Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   2   3   4   5   6   7   8   9   ...   16

GİRİŞ

Bu kitabçada türkün dil problemi araşdırılır.

insan  adlanan məxluq  öz adının  mənasını  başa düşsə  belə, 

bu  ada  layiq  olmamışdır  -   anadan  iblis  doğulanlar  əlindən’ 

yaxud,  ola  bilməmişdir  —

  insan  yarananların  arzusuna  bax­

mayaraq.  Bu  azman  səbəb,  insan  cəmiyyətinin  misilsiz  həyat 

aləti  olası  İNSANİYYƏTİ  tərsinə,  ölüm  amilinə  -  düşmənçi­

liyə  çevirmişdir.  Bəşəriyyət  bu  günə  qədər  vahid  insan  cə­

miyyətində  yox,  superyırtıcı  -   düşmən  toplumlarında  yaşayır 

və vuruşur.

Bu  gün  bu  yol  qurtarıb,  qarşıda  KÜTLƏVİ  QIRĞIN  -  

QİYAMƏTİ durur.  Tarixin yolu  dəyişməlidir -  şərdən  xeyirə, 

iblislikdən insanlığa —

 hərbdən sülhə —

 siyasətdən ağıla.

Millenniumun başlanğıcında,  2001-ci  ildə dünya elminin iki 

mərkəzi —

 Nyu York və Moskvanın dörd akademiyasının pre­

zidiumları  səviyyəsində  qət  edildi  ki,  dünyanın  qarşılaşdığı 

həyat  probleminin  həlli  yalnız  elmin  —

  humanitar  elmlərin 

kompleksinin  köməyi  ilə  mümkün  ola  bilər...  Fəqət  hələ  ki, 

nəticə yoxdur.

Bu  sətirlərin  müəllifi  həmin  problemin  həlli  istiqamətində 

1990-cı  ildə  başladığı  işi,  2011-ci  ildə  əsasən  tamamlamışdır; 

milləti  -   türk,  xalqı  -  azərtürk,  tale  vətəni  Rusiya  olan  Qara­

bağlı Saleh Bəy.

«Dünyanın  taleyi»  adındakı  bu  külliyyatı  qiymətləndirən, 

dünyəvi  elm  mərkəzlərindən  biri,  rusiya  Elmlər  Akademiyası 

Sibir  Bölməsinin  çap  etdirdiyi  rəy-kitabçada  çıxardığı  nəticə 

belədir: «Dünyanın taleyi» -  tarixin dönüş kitabıdır...»



Bu  ümumbəşəri  xilas  layihəsinin  müəllifi  türk  BƏYİ  oldu. 

Onun icrasının təşəbbüskarı da türk dövləti ola bilər.

Bəlkə  elə  bu  da  Allahın  iradəsidir  ki,  Yer planetinin  qarşı­

mızdan  gələn,  Saleh  bəyin  təsnifatı  üzrə,  III -  İNSANİYYƏT 

erası  türk  erası  olsun.  Bunun  üçün  tarixin  ən  qüdrətli  insani 

təfəkkürü, ən müdrik dövlətçilik iradəsi lazımdır.

Bu əməliyyatda türkə özünün möhtəşəm, qədim -  ən qədim

6

-   şumer-türk  dili  lazımdır,  erməninin  «açdığı»  protez  dıl  ya­



ramaz.

Böyük  və  sadədil  TÜRKÜN  cılız  və  nacins,  həşərat- 

düşməni  —

  erməniçilik,  millətimizin  örtülü  düşmənləri  olan 

Qərb  dövlətləri  siyasətçilərinin  məkri  sayəsində,  türkə  daima 

mane olur, zərbələr vurur.

Hələ  Birinci  Dünya  müharibəsindən  əvvəl,  1890-cı  ildən. 

Daşnak  partiyasının  yaradılmasından  başlanmış  erməni 

üsyanları Türkiyəni ağır itkilərə düçar etmiş,  1914-cü ildən isə, 

Antanta  ilə  iki  cəbhədə,  ağır  müharibə  aparan  Türkiyənin 

daxilində,  türk  ordusundan  yayman  erməni  fərariləri  silahsız 

əhaliyə qarşı qəddar soyqırım törətmişlər.

Bu  qanlı  hadisələri  mən  «Dünyanın  taleyi»  kitabımda  [5] 

ilk  dəfə  aydın,  dəqiq,  obyektiv  məzmunda  açmış,  böyük 

türkün  kiçik  ermənini  yox,  kiçik  erməninin  böyük  türk  millə­

tini  soyqırıma  düçar  etdiyinin  əcayib  faktını  mübahisəsiz 

sübut  etmişəm,  özü  də  yalnız  Qərb  alimlərinin,  publisistləri­

nin,  siyasi  xadimlərinin  yazıları  əsasında.  Heyf  ki,  mənim 

«Dünyanın  taleyi»  kitabıma  sahib  çıxan  dövlət  yoxdur -  20 il 

ərzində...

Oxuyanlar isə bilir ki, mənim yazılarım elə-belə yazı deyil -  

mövzu  üzrə  bütün  qoyulan  sualların  mübahisəsiz  cavabı,  mi­

nillik bəşəri  problemlərin real elmi həllinin təlimidir.

Türk  millətinə  və  Türkiyə  dövlətinə,  çox  vaxt  arxadan,  er­

məninin  əli  ilə  vurulan  Avropa  zərbələrinin  ən  böyüyü  isə 

«soyqırım»  böhtanı...  deyil, türk  dilinin  «təmizlənməsi»,  dildə 

öldürücü «islahat»ın aparılması olub.

Bu  «islahat»m  elmi  və  təşkilati  rəhbəri  kim  olsa  yaxşıdır? 

Erməni. Akop Martayan «Dilaçar».

Millətin  həyat  vasitəsi, silahı,  qüruru -  dilini  erməni  elə  bir 

hala  salıb  ki,  onu  saxlamaq,  qəddar  düşmən  təhqirinə  və 

zülmünə dözməkdən ibarət olub.

Bu zülm əbədi olmamalıdır.

Türk  millətinin  əsas  özülü  olan  osmantürklər  tarixdə  bu 

millət  üçün ən böyük,  ağır və vacib  işi  görmüşlər,  türkü məhv

7



etmək  istəyən  düşmənlərin  hücumlarını  mərdliklə  dəf eləmiş, 

bununla  da  bütün türk  xalqlarına  köməklik  göstərmiş,  onları 

xilas  etmişlər.  Xüsusən  biz,  azərtürk  xalqı,  bütün  mənalarda 

öz  varlığımıza  görə  Türkiyəyə  minnətdarıq.  Bunu  görmək 

istəməyənlər varsa, deməli düşmənlərimiz var.

Azərtürk  xalqı  son  200  il  ərzində  düşmənlərin  səyi 

üzündən,  döyüş ənənələrini  xeyli  itirmiş,  amma mədəniyyət,  o 

cümlədən, dil sahəsində irəliləmişdir.

Azərtürk dili hazırda dünyanın ən təkmil,  birmənalı və incə 

dilidir.  Bu, elmi faktdır və bu barədə aşağıda yazılır.

Türkiyənin  hərb  sahəsində  dünyəvi  nailiyyətlər  qazanan 

böyük şəxsiyyətləri dil sahəsində asanlıqla  aldanıblar.  Bu səhv 

ləğv edilməlidir.

Təbii,  qədim,  həqiqi  osman-türk  dili  bərpa  olunmalıdır! 

Azərtürk  dilində  saxlanılmış  və  inkişaf etdirilmiş  sumer-türk 

dili  bütün türk millətinin  ümumi  sərvəti,  vahid  həyat  silahı və 

mədəniyyət vasitəsi olmalıdır.

Dilaçarın  uydurma,  suni,  qanunsuz  sözləri  və  qrammatik 

qaydaları  ilə  azərtürk  dilinin  də  zibillənməsi  yolverilməzdir  -  

ümumtürk  marağı,  ilk  növbədə  osmantürk  dilinin  marağı 

naminə.

Əsl  türk  -   azərtürk  dilimizi  erməni  türkcəsi  ilə  zibilləmək, 



sadəcə lazımsızdan da artıq -  cinayətdir.

NƏTİCƏ: bu gün ümumtürk milli ünsiyyət dili keyfiyyətində 

tiirk  dillərinin ən təmiz saxlanmış və əla inkişaf etdirilmiş ləhcə­

s i -  azərtürk dili rəsmi surətdə ümumtürk ünsiyyət dili keyfiyyə­

tində qəhul olunmalıdır.  Onun əsasında türkiyə türkcəsi tədricən 

erməni  Dilaçar  sözlərindən  təmizlənməli,  ümumi  dilə  azərtürk 

dilinə yaxınlaşdmlmalı,  onunla birləşdirilməlidir.

8

TÜRKÜN MİLLİ FƏLAKƏTİ

Böyük  filin  düşməni  balaca  siçan,  böyük  Türkün  düşməni 

-  balaca ermənidir.



Ermənilərin  təhriki,  gənc  qızları,  yaranmaları,  sovqatları 

1551-ci  ildə  İranın  şah  taxtına  çıxmış,  səfəvilər  sülaləsinin 

nümayəndəsi,  türk oğlu Abbası milli xəyanətə sövq etdirdi.  I 

Şah  İsmayılın  İran  üçün  qəbul  etdiyi  dövlət  -   türk  dilini  Ab­

bas fars dili ilə əvəz etdi.  İndi vəziyyət belədir:  İranda əhalinin 

əksəriyyətini  təşkil edən  türklər fars  dilində  oxuyur,  yazır,  da­

nışırlar.  Çox  ailələrdə  uşaqlar artıq türk  dilini  bilmirlər.  Türk 

dili  və  milləti  İranda  assimilyasiya  olunur  -   İran  ərazisində 

türklər yox edilir...

Ermənilər  1920-ci  illərdə müsəlman xalqları  —

 türklər,  fars­

lar,  ərəblər  arasındakı  tarixi  ziddiyyətlərdən  istifadə  edərək, 

Türkiyə  türklərinin  dilində  «islahat»  aparmaq  barədə  dövlət 

qərarının  çıxarılmasına  nail  oldular.  Milliyyətcə  erməni  olan 

Akop  Martayan,  «Diliaçar»  adını  alıb,  başladı  türkün  dilini 

«açmağa».  Nəticə,  türkün  10  min  illik,  şumerdən  (şumerdən) 

gələn, Kaşğarinin cilaladığı gözəl türk lisammn erməni türkcə­

sinə  çevrilməsi  oldu.  Bu  isə  Türkiyə  türklərinə  endirilən  ağır, 

öldürücü zərbədir.



Ermənilər  indi  də  Azərbaycan  türkcəsini  öldürməyə  baş­

layıblar  -   Türkiyədə  «yaratdıqları»  protez,  erməni  türkcəsini 

Azərbaycana da daxil edirlər.

Necə, hansı yollarla?

Bu  yazı  qeyrətli,  dərrakəli  və  mərd  türklər  üçündür  ki, 

düşünsünlər, ayılsınlar, iş görsünlər.

*  * *

TÜRKLƏR  supermillətdir  və  onlarla  müqayisə  edilə  bilə­



cək  başqa  bir  millət  yoxdur,  ilk  növbədə  -   bütün  müsbət  (!) 

amillərə və cəhətlərə,  o  cümlədən dilə görə.  Buyurun,  oxuyun. 

Dünya mədəniyyətinə  türk  millətinin  verdiyi  töhfə,  ilk  növbə­

9



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə