Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə19/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   15   16   17   18   19   20   21   22   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
43 
doymaq  bilmirdi.  Onlara  minnətçi 
düşməkdənsə  hava  qaralanda  suvarmaq 
Əfiqəyə  daha  sərfəli  göründü.  Bitkilər 
üçün  də  axşam  sərinində  sulanmaq  çox 
xeyirli  idi.  Suvarma  lap  gecəyədək 
uzansa  da  neyləməli,  evinin  ruzisinə 
görə,  hər  əzaba  qatlaşıb  dözməli  idi. 
Əvvəllər  qaynının  uşaqları  belə  işlər 
olanda 
gəlib 
kömək 
edərdilər. 
Münasibətləri  soyuyandan  sonra  onlar 
da gəlmirdilər. Öz uşaqları da ki, balaca, 
heç  bel  boyda  deyildilər.  İş  görmələri 
özlərinə  qalsın,  iki  dəqiqə  gözün 
üstlərində olmadı üst-başları lil-löhməyə 
bulaşırdı. 
Əkdiyi 
bostan 
bitkiləri 
arasında  sulama  çağı  ən  çətinlik 
yaradanı 
paxla 
kollarıydı. 
Yerə 
sancılmış 
hündür, 
şax 
budaqlara 
dırmanmış  paxlalar  ağacdan-ağaca  sıx 
sarmaşıb  ləklərin  arası  ilə  keçməyi  də 
çətinləşdirmişdilər. 
-  Zəhrimarlar  elə  sarmaşıb 
qarışıblar 
ki, 
altında 
gizlənsən 
tapılmazsan,  -  Əfiqə  cərgədən-cərgəyə 
keçməyə  çətinlik  çəkdiyinə  görə,  hər 
dəfə  dodaqaltı  mızıldanırdı,  -  adam 
gündüz qorxur bunların arasına girməyə, 
qalmışdı ki, alatoranlıq ola… 
Bir 
axşam 
yenə 
uşaqları 
yedirəndən  sonra  bostanı    suvarmaq 
üçün   deyinə-deyinə  cərgələrin  arasına 
girib bayaqdan yönəltdiyi suyun ləklərin 
axırına  çatıb-çatmamasını  yoxlamaq 
istədi.  Xışıltı  eşitdi.  Qorxudan  ürəyi 
əsdi. Görəsən nədir, - fikirləşdi. Cahidlə 
axırıncı  görüşündə  də  eynən  belə  xışıltı 
eşidib qorxmuşdu. Cahidin ona toxtaqlıq 
verib «yəqin qurbağadır» deməsindən də 
sakitləşməyib tez özünü evə çatdırmışdı. 
İndidəmi  qaçsın?  Bəs,  suvarma  nə 
olsun?  Dişini-dişinə  sıxıb  dözməli  idi. 
Ətrafa  boylandı.  Yaxınında  hənirti 
duydu.  Kimsə  arxa  tərəfində  durmuşdu. 
Dönüb 
baxmağa 
macal 
tapmadı. 
Arxadan  qalın  barmaqları  olan  iki  əl 
qəfil 
gözlərini 
tutdu. 
Gözləri 
görmədiyindən 
elə 
bil 
onu 
alatoranlıqdan  naməlum  bir  zülmətə 
atdılar.  Ürəyi  döyündü,  səsi  içində 
qırıldı.  Bilmədi  nə  etsin?  Çığırsınmı, 
yoxsa  yalvarsınmı?  Görəsən  kim  ola? 
Papiros iyi gələn yoğun barmaqlarından 
kişi  əli  olduğunu  yəqin  etdi.  Bəs  niyə 
belə  edir,  nə  istəyir  ondan,  səsini  də 
çıxartmır.  Hər  kimdirsə  onunla  ərkyana 
zarafat edir. Əlindəki beli buraxdı. Sonra 
hər iki əlini gözlərini tutan əllərin üstünə 
qoyub 
onları 
aralamağa, 
kənarlaşdırmağa çalışdı: 
-  Sən  kimsən?  Çək  əllərini 
görüm. Səsini çıxar. 
Daş  kimi  ağır  barmaqları 
qoparmağa gücü çatmadı. 
Kimdir  onunla  belə  rəftar  edən. 
Yoxsa  Cahiddir?  Olmaya  kefi  ala 
buluddadır,  əhvalı  saz  çalır,  könlünə 
məzələnmək  düşüb.  Axı,  o,  ehtiyatsız 
hərəkət 
eləməzdi. 
Nədən 
özünə 
güvənib?  Ayrı  kimin  cürəti  çatar 
gözlərini örtməyə? 
Sullarına  cavab  gəlmədiyini 
görüb,  fikrini  qətiləşdirdi.  Ürəyinin  səsi 
səbrinə üstün gəldi: 

Cahid, 
sənsən? 
Burax 
gözlərimi.  Nədi,  uşaqlığın  tutub? 
Deyəndə uşaqsan, acığın gəlir. Çək əlini, 
neçə  dəfə  deyim,  gizlənpaç  oynayan 
vaxtın keçib… 
- Yox! Tapmadın… 
Gözləmədiyi,  eşitdiyi  yad  səs 
Əfiqənin  tamam  varlığını  sarsıtdı. 
Əllərini  çəkib  hiyləgər  gözləri  ilə  onu 
yeyən,  bic-bic  hırıldayan  həmyaşıdı 
Təyyarı  qarşısında  görəndə  gözləri 
kəlləsinə  çıxdı.  Qışqırmaq  istədi. 
Heyrətindən  dili  boğazında  qurudu. 
Bircə  bu  çatmırdı,  ay  Allah.  İndi 
neyləyim,  -  dəhşətlə  düşünüb,  onun 
əlindən çıxmağa çabaladı. 
-  Aaz,  dayan  görüm,  çabalama. 
Gözləmirdin, eləmi? Elə bildin aşnandı? 


44
№ 4 (20) Qış- 2016
 
Nə  gözünü  bərəldib  baxırsan?  Cahidi 
deyirəm də, indicə adını çəkdin ki!.. 
 Cahidin 
uzaq 
qohumu 
– 
bibinəvəsi  sayılan,  qeyri  adi  sifət 
cizgiləri  və  özünəməxsus  xırıltılı  səsi 
olan 
sinif 
yoldaşlarından 
siqaret 
çəkməsindən  artıq  heç  nəyi  ilə 
fərqlənməyən  Təyyar  neçə  illər  idi 
yaxınlıqdakı  bağlardan  birində  gözətçi 
işləyirdi.  Gündüzlər  gözə  görünməyib, 
yarasa  sayaq  qaranlığı  sevən,  gecələri 
oyaq  keçirən  bu  haramzada  deyəsən 
nəsə 
bilirdi. 
Əllərini 
gözlərindən 
çəkəndən sonra səsi çıxmaması üçün bir 
əli  ilə  Əfiqənin  çənəsini,  digəri  ilə 
yançağından  yapışıb  arxadan  özünə 
sıxan  Təyyarın  həyasız  nəzərlərindən 
şəhvət  dolu  iyrənc  hərislik  yağırdı. 
Əfiqə  gözlərinin  açılmasına  peşman 
olmuşdu,  gözlərini  yummaq,  onu 
görməmək istəyirdi. 
-  Bax  ha,  cınqırını  çıxarma. 
Səsini çıxartsan, özünü biabır edəcəksən 
camaat  içində.  Məndən  çox  sən  ziyan 
görəcəksən.  Hə,  nə  oldu?  Xeyir  ola, 
mənə  çatanda  gözlərini  yumursan. 
Yaman tez hallanırsan. Cahid səni nə pis 
öyrədib.  Uşaqda  fərasətə  bax,  halaldır. 
Elə  bilirsən  gecələr  ağacın  altında 
Cahidlə  çıxardığın  oyunlardan  xəbərim 
yoxdur?  Ərin  necə,  bilir?  Bədbəxtin 
hardan xəbəri olsun. O orda kef edir, sən 
də burda… 
Təyyarın  sözləri  hərəsi  bir  oxa 
çevrilib Əfiqənin könlünə sancılırdı. Nə 
söz  deməyə,  nə  də  çırpınıb  əlindən 
çıxmağa,  müqavimət  göstərməyə  halı 
yox  idi.  Sanki  döyülmüşdü,  qəfildən 
başına qaynar su tökülmüşdü. Deməli bu 
əclaf  gecələr  onun  Cahidlə  sevişməyini 
görübmüş.  Həmişə  elə  güman  edirdi  ki, 
sirrini  təkcə  Allah  bilir.  Demə,  ona  da 
etibar  yox  imiş.  İmkan  verib  şeytan  da 
görsün.  Gözləri  ilə  görübsə  inkar 
etməyin xeyri olmayacaqdı. 
-  Halın  xarab  olmasın.  Narahat 
olma.  Özünə  gəl.  Bir  mən  bilirəm. 
Kimsə  bilmir.  Mən  də  heç  kimə 
demərəm,  heç  Şamxal  bibinəvəsinə  də. 
Gəl  ki,  bir  balaca,  əmması  var.  Gərək 
beş  dəfə  Cahidi  görəndə arada bir  məni 
də  görəsən.  Daim  tək  ona  zövq 
verməyəcəksən  ki?  Yəni  ondan  pisəm, 
ya  bacarıqsızam?  Mənə  də  pay  ayır  o 
zövqdən,  savabın  artsın.  Yox  əgər  razı 
olmasan  sabahdan  bir  mən  yox,  hamı 
biləcək  ki,  sən  xəlvətdə  kiminlə 
gəzirsən,  aşnan  kimdir.  Çığır  –bağır 
salıb  aydan-arı,  sudan  duru  olduğunu 
kiməsə  inandıracağını  ağlına  belə 
gətirmə.  Heç  kim  sənə  inanmayacaq. 
Belə  olanda  Şamxal  da  səni  boşayacaq, 
elə Cahid də yaxn durmayacaq. Anladın 
məni? 
Təyyarın  şorgöz  olduğunu  hələ 
məktəb  illərində  gözlərindən  sezmişdi 
Fürsət  düşəndə  oğrun-oğrun  qabaran 
sinəsinə, 
yanından 
keçərkən 
isə 
arxasınca  baxdığını  dəfələrlə  hiss  edib 
əhəmiyyət verməmişdi. Sonralar onu adı 
ayrı-ayrı  vaxtlarda  kəndin  gəzəyənləri 
hesab edilən qadınlarla birgə çəkilmişdi. 
Hər yoldan ötənə nəfs salanın gözü indi 
Əfiqəni tutmuşdu.  
Əfiqə başını itirmişdi. Özbaşına, 
xeyir-duasız, 
qeyri-qanuni 
olan 
yaxınlığın 
axırı 
bundan 
fərli 
olmayacaqdı.  Nə  vaxtsa  Allah  onu 
cəzalandırmalıydı. 
-  Düzünü  deyim,  uşaqlıqdan 
səndən  kəsirdim.  Cahidin  fərasəti  məni 
də ürəkləndirib. Odur ki, gəl uzatmayaq: 
ya  məni  də təmin  et,  bir  daş  altda  –  bir 
daş  üstdə…  Ya  da  ki,  sirrin  aləmə  faş 
olacaq… İkisindən birini seç. 
Adama  oxşamayan  bu  şeytan 
sifət  bilərəkdən  iki  daşın  arasında  onu 
elə dalana dirəmişdi ki, təslim olmaqdan 
savayı  çarəsi  qalmırdı.  Bəlkə  aldatsın,  - 
düşündü.  Aldatsın,  vaxt  qazansın.  Təki 
hələlik  bir  yolla  onun  caynağından, 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə