Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə12/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   8   9   10   11   12   13   14   15   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
27 
qız sarıq vururdu... 
qansa sızır, sızır  
yuxularından keçib 
qızın yatağına dolurdu... 
qan-tər içində oyanırdı hər gecə 
amma  təri qan bilirdi əvvəlcə... 
 
 
 
 
HAQQARAR 
 
 
 
 
2011-2016– 5 il Rafiq Tağısız 
Ay sarvanı ulduz karvanı 
karvansara olub göy üzü 
qaranlığı alaq eləmək 
əldən saldı ayı ulduzu 
  
tum ağ çıxdı qara qabıqdan 
günəbaxan gün baxdı yerə 
çırtlayan kim bu günü tum tək 
toxum kimi əkən kim ömrə 
 
 
 
Soldan sağa yazılanı sağdan sola 
oxumaq 
 
Dünya beş gündür 
19-dan 23-nə kimi 
özü də 2011-ci il noyabr ayının 
əlbəttə hicri şəmsi yox 
 
 
 
 
 
 
 
 
 
miladi 
lap sadə mil mil adi 
  
hicri qəməri 
hicranı Qəmərin 
  
yanı njdesi 
at ilinin müjdəsi 
icra atı dayanıb 
icra gəmisi batıb 
  
ey qatil 
ey qafil 
ey batil 
ey baxil 
naqafil çıx üzə 
  
süni qəsdçi 
süst araşdırıcıları yanılt 
məst qızışdırıcıları soyut 
et icrasızlara qarşı bunt 
çıx yaşıl düzə 
milsiz qəhrəman ol 
mil mil tarixdə qal 
  
ən əsl mükafat 
Lebon Nobeli 
Bütün ölkələrin bəbələri 
əcr versin 
kütlə psixologiyasına 
  
hə dostlar mən deyim 
siz məsələni necə qoyun 
soldan sağa yazılanı 
sağdan sola oxuyun 
 
 


28
№ 4 (20) Qış- 2016
 
RUZBEH  
MƏMMƏD 
 
 
məni də unudaq ... 
bir qucaqlıq yerin var 
qollarımda hardasan? 
 
sənə qayıt demirəm 
köhnələrcə sevmişik 
imkan olsa uzaqdan 
birdə məni tərk elə 
pis şeydi bu bağlılıq... 
 
indi uzaqdan darıxan 
beş adamam nə bilim 
heç olmasa payızda 
göndər sən əllərini 
ki, sənsiz üşüməyim... 
 
nə də olsa həmişəlik 
unudulmur qadınlar 
 
qorxuram ki, nə vaxtsa 
səndə azam yenidən 
hərdəm tutur məndə də 
bu gicbəsər uşaqlıq. 
 
sənə qayıt demirəm 
deyirəm ki, noolar 
imkan olsa uzaqdan 
birdə məni tərk elə 
 
 
*** 
mən sənə gözlərimi bağışlamışam 
ayaqlarımı səndə unutmuşam. 
gözləmə ki, gələm sənə. 
bundan artıq özgələşə bilməzsən  
sənin sevgi mesajına cavab yazıram 
MƏN SƏNI SEVMIRƏM, 
SƏNIN BƏDININDƏ QOCALIRAM. 
çırım-çıplaq yoxluq içindəsən 
bir az arıqlamısan  
demişdim sənə yaraşmır 
bu zəhrimar arıqlıq.. 
hər şey dəyişib 
bircə sözümdən çıxmağından başqa 
sənin üçün yox, barmaqların  
üçün darıxmışam. 
sən də çənəndəki xalına, dodağındakı 
sızanağa 
yaxşı bax tərk etməsinlər səni... irağ 
allah 
 
bağışla bu uşaqlığı 
 
olmazın sevgisin yaşatdın mənə, 
bir də çətin unudam bu yalqızlığı. 
niyyətli deyildim səni sevməyə, 
əff eylə, noolar bu uşaqlığı... 
 
sənə gec demişəm dəliliyimi 
əgər ki, səninçün darıxmışamsa 
bu adi şeydi də noolsun axı.. 
 
hər şeyin sonu darıxmaqdı da.. 
əvvəl uşaq olur bütün adamlar 
sonra uzaq olur bütün yaxınlar 
sonda yoxa dönür, bir gün heç olur 
gecikir adamlar biri-birinə 
görürsən onda da hər şey gec olur 
 
mən də gec demişəm dəliliyimi 
əgər ki səninçün darıxmışamsa 
bu adi şeydi də noolsun axı.. 
 
 
bütün küçələr çıxıb getmək 
üçündü 
 
bilirəm ki, hər gün unudulmaq, 
zibil kimi mənasızlaşmaq, 


Üç aylıq ədəbiyyat dərgisi 
29 
ev kimi baxımsızlaşıb, 
küçə kimi tərk edilmək var. 
bütün küçələr çıxıb getmək  
bütün gecələr unudulmaq üçündü... 
 
əslində, yer kürəsi çox cılızdı. 
eyni günəş çıxır, 
eyni külək əsir, 
eyni yağış düşür,  
eyni olur ölümə yubanmaq 
bir də ümidsizliyə qapılmaq, 
yorğun üzünü qapamaq 
 
qarabazarlar , 
amerika sayağı xoşbəxtlik yarımarkası 
yenə böyük şəhərlər,dayanacaqlar 
ayaqqabısıyla darıxan sərnişinlər, 
olmazın üzüntüləri, 
şəhər hüznləri... 
 
ölüm də insan gözünə pərdə çəkməkdi 
hamını aldatmaqdı. 
adam ilk ağrıdığı  yerdən qocalır 
vaxtın duruşundan təngə gəlir 
əvvəl özündən yox olur
sonra düşüncələrdən 
 
gecə yarısı darıxmaq 
 
birdən darıxarsan,əllərin ağrıyır 
görərsən çöldə də hava soyuqdu 
bilməzssən uzanıb qışın gecəsi, 
qəfil başı batmış it də ulayar 
zülmətdən boğulur,küçələriniz 
gedib sıxılarsan pəncərənizə 
baxarsan həmənki o it də yoxdu 
 
bütün yoxluqlar sıxar canını 
təsəlli yaşamaq bezdirər səni 
adımı qeyd edib telefonuna, 
sonra da adımı telefonundan 
yazıb-silməklə boş vaxtın keçər.. 
 
qucub dizlərini dəlicəsinə 
sıxarsan sinənə,boş qalar yanın 
sonra ayılarsan,hər yerin ağrıyır.. 
 
birdən darıxarsan əllərin ağır 
görərsən çöldə də hava soyuqdu... 
 
 
hardan biləsən... 
 
sən elə getdiyin o an ki var ha... 
necə sıxılmışam,görməmisən heç.. 
az belə olmayıb həsrət çəkdiyim, 
hələ ağrıları demirəm sənə, 
hələ sıxıntılar,bir yana qalsın 
o qədər olub ki..bunnan betəri 
sənin nə vecinə..bu ağrılardan 
 
o qədər deyirdin unut ,düzələr 
vallah heç olmadı dediyin kimi. 
üzümə gülənlər çoxaldı təkcə.. 
əllərim ağrıdı,sənnən ötəri 
bütün yoxluqlara başım qarışdı 
bir dəfə olmadı belə xəbərin.. 
 
birdə təssəvvür  et hər gecə ölmək 
hər qapı səsinə tək səni bilmək 
bəzən də yanına it kimi hürmək 
heç arzu etmirəm..irağ üzünnən  
 
durub uzaqlardan özünə baxmaq 
büsbütün gün boyu səssiz darıxmaq 
təkcə bunlardımı..-hardan biləsən... 
 
on iki hüznləri 
 
ehh,  qalar  ürəyində  bir  adamlıq  boş 
yerim 
darıxdırar  içini qaralanda havalar. 
bir apaçıq gündüzün bezdirər saatları 
çiyninə dalğın düşüb kölgələnər saçların  
 
təsəlli.. 
 
bütün yoxluqlar içində  
özümü sayıram barmağımla 
iki adamlıq skamiyada  
üçüncü adamı gözləyirəm  
bir az təsəlliyə ehtiyacım var 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə