ilk dəfə Allahın varlığının nəzəri yolla - mübahisəsiz
və praktiki üsulla - təcrübi sübutunu təqdim etmişəm. Bunun
əsasında ümumaləm varlıq qanununu açmış, birinci həqiqəti -
xilqətin kreasion (yaranış) yolla intişar etdiyini sübut eləmi
şəm. Bu ümumaləm qanunauyğunluqları əsasında isə, insani
əxlaqın həyata tətbiqi məqsədini daşıyan elmi tərbiyə fənnlə-
rini işləmiş, təqdim etmişəm, o da ilk dəfə.
Bu fənnlər bütünlükdə mənim təqdim etdiyim İNSANİ
HƏYAT ELMLƏRİ SAHƏSİnə (qeyri-elmi - «HUMANİ
TAR ELMLƏR SAHƏSİ»ni rədd edirəm) və təbabətə, daha
dəqiq - terapiyaya aiddir.
Həmin elmlər barədə akademik elm mərkəzi, Rusiya Elm
lər Akademiyası Sibir Bölməsinin rəyi belədir: «tarixin dönüşü
elmləri...» Bu elmləri proqressiv Roma Papası II İoan Pavel
də rəğbətləndirmiş, onlara xeyir-dua vermişdir.
Sosiologiya sahəsində tarixdə indiyə qədər bəzi işlər görü
lmüşdür. Fəqət obyektiv həqiqət istiqamətində yox, başqa,
əsasən tərs istiqamətdə. Klassik sosiologiya Herbert Spenserin
64
canlı orqanizmdə orqanların vəzifə bölgüsünü, cəmiyyətdə
insanların vəzifə blgüsü ilə müqayisə etməsi ideyasından baş
qa, heç vaxt obyektiv - elmi nəzəriyyə irəli sürməmiş, həmişə
subyektiv - siyasi kompelyasiyadan ibarət olmuşdur.
Bu, o deməkdir ki, «humanitar elmlər sahəsi» bütünlükdə
elm deyil - elm obyektiv olmalıdır. Obyektiv həqiqət axtarıl
mamış və tapılmamışdır, o heç lazım da olmamış və arzu
edilməmişdir. Subyektiv «təlimlər» uydurulmuş, onların
məcmuları «elm» - fəlsəfə, etika, tarix v i.a. adlandırılmışdır.
Bütün bunlar isə, nəinki məqsədəuyğun, hətta tərs istiqamətdə
işləmişdir - həm keyfiyyətcə, həm kəmiyyətcə. Bir sözlə,
obyektiv, yəni elmi sosiologiya olmamışdır.
Mən təbiiyyat və dəqiq elmlərin nümayəndəsi (fiziki kimya,
kalorimetriya; bu sahələrdəki tədqiqatlarım və kəşflərim bey
nəlxalq səviyyədə «presizion [ən dəqiq] kalorimetriya sahəsin
də yeni istiqamət» keyfiyyətində qəbul edilmişdir), klassik
«humanitar elmlər»lə dərindən tanış olandan sonra gördüm
ki, bu sahədə elmi kəşflər olmayıb. Beləki, məsələn Adam
Smitin «izafi dəyər»i - uydurmadır, elməbənzər boş sözdür,
praktiki həyatda ondan heç kim istifadə etməmiş və istifadə
etmir; dialektika - o da elmə bənzər subyektiv, əsassız ideya
dır, onun istifadəsi, permanent mübarizə, əks nəticə verdi
proletariat diktaturasının apardığı mübarizədə - kommunist
təcrübəsində; Şarl Furyenin utopik sosializmi - boş xülyadır;
Karl Marksın «elmi kommunizm»i həmçinin kəşf deyil, obyek
tiv elmin əksinə edilən bir şeytan əməlidir, nəhayətdə bu əməl
hər şeyin öz-özünə dağılıb məhv olması ilə nəticələndi.
Subyektiv, bir-birinə zidd fikirlərin konqlomeratından iba
rət olan, az qala dünya boyda geniş fəlsəfədə yalnız «dialekti
ka qanunu» var. Başqa qanun yoxdur. Dialektikanın əsas qa
nunu - «əksliklərin vəhdəti və mübarizəsi» isə obyektiv deyil -
təbiətdə mübarizə yoxdur.
Mənim kəşf etdiyim obyektiv varlıq qanunu belədir: PO
LYAK MÜXTƏLİFLİKLƏRİN CÜTLƏRDƏ BAHƏM
VARLIĞI - PARİTETİ.
65
Beləki, bütünlükdə klassik «humanitar elmlər sahəsi»nin
bu günkü gündə sadəcə olaraq yararsız və lüzumsuzdan da
betər, ziyanlı olduğunu görmək çətin deyil. Təbiətdə mü
barizə, müharibə yoxdur. Məsələn, canavar və dovşan, eləcə
də insan və qoyun mübarizə aparmırlar - bahəm yaşayırlar.
Mübarizəni dünyaya insan gətirmişdir. «Həyat - mübarizə
dir» - iblis formuludur. Müharibə - qeyri-insani, qanunsuz
təzahürdür.
Bəşəriyyət öz nəsillərinə insani tərbiyə yox, hərbi, döyüş,
ölüb-öldürmək tərbiyəsi vermiş, döyüşçülər, qəhrəmanlar,
sərkərdələr yetişdirməyə çalışmışdır. «Düşmən obrazı» yara
daraq, daim təkmilləşdirilən silahlarla - baltalar, qılınclar,
Tomahavkalarla, nüvə bombaları ilə silahlanmış və vuruş
muşlar, amansız qəddarlıqla bir-birini qırmışlar.
Və bütün bunlar mənasız bədbəxtliklərdən ibarət olmuş
dur...
«Mübarizə»siz, müharibəsiz yaşamaq mümkündür və bu,
yaxşıdır- ağıllı avropalılar bu gün bunu sübut edirlər. Kos
mosdan Yerin gecə tərəfinə baxsan, ocaqları görərsən. Yer
kürəsinin, demək olar ki, bütün səthində atəş, yanğın, tonqal
lar parıldayır. Onları «kiçik müharibələr» adlandırırlar və
onlar böyük, ən böyük, III Dünya müharibəsinə çevrilmək
həvəsi ilə genişlənməkdədirlər. Bu isə «human» nüvə bomba
sının, humanlıqdan çox kənar Tomahavkların və Topolların
sayəsində sonuncu müharibə olacaqdır. Belə təyinatı həmin o
«human» nüvə silahının yaradılmasında «əməyi olan» və bu
işi çox yaxşı anlayan - Eynşteyn verib.
Günü sabah bir dənə nüvə bombası partlaya bilər, Nyu
Yorkun, Moskvanın, Londonun... səmasında. Və o partlayış
obirisi «human» və tərshuman Tomahavkları, Topolları «kö
məyə» çağıraraq, hər kəsi, o cümlədən bu əməllərin sahiblərini
və onların müəllimlərini kabab iyinə çevirəcəkdir.
Nə etməli?
Bu sualı iblis məqsədli Vladimir Ulyanov qoymuşdu,
özünün verdiyi cavabı isə daha da iblisanə oldu: «Silahlı
66
üsyan, proletariat diktaturası, kommunist təcrübəsi».
Biz bu dərsi keçmişik, elə həmin o ənənəvi-iblis istiqamə
tində - mübarizə, müharibə, inqilab odunun içindən. Və «qa
zancımız» olub «sinfi mübarizə»də məhv edilən 40 milyon «in
qilab qəhrəmanları»nın cəsədi. İblisliyin başqa halları da olub.
Atom bombası, digər bir iblisin, Trumenin imzası ilə -
140000+70000=210000, başqa bir millətin - yaponların həya
tı, bir anda əllərindən alındı - dünyanın obiri başında.
Bütün bunlar Allahdan gizlin baş verə bilməzdi; görünür,
hamısı lazım imiş və ona görə olub ki, insanlar fikirləşsinlər və
- «Nə etməli?» Və nəyi etməməli?» əbədi suallarına düzgün
cavabı tapa bilsinlər.
Yerin bu həyat və ölüm sualları üzərində fikirləşən, onlara
cavab tapmağı arzu eləyən adamlar olub. Fəqət, «istənilən
alınmayıb». Nüvə cəhənnəminin iblis «ümidi» qalmaqdadır.
Düşünmək, dünyanın tale suallarına cavab tapmaq məqsə
di ilə, bu sətirlərin müəllifi, universitet kafedrası rəhbəri, pro
fessor vəzifəsini, bütün işlərini kənara qoyub çıxdı pensiy
aya... 20 ilə. Və bu gün dünyanın xilası, daha dəqiq - dünya
nın taleyinin xilası şullarının cavabları əsasən tapılmış,
dünyaya təqdim olunur.
«Dünyanın taleyi» kitabına əsasını qoyduğum, tamamilə
yeni elmi-tədris fənnləri
HUMANİSTİKA, GERONTOE-
TİKA, BƏYTERAPİYA, həmçinin mənim tərəfimdən yeni
dən baxılmış, məzmunca yeni ELMİ TEOLOGİYA və YENİ
ƏDƏBİYYATŞÜNASLIQ fənnləri də daxildir. Məqsəd -
insaniyyət ideologiyasının, elmi ilahiyyətşünaslığın, yeni, dər
mansız terapiyanın tədris prosesinə daxil edilməsidir. Axır
nəticə: İNSANİ ƏXLAQın insan təfəkkürünə daxil edilməsi,
işlədilməsi olmalıdır.
Kitabın artıq çap edilmiş 8 cildində insan fərdinin əsas pro
blemlərinin həllinin konkret üsulları və ümumiyyətlə bəşə
riyyətin ən vacib problemlərinin həll edilməsinin elmi yolları
şərh edilir. Bunlar axtarış və ya tədqiqatların nəticəsi deyil,
demək olar ki, hamısı kəşflərdir - əyani, bir qayda olaraq sa
67
də, göz önündə real, effektiv.
Elə buna, görünməmiş, qlobal miqyas və əhəmiyyətə görə
də deyilənlər həqiqətə oxşamır, həttə namümkün görünür,
amma hamısı - sənədlidir, nəşr edilmiş və ya məruzələrlə elmi
forumlarda deyilmişdir (yazılı - forumların Əsərlərində çap
olunmuşdur) - Moskva, Nyu York, Vaşinqton, Berlin, Hey-
delberq, Stokholm, Vena, London, Kembric, Bakıda...
Avtor, kimya elmləri doktoru (MDU, 1972), professor (Si
bir, 1979), «inqilabi çevrilişlər»in, Böyük Vətən müharibəsi
nin, «soyuq müharibə»nin iştirakçısı; 90 yaşında, ikinci qrup
əlil, pensiyaçı, Rusiya vətəndaşıdır (1974-cü ildən).
Suallar çıxır: əvvəla, nə üçün fiziki kimya alimi, professor
öz elmini, bütün işlərini və vəzifəsini kənara qoyub pensiyaya
çıxdı və nə ümidlə tamam başqa - humanitar sahəyə keçdi,
dünyəvi məsələdən yapışdı; ikincisi, nə üçün o, bu əfsanəvi işə
öz həyatının ən yaxşı 20 ilini sərf elədi, özü də tam ƏVƏZSİZ?
Və ən əsası - bu hüdudsuz, ümumaləm məsələsini necə həll
etdi - tək, köməksiz, rəğbətsiz.
Bu suallar, görünür, təsadüfi ünvana istiqamətləndirilməy
ibmiş. Ünvan sahibi bu olub:
Şərq düşüncəsi və Qərb dünyagörüşü; ən böyük Müharibə
nin sıravi soldatının cəbhəçi yükü və Mendeleyev kimyası üzrə
Moskva universitetində müdafiə edilən doktorluq dissertasiy
ası; Sibirdə universitet tələbələri mürəbbisinin, eyni zamanda
- kosmik texnologiya üzrə dünyada (!) heç kimin görə bilmə
diyi (!) qapalı işin rəhbərinin məsuliyyəti... Ən maraqlısı isə -
beynəlxalq, elita səviyyəli böyük bir kollektivin görməli ol
duğu fundamental elmi işin bir nəfər, «qocalmayan» qoca
tərəfindən 90 yaşında görülməsi.
Bu sualların cavablarını müəllif özü bilmir...
Dünya əhalisinin çoxalma sürəti və hər bir insanın həyati tə-
labatının daim artması dünyanı gətirib tarixin o anma çatdırıb
ki, daha irəli getməyə imkan qalmayıb - perspektiv uçurumdur.
Tarixin bu «dönüş momenti» indiki, yırtıcı əxlaqının tam in
karını tələb edir. İnsani əxlaq - qəti zərurətdir! Bu əxlaqa keçid
68
yalnız HUMANİSTİKA ELMİ ilə təmin oluna bilər.
«Qarşıdan gələn qorxunc erada bəşəriyyət necə yaşamalı
dır?»
Heç kimin edə bilmədiyi, ağlına belə gətirmədiyi bu proble
min həlli vasitəsini, dünyanın tale sualına cavabın elmi-nəzəri
LAYİHƏsini mən vermişəm: HUMANİSTİKA ELMİ ƏSA
SINDA, İNSANİ ƏXLAQ çərçivəsində,
Rusiya və Azərbay
can Elmlər akademiyalarının təsdiqi, dünyanın ən böyük dini
- katolik kilsəsinin xeyir-duası ilə.
LAYİHƏNİN PRAKTİKİ İCRASI - dünyanın xilası, təh
lükəsizliyi, səadəti bəşəriyyətin ağıllı, namuslu və qeyrətli in
sanlarının həyat işi olmalıdır. Bununla yeni, III - İNSA
NİYYƏT ERAsı başlanmalıdır - düşmənçilikdən, müharibə
dən, tərrorizmdən azad era.
İndi bu DÜNYA PROBLEMİnin real həlli üçün bir şəx
siyyətin ağdı, qeyrəti, səlahiyyəti lazımdır - dövlət səviyyəsin
də.
Ümumbəşəri xeyirxah adını əbədiyyata qoyub gedəcək O
ŞƏXSİYYƏT dünyaya gələcəkmi?
* * *
Bundan əvvəl isə bizim, türk millətinin öz problemi həll
olunmalıdır: klassik türk dilimizin bərpası...
Bunun da yolunu mən (bu kitabçada) göstərirəm.
69
Ədəbiyyat
1. Saleh N.Hajiev. Rev Sci. Instrum., New York, 1970, 41, 68-
70.
2. Saleh N.Hajiev et al. J. Chem. Thermodyn., New York,
1980,12, 509-519.
3. Saleh N.Hajiev et al. J. Organometal. Chem., New York-
London, 1968, 11,415-422.
4. Saleh N.Hajiev et al. V.Symposium on Temperature, Wash
ington, June, 1971, 1065-1069 və b.
5. Гарабаглы Салех Бей. Судьба мира. - Баку: Элм, 2000,
896 с.
6. Тариэль Вели Нуведили. Эдждад. - Сиэтл: ВА, Корпора
ция, Тариэль Вели-Али, 1997, 472 с.
7. Фрэнсис Бэкон. Опыты и наставления, нравственные и
политические. - Москва: Изд. АН СССР, 1954, 242 с.
8. Qarabagly Saleh Bey. The Coryphaeus. Baku, Elm, 2007,
138 p.
70
Dostları ilə paylaş: |