Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə81/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   77   78   79   80   81   82   83   84   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
175 
 
gələcəklər  üstümüzə...  Onda,  biz  seximizi 
onlara kirayə verərik, ya da bəlkə müştərək 
iş  təklif  edərik...  Bu  baxar  vəziyyətə... 
Əlbəttə  arının  yuvasına  çöp  uzatmadan 
görəcəyik  bu  işi...  Bunları  şitəndirmədən, 
elmnən edəcəyik, helmnən deyil... 
           Kürəkənin 
ağıllı  sözləri  Mayıl 
kişinin  beyninə  batmışdı.  Dediyi  sözlər 
özünü  də  həvəsə  gətirmişdi.  Amma  daha 
ayrı  şeylər  də  gəldi  ağlına.  Dili  o  sözləri 
desə  də,  ürəyi  narahat  idi.  Ən  çox  da 
Kişinin  adını  çəkməyi  Əmənovun  dərdini 
tərpətmişdi... 
 
Bu 
Kişi 
Əmənovun 
bütün 
zamanlarda  güvənc  yeri  olmuşdu.  Hər 
addımı  onun  məsləhətiylə  atmışdı.  Kimi 
vurmaq  lazımdı,  onun  əliylə  vurmuşdu, 
kimi  ələ  almaq  lazımdı,  onun  tapşırığıyla 
etmişdi.  Heç  yadından  çıxmaz:  bir  alim 
vardı,  pambıqçılıq  üzrə  mütəxəssisi  idi. 
Deyilənə görə, yeni toxum növü yaratmışdı. 
Həmin  seleksiyaçı  alım  bir  məqaləsində 
yazmışdı ki, əgər onun kəşf etdiyi toxumla 
səpin 
aparsalar,  “pripiskaya”  ehtiyac 
qalmaz,  Daşkəndə  əl  açmaq  lazım  olmaz. 
Hətta  Bərdədə  yarım    hektarlıq  təcrübə 
sahəsində  yetişdirdiyi  yeni  növlə  bunu 
sübut  da  etmişdi.  Belə  ki,  Balakişiyevin 
(alimin  soyadı  beləydi)  yeni  pambıq  növü 
on  beş  gün  tez  qozalayır  və  deməli  on  beş 
gün əvvəl də məhsul verirdi. Üstəlik də, iki 
dəfə  artıq  məhsuldar  idi...  Bu  uğurlu 
sonucdan  sonra  Kişi  (  o  da  bu  sahədə 
mütəxəssis  sayılırdı)  Balakişiyevə  elmi 
təcrübəsinə  ortaqlıq  təklif  etmişdi;  yəni, 
yeni  kəşf  ikisinin  imzasıyla  elm  aləminə 
təqdim  olunur,  Kişinin  respublikadakı 
nüfuzu  bu  yeni  növün  pilot  səpin    kimi 
əvvəlcə  bir,  daha  sonra  isə  bir  neçə 
rayonda,  sonra  isə  bütün  respublikada 
yayılmasına  şərait  yaradır.  Təcrübədən 
gələn  bütün  mükafatlar,  maddi  gəlirlər 
Balakişiyevə  çatır,  ölkə  pambıqçılıqda 
dirəndiyi dalandan çıxır, nəticədə... Heç bir 
nəticə-filan  olmadı:  Kişinin  təklifini  rədd  
edən  Balakişiyev  bir  axşam  öz  təcrübə 
sahəsində  ölü  tapıldı.  Onun  qatma-qarışıq 
reaksiyalarından,  kağız  üzərində  əlyazması 
halında  olan  qaralama  vəziyyətindəki 
yazılarından  heç  kim  baş  çıxarda  bilmədi. 
Belə  qənaətə  gəldilər  ki,  alim  bilərəkdən 
fikirlərini 
aydın 
yazmamışdı, 
sanki 
kimlərinsə  onun  kəşfini  qısqanacağını 
qabaqcadan görmüşdü... 
 
Həmin 

məşum 
gündən  – 
Balakişiyev təcrübə stansiyasında ölü halda 
tapılandan on gün  qabaq  artıq  dostlaşdığı  
Əmənovla  yeyib  içəndə  (əslində  onun 
maddi  dəstəyi  ilə  yaratmışdı  bu  təcrübə 
stansiyasını) demişdi: 
 
-Mayıl müəllim! Mənə sizi qorxulu 
bir  adam  kimi  təsvir  etmişdilər.  Guya  siz, 
üzr  istəyirəm,  həlləm-qəlləm  adamsınız, 
guya  elmin,  yeniliyin  düşmənisiniz,  guya 
pambıqçılıq 
üzrə 
seleksiya 
elminin  
inkişafına  mane  olursunuz...  üzr  istəyirəm 
pambıq  mafiyasının    xaç  atasının  ən 
sınanmış  əsgərisiniz...  və  sair,  və  ilaxır... 
amma  siz,  siz  böyük  medsenatsınız!  Mən 
bu haqda fikirlərimi mətbuatda yazacağam! 
 
(Elə  yazmışdı  da.  “Kommunist”in 
bir  sütununda  “Pambıqçılıq  sahəsində 
görkəmli mütəxəssis” adlanan məqaləsində 
Balakişiyev  Mayıl  Əmənov  haqqında 
ağılagəlməz  fikirlər  yazmışdı.  Guya  o  elm 
adamlarıyla 
yaxından 
dostluq 
edir, 
Azərbaycan  və  Özbəkistan  pambığının 
sortlaşdırılması,  yeni  hibridlərin  alınması 
və  yeni  texnologiyaların  tətbiqində  öz 
dəyərli 
fikirlərini 
tyəcrübəçilərdən 
əsirgəmir  və  həkaza...  Əslində  bu  məqalə 
çox  yerinə  düşmüşdü.  Müstəntiqlərin 
Balakişiyevin  ölümündə  şübhələndikləri 
adamlardan biri də o ola bilərdi. Amma bu 
məqalə həmin şübhələri alt-üst etdi.)  
 
O  bunu  deyib  badəsini  Əmənovun 
sağlığına qaldırmışdı. 
 
*** 
 
Kəndin  beş  kilometrliyində  bir 
hektarlıq  ərazisi  və  ayrıca  “Broyler” 
qəsəbəsi  olan  “Ofşar-broyler”  yerləşirdi. 
Broylerin  yolu  köhnə  asvalt  olsa  da,  rahat 
idi.  Kənddə  olduğu  kimi,  burda  da  yolun 
solunda  elektrik  dirəklərindən  küçə  işəqlar 
asılmışdı. Broyler özü isə tamam işığa qərq 
olmuşdu. Təbii ki, bunu duymaq üçün bura 
gecələr  gəlmək  lazım  idi.  Hər  tərəfdə 


176
№ 2 (14) Yay 2015 
 
şüarlar,  portretlər  asılmışdı.  Broylerin  gül-
çiçəkli  həyətində  isə  hündür  postamentdə  
Heydər Əliyevin heykəli vardı. Hər həftə bu 
heykəlin  ğnündə  gül-çiçək  dəstələri  olardı. 
Əmənov  azı  ayda  bir  dəfə  bu  heykəli 
ziyarətə  gələr,  məxsusi  hazırlatdığı  çələngi 
heykəlin  önünə  qoyub  bir  dəqiqə  farağat 
dayanar, 
sonra 
kəndi 
axundu 
Yasin 
oxuyardı. 
          Bir  tərəfində  ətlik  toyuqlar  üçün  iki 
yüz metr uzunluğu, əlli metr eni olan toyuq 
ferması,  tam üzbəüzdə  buranın eyni olan, 
fəqət yumurtlayan toyuqlarçün  bina, bir az 
aralıda inkubator      aparatları quraşdırılmış  
inkubasiya otağı, onun yanında yem bazası, 
bir  qədər  aralıda  fabrik  işçilərinin  istirahət 
və  yemək  otaqları  idi.  Təxminən  5-6    yüz 
metr  aralıda  isə  beş  yaşayış  binası  vardı. 
Birində fabrikin direktoru ailəsilə yaşayırdı, 
o  birilərdə  isə  fabrikin  daimi  işçiləri 
qalırdılar.  Lap  aralıda  isə  ikimərtəbəli 
yaraşıqlı  bir  bina  idi  ki,  burada  da 
Əmənovların  böyük  oğlu  Əşrəf  ailəsi  ilə 
yerləşmişdi.  Atası  ilə  aralarında  baş  verən 
kiçik toqquşmadan sonra (bu barədə ayrıca 
danışacağıq), demək olar ki, mülkə gəlmir, 
arada  rayon  mərkəzinə,  yaxud  Bakıya 
gedəndən-gedənə  anasını  görmək  üçün 
yolunu burdan salardı.  
 
Yeddi il idi ki, bu broyler işləyirdi, 
kənd  adamları  da  daxil,  rayonu  toyuq  ətilə 
tamam  təmin  edirdi.  Qəribəsi  o  idi  ki, 
buradakı  toyuq  əti  kənd  camaatına  daha 
asan, daha dadlı gəlmişdi. Əşrəf  hətta özü 
öz  qulaqları  ilə  adamların  dediklərini 
eşitmişdi: 
 
“-Vallah,  məni  qınamayın,  bizim 
toyuqların  əti  elə  bərk  olur  ki,  adam  ha 
dartışdırır,  ağzına  bir  şey  getmir...  Arıx-
turuxdular  e  bizimkilər.  Hayıf    deyil 
buranın toyuğu?! Adamın ağzı dada gəlir.” 
 
“-Aaaz,  az,  belə  qadam  bizim 
toyuxlara!  Səni  canın,  bizim  toyuqları  bit 
basırdı,  DDT  vururdular,  iyi    ətinnən 
getmirdi,  adamın  ödü  ağzına  gəlirdi... 
Bunnarsa  elə  dərmannanır  ki,  heç  iyi  də 
gəlmir... Ye ki yeyəssən...” 
 
“-Hə,  hə,  heylədi...  Hələ  onu 
demirsən  ki,  qəfildən  toyuq  azarı  düşürdü, 
azarrı  toyuqları  kəsib  bizə  yedirdirdilər... 
Yeməsək  də  ac  qalardıx,  neyniyəy  axı?.. 
Ama heç gör burdakı toyuxlara  azar-bezar 
düşür?” 
 
Bir  dəfə  bir  müxbir  gəlibmiş 
fabrikə.  Onda  nə  təhər  olursa,  Əşrəf  də 
mülkdə  hansısa  qonaqlıqda  iştirak  edirmiş. 
Direktor Mənsuru müxbir aldada bilir: deyir 
ki,  bəs    o  Əmənovun  qonağıdır,  mülkdə 
olub,  Əşrəf  müəllimlə  görüşüb  bura  gəlib. 
Bundan sonra fabriki, inkubasiya otaqlarını, 
hətta  işçilərin  istirahət  yerlərini  və  evlərini 
də  gəzib,  şəkillər  çəkir.  Düz  iki  gün  sonra 
“Gizli  Azərbaycan” qəzetində “Qırx günün 
fəsadları: 
Ofşar-broylerdə 
ölüm 
bəsləyənlər”  adlı  məqalə  çap  olunur. 
Məqalədə 
toyuqlara 
verilən 
yeməyin 
tərkibi,  vurulan  iynələrin  adları,  süni 
surətdə  şişirdilən  qırx  günlük  toyuqların 
insan  sağlamlığına  hansı  zərbələr  vurduğu 
qabardılırdı.     
          Məqalədən bəzi parçalar: 
         “Bura  Azərbaycanın  ən  füsunkar 
guşəsi deyildi dünənəcən. Susuzdan təpələr 
də  boy  ata  bilməmişdi  –  dağ  əvəzinə  alçaq 
təpələr 
görərsiniz. 
İnsanlar 
gödək, 
danışıqlar pıçhapıçla, mal-heyvan belə qaş-
qabaqlıdır.  Son  on,  on  beş  iləcən  burdan 
insanlar  qaçırdı.  Bura  qədim  Şahsevən 
kəndidir.  Kimisi  bura  Qaraşalvar,  kimisi 
Ofşar, yaxud Əfşar, kimisi də Şüşəli, ya da 
elə Şüşə deyir. Bəli Əmənovların burada iş 
qurması,  torpaq  alıb  şəxsi  təsərrüfat 
yaratması  kəndin  dirçəlməsinə  səbəb 
oldu...” 
         Müxbir  daha  sonra  məqaləsində 
kənddəki  yeniliklərdən,  rayon  mərkəziylə 
kəndin 
arasındakı 
yolun 
üstündə 
Əmənovların 
tikdirdiyi 
 
Olimpiya 
kompleksindən,  kənddə  yenə  Əmənovların 
vəsaiti  hesabına  inşa  edilmiş  məsçiddən, 
təzəcə 
 
alkoponla 
üzlənmiş 
kənd 
məktəbindən, 
Əmənovların 
şüşəli 
mülkündən və sairədən söz açmış və sonda 
gəlmişdi “Ofşar Broyler”in üstünə. Buranın 
da  abadlığından,  ayrıca  bir  qəsəbəyə 
bənzəməsindən  fərəhlə  danışmış  və    sonda 
əsas  “bombanı partlatmışdı”: 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə