Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə11/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   7   8   9   10   11   12   13   14   ...   92

24
№ 4 (20) Qış- 2016
 
     -  Müəllim,  onların  evi  uzaqdadır. 
Dərsə  gələndə  evdən  qaranlıqlı  çıxır. 
Qaranlıqda  köynəyini  dəyişik  salıb 
yəqin. Ağın yerinə bozu geyinib. 
       Gülüş  qopdu.  İnspektor  da  güldü, 
direktor  da  güldü,  dərs  deyən  müəllim 
də  güldü.  Sonra  uşaqların һamısı  güldü, 
bircə Yusifdən başqa. 
     O, səs kəsilən kimi: 
       -  Müəllim,  mənim  ağ  köynəyim 
yoxdur,  -  dedi.  -  Nəyim  var  onu  da 
geyinirəm,  əgər...  əgər,  gəlib  sizdən 
köynək istəsəm onda ayrı məsələ, - dedi 
və  gözündən  yaş  tökülə-tökulə  sinifdən 
çıxdı. 
         Bu  köynəkdə  uşaqlığı,  uşaqlıq 
ələmləri  vardı;  atasının  işlədiyi  dəmir 
yolu,  müһaribədən  sonrakı  yoxsulluq, 
köynəyinin  boğaz  və  qollarını  bağlayıb 
kövşən  yerindən  yığdığı  başaqla  onu 
doldurması 
vardı; 
uşaqlarla 
at 
çapmasını,  atdan  yıxılmasını,  bir  dəfə 
klubda  dalaşmasını,  gecələr  kəndin 
yaxınlığındakı  qamışlıqdan  qorxmasını 
xatırladı; sonra qardaşını vurmasını və o 
vurmağın  onu  indi  də  yandırmasını 
məktəbdən 
"QAZ—51” 
markalı 
maşında  "URRA”  qışqıra-qışqıra  ot 
yığmağa  getmələrini, o vaxt sürüculərin 
özlərini  bərk  çəkməklərini  xatırladı. 
Dostu  Ələkbər  (indi  bilmir  һeç  һardadı 
o)  evləri,  һəyətlərindəki  ərik,  iydə,  tut 
ağaclarının seyrək dumanda "ağlaması”, 
kəndi  bürüyən  torpağın ətri  və  onun  isti 
bir  gündə  çəpərdəki  böyürtkən  koluna 
girib, qonşuları İmranın yay armudlarına 
tamarzı-tamarzı  baxması  yadına  düşdu. 
Bir  dəfə  beləcə  tamaşa  elədiyi  yerdə 
atasının  böyürdən  çıxması,  sərt  və 
qəzəblə:  "Bir  də  səni  burda  görsəm, 
gözlərini 
çıxardacağam” 

deyə 
qışqırması da yadına düşdü və anladı ki, 
atası nə üçün pul yox, məktub yox, məһz 
bu  köynəyi  göndərib.  Ancaq  bir  şeyə 
mat  qalmışdı.  Necə  olub  ki,  bu  köynək 
indiyə kimi salamat qalıb?.. 
POEZİYA  
Sevinc Elsev
ə

 
 
     *** 
köhnə şəkil albomumu vərəqləyirəm 
içində  uşaqlıq sevgilimə bağışladığım 
ayrılığımızda 
ünvansız məktublar kimi 
üstümə qayıdan şəkillər var... 
 
hələ də diksinirəm  
o şəkillər qarşıma çıxanda 
bir zamanlar  
düşmürdülər məni sevən adamın əlindən 
bəlkə öpülmüşdülər yüzlərcə dəfə 
artıq keçmişdə qalan 
məni sevən o adamın 
dodaqlarının izi 
əllərinin istisi 
nəfəsinin hənirtisi var 
şəkillərin üzündə 
qüssə qarışıq sevinc 
həyəcan verməkdədilər 
uzaq uşaqlıqdan 
sevgiylə döyünən ürəkdən xatirədirlər 
kimsə bilməz o şəkillərin tarixçəsini 
ən xoşbəxt göründüyüm 
ən yaxşı güldüyüm 
ən qəşəng düşdüyüm 
şəkillərdi onlar... 


Üç aylıq ədəbiyyat dərgisi 
25 
 
Şə
n  kloun 
 
qəlbi hələ də  
böyük səhnələr üçün atan  
şən  klounun maskası altında 
qəmli üzü var 
bilmir uşaqlar 
restoranda uşaqlı ailələrin 
masalarına yaxınlaşıb 
uşaqları güldürüb-danışdırdığına görə 
aldığı pulu  
utana-utana götürür valideynlərdən 
bəzi valideynlər 
pulu ovuclarında gizlədərək verirlər 
gizli-gizli 
 
sevinir onda 
anlayışlı adamlara rast gəldiyinə görə... 
bəzi  valideynlərsə 
uşaqların gözü baxa-baxa 
pul verirlər 
onda sirri-sehri qalmır klounun 
heç düşünmürlər... 
könülsüz götürür pulu  
uşaqların gözü önündə 
götürməz məcbur olmasa 
evində çörəyi bol olsa 
halbuki uşaqları sevindirməyin 
əvəzsiz bir iş 
olduğunu bilir o. 
 
ölümə də gedərdi 
bilsə ki güləcək dünyadakı bütün uşaqlar 
onun da evində bir gözəl uşaq var... 
 
uşaqlar üçün  
sehrli bir ölkədən gələn adamdı o 
ağıllarına da gətirməzlər  
işə gedir hər səhər 
işdən qayıdır hər axşam 
o da başqa adamlar kimi 
 
onun da qabağına 
qaçır bir balaca sevinə-gülə... 
və 
o sehrli şən adam 
evinə qayıdır qəmli üzüylə 
işlədiyi restoranda  
çıxarıb qoyaraq 
gülər üzünü... 
 
 
*** 
ilk məhəbbətlərindən ayrılarkən 
“oğluma sənin adını verəcəm”-  
deyən romantik qızlar 
qaynatalarının adını verdilər 
oğullarına... 
 
“atamın ilk məhəbbətinin adını 
daşıyıram” 
deyirdilər gülə-gülə  
adlarını xəbər alanlara 
özləri isə vədlərinə  əməl eləyə 
bilmədilər.. 
Illər sonra qarşılarına qəfil çıxan 
adamdan 
“oğlunun adı nədi?”- sualını eşidəndə  
cavab vermək yerinə 
dodaqlarını çeynədilər... 
 
 
 
*** 
şaxtalı havada  
köhnə jiqulinin 
açıq baqajında 
üşüyən dibçək gülləri  
daha da üşütdü məni... 


26
№ 4 (20) Qış- 2016
 
yaşlı kişiylə  
yaşlı bir qadın satırdı o çiçəkləri... 
maşının içində otura bilərdi  
kişi kimi 
amma güllərin yanında  
dayanmışdı qadın 
onları soyuqdan qorumaq istərcəsinə 
arabir alıcı çağırırdı sakitcə 
dodaqları əsə-əsə 
 
qar yağırdı  
yaşıl yarpaqların üzərinə 
rəngini dəyişirdi 
qadının əllərindən doğulan 
əllərində böyüyən çiçəklər 
otaq gülləridi onlar 
istini sevirlər 
pəncərədən boylanmağı sevirlər  
ən xırdasını 
soyuğa qarşı ən zəif  çiçəyi seçdim 
içlərindən 
sevindi yaşlı qarı 
çiçəyin qurtulmağına... 
qızların çiçəyə-gülə marağının  
azlığından şikayətləndi dilucu 
yoxsa 
nə həyatından gileyi vardı 
nə də havadakı şaxtadan... 
 
 
*** 
Tanrının sehrbaz çubuqlu 
biri olduğunu xəyal edən  balaca 
soruşur anasından  
rəngləri bilmirmi Allah baba? 
xahiş edirəm ki 
ağ rəng eləsin 
qara oyuncağımı 
amma mənə qulaq asmır... 
 
 
*** 
bir də sizlər kimi  
qol qaldırıb oynaya bilməyəcək 
“Qarabağ, can Qarabağ” mahnısına 
oğlu Qarabağ uğrunda  
şəhid olan ana  
 
 
*** 
qız üstündə öldürdülər 
qonşumun oğlunu  keçən həftə 
qripdən belə qoruyurdu özünü 
burnuna spirt sürtürdü  
getdiyi evlərdə qripə yoluxan adam 
görəndə 
 “qoy məni öldürsünlər 
bir alagöz qız üstdə” mahnısına  
qol qaldırıb oynamazdı bir dəfə...     
 getdi elə bir eşqə yoluxdu ki 
öldü getdi sevdasının yolunda... 
 
 
*** 
cəbhədə minaya düşərək 
tikələnmiş nişanlısı 
yuxularına ayaq üstə gəlir indi 
qan damlayır bədəninin hər yanından 
tabutunu açmamış 
vidalaşmağa qoymamışdılar heç kəsi 
inanmırdı öldüyünə  
gözləri ilə görmədiyindən 
 
 
yuxularda gördü 
sevdiyi adamın yaralarının necə ağır 
olduğunu 
açılırdı  tikişləri   
qan sızırdı tikişlərin yerindən... 
eyni yerdən bəlkə mininci dəfə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə