Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə16/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   12   13   14   15   16   17   18   19   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
37 
kim  ilə  harda  gəldi  qucaqlaşıb  öpüşür, 
ya da yatır. Bəsdi! – Əfiqə səsini ucaltdı. 
–  Ya  sən  o  gözəllərindən,  bazar 
dostlarından  əl  çəkirsən,  ya  da  mən 
səninlə bu sayaq yaşamayacağam. 
Əfiqənin  sərt  tələbi  Şamxalın 
boğazını qurutmuşdu: 
-  Əfiqə,  canım,  sən  mənim 
qabağıma  belə  şərt  qoyma.  Mən  onlarla 
münasibəti  necə  kəsim?  Bəs  mənim 
işim,  qazancım,  dolanışığım?  Onda 
gərək  bu  şəhərdə  yaşamayım,  başqa 
şəhərə  köçüm,  təzədən  özümə  iş 
axtarım.  Elə  bilirsən  iş  tapmaq,  çörək 
qazanmaq  asandır?  Mənim  onlardan 
kənarlaşmağım mümkün deyil. Gərək ən 
azı çörəyimin xatirinə hərəni bir cür yola 
verəm... 
-  Mümkün  deyil,  olmasın,  - 
Əfiqə  onun  sözünü  kəsdi,  -  elə  isə  mən 
də  o  sizinlə  işləyən,  xoşuma  gələn 
oğlanlardan  biri  ilə  yoldaşlıq  münasibət 
quracam... 
Şamxal  qulaqlarına  inanmadı. 
Eşitdiklərindən  heyrətləndi.  Bir  anlığa 
ona  elə  gəldi  ki,  deyəsən  Əfiqə  ona 
meydan oxuyur, duelə çağırır. 
- Başa düşmədim, nə dedin? 
-  Nə  eşitdin,  onu  da  dedim! 
Nədi,  sənə  olar,  mənə  yox?  Lap  yaxşı, 
onda mən də yaxınlarda qoşularam sizin 
insansevər dəstənizə! 
Şamxal onun son sözlərindən az 
qala 
partlamaq 
dərəcəsinə 
çatdı. 
Qəzəbindən  gözləri  hədəqəsindən  çıxdı: 
Əfiqəni  tanıya  bılmirdi.  Tamam  dəyişib 
sanki,  cinə,  şeytana  çevrilmişdi.  Bu  da 
kəndin 
sakit, 
dilsiz, 
yeniyetmə, 
təcrübəsiz  qızı.  Əfiqəni  belə  tez  nə 
dəyişdirdi?  Yaşadığı  zamanə,  yoxsa 
üstündə  gəzdiyi  lənətə  gəlmiş  torpaq? 
Araşdırmağa hövsələsi çatmadı: 
-  Sən  deyəsən  qudurmusan,  - 
deyib arvadının saçından yapışaraq otaq 
boyu sürümək istədi. Dəyən zərbələrdən 
özünü  qorumaq  üçün  Əfiqə  stolun 
üstündəki çörək doğrayan bıçağı götürüb 
ərinin qarşısını kəsdi. 
-  Sən  üstümə  bıçaq  çəkirsən? 
Vur da, nə gözləyirsən? - Şamxalın ağzı 
köpüklənmişdi. 
-  Bıçaq  heyifdi  sənə,  üstümə 
gəlmə, özümü vuracağam.... 
Əfiqənin 
bıçaq 
tutan 
əli 
həyacandan  əsirdi.  Evdəki  gərginliyi 
duyan  körpə  Samirin  ağlayıb  anasına 
sarılması,  Əfiqənin  bıçağı  sıxdığı 
əlindən  axan  qan  Şamxalın  özündən 
çıxmasının qarşısını aldı: 
- Burax bıçağı, axmağın biri, - o 
bıçağı  yoldaşının  əlindən  alıb  kənara 
atdı.  Cib  dəsmalını  çıxarıb  bıçağı 
götürəndə  əsəbindən  əlini  yaralayan 
Əfiqənin  yarasını  sarımaq  istədi.  Onu 
acıqla  kənara  itələyən  arvadı  uşağı 
qucaqlayıb hönkürdü: 
-  Lazım  deyil  sənin  köməyin. 
Axmaq  o  gün  oldum  ki,  sənə  gəlməyə 
razılıq verdim. Kül başıma, gör kimə ərə 
gəlmişəm... 
Evdə  qərar  tutmayan  Şamxal  o 
gecə  dostlarının  mənzilində  gecələdi. 
Əfiqə ilə evlənməyinə peşman olmuşdu. 
Niyə, o, bu qızı tanımadan almışdı? Ona 
sözə müti, ailəcanlı, ərinin qulu olan qız 
gərək  idi,  yoxsa  bunun  təki  onunla  şərt 
kəsən  yox.  Ər  kimi  arvadının  bütün 
ehtiyaclarını  ödəyirdi.  “Nəyi  çatmır? 
Bəlkə  bütün  ixtiyarını  da  ona  versin? 
Xeyr,  onu  görməyəcək.  Mənim  kimi 
sərbəst 
yaşamağı 
xəyalına 
belə 
gətirməsin.  O  da  mənim  qədər  sərbəst 
olacaqsa,  daha  onu  niyə  alırdım?  Elə 
bazardakılardan biri ilə evlənərdim, mən 
də  olardım  adı  olub,  özü  kişi 
olmayanlardan birisi”... 
Bu  hadisədən  sonra  Şamxalın 
özünə  və  Əfiqəyə  bir  qədər  nəzarəti 
artdı. Həmişə iştirak etdiyi məclislərdən 
uzaqlaşdı.  Yaşadığı  evə  daha  kimisə 
dəvət etmədi. Əfiqənin hədəsini hər dəfə 
xatırlayanda  ürəyini  ağrıdan  qorxular 


38
№ 4 (20) Qış- 2016
 
ona  rahatlıq  vermirdi.  O,  Əfiqənin 
gizlincə 
kiminləsə 
sevişəcəyinə 
inanmasa  da,  nəzarətdə  saxlamağı  da 
vacib  sayırdı.  Qadın  şeytanın  yerdəki 
nümayəndəsidir,  qəlbindəkini  bilmək 
olmaz, - düşünürdü, - əgər onun hansısa 
kişi  ilə  münasibəti  olduğunu  bilsəm  ya 
öldürəcəyəm,  ya  da  kəndə  qaytarıb 
boşayacağam, - yəqin etmişdi. 
Əslində isə Əfiqənin belə niyyəti 
yox  idi.  O,  Şamxala  acıq  vermək  üçün 
hədələmişdi,  heç  olmasa  bu  yolla  ona 
təsir  etmək,  evə  yığmaq  istəyirdi. 
Doğrudur, Şamxalla davalaşandan sonra 
özünü aparması dəyişmişdi. Amma onun 
yenə  köhnə  tanışları  ilə  görüşməkdə 
davam etdiyini qadın fəhmi ilə duyurdu. 
Üzdə  məcbur  olub  barışsa da,  daxilində 
barışa bilmirdi. Daim özünü alçaldılmış, 
təhqir  edilmiş  hesab  etdiyindən  özü  ilə 
yoldaşı  arasında  gündən-günə  gözə 
görünməyən  uçurumun  əmələ  gəldiyini 
görürdü.  Bətninə  düşən  körpənin  də 
yaranmış  uçurumu  yox  etməyə  gücü 
çatacağına inamı az idi. 
İkinci  uşaq  doğulandan  sonra 
Əfiqə  daha  yadlar  içərisində  yaşamaq 
istəmədi. 
Şamxaldan 
onu 
kəndə 
qaytarmağı  xahiş  etdi.  Onsuz  da  burda 
özünü  tənha  hiss edirdi.  Aylar  keçsə  də 
ər-arvad 
münasibətləri 
qaydaya 
düşmədiyinə  görə,  özgə  adamlar  kimi 
yaşamaqdansa,  doğma  yurdunda,  öz 
evində 
yoldaşının 
qəlbə 
toxunan 
hərəkətlərini 
görmədən 
uşaqlarını 
böyütmək istəyirdi. 
Belə  ailə  həyatı  Şamxalı  da 
yormuşdu.  Əfiqənin  onu  özünə  tabe 
etmək 
istəməsi, 
bazarda 
uğurlu 
fəaliyyətinə  kömək  olan  biznesmen 
qadının  -  Lizanın  ondan  əl  çəkməməsi 
əhvalında  gərginlik  yaratmışdı.  Nə 
edəcəyini  dəqiqləşdirə  bilmirdi.  Əfiqə 
inadından 
dönməyib 
vəziyyətlə 
barışmaq,  onu  başa  düşmək  istəmirdi. 
Evdəki  qanqaraçılıq  lap  zəhləsini 
tökmüşdü.  Bəzən  acığından  evə  sərxoş 
vəziyyətdə  gəlir,  Əfiqəni  söyüb  təhqir 
edirdi. Bir neçə dəfə onu ətrafda yaşayan 
yad  kişilərə  qısqanıb  döymək  istəsə  də, 
ciddi  əsası  olmadığından  və  uşaqlarının 
həmin  an  bir-birinə  qarışan  ağlaşmasını 
görüb  əlini  saxlamışdı.  Əfiqənin  xahişi 
yerə  düşmədi.  Bu  söhbətdən  üç  ay 
keçmiş,  Şamxal  ailəsini  də  götürüb 
kənddəki  evinə  qayıtdı.  İki  həftədən 
sonra yenidən geri qayıdaraq, uzun illər 
alışdığı həmişəki həyatına qovuşdu. 
Əfiqə  də  evinə  qayıtmasına 
sevinirdi.  Üç-dörd  küçə  aralı  olmasına 
baxmayaraq  valideynləri,  baldız  və 
qayınları  yaxınlıqda  yaşayırdı.  Kiçik 
oğlunun  evində  qalan  qaynanası  da  tez-
tez  gəlib  baş  çəkir,  çətinliyi  artanda  əl 
yetirib  kömək  göstərirdi.  Ona  daha  nə 
lazım  idi  ki  onsuz  da  həmişə  aldadıb 
gəzən,  başqasının  qucağından  durub 
üstünə 
sərxoş 
gələn 
Şamxalla 
yaşamaqdansa,  qulağı  dinc,  əsəbləri 
sakit  balalarını  saxlamaq  yüz  qat  yaxşı 
idi.  Onu  ərə  xoş  gün  görmək  üçün 
vermişdilər.  Xoş  günü  görməyəcəksə, 
neynir  o  əri?!  Qoy  getsin  o  bazar,  o 
gözəlçələr,  nə  qədər  istəyir,  yaşasın. 
Təki  vaxtlı-vaxtında  balalarına  pul 
göndərsin.  Nə  vaxt  oranı  birdəfəlik  atıb 
gələr,  onda  Şamxalı  qəbul  edər.  O 
vaxtadək isə tək, kişisiz yaşayacaqdı. 
Lakin  dildə  demək  asandı. 
Günlər  keçdikcə,  aylar  ötdükcə  kişisiz 
yaşamağın  sıxıntısını  ürəyində  hiss 
edirdi.  O,  kişi  təmasının  nə  olduğunu 
bilməsəydi,  qız  qalsaydı,  yalqızlığın 
əzabını ola bilsin bu qədər duymazdı. 
Şamxal  onu  kəndə  qaytaran  ilin 
payızında  bir  gün  Cahidin  əsgərlikdən 
gəldiyini  eşitdi.  Cahidin  anası  oğlunun 
gəlişi  münasibətilə  düzələn  məclisə  onu 
qonşu  kimi  dəvət  etmişdi.  Əfiqə  əvvəl 
Cahidlə  rastlaşacağından  ehtiyatlanıb, 
məclisə  getmək  istəmədi.  İstəmirdi 
Cahid onun xoşbəxt olmadığını duysun. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə