Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə15/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   11   12   13   14   15   16   17   18   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
35 
razılıq  verdi:  ancaq  onu  da  özü  ilə 
aparmaq  şərti  ilə.  Nə  qədər,  o,  tək 
yaşayacaqdı?  Yoxsa  onu  anasına 
qulluqçu,  evinə  baxmağa  gözətçimi 
almışdı? Hər ay məvacibini göndərəcək, 
kefi istəyəndə isə gəlib şəstlə sahibliyini 
başqalarına nümayiş etdirəcəkdi. 
Şamxal 
çarəsizlikdən 
etiraz 
etmədi.  Yaxın  on  gün  ərzində  yola 
hazırlıq  görüb,  ailəsi  yanında,  sevimli 
diyarına üz tutdu. 
Onları  yad  şəhərin  havası  qaş-
qabaqla,  dumanla,  çiskinlə  qarşıladı. 
Şamxalın dost-tanışları qayıdışını həmin 
gün  gözləmədikləri  üçün,  gəlişindən 
xəbərsiz  idilər.  Odur  ki,  kimsə 
qarşılarına  çıxmadı.    Gəldikdəri  axşam 
bir  dostunun  evində  qonaq  qaldılar. 
Səhərisi Şamxal təcili birotaqlı kirayə ev 
tapdı  və  şəhərin  kənarında  yerləşən 
həmin evdə qərar tutdular. 
Qürbətdə 
yaşadığı 
birinci 
gündən  Əfiqə  gördüyü  hər  şeyə  diqqət 
yönəldib,  buradakı  həyat  tərzinin 
qəribəliklərini  –  Şamxalı  cəlb  edən 
cəhətlərini  aydınlaşdırmağı  qət  etdi. 
Burada  yaşayan  insanlar  arasındakı 
münasibətlərdə 
olan 
sərbəstlik 
heyrətedici  idi.  Belə  sərbəstlik  az  qala 
əxlaqsızlığa 
bənzəyirdi. 
Doğrudur, 
qeybət, paxıllıq, hərislik nəzərəçarpacaq 
ölçüdə olmasa da, utanmaq, həya etmək, 
böyük-kiçiklik yox dərəcəsində idi. Hərə 
öz  bacardığı  və  könlü  istədiyi  qaydada 
yaşayırdı.  Qadın  kişi  münasibətləri  də 
bu  sayaq  idi.  Kimin-kimdən  xoşu 
gəlirdi,  ələ  ala  bilirdisə,  ətrafdakıları 
nəzərə almadan niyyətinə çatırdı. Kişilər 
üçün  dostlarının,  qohum-qonşularının 
qadınını,  qadınlar  üçün  rəfiqələrinin 
ərlərini  yoldan  çıxarmaq  təəccüblü 
deyildi.  Əfiqə  Şamxalın  dost-tanışlarını 
bir-bir  tanıdıqca,  onun  uzun  illər  niyə 
evlənməməsinin  səbəbini  başa  düşürdü. 
Bu  insanların  içərisində  normal  ailəsi 
olanı  yox  idi.  Ailələrin  əksəriyyətinin 
rəsmi  nigahı  yox  idi.  Bəzilərinin  nigahı 
isə  yalnız  kağız  üzərində  olduğu  üçün 
uşaqların  əsil  atasını  ayırd  etməkdə 
analar  da  çətinlik  çəkirdilər.  Vaxtaşırı 
keçirilən 
qonaqlıqlar, 
müxtəlif 
bayramlar və şənliklər zamanı alkoqolun 
hamı  tərəfindən  qəbul  edilməsi  ilə 
yaranan sərxoş mühit gizli niyyətlərin və 
sirlərin çoxusunu üzə çıxarırdı. 
Kirayə  qaldıqları  evə  gələn, 
Şamxalın  dostları  adlanan  qadın  və 
kişilər  Əfiqənin  heç  xoşuna  gəlmirdi. 
Onların  Şamxalla  etdikləri  açıq-saçıq 
zarafatlar,  əndazəsiz  hərəkətlər  hər  dəfə 
əhvalını  korlayırdı.  Elə  bil  onlar, 
xüsusilə  qadınlar  Əfiqəni  görmürdülər. 
Ya 
da 
görmək 
istəmədiklərindən 
keflərindən  qalmayıb,  onu  saymırdılar. 
O,  belə  münasibətlərə  çox  dözə 
bilməzdi.  Ona  görə  də  hay-küylü 
qonaqlığın birində «davaları» başladı: 
-  Budur,  sənin  iş  yoldaşların, 
dostların? Bu ipləmələr, utanmazlar niyə 
mənim  yanımda  səninlə  mazaqlaşırlar? 
Yoxsa məni adam saymırlar? 
- Əfiqə, canım, əsəbiləşmə. Niyə 
əsəbiləşirsən,  harda  görmüsən  bazar 
adamı  utansın?  Bura  belədir,  fikir 
vermə.  Olmaya  məni  qısqanırsan?  Yox, 
bax qısqanclığı yığışdır. Bəri başdan bil. 
Mənim qısqanclıqla aram yoxdur. 
Günlər  keçdikcə,  tanıdıqları 
artdıqca  Əfiqə  ərinin  qucağına  atılan, 
boynuna 
sarılan 
sayını 
itirdiyi 
gözəlçələrin 
ayrı-ayrı 
vaxtlarda 
Şamxalla  gəzdiyini,  yaşadığını  da 
öyrəndi. 
Hətta 
onlardan 
birinin 
Şamxaldan qızı olduğunu da eşitdi. 
Deməli  belə,  -  Əfiqə  bu  xəbəri 
eşidəndə hirslənməyə bilmədi,  - deməli, 
öz  torpağından  perik  düşməsinin,  otuz 
üç  yaşınadək  evlənməməsinin  səbəbləri 
məlum  oldu.  O,  Şamxala  qoşulub 
gəlməyinə peşman olmuşdu. Kaş kənddə 
qalıb  bunların  heç  birini  bilməyəydi. 
Əgər  o,  indi  bildiklərini  vaxtında 


36
№ 4 (20) Qış- 2016
 
anlasaydı,  Şamxalın  mərmərdən  sarayı 
olsaydı da ona ərə getməzdi. Daha onun 
heç  nəyi  gözündə  deyildi.  Sadəcə 
sevmək-sevilmək  istəyirdi.  O,  ərinin 
olduğu  kimi,  ərinin  də  yalnız  ona 
məxsus olmasını istəyirdi. Fikri qəti idi. 
Şamxal  ya  təkcə  onun  olmalıydı,  ya  da 
heç  kimin.  Çünki,  çoxdan  ürəyini  qurd 
kimi  gəmirən  şübhələri  Şamxalın  iş  adı 
ilə bəzi gecələr də evə gəlməyib keçmiş 
gözəlçələri  ilə  münasibətlərinin  davam 
etdirməsi  gümanını  doğruldurdu.  Yad 
dili  yaxşı  başa  düşmədiyi  üçün, 
(vaxtında 
müəllimlərin 
sözünü 
qulaqardına  vurub  yaxşı  oxumamağına, 
indi  gec  olduğuna  təəssüflənsə  də)  ilk 
vaxtlar sübut tapmaqda çətinlik çəkirdi. 
Nəhayət, 
içki 
məclislərinin 
birində 
məclisin 
axırına 
yaxın 
qadınlardan  Liza  çağırılan  bir  orta 
yaşlısı söz alıb Şamxal üçün sağlıq dedi: 
- Mənim əzizim, daimi sevgilim! 
Sən  evli  olsan  da  olmasan  da  həmişə 
mənimsən. Mənim də olacaqsan… 
O, 
əlində 
badə 
Şamxala 
yaxınlaşdı. 
Ətrafdakılardan 
kimsə 
çığırdı: 
- Öpüşün! Öpüşün! 
Qadın  bu  atmacaya  bənd  imiş 
kimi 
Şamxalın 
boynuna 
sarılıb 
dodaqlarını 
dodaqlarına 
yapışdırdı. 
Şamxal  Əfiqənin  yanında  oturduğunu 
xatırlayıb  sərxoş  qadını  nəzakətlə 
özündən  ayırmaq  istədi.  Lakin  içkinin 
təsiri  ilə  beyni  dumanlanan,  ehtiras 
gözünü 
tutmuş 
qadın 
öpüşlə 
kifayətlənməyib 
Şamxaldan 
əl 
çəkməyərək onu yaxınlıqdakı otağa tərəf 
çəkirdi. Əfiqənin qanı qaralsa da Şamxal 
qonşu otağa girmək məcburiyyətində idi. 
Onların  daxil  olduqları  otağın  qapısı 
örtüləndə  Əfiqə  daha  tab  gətirməyib 
oğlunu qucağına alıb mənzildən çıxdı. 
Kirayə  qaldıqları  evə  yollanan 
Əfiqə  yol  boyu  heyrətlə  düşündü.  Bu 
kiçik  şəhərdə  yelbeyin  qadın  və  kişilər 
özlərinə  nə  ilə  haqq  qazandıra  bilərlər? 
İnsan  namusunu  belə  də  ucuz, 
gərəksizmi  edər?  Yadına   hələ  balaca 
ikən anasının ona danışdığı qəmli xatirə 
düşdü.  Deyilənə  görə  rəhmətlik  bibisi 
çox  gözəlmiş.  Xoşbəxt  ailə  sahibi  imiş. 
Günlərin  birində  evində  tək  olan  vaxtı 
cavanlıqda  onu  sevən  gənclərdən  biri 
sərxoş halda, gizlin həmin evə gəlibmiş. 
Bibisi  o  gəncin  həyasızlığına,  otağına 
girməsinə  dözməmiş,  ömrü  boyu  ləkəli 
qalmaq 
istəmədiyindən 
özünü 
odlamışdı. Yanarkən evə gəlib çıxan əri 
arvadının  bu  vəziyyətini  görəndə  əsəbi 
sarsıntı  keçirib  dəli  olmuşdu.  İlahi  gör 
bu  lənətə  gəlməli  şəhərdə  nə  qədər 
özünü  odlamalı  qadın,  nə  qədər  dəli 
olmalı kişi tapmaq olardı?! 
Gecə  yarısı  evə  dönən  Şamxal 
sərxoş  olduğu  üçün  yatağına  uzanan 
kimi  yatdı.  Əfiqə  acığından  nə  gecə, nə 
də  səhər  onu  dindirmədi.  Sabahı  günü 
axşam işdən qayıdan Şamxal şirin dilini 
işə saldı: 
-  Əfiqə,  əzizim,  mənə  acığın 
tutub?  Boşla  sən  canın...  Sən  mənim 
yerimdə  ol  neyləməliydim?  Gördün  ki, 
Liza  sərxoş  idi.  Başımdan  etmək  üçün 
birtəhər yola verməliydim... 
-  Hə  başa  düşürəm,  sən  yazıq 
ürəklə  yox,  məcbur  oldun.  Başqa  çarən 
olmadı... 
- Məni ələ salırsan? 
-  Yox,  sən  məni  ələ  salırsan. 
Sənin  əgər  bu  qədər  arvadın  var  idisə, 
daha  məni  niyə  alıb  bədbəxt  edirdin? 
Oturmuşdum da atamın xarabasında. 
-  Əfiqə  düz  danışmırsan.  Bax 
görürsən  məni  başa  düşmək  istəmirsən. 
Yoldaş arası xoş münasibəti anlamırsan. 
Qulaq as, səni başa salım, elə deyil... 

Bilirsən,  sənin  bu  başa 
salmaların  məni  yorub.  İndi  də  məni 
anlamaz  hesab  edirsən.  Dili  təmiz  başa 
düşməsəm  də  gözüm  kor  deyil.  Eləmi 
olur sənin yoldaş arası ünsiyyətin? Kim-


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə