Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   2   3   4   5   6   7   8   9   ...   16

ağzını qabar eləyir.

Qurani-Kərimə  əsasən,  insan  üç  mahiyyətdən  -   substansi­

yadan  yaranmışdır:  bədən,  can,  ruh.  Bu  sətirlərim  müəllifi 

tərəfindən  əsası  qoyulmuş  ELMİ  SOSİOLOGİYA  fənninin 

müddəasına  görə,  millətin  də  üç  mahiyyətdən  ibarət  olduğu 

təsəvvür  olunur:  torpaq,  dil,  mədəniyyət.  Millətin  varlığını, 

dəyərini və ləyaqətini məhz bu üç amil təyin edir.

Müasir  dünyada  200-ə  qədər  dövlət  var.  Onlardan,  deyə­

sən, yalnız ikisi -  Ermənistan  və İsrail  (sonuncu  bir az qarışıq 

ailəli) monomillidir,  qalan  hamısı  çoxmillətlidir.  Bununla belə 

hər bir dövlətin  ümumi  nəyi  varsa,  «milli»  adlandırılır.  Məsə­

lən,  çoxmillətli  İngiltərənin  «milli  futbol  komandası»,  ABŞ-in 

«milli mənafeyi», Türkiyənin «milli voleybol  komandası» və s.

Milli  dil  anlayışı  da  Azərbaycanda  fərqlidir.  Məsələn,  çox­

millətli  İngiltərədə  deyirlər:  «ingilis  dili»,  Rusiyada  -   «rus  di­

li».  Və  bu  termin,  anlayış  dövlətin  bütün  millətlərinə  şamil 

edilir.

«İngiltərə  dili»,  «Rusiya  dili»  yoxdur.  Azərbaycanda  -  



«Azərbaycan dili» var.

Əyani  bir  hal  isə  İsveçrəyə  aiddir.  Orada  üç  millətin 

nümayəndələri  yaşayır:  fransızlar,  almanlar,  italyanlar  və  üç 

dil  işləyir,  həmin  üç millətin  dilləri.  Bu  ona görə  belədir ki,  üç 

millətin  üçü  də  böyük  miqdardadır,  hansınınsa  üstünlüyü 

yoxdur.  Bir-birinə  sayca  yaxın  olan  bu  millətlərin  adları  da 

saxlanılır:  fransızlar,  almanlar,  italyanlar;  hər biri  də əsasən  öz 

dilində danışır.  «İsveçrəli» adında millət və ya dil yoxdur.

Bəs biz kimik?

Biz  türkük.  Amma  Kiçik  Asiyada  yaşayan  osmanlı  tür­

kündən  uzaqlaşdırılmışıq.  Qeyd  etdim  ki,  keçən  əsrin  20-ci 

illərində  Türkiyədə  yaşayan  Akop  Martayan  adlı  bir  erməni, 

türkoloq  sadədil  türklərin  gözünə  elə  girib  ki,  ona  «Dilaçar» 

ləqəbi  veriblər  və  qoyunu  qurda  -   türk  dilini  erməniyə  tapşı­

rıblar ki, onu «düzəltsin»,  «təmizləsin». O da, eləməyib tənbəl­

lik, «düzəldib» -  kürz (kuvalda) ilə və təmizləyib, murdar əllə- 

riylə.

22

Avtomatik qəssabxanada yüz qoyun bir xain keçinin dalın­



ca  ölümə  gedən  kimi,  türklər  də  həvəslə gediblər Akopun  da­

lınca.  O da  bunları aparıb, dillərini verib dil baltasının ağzına, 

«açıb»,  özü  isə  yolda  aradan  çıxıb.  Bilək  ki,  Akop  «erkək», 

yəni  «kişi»  olub.  Amma  qoyun  yox,  keçi,  özü  də,  necə  ki 

görürük, xain keçi!

Burada  türkün  müasir  qoyunlarının  müasir  (dişi)  canavar­

lara  tapşırılması  barədə  «modern»  türklüyümüz barədəki  mə­

lumatı oxuyaq.

«Türkiyənin  dövlət  naziri.  Türkiyənin  avropa  Birliyinə 

üzvlüyü ilə  bağlı  danışıqlar aparan  nümayəndə  heyətinin  rəh­

bəri  Egemen  Bağış  deyib:  «Türkiyəyə  70  min  erməni  gəlib. 

Onların  qanunsuz  işləməsinə  göz  yumuruq.  Bu  ermənilərin 

böyük  əksəriyyəti  də  dayə  işləyir.  Biz  ən  böyük  sərvətimizi 

[«həyatımızı» deyilməlidir!] -  uşaqlarımızı erməni  əsilli  dayələ­

rə etibar edirik...»

Bu dərrakəli kişi başa düşüb.  Bəs millət?

XX  yüzilliyin  əvvəlində  türk  dilinin  taleyini  erməni  türko­

loqu Akop Martayana -  «Dilaçara» -  qoyun sürüsünü  yalqu­

zaq  «erkək»  canavara,  tapşıran  türk  başbilənlərinin  nəvələri, 

indi,  XXI  əsrin  əvvəlində  öz  varislərinin  taleyini  erməni  dişi 

canavarlara  tapşırırlar...  100  illik  murdar  erməni  «hərəkatı» 

türkü hələ də oyatmayıb.

İndi  nə  olacaq?  Türkün  erməni  tərbiyəli  gələcəyi  necə  ola­

caq? -  bu dəhşəti türk anlamır.

Bəs  təcrübə?  Elə  o  Dilaçarın  «açdığı» dil»?  Nədir,  necədir? 

Bunu  türk erkəyi  bir  vaxt  başa düşərmi?  Dilaçarı  «açaq»,  ba­

xaq.

Dilaçarın  açıqladığı,  Akop  türkcəsində  desək  -sıçakladığı 



dildə...

Əvvəla,  anlamaq lazımdır  ki,  Dilaçar bütün  dil  nəzəriyyəsi­

nin taleyinə sıçaklayıb,  əlbəttə türk dilinin timsalında.

Kişiliyin  ləğvi.  Böyük  türk  millətinin  bütün  bir  yüzillik  ər­

zində  Avropa  xaltalı  cılız  erməniyə  qapazaltı  olmasının  mən­

bəyi  (erməni  türkcəsində  -   «qaynağı»)  budur  -   TÜRKLÜK.

23



Erməninin qəddar məkri bu qaynaqdan su içir.

Mənim  isə  od  tutub  yanan  ürəyimin  türk  dərdini  açıq  de­

məyimdən TÜRK 

qardaşlarım  Akopun  təhqiramiz  ER­

KƏK adı verdiyi türk KİŞİLƏRİ, inciyəcəklər.

Kişilik əvəz olunub «erkəklik»lə...

Dünyaları  silkələyən  türk  kişiliyini  erməni  Dilaçar  «açıb», 

qoyub  dünyanın  qabağına  -   ERKƏK,  yəni  qoç  -   erkək 

QOYUN şəklində.

Hərb  meydanının  kişisi  bu  xəcaləti,  «alim»  erməni  tərəfin­

dən  Avropa  önündə  qoyuna  çevrildiyini  hiss  eləməyib.  Türk 

ki, türk...

Akopun  bizə,  azərtürklərə  əli  çatmayıb  və  bizi  də  «erkək- 

ləşdirə»  bilməyib,  türkü  isə  «işləyib»,  «erkəkləşdirib»  eləyib 

qoyun.  Türkə vurulan  bu qara  ləkə indi  bizə də imkan vermir 

ki, öz milli adımızı deyək -  türk.

Digər türk qardaşlarımız -  özbək, qazax,  qırğız kimi,  biz də 

deyə  bilərik -  azər.  Fəqət  biz osmantürkə  çox yaxınıq, türkük

-   kökümüzə,  hər  şeyimizə  görə.  Ona  görə  də  dilimizin  indiki 

Türkiyə  türkcəsindən  fərqini  və həm  də  türk  olduğumuzu  ifa­

də edən öz adımızı qəbul etməliyik -  AZƏRTÜRK.

Bu,  bizim,  türk  millətinin  azər  qolunun  həqiqi,  məntiqi  və 

elmi  adı  olaraq  qəbul  edilməlidir,  özümüz  və  hamı  digər mil­

lətlər tərəfindən.

«Azərbaycanlı»  -   xalqın,  millətin  adı  ola  bilməz -  bu  elmi, 

məntiqi,  milli,  tarixi  cəhətlərdən  səhvdir,  hətta  səhvdən  də  pis

-  məkrdir.

Biz AZƏRTÜRKÜK.  Hər azərtürk özünü, öz xalqını, milli 

mənsubiyyətini 

və 


milli 

dilini 


belə 

adlandırmalıdır: 

AZƏRTÜRK,  AZƏRTÜRK  DİLİ.  Bu  ixtiyarı  bizim  əlimiz­

dən alan ÖZGƏLƏRİN rəyi, ən azı, əsassızdır.



Türk  dilində  islahat.  Bu  misli  görünməmiş  əməlin  ilk  tə­

şəbbüskarı  kim  ola  bilərdi?  Ölkənin  dövlət  xadimləri? -  Yox. 

Belə,  ikinci,  bəlkə  də  beşinci  dərəcəli  problem  barədə  dövlət 

adamlarının fikirləşməsi və bu qəliz işə girişməsi,  özü də o ağır 

dövrdə -  ağıla batmır.

24

Bu qeyri-adi və  qeyri-vacib  işdə marağı olan yalnız  hansısa 



bir  alim  ola  bilərdi,  dilşünas,  məşhur  bir  türkoloq.  Belə  şəxs, 

obyektiv  surətdə  və  nəticədən  göründüyü  üzrə,  türk  olmayıb. 

Məlumdur  ki,  o  vaxt  Türkiyədə  məşhur  bir  türkoloq  yalnız 

alim  Akop  Martayan  adlı  erməni  olub.  Türk  dilini  əla  öyrə­

nib,  ona xidmətlər eləyib,  rəhbərliyin  inamını  və özünün Dila­

çar

 

ləqəbini  qazanıb.  Elə məhz o da «islahat»



 

problemini qoy­

ub, bu işə elmi və təşkilati rəhbərliyi də əlinə keçirib.

Burada yadıma  «ləzgi  imamı»  (adını  unutmuşam)  düşür,  o 

da erməni  idi,  ləzgi  ermənisi.  Keçən  əsrin  90-cı illərində  Dağı­

standa peyda  olmuş,  Azərbaycanın  şimal  rayonlarını  tutmaq, 

Ləzgistan dövləti yaratmaq istəyən  ləzgi separatçılarına  islami 

rəhbərlik eləmək ixtiyarını ələ keçirmişdi.

Təsəvvür  edin:  qəliz  ləzgi  dilini  «rəhbər»  səviyyəsində,  İs­

lamı  -   «imam»  səviyyəsində  (!),  ərəb  dilini  «peyğəmbər»  sə­

viyyəsində öyrənmək!

Erməninin bacarığına yalnız təəccüb eləmək mümkündür...

«Bizim»  türk  ermənimiz,  Martayan  da  türk  dilini  öyrənib, 

alim  səviyyəsində  bilib  və  sadəlövh  türklərə  başa  salıb  ki, 

türkcəni  «düşmən»  ərəb  və fars  dillərindən  təmizləmək  lazım­

dır. Və söz verib ki, dili təmizləyəcək, «açacaq» -  Dilaçar!

Demək  lazımdır,  mütəxəssis  dilşünas,  alim-filoloq  bilməli­

dir  ki,  dilin,  özü  də  minillərdən  gələn  təkmil  türk  dilinin  isla­

hatı,  emallı  mebelin  balta  ilə  yonulub  «hamarlanması»  kimi 

bir şeydir. Onun xeyiri yox, ziyanı isə çox böyük ola bilər.

Dildə köklü islahat aparmaq,  ümumiyyətlə,  olmaz!

Dilaçarın  məqsədi  yaxşılaşdırmaq  yox,  korlamaq,  hətta 

məhv etmək olub.

Türk millətinin ümumiyyətlə məhv edilməsi barədə,  hələ orta 

əsrlərdən  başlanmış  (səkkiz Xaç

 

Yürüşünü  yada  salın!)  Avro­



pa  arzusunun  və  XVIII  əsrdə  I  Pyotrun  icraata  başladığı  Ru­

siya  planı  istiqamətində  aparılan  əməliyyatın  iri  bir  hissəsini 

reallaşdırmaq.

Bu ümumi məqsədin -  «islahatın» nəticəsinə əsasən məntiqi 

surətdə aydın görünən cəhətləri var:

25



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə