Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 393,72 Kb.

səhifə14/92
tarix25.07.2018
ölçüsü393,72 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
33 
-  Bəlkə  elə  ilandı?  Bir  o 
qalmışdı  ilan  gəlib  yatdığımız  yerdə 
vursun, biabır olub düşək dillərə. Burax, 
mən daha qala bilmərəm, gedirəm. 
- Nə oldu? Qorxaq olma, qal bir 
az  da,  -  Cahid  yalvarıcı  səslə  onu 
buraxmaq istəmədi. 
-  Yox,  -  Əfiqə  Cahidin  qollarını 
kənarlaşdırıb, ayağa durdu,  - bu  gecəlik 
həvəsdi-bəsdi.  Uşaqlardan  yuxudan 
ayılan olar. Getdim. Sağ ol. Qismət olsa 
yenə görüşərik. 
O, Cahidin cavabını gözləmədən 
paltarını  tələm-tələsik  qaydaya  salıb 
ağacların arasıyla qaranlıq, xəlvəti yolla 
pəncərəsindən  gecə  lampasının  işığı 
süzülən evə tərəf addımlayaraq nəzərdən 
itdi. 
«Heyf… 
Çox 
qalmadı, 

təəssüfləndi Cahid, - ilan olmur, nə olur-
olsun,  hələ  ki,  hava  işıqlaşmağa  xeyli 
var,  yerimdən  tərpənən  deyiləm.» 
Əfiqənin  bədəninin  istisi,  ətri  hopmuş 
yeri, otları qucaqladı. Belə görüşlər ona 
hər  gecə  qismət  olmurdu.  Həftələrlə, 
bəzən  isə  aylarla  görüşə  bilmirdilər. 
Yaxın  qonşu  olsalar  da,  Allahdan  qeyri 
hamıdan  gizli  saxlamaq  istədikləri  bu 
"qanundankənar"  sevgi  görüşünü  əldə 
etmək  asan  olmurdu.  Hər  şeyi  -  günü, 
vaxtı,  tük  qədər  şübhə  yaradan  ən 
ağlagəlməz  xırdalıqları  yüz  dəfə  ölçüb-
biçmək,  narahatlıq  içində  saatlarla 
yuxusuz  qalmaq  lazım  gəlirdi.  Xoşbəxt 
anlar  bəxş  edən,  qadağan  sayılan 
oğurluq meyvənin dadı hədsiz şirin olsa 
da,  onu  ehtiyatsız  dadmaq  bədbəxtliklə 
nəticələnə  bilərdi.  Kənar  bir  adamın 
onları bir yerdə görməsi acı sonluq üçün 
kifayət  idi.  Özü  cəhənnəm,  Əfiqənin 
adına  söz  gəlməsini  və  həyatının 
korlanmasını  heç  istəməzdi!  Əlindən 
gələni  edirdi  ki,  elə  bir  şərait 
yaranmasın,  onların  sirrini  kimsə 
bilməsin.  Amma  nə  qədər?  Hər  şeyin 
axırı  olduğu  kimi,  ən  gizlin  sirrin  də 
açılacağı gün olacaqdı... 
Əfiqə  ilə  görüşləri  başlayandan, 
daha çox son aylar Cahidin daim fikirli, 
qaraqabaq  olması,  evdə  hər  kəsin 
diqqətini cəlb etmişdi. 
-  Ay  bala,  sənə  nə  olub,  nəyin 
dərdini  çəkirsən?  -  anası  dözməyib  bir 
neçə  dəfə  qayğılanmışdı.  Axır  vaxtlar 
onun  sınıxdığını  da  müəyyən  etmişdi. 
Yaydan yaya iki uşağı ilə anasına qonaq 
gələn kiçik bacısı narahatlığa şərik olub 
xeyli  müşahidələrindən  sonra  torbada 
pişiyin  olduğunu,  qardaşının  kiməsə 
vurulduğunu  təxmin  edərək  anasına 
gözaydınlığı vermişdi. 
Əslində,  Cahid  Əfiqəyə  indi 
yox,  ürəyinin  döyüntüsünü  duyandan 
vurulmuşdu.  Hələ  yeniyetmə  olanda 
gözü bu sarışın qızı tutmuşdu. Ancaq, üç 
yaş  böyük  olması,  yuxarı  sinifdə 
oxuması   ilk  günlərdən  Cahidin  qəlbini 
ağrıtmış,  dünyaya  gec  gəldiyi  üçün 
özünə, 
anasına 
acığı 
tutmuşdu. 
Məhəbbətinin 
uğuruna, 
qarşılıqlı 
seviləcəyinə  inamı  olmadığından  uzun 
müddət susmuş, qızla rastlaşarkən, istək 
dolu dərdli-qəmli nəzərlərlə baxıb sirrini 
sinəsində gizləmişdi. 
Günlərin  birində  cəsarət  tapıb 
ona  sevdiyini  bildirmişdi  və  daim 
qəlbini əzən gümanı düz çıxmışdı. Əfiqə 
əhəmiyyət 
verməyib, 
onun 
sevgi 
etirafını istehzalı gülüşlə qarşılamışdı. 
Həmin  istehzalı  gülüş  yəqin  ki, 
yalnız  yaşca  kiçik  olması  ilə  bağlı  idi. 
Başqa  onun  nə  eybi  var  idi  ki?  O 
günahkar  idimi  ki,  dünyaya  gec 
gəlmişdi?! Gül, zərəri yoxdur, indi gülən 
vaxtındır,  -  düşünmüşdü  Cahid,  -  gün 
gələr  birlikdə  gülərik.  Allahından 
arzuladı  ki,  çox  yox,  beş-altı  il  Əfiqəni 
istəyən,  elçi  düşən  olmasın.  Ona  imkan 
versin  məktəbi,  əsgərliyi  başa  vursun, 
sonra  görüm  Əfiqə  necə  naz  edəcəkdi. 
Əksinə,  yaşlaşıb  evdə  qarıyacağından 


34
№ 4 (20) Qış- 2016
 
ehtiyatlanıb 
məmnuniyyətlə 
onun 
sevgisini cavablandıracaqdı. 
Lakin,  sən  saydığını  say... 
Həyatla  arzular  eyni  olsaydı,  yaşamaq 
xəyallar 
qədər 
könülaçan 
olardı. 
Əfiqənin məktəbi qurtaran kimi Şamxala 
nişanlanması 
xəbəri 
onun 
bütün 
xülyalarını  darmadağın  etdi...  On  ildən 
artıq xarici dövlətin bazarlarında dolaşan 
Şamxal  Əfiqədən  on  altı  yaş  böyük  idi. 
Yaşı  otuz  üçü  keçən,  başı  daşdan-daşa 
dəyən  Şamxal  maddi  baxımdan  korluq 
çəkmirdi. 
Qonşuluqda, 
bağların 
əhatəsində  torpaq  alıb  ev  tikdirmişdi. 
Ayağını  yerdən  götürmək  üçün  çox  da 
bahalı  olmayan  avtomobil  almışdı.  İlin 
əksər 
hissəsini 
qürbətdə 
keçirən 
Şamxalın ipini yığmaq məqsədiylə təzə-
tər  gülə  bənzəyən  Əfiqəni  tezbazar 
nişanlayıb  toya  hazırlaşdılar.  Ata-
anasının  məsləhəti  ilə  gələcəyinin  gözəl 
olacağını  düşünən  Əfiqə  toyunda 
xoşbəxtcəsinə  gülümsəyirdi.  Şamxalın 
az-çox  imkanlı  olması  aralarındakı  yaş 
fərqini  Əfiqənin  gözündə  mənasız 
etmişdi.  Tezliklə  sevib-seviləcəyinə 
inanan  qız,  Şamxala  ərə  getməsinə  çox 
sevinirdi. 
O  toy  günü  Cahidin  ürəyindən 
qara  qanlar  axdı.  Məhəbbət  oxu  daşa 
dəydiyinə  görə  bir  istədi  özünə  qəsd 
edib  gözündən  düşmüş  həyatından,  fani 
dünyadan  əlini  üzsün.  Əvvəlcə  iti  bıçaq 
tapıb damarını kəsmək istədi. Ağrıya tab 
gətirməyəcəyindən 
qorxub 
fikrini 
dəyişdi.  Sonra  boğazından  asılmağa 
hazırlaşdı. 
Kəndir 
boğazını 
sıxıb 
nəfəsini  boğanda  həyatın  şirinliyi, 
yaşamaq  eşqi  qəzəbinə  üstün  gəldi. 
Ürəyində  bir  səs  onu  dözməyə, 
inadından  dönməməyə  çağırdı.  O, 
Əfiqənin  bədbəxt  olmasını  arzulamırdı. 
Gəl  ki,  xoşbəxtliyini  də  yalnız  özü  ilə 
bağlı  görürdü.  Dünyaya  gec  gəldiyi 
kimi, xoşbəxtliyinə də gec nail olacağını 
ehtimal  edib  dözməyi,  Əfiqənin  onun 
olacağı  günü  gözlədi.  O  vaxtdan 
Şamxalın  qonşuluqdakı  evi,  Cahidin 
gecə-gündüz gözünü çəkmədiyi, gizlincə 
həsrətlə baxdığı yerə çevrilmişdi. 
 
*** 
             … Hamının daha evinə yığışıb, 
yad ölkəyə qayıtmayacağını hesab etdiyi 
Şamxal toyundan bir həftə keçmişdi
təzə gəlini gözü yaşlı qoyub yenidən 
qürbətə yol almışdı. O, uzun illər qərib 
diyarın həyat tərzinə alışdığından öz 
yurdunda bir neçə aydan artıq qalıb 
yaşamağı bacarmırdı.  
Şamxal üç-dörd yox, səkkiz aya 
qayıtdı.  O  qayıdanda  Əfiqə  daha  təzə 
gəlin  deyil,  ana  olmağa  hazırlaşan, 
qəlbindəki  təklikdən  alnına  qırış  düşən 
qadın idi. Dediyindən ikiqat gec gəlsə də 
qəlbində  həyat  yoldaşını  bağışlamaqdan 
qeyri  yol  tapmadı.  Nə  etməli,  gələcək 
naminə  keçəni  güzəşt  etmək  lazım  idi. 
Allahın yazdığı taledən qaçmaq olmazdı. 
Əksinə,  bəxti  ilə  barışıb,  Şamxalın 
ürəyində  olmayan  məhəbbəti  yaratmalı, 
onu özəlləşdirməli idi. Bacaracaqdımı? 
Az  keçmədi  ailədə  ilk  övlad  – 
oğlan dünyaya gəldi. Sevincdən hamının 
üzü  gülürdü.  Sanki    hər  şey  öz  axarına 
düşdü. Xoşbəxt günlər başlandı. 
Pis  günün  ömrü  az  olar,  desələr 
də,  yaxşı  günün  də  də  sevinci  elə  uzun 
çəkmədi. Uşağın iki ayı tamam olmuşdu, 
Şamxalın 
köhnə 
dərdi 
yenidən 
təzələnmişdi.  Yenə  evin  yaxınlığından 
keçib uzaqlara gedən qatarların uzun fiti, 
təkərlərin  taqqıltısı  ağlını  başından 
alırdı. O, öz torpağında işləyib yaşamağı 
bacarmırdı.  Yarı  canı  gəldiyi  yerdə 
qalmışdı. 
Bir 
daha 
qayıtmağının 
vacibliyini Əfiqəyə anlatmaq üçün dönə-
dönə dəridən-qabıqdan çıxırdı. Əfiqə bu 
söhbətlərin  başlanmasından  qayğılanıb 
narahat  olsa  da,  ərinin  israrla  qayıtmaq 
istədiyi,  darıxdığı  diyara  bir  də 
dönməsinə  çox  götür-qoydan  sonra 




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə