Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə17/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   13   14   15   16   17   18   19   20   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
39 
Sonra özünü qınadı, getməsə qonşuluqda 
pis  çıxar,  anası  inciyər.  Altı  ildən  çox 
vaxt  keçmişdi.  Ola  bilsin  ki,  Cahid 
keçmiş  sevgisini  çoxdan  unudub,  daha 
başqasını sevir. Bəlkə də indi onu görüb 
o  zamankı  hisslərinə  görə  utanacaq,  - 
fikirləşdi. 
Tərs  kimi  çəkindiyi  hal  baş 
verdi. 
Uşaqlarını 
yanına 
alıb, 
"gözaydınlığına"  gələn  Əfiqə  həyətdə 
Cahidlə  görüşəndə  səbəbini  bilmədən 
sıxıldı.  Hətta  bir  anlıq  özünü  itirdi. 
Cahidin  sifət  cizgiləri,  boy-buxunu 
dəyişsə  də  baxışları  dəyişməmişdi. 
Gözlər  həmin  gözlər  idi.  Gözlərinin 
dərinliyində  gizlədiyi,  üstünü  örtə 
bilmədiyi  kədəri  Cahidin  duyduğunu 
hiss etdi. Tez nəzərlərini qaçırdı. Sevinə-
sevinə  qabağına  gələn  anasına  tərəf 
addımlayıb, dil-ağız etdi: 
- Əminə xala gözün aydın, oğlun 
sağ-salamat evinə qayıdıb. 
Onun  sıxıldığını  hiss  edən 
Əminə  arvad  qucaqlaıb  yanaqlarından 
öpdü: 
-  Aydınlıq  içində  olasan,  qızım! 
Gün o gün olsun ki, sənin oğlun da əsgər 
gedib, sağ-salamat qayıtsın. Gəl, gəl keç 
evə,  utanma,  özünü  evindəki  kimi  apar. 
Ay Allah sizi saxlasın! 
O,  Əfiqənin  uşaqlarını  da 
öpəndən  sonra  onları evə  keçirdi.  Əfiqə 
məclisdən  çıxanadək  Cahidlə  bir  daha 
üzbəüz gəlməməyə çalışdı. 
Evə  qayıdan  kimi  özünü  xeyli 
məzəmmətlədi:  xeyr  ola  onun  gözlərinə 
baxdı? Axı, o, indi subay qız deyil, ailəsi 
var,  yanında  olmayıb  kənarda  yaşasa 
da....  Bir  halda  ki,  Cahidi  sevmir,  bəs 
hansı  hiss  onu  yoldan  çıxartdı?  Olmaya 
özü də bilmədən ürəyinin dərinliklərində 
Cahidə qarşı gizlin rəğbət yaranıb?.. 
 
…Cahid  onu  sevirsə,  inadından 
dönmürsə,  onun  günahı  varmı?  Səni 
sevən  insanı  necə  rədd  etmək  olar?  Bir 
dəfə  könlünə  zor  gəlib  rədd  edərsən. 
Necə ki, ötən dəfə etmişdi. Sonra səbəb 
olmadan  ona  necə  nifrət  edəsən?  Həm 
cəmiyyətin  qanunlarında,  həm  də 
Allahın  nəzərində  kişi  ilə  qadının 
hüquqları 
eynidir, 
deyilirsə, 
niyə 
münasibətlər 
fərqlidir? 
Danılmaz 
həqiqətdir  ki,  qadına  dünya  yaranandan 
heç  vaxt  kişi  ilə  eyni  səviyyədə 
yanaşılmır. 
Təəssüf 
ki, 
qadın 
qadınlığından  uzağa  gedə  bilmir. 
Görünür,  dünyada  heç  nə  səbəbsiz 
yaranmayıb,  sadəcə  bir  çoxunu  insan 
dərk  etməyə  çətinlik  çəkir.  Eləcə  də 
Cahidin  onldan  əl  çəkməməsində 
görünür,  böyük  Allahın  özü  bildiyi 
məqsədi  vardı.  Qəbul  etməliydi  onun 
iradəsini,  sonunda  bədbəxtlik  gətirsə 
də.... 
Uşaqlarının 
xatirinə 
özünü 
yalandan 
xoşbəxt 
göstərməkdən 
yorulmuşdu.  İslanmışın  yağışdan  nə 
qorxusu,  onsuz  da  nə  vaxtsa  xoşbəxt 
yaşayacağına inamı qalmamışdı. 
Əfiqə  gecə  düşənədək  bütün 
günü  qonaq  gözləyirmiş  kimi  ömründə 
yaşamadığı  qəribə  hisslər  keçirirdi. 
İllərlə  qarşısını  aldığı  "meh"  indi 
sinəsinə  yayılıb  qəlbini  sərinləşdirirdi. 
İlahi,  onda  anlaya  bilmədiyi  nəsə  baş 
verirdi. Cahidin telefonla söhbəti, içində 
rahatlıqla  yanaşı  gözləmədiyi  təlatüm 
yaratmışdı.  Bu  nə  idi  belə?  Olmaya 
ürəyində 
Cahidə 
qarşı 
cücərən 
sevgisinin əlamətləri idi onu haldan-hala 
salan?  Bilmirdi...  Bircə  dəqiq  bilirdi  ki, 
indi  Cahid  gözünü  saatdan  çəkməyib 
səbirsizliklə  görüşəcəkləri  anı  gözləyir. 
Kimsə  səni  gözləyəndə  insan  necə  də 
xoşbəxt  olur,  həyat  gözündə  şirinləşir. 
Düşünəndə ki, sənin həsrətini çəkən var, 
kiməsə  lazımsan,  dünya  elə  bil 
gözəlləşir.  Alət,  qurğu,  ya  da  canlı 
müqəvva  kimi  yox,  könül  yaraşığı,  göz 
işığı  kimi  gərəksən....  Görəsən  Cahid 
onu belə sevirmi? 


40
№ 4 (20) Qış- 2016
 
Gecə  düşdükcə  Əfiqənin  gözü 
həyətdə,  tut  ağacının  altında  qalmışdı. 
Başı uşaqlara qarışsa da pəncərədən tez-
tez  həyətə  nəzər  yetirirdi.  Gecənin 
yarısından  tez  gələn  deyil,  -  ürəyinin 
təlaşını  sakitləşdirirdi,  -  gözləyəcək 
hamı  yuxuya  getsin,  sonra....  Ötən  dəfə 
payızın  sonundakı,  Cahidə  həyətdən 
çıxması üçün yalvardığı gecəni xatırladı. 
Bu  gün  yarım  ildən  sonra  yenə  üz-üzə 
gələcəkdilər.  Yəqin  taleyinin  çox 
müşkülləri  kimi  onların  da  yenidən 
görüşmələrinin  zamana  ehtiyacı  varmış. 
Zaman isə vaxt ölçüsündən çox, Allahın 
qərarlarını 
həyata 
keçirən 
fövqəl 
icraçıya bənzəyirdi. 
Əfiqə  üşaqları  yatırıb,  gecənin 
lal  sükutunda  pəncərədən  uzaqlara, 
ulduzları 
parlayan 
səmanın 
sirli 
qaranlıqlarına  baxaraq  təzəcə  xəyala 
getmək  istəyirdi  ki,  həyətdə  tanış 
kölgəni  hiss  etdi.  Addımının  səsi 
gəlməməsi  üçün  pəncələri  üstündə 
sakitcə otaqdan həyətə düşdü. 
...Cahid  əmrə  müntəzir  əskər 
sayaq ağacın altında durub həyacan dolu 
gözlərini  onun  yoluna  dikmişdi.  Keçən 
payızda Əfiqənin "əgər sevirsənsə, məni 
sakit  burax",  -  deyərək  görüşməkdən 
imtina  etməsi  xeyli  vaxt  ürəyini ağrıtdı. 
Sevdiyi  insana  əzab  verdiyini  düşünüb 
günlərlə  özünü  qınadı.  Nəyə  lazım  idi 
onun  sevgisi?  Birtərəfli  sevgimi  olar? 
Ya  da  özünü  güclə  sevdirməkdən  nə 
çıxar? Başına qızmı qəhətdi? Qızdan çox 
qız  var  idi.  Nə  görmüşdü  Əfiqədə  dərk 
edə  bilmirdi.  Məsələ  burasındaydı  ki, 
Əfiqə  daha  qız  da  deyildi,  özgənin, 
başqasının  arvadı  idi.  Başqasının 
arvadını  sevmək,  ondan  əl  çəkmək 
istəməmək  günah  deyildimi?  Nə  olsun 
ki,  ilk  məhəbbətiydi?  Dünyada  ilk 
sevgisi  uğursuz  olan,  o  qədər  insan 
yaşayırdı  ki...  O  da  həmin  minlərdən, 
milyonlardan  nə  birincisi,  nə  də 
axırıncısıydı.  Acı  da  olsa,  taleyi  ilə 
barışmalıydı...  Nə  etsin  ki,  günlərlə, 
aylarla  mübarizə  aparsa  da  Əfiqəni 
unuda,  könlündən  çıxarda  bilmirdi. 
Sevgisi  sağalmaz  dərdə  dönüb  sinəsinə 
çökmüşdü.  Bu  əziz  dərd  ona  ya 
xoşbəxtlik,  ya  da  faciə  bəxş  edəcəkdi. 
Öz  başına  gətirəcək  faciədən  çox 
Əfiqənin  xoşbəxtliyi  qayğılandırırdı. 
Əfiqə isə xoşbəxt ola bilməmişdi. Hələ o 
zaman, Şamxal gəlinlik təravəti üzündən 
getməmiş  yoldaşını  atıb  qəribliyə  yol 
alanda  Cahid  keçmiş  istəklisinin  halına 
acımışdı.  Sonrakı  illər  uşaqlarının 
dünyaya 
gəlməsiylə 
onların 
ailə 
vəziyyətinin  möhkəmlənəcəyinə  güman 
edirdi. O, özününkü olmasa da Əfiqənin 
xoşbəxtliyini  ürəkdən  istəyirdi.  Belə 
olacağı  təqdirdə  onun  xoşbəxtliyinə 
sevinib qəlbən rahatlanardı və özünə onu 
xatırladan  bir  başqasını  seçərdi.  Lakin 
neçə  illər  keçəndən  sonra  Əfiqə  ilə 
həyətlərində  rastlaşarkən  gözlərinin 
dərinliyində  gizlənmiş  kədəri  duyub 
sarsıldı.  Niyə,  nə  səbəbə  Şamxal  onun 
qədrini  bilməsin?  Qadını  alçalan  ev  tez 
uçar.  Əfiqə  belə  taleyə  layiq  idimi? 
İmkanı  olsaydı,  kənar  tanış-biliş  pis 
baxmasaydı,  özü  bu  sualları  Şamxala 
verib cavab tələb edərdi. 
…Cahid  fikirlərini  ürəyində 
götür-qoy  edirdi  ki,  xırda  addım 
səslərini 
eşidib 
yerindən 
dikəldi. 
Qarşısında  dayanan  Əfiqəni  görcək 
ürəyi çırpındı, dili dolaşdı: 
- Salam... Necəsən? 
- Salam! Belə də, şükür, - Əfiqə 
pıçıltıya  bənzər  səslə  cavab  verib, 
çoxdan  görmədiyi  üçün  onu  maraqla 
süzdü,  -  görürəm  pis  deyilsən.  Günü-
gündən  böyüyürsən.  Amma  böyüsən  də 
tərsliyindən əl çəkmirsən... 
İllər  keçsə  də  təkəbbüründən 
qalmır,  -  Cahid  fikirləşdi.  Guya  iyirmi 
bir  ilə  iyirmi  üçün  böyük  fərqi  varmış. 
Qanını  qaraltmağa  dəyməzdi.  Ancaq 
həqiqətən hələ də özünü onun qarşısında 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə