Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə22/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   18   19   20   21   22   23   24   25   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
49 
əslində  məndə  heç  bir  günah  yoxdur. 
Sənlikdir. 
-  De  görüm,  uzatma.  Hə,  nə 
düşüb könlünə, nə istəyirsən? 
-  Mən?  Mən  heç  nə  istəmirəm. 
Narahatlığım  başqa  şeydəndir.  Səhv 
etmirəmsə, deyəsən uşağa qalmışam… 
O,  son  sözlərini  günahkar  kimi 
çəkinə-çəkinə  deyib  gözlərini  Şamxalın 
təəccüblü baxışlarından qaçırtdı. 
- Uşağa qalmısan? Hə, nə olsun, 
bundan ötrü qanını qaraltma. Boş şeydir. 
Günü  sabah  apararam  səni  həkimə, 
götüzdürərik,  qurtarıb  gedər.  Bəlkə, 
saxlamaq istəyirsən, hə? 
-  Yox,  yox,  -  Əfiqə  ərinin 
təmkinli  tövrünə  sevindi,  -  elə  mən  də 
onu  düşünürdüm,  İkisinin  əzabı  azmış, 
üçüncüsünü neynirəm… 
Ertəsi  gün  Şamxal  onu  həmişə 
müraciət  etdikləri  tanış,  yaşlı  həkimin 
qəbuluna  apardı.  Müayinə  zamanı 
Əfiqənin  «gümanı»  təsdiqləndi:  o, 
hamilə 
idi. 
Həkim 
müayinəni 
qurtardıqdan  sonra  dəhlizdə  gözləyən 
Şamxalı  otağına  dəvət  etdi.  Üzünü 
Əfiqəyə tutub dedi: 
- Qızım, ərini də çağırdım  ki, o, 
da  mənim  sözlərimi  eşitsin.  Belə  başa 
düşdüm 
ki, 
siz 
abort 
etdirmək 
istəyirsiniz.  Mən  məsldəhət  görürəm  ki, 
tələsməyəsiniz.  Gedin  evinizə,  oturub 
düşünün.  Bəlkə  abort  etdirməyəsiz. 
Çünki artıq uşaq on iki həftəlikdir. Belə 
olanda  əməliyyat  zamanı  baş  verə 
biləcək  ağır  fəsadlar  sizi  gələcəkdə  bir 
daha  ana  olmaqdan  məhrum  edə  bilər. 
Sonrakı  peşmançılıq  isə  heç  vaxt  fayda 
verməyib…. 
-  Neçə  həftəlik  dediniz?  – 
Şamxal səbirsizliklə onun sözünü kəsdi. 
- On iki həftənin tamamıdır… 
-  Ola  bilməz,  -  Şamxalın 
təmkinsiz  sualının  mənasını  başa  düşən 
Əfiqə  hisslərini  cilovlaya  bilməyib 
həkimin  sözünə  etiraz  etdi,  -  səhviniz 
var, düz demirsiniz, o qədər ola bilməz, 
bir də yoxlayın… 
Əfiqə yalanının üstü açılan uşaq 
kimi  həyəcanından  pörtmüşdü.  Onun 
qara 
qışqırığından 
özünü 
itirmək 
dərəcəsinə  çatan  həkim  sakitləşməyi 
xahiş edirdi: 
-  Mənim  balam,  sakit  ol. 
Sakitləş, imkan ver sözümü deyim. Mən 
nəyə  görə  yalan  danışmalıyam.  Sənin 
yaşın  qədər  stajım  var.  Ola  bilər  ki, 
vaxtını  bir  həftə,  on  gün  irəli,  səhv 
deyəm, artıq yox. Bir də ki, sənin canına 
yazığım  gəldiyinə  görə  deyirəm.  Mənə 
nə  var,  xoşun  gəlmir  işimi  görüb 
haqqımı istəyəcəyəm. Dilindən də kağız 
yazdırıb razılığını alacağam, vəssəlam. 
-  Həkim  düz  deyir,  -  Şamxal 
təsdiqlədi, - fikirləşmək gərəkdi. Sən çıx 
çöldə gözlə, mən həkimdən söz soruşub 
gəlirəm. 
Həkimin onun qayğısına qalaraq 
Şamxalı  çağırıb  hamiləliyin  vəziyyəti 
barədə  açıqlama  edəcəyini  Əfiqə  heç 
vaxt  ağlına  gətirməmişdi.  Qabaqcadan 
bilsəydi  həkimə  yalvar-yaxar  dilə  tutar, 
sirrinin  üstünün  açılmasına  imkan 
verməzdi. 
Gərək 
əvvəldən 
abort 
söhbətini  salmayaydı  ortaya.  Canı  çıxıb 
saxlayardı,  bu  söhbət  də  olmazdı.  Uşaq 
olanda da hamı güman eləyərdi ki, yeddi 
aylıqdır.  Azmı  olur  elə,  -  heyfsləndi. 
Tezliklə,  Şamxalın  onun  gizlinlərini 
aşkarlayacağına  görə  daxilini  cansıxıcı 
narahatlıq  bürümüşdü.  Özünü  sakit, 
səbirli  aparsa  da  nigarançılığı  içində 
olan həyəcandan xəbər verirdi. 
O,  Şamxalın  sözünü  yerə 
salmayıb, çarəsiz yerindən durub dəhlizə 
çıxdı.  Fikri  otaqda  qaldığından  qulağı 
oradan  gələn  ən  kiçik  hənirtini  də 
eşitmək  həsrətindəydi:  görəsən  nəyi 
soruşacaq? “Batdım, - ürəyi sıxıldı, - bu 
zalımın  qızı  özü  də  anlamadan  məni 
məhv  etdi.  Guya  xeyrimə  çalışır.  Sənin 
nə işinə qalıb mənə nə olacaq? İşini gör 


50
№ 4 (20) Qış- 2016
 
pulunu al da, insan da ruzisinə təpik atar 
- həkimin qarasına gileyləndi,  -  yox, bir 
yolla  həkimin  səhv  etməsinə  Şamxalı 
inandırmalıyam,  yoxsa  məni  öldürəcək! 
Nə bilim, əgər inansa da…” 
Şamxal 
həkimin 
otağından 
çıxanda 
tutqun 
baxışları 
Əfiqəni 
əndişələndirdi: 
-  Bu  həkim  yaşlaşdıqca  ağlı 
çaşır deyəsən… 
-  Yeri  deyil,  evdə  danışarıq,  - 
Şamxal  ona  qulaq  asmaq  istəməyib 
bozardı. 
Yol  boyu  heç  biri  dinmədi. 
Əfiqə  yoldaşının  danışmasa  da  üzünün 
ifadəsindən  evə  çatan  kimi  gözlədiyi 
tufanın  başlayacağını  yəqin  etmişdi. 
Ərinin sözünə söz çatdıra bilməsə də bir 
yolu  qalırdı:  sakitləşənədək  verəcək 
cəzalara dözmək və həkim qadının səhv 
etdiyinə inandırmaq… 
Evə  çatdılar.  Əfiqə  iş  görmək 
bəhanəsi  ilə  həyətdə  ləngimək  istədi. 
Amma Şamxalın səbri çatmadı: 
- Otağa keç,  -üstünə acıqlandı,  - 
işin  başına  dəysin.  Əvvəl  mənə  cavab 
ver, sonra işini görərsən. İş qaçmır… 
O,  sərt  hərəkətlə  arvadının 
qolundan  tutaraq,  boş  otaqlardan  birinə 
aparıb, arxasınca qapını örtdü. 
-  Hə,  indi  məni  başa  sal  görüm, 
necə  olur  ki,  mən  bir  aydı  gəlmişəm, 
qarnındakının  isə  vaxtı  on  iki  həftəni 
ötüb… 
- Aydan çox keçib, - Əfiqə titrək 
səslə Şamxalın sözünə düzəliş verdi. Bir 
anlığa  içindən  gələn  səsə  mat  qaldı.  Nə 
qədər  gizlətsə  də  səsində  günahkarlıq 
həyəcanı,  qorxusu  vardı.  Həmişəki 
guruldayan 
səsdən, 
haqq 
axtaran 
Əfiqədən  əsər-əlamət  yox  idi.  Daxilən 
qüvvəsi  zəifləmiş,  içində  sanki  boşluq, 
acizlik yaranmışdı. 
-  Olsun  ay  yarım.  Lap  sənin 
xətrin üçün hesab edək yeddi həftə. Bəs 
qalanını  neyniyək?  –  Şamxalın  həkimin 
otağından 
bəri 
aşıb-daşan  qəzəbi 
danışdıqca  sifətinə  yayılır,  gözləri 
parlayırdı. 
-  Elə  deyil,  o  qoca  səfehləyib, 
ağlına  gələni  danışır,  -  Əfiqə  həkimi 
ciddi-cəhdlə 
pisləməklə 
ərini 
sakitləşdirmək istəyirdi, - sən mənə yox, 
onun sərsəmləməsinə inanırsan? 
-  Səfehləyən  gərək  ki,  mən 
olmuşam. 
Deyirsən 
sərsəmləyib? 
Belədirsə bir, ya iki həftə səhv etsin. Axı 
onun  nəyinə  gərəkdir  beç-altı  həftə 
artırsın.  Biz  ikilikdə  söhbət  edəndə  o 
mənə qaranlıq qalan müəyyən məsələləri 
anlatdı,  ona  görə  də  bil  ki,  ağzımı  boza 
verməyin əbəsdir. De görüm uşağın atası 
kimdir? Uşaq kimdəndi?!. 
-  Uşaq  kimdəndi?!  Əlbəttə 
səndən. Kimdən olasıdı ki? Sən məni nə 
hesab edirsən? 
- Yalan danışma! 
Şamxalın 
hirsindən 
əlləri 
əsməyə  başladı.  Fikirləşmədən  sağ  əlini 
uzadıb arvadının boğazına keçirib sıxdı. 
-  Mənə  bax,  düzünü  de!  İnan 
Allaha,  yoxsa  əllərimlə  boğazını  üzüb 
öldürəcəyəm səni. 
-  Vallah,  billah,  düz  deyirəm,  - 
Əfiqə  qorxudan  canına  üşütmə  düşdüyü 
üçün  bilərəkdən  yalandan  and  içirdi,  - 
mənə inan, o ləçərin sözünə inanma… 
-  O  düz  deyir.  Günahını  ört-
basdır  etmək  məqsədiylə  sən  ay  yarımı 
gizlədirsən.  Elə  bilirsən  mənim  heç 
nədən başım çıxmır? Yalan danışmağını 
sənə sübut edərəm, ancaq mən istəyirəm 
sən öz dilinlə hər şeyi etraf edəsən…. 
- Yalan demirəm, - Əfiqənin səsi 
xırıldadı,  gözləri  alacalandı.  Şamxal 
onun  boğulacağından  ehtiyatlanıb  əlini 
boşaltdı.  Acığını  soyutmaq  üçün  fikrini 
dəyişdi. Əlini onun boğazından aralayıb 
ardınca  var  qüvvəsi  ilə  sifətinə  şapalaq 
çəkdi: 
- Yalançısan sən! Xəyanətkar!.. 
 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə