Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə23/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
51 
*** 
…Əfiqə  ilə  görüşmək  isə  çox 
çətinləşmişdi.  Evdən  kənara  çıxmayan 
Şamxal 
günboyu 
onu 
gözündən 
qoymurdu. 
Ümid 
telefona 
idi. 
Danışmağa 
fürsət 
tapmaq 
üçün 
Şamxalın 
həyətə 
çıxıb 
otaqdan 
uzaqlaşmağını  gözləməkdən  başqa  nə 
etmək olardı? 
Cahid  xəstələndiyini  bəhanə 
edib 
bir 
gün 
işə 
getmədi. 
Düşündüklərindən 
anasının 
duyuq 
düşməməsi  üçün  gün  ərzində  otağının 
qapısını  örtüb  pəncərəsindən  gözlərini 
qonşu  evə  dikdi.  Nəhayət  axşamtərəfi 
sir-sifətindən  zəhrimar  yağan  Şamxalın 
bağçada  gəzişdiyini  görəndə  Əfiqə  ilə 
danışmağa  imkan  yarandığına  sevinib 
telefona əl atdı: 
- Alo, eşidirsən, mənəm… 
-  Sən,  -  Əfiqənin  səsində  qorxu 
və  narahatlıq  vardı,  -  Nə  istəyirsən? 
Dedim axı, əl çək… 
- Qulaq as, de görüm nə olub? 
- Heç nə. Sənlik leyil. 
- Necə heç nə, sənlik deyil? Bəs 
onda neçə gündür səni niyə döyür? Niyə 
məndən gizlədirsən? 
Əfiqə kövrəlib səsini çıxarmırdı. 
Qəlbinin  dərinliyində  Cahidin  ona 
qahmar çıxmasına sevinsə də susurdu. 
-Bilmir  ki,  səni  döymək  olmaz. 
Necə  əli  gəlir  səni  vurmağa?  Eşidirsən, 
belə  davam  etsə,  mən  dözməyəcəyəm. 
Onunla  dalaşmalı  olacağam.  Düz 
demirəm?  Oturum  gözləyim  ki,  səni  nə 
vaxt döyə-döyə öldürəcək? 
Kədərdən 
Əfiqənin 
boğazı 
qəhərlənmişdi. Danışası heyi yox idi. 
- Alo, alo, eşidirsən? 
Əfiqə  pəncərədən  Şamxalın  evə 
tərəf  addımladığını  görüncə  telefona 
cavab verməyib dəstəyi yerinə qoydu. 
Dəstəyin  atılmasının  səbəbini 
Cahid  başa  düşdü.  O  da  otağının 
pəncərəsindən  uzaqdan  Şamxalın  evə 
yaxınlaşdığını görürdü… 
 
…Cahid 
günlərlə 
düşündü, 
götür-qoy  etdi.  Çox  fikirləşəndən  sonra 
məsələnin birdəfəlik həlli üçün hər hansı 
vasitə ilə Şamxalı öldürmək, yox etmək 
qənaətinə gəldi. Əks halda bu xamır çox 
su 
aparacaqdı. 
“Tədbir” 
elə 
hazırlanmalıydı  ki,  “cəhənnəmə  gedən” 
də  kimsəni  özünə  yoldaş  etməsin. 
Məqsəd  aydın  olsa  da,  niyyətə  çatmaq 
çox  çətin  idi.  Ümumiyyətlə  mümkün 
idimi?! 
Günboyu  fikirdən,  beynindəki 
yorğunluqdan  Cahid  bəzən  gicgahının 
ağrıdığını  hiss  edirdi.  Otağının  qapısını 
arxadan bağlayaraq dünyanı unudub tək-
tənha  düşünüb  daşınır,  ölçüb-biçir, 
qərarlaşdıra 
bilmədiyi 
fikirlərin 
içərisində  it-bata  düşüb  çarpayısında 
halsız  uzanıb  qalırdı.  Axşama  qədər 
halsız görünürdüsə, telefonla danışandan 
sonra  keçirdiyi  iztirabdan  əsl  xəstəyə 
oxşayırdı.  Üzünün  rəngi  dəyişmiş, 
alnındakı qırışlar düyünləşmişdi. 
Anası  gün  ərzində  üç-dörd  dəfə 
yanına gəlib əhvalı ilə maraqlanmışdı: 
-  Ay  bala,  bu  yayın  istisində 
sənə  soyuq  hardan  oldu?  İki  gündür 
işdən  qalırsan,  gəl   həkim  çağırım  sənə 
baxsın,  birdən  başqa  xəstəlik  olar 
bilmərik, müalicəsi gecikər… 
-  Yox  ay  ana,  sən  Allah  narahat 
olma,  ola  bilsin  yüngül  soyuq  dəyib, 
soyuqdu  da,  gələndə  adama  xəbər  verir 
ki,  qabağını  alasan.  Həkim-filan  lazım 
deyil. İki-üç günə ötüb keçəcək. 
-  Nə  bilim…  Axır  gözümə 
birtəhər dəyirsən, bax ha… 
Cahid səhəri gün də işə getmədi. 
Günorta  onu  yoluxmağa  gələn  anası 
qonşulardan söz salıb giley-güzar etdi: 
-  Adamları  tanımaq  olmur,  necə 
də 
sifətlərini 
dəyişirlər. 
Şamxalı 
deyirəm,  kül  başına,  gündə  arvadını 


52
№ 4 (20) Qış- 2016
 
yıxıb  altına  heyvan  sayağı  döyür.  Qızın 
sir-sifətinə  baxılmalı  döyül.  Otur,  ayla, 
illə  uşaq  saxla,  ərini  gözlə,  bu  da  axırı. 
Nə  bilim,  adamlar  niyə  belə  vəhşiləşib, 
dəyişiblər?  Yəqin  dünya  dəyişib,  ya  da 
arvadının biz bilməyən bir günahı var… 
Anasının  sözləri  Cahidin  yaralı 
yerinə  dəysə  də  qulaq  asıb  danışmadı. 
Evdə qaldığı iki gündə bir nəticəyə gələ 
bilməyib, fikirləşməkdən bezdi. Odur ki, 
başını  qatmaq  üçün  səhəri  günü  işə 
getməyi  qərara  aldı.  Onsuz  da  günlərlə 
evdə  oturub  fikirləşməyin  bir  xeyri  yox 
idi. 
Aradan  iki  gün  də  keçdi. 
Axşama  yaxın  Cahid  işdən  evə  təzəcə 
qayıtmışdı.  Şam  yeməyindən  qabaq 
otağındakı 
çarpayısında 
uzanıb 
dincəlmək  istəyirdi  ki,  qonşuluqdan 
gələn qadın çığırtısından əsəbləri gərildi. 
Neçə  vaxt  idi  ki,  az  qala  hər  axşam 
eşidilən  bu  çığırtı  ürəyini,  həm  də 
vicdanını  ağrıdırdı.  Əclaf  yenə  Əfiqəni 
döyür,  -  qəzəblə  düşündü.  Özündən 
ixtiyarsız  yumruğu  yumuldu,  qaşları 
çatıldı.  Nə  etsin?  Dinləməkdən  ayrı  nə 
edə  bilərdi  ki?  Kəsilməyən  çığırtı  isə 
ağlamaqdan çox haraya oxşayırdı. Haray 
sanki  yalvarış  idi,  imdad  diləyirdi… 
Kimdən? 
Cahid 
daha 
laqeyid 
dura 
bilməzdi.  Otağından  çıxıb  sürətli  və 
geniş  addımlarla  özünü  həyətə  atdı. 
Anası  onun  hövlənak  yerişini  görüb 
narahatlandı: 
- Ay bala, nə olub, hara gedirsən 
belə? 
-  Heç  nə  olmayıb  ay  ana,  indi 
gəlirəm,  -  Cahid  cavab  verib  bir  göz 
qırpımında  hasarı  aşıb  qonşu  tərəfə  – 
Şamxalın 
həyətinə 
keçdi. 
Evin 
pilləkəninin  astanasında  uşaqlar  evdə 
baş  verən  haray  qışqırığa  adətkar 
olduqlarından 
büzüşüb 
sakitcə 
durmuşdular.  Cahid  yanlarından  ötüb 
təngənəfəs  özünü  səs  gələn  otağın 
qapısına  yetirdi.  Qapını  açıb  gördüyü 
mənzərədən  sarsıldı.  Şamxal,  arxası 
qapıya  əlindəki  qara  qalın  qayışla 
Əfiqəni  üzü  üstə  döşəməyə  yıxıb  söyə-
söyə kürəyini qayışlayırdı: 

Köpəyin  qızı,  əvvəl-axır 
alacaqsan boynuna, yoxsa yox? Düzünü 
deyəcəksən?  Kimdir?  Adını  de!  Yoxsa 
ölənəcən döyəcəyəm səni. Köpək qızı…  
Əfiqə  əlləri  ilə  üzünü  örtüb  acı-
acı zarıyırdı. Heç birinin Cahidin qapını 
açıb donmasından xəbəri yox idi. 
Cahid həqiqətən donmuşdu. İndi 
o  ya  içəri  girib  Şamxaldan  çəkinmədən 
Əfiqəni müdafiə etməliydi. Ya da başına 
iş  açmadan  sakitcə  dönüb  gəldiyi  yolla 
geri  qayıtmalıydı.  Geri  qayıdacaqdısa 
niyə  gəlmişdi?  Sonra  vicdanı  qarşısında 
nə  cavab  verəcəkdi?  Onsuz  da  bir  gün 
Şamxal  həqiqəti  bilib  ona  düşmən 
kəsiləcəkdi. 
Qayıtmaq 
kişilikdən 
olmayacaqdı.  Mütləq  Əfiqəni,  gələcək 
körpəsini  qorumaq  vacib  idi.  O,  içəri 
irəliləyib  arxadan  Şamxalın  qayışı 
havaya qaldırıb-endirən qolunu tutdu: 
-  Ay  kişi,  sən  neynirsən,  niyə 
döyürsən  yazığı?  Dayan  görüm!  Bu 
insandı,  heyvan  deyil.  Heyvanı  belə 
döymürlər… 
Qolunun 
qəfil 
saxlanılması 
Şamxalı  yerində  qurutdu,  Cahidi  görüb 
heyrətləndi: 
- Sən hardan gəldin?! 
-  Ay  qonşu,  on  gündən  çoxdur 
hər  axşam  bu  biçarənin  naləsini 
eşidirəm.  Səbrim  çatmadı  yenə  dözəm, 
gəldim  ki,  məni  eşidib  insafa  gələsən. 
Rəhmin  gəlsin,  insandı  bu,  uşaqlarının 
anasıdı. Niyə bu qədər zülm verirsən? 
Əfiqə  də  Cahidin  gəlişinə 
heyrətlənmişdi. 
Əllərini 
qızarmış 
gözlərindən 
çəkib 
tərpənmədən, 
təəccüblə  yaranmış  vəziyyətə  baxırdı. 
Cahidi  görəndə  qəlbən  sevinsə  də,  bu 
qarşılaşmanın 
sonunun 
yaxşı 
qurtarmayacağını öncədən duydu. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə