Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə4/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   2   3   4   5   6   7   8   9   ...   92

10
№ 4 (20) Qış- 2016
 
söyləmişdi;  iki  yaşından  başlayaraq  hər 
şey  onun  yadında  qalmışdır.  İki-üç 
yaşında  ikən  mənim  də  çox  şey 
yaddaşıma yazılmışdır. Hansılardır? 
İbiş  dayım  Cəbrayılın  kəndi 
Daşkəsəndə  məktəb  müdiri  idi,  istirahət 
günü  çox  vaxt  Karyaginə  deyil,  bizə- 
bacısıgilə 
gəlirdi. 
Daşkəsəndən 
Karyaginə  olduğu  qədər  də  Cəbrayıla 
yoldur.  Orada,  bu  kənddə  yaxşı  qoz, 
alma,  üzüm  olurdu.  O,  kənddən  əliboş 
gəlmir,  bacısı  uşaqlarına  sovqat,  pay 
gətirirdi.  Balaca  oğlana  cibindən  qoz 
çıxarıb verirdi. Dayısının gəldiyini görən 
təki  uşaq  adağlayaraq  onun  qarşısına 
gedir  və  istəyirdi  :  “Ama,  kos!”  Uşağın 
adı  qalmışdı  “Ama-  kos”.  Daha  sonra 
orası  xatırlanır  ki,  iki  inəyimiz  vardı. 
Naxır çöldən,  örüşdən  qayıdır,  artırmada 
inəkləri  sağmağa  başlayırdılar.  Buzov 
qıraqda bağlanırdı mane olmasın, anasını 
əmməsin.  Tavad  danışırdı,  “Dədəmgil 
Malaqana-Karyaginə 
köçməyə 
hazırlaşırdı. 
Şübhələnmişdim, 
məni 
qoyub  gedəcəkdilər.  Məni  Məhəmmədə 
ərə  verib,  evi  də  bizə  qoyub,  biryolluq 
köçəcəklər, Bu, məni çox sıxırdı. Novruz 
qabağı,  Çərşənbə  axşamı  qulaq  falına  , 
dinşəməyə  çıxdım,  gecə  artırmada 
dayanıb  qonşuları  dinlədim.  Aşağı 
qonşudan  səda  gəldi  :  “Anasını  burax, 
buzovu  bağla”.  Ürəyim  düşdü,  yozdum, 
qulaq  falında  eşitdiyimi:  “Məni  qoyub, 
özləri  gedəcəkdilər”.  Mən  onda  hələ 
doğulmamışdım.  Məndən  böyüklərin  də 
doğulması  üçün  zəruri  hadisə  indi 
başlanırdı . 
Bizim  iki  inəyimiz  naxırdan 
gəlmişdi.    Əsmət  nənəm  artırmada 
inəkləri  sağırdı.  İnəyin  biri  sağılmışdı, 
ikincisi  sağılmaqda  idi.  Bir  vedrə  süd 
yığılmışdı.  Birdən  necə  oldu  o  inəyin 
biri,  ayağı  ilə  vurub  dolu  vedrəni  aşırdı. 
Süd  artırmaya  calanıb,  ağ  tutumuzun 
dibinə axdı. 
Boğaz  ağrısı  tutmuşdum,  yəqin 
indiki diaqnozla bu, skarlatina idi. Tavad, 
qonşu arvadlar mənim başıma yığılmışdı. 
Eşikdə,  taxtın  üstünə  uzadıb  məni,  çarə 
arayırdılar.  Tapdılar  çarəni.  Bir  qurbağa 
gətirdilər.  Qurbağanın  başını  soxdular 
mənim  ağzıma.  Dedilər  dişlə  qurbağanın 
başını! Dedikləri təki dişimin arasına alıb 
qurbağanın  başını  sıxdım.  Heyvancığaz 
sızladı,  quruldadı.  Mən  onun  nəfəsini 
özümə çəkməyə başladım… 
Bundan  sonrakılarsa,  daha  qırıq-
qırıq yox, büsbütöv yadıma gəlir. 
Aclıqdı.  Aclığın  nə  olduğunu  da 
mən  Tavadın  söylədiyi  bir  əhvalatdan 
bilirdim.  O,  nağıltək  danışırdı:  Balaca 
qızlar  yığışıb  evcik-evcik  oynayırdıq. 
Taxta  ovuntusundan  xəmir  qatıb,  ocağın 
üstə  dəmir  qoyub-sac  əvəzi,  çörək 
bişirirdik.  Həyətimizə  bir  arvad  gəldi. 
Bizə  yanaşdı,  xırdaca  çörəklərimizi 
gördü.  Onları  götürüb  əməllicə  yeməyə 
başladı…  
Tavad təndirə çörək salmışdı. İsti 
təndir  çörəklərini  qabxana  dediyimiz 
kiçik  otaqda,  taxtın  üstünə  sərmişdi, 
soyusun.  Məni  –  üç  yaşlı  uşağı  çörəyin 
yanında  oturtmuşdu,  özü  getmişdi  arx 
üstünə,  paltar  durulamağa.  Əmim  İba 
böyük  otaqda  yatmışdı.  Bizim  həyətdən 
bir  cığır  düşmüşdü.  Qonşular,  gəlib 
gedən  həmin  bu  cığırla  bizim  darvazasız 
qapıdan  girir,  baş  yuxarı  dırmanır, 
harayasa  bizim  həyətdən  kəsə  keçib 
gedirdilər.  Gözümü  pencərəyə  dikib, 
anamın  qayıdacağını  gözləyirdim.  Onda 
gördüm, həyətimizə bir uzun-hoqqar kişi 
girdi.  Başında  zehi  getmiş  şül  papaq, 
arxalıqlı,  çarıqlı  bir  kişi  idi,  ciynində 
heybə  vardı.  Şəkli-şübhəli  yaxınlaşdı, 
keçib getmədi. Qapını ehmalca açıb girdi 
evə,  gəldi  mənim  əyləşdiyim  otağa. 
Başladı  qıpqırmızı,  üzünə  yumurta 
çəkilmiş,  yenicə  təndirdən  çıxmış  tabaq 
təki 
təndir 
çörəklərini 
heybəsinə 
yığmağa. Kişi çörəklərin hamısını bir-bir 


Üç aylıq ədəbiyyat dərgisi 
11 
götürüb,  həvgəsinin  hər  iki  gözünü 
doldurdu.  Yerdə  qalmışdı,  anamızın 
bizim  üçün  yapdığı  kökələr.  Kişi  onları 
da götürəndə, mən ağlamsınıb dedim : “O 
mənim  kökəmdir,  onları  aparma!”.  Kişi 
məni tovladı : 
“Sana  qoz  gətirəcəm,  Alma  gətirəcəm!” 
dedi. 
Mən 
də 
inandım, 
səsimi 
çıxartmadım.  Alma  gətirəsi  kişi  gəldiyi 
təki  ustufca  qapını  açdı,  dikləndi  cığırla 
yuxarı.  Tezcənək  də  həyətin  başında, 
yoxuşda gözdən itdi. Üstdən yarım saatca 
keçmişdi anam arx üstdən qayıtdı. Təndir 
başında yorulmuş, üstəlik xeyli də paltar 
suya  çəkmiş  anam  indi  dincələ  bilərdi. 
İçəri,  otağa  gircək  onun  gözü  dərhal 
dikildi taxtın üstünə. Qoyub getdiyi çörək 
sərgisi yoxa çıxmışdı. Mat qaldı, məndən 
soruşdu : “Çörəklər necə oldu?” Dedim : 
“Kişi apardı. Mənə alma, qos gətirəcək”. 
Yazıq arvad hər şeyi anladı, eşiyə baxdı, 
“alma-qoz”un izi tozu da qalmamışdı.  
Anam  əmimi  qınadı  :  “Tir-tap 
uzanıb,  yatmısan  orada.  Gəlib  çörəyi 
aparıblar,  xəbərin  olmayıb”.  Yenidən 
xəmir qatmağa başladı. 
 
Sonralar  mən  bu  kişini  bir  neçə 
kərə  də,  böyüyəndə  gördüm.  Özünü  əsla 
o  yerə  qoymadı.  Elə  ha,  istəyirdim 
soruşam  :  “Sən  mənə  alma,  qoz 
gətirəcəkdin. Niyə gətirmədin?” 
 
Qalalı  həyətlərinin  hər  birində 
badam,  gər-  tut  ağacı  olurdu.  O  tay 
Mirzəcanlıların  bağları  vardı.  Özü  də 
görünür,  bu  bağlar  qabaqlar  evlərdən 
aralı, 
ayrı 
sahələrdə 
idi. 
Evlər, 
çovustanlar,  kümlər  bağlardan  bir  qədər 
uzaq  tikilirdi.  Qalalıların  bağları  yoxdu. 
Şuşada olduğu təki, burada da ən çox  tut 
ağacları  bitirmişdilər.  Sonra  hər  həyətdə 
qızılgüllük  salınmışdı,  badam,  gilənar, 
tək-tək 
alma-armud 
ağacları  vardı. 
Bağçılıqda  azərbaycanın  ənənəsi  var, 
onun  kənd  təsərrüfatı,  bitkiçilik  – 
əkinçilik  tərzini  qoruyub  saxlamaq 
gərəkdi.  Məsələn,  bizim  ellərdə,  üzüm, 
hündür  tut,  dağdağan  göyrüş  ağaclarına 
dırmanmış 
tənəklərdən 
götürülürdü. 
Horovlu, 
Quycağın 
qızıl 
üzümü, 
“keçiməməsi” 
hündür 
ağaclara 
dırmanmış  tənəklərdən  dərilirdi.  Bir 
gərdən,  dağdağan  ağacına  dırmanmış 
üzüm  tənəyindən  yarım  ton,  bir  ton  bar 
götürürdülər. Üzümün ağaca dırmanmağı 
ilə nə qədər torpaq – sahə qənimətə qalır, 
orda  taxıl,  dənli  bitki,  arpa-buğda 
əkilirdi. 
Azərbaycanda 
kələsər 
əkməyiblər.  Yəni  sonralar  yeritdikləri 
təki,  min  hektarlarla  torpağı  üzümə 
verməyiblər.  Üzümün  məskəni,  torpaq 
yox, ağacların başı idi. Bir hektar torpaq 
tutan  kələsərin  əvəzinə,    göyrüşə,  kərə 
dırmanan, şaxələnən tənək istənilən qədər 
salxım  yetirirdi.  Özü  də  torpaqdan  aralı, 
hündürdə.  Qəlbidə  olduğundan  azar-
bezar  da  ona  çatmır,  həşərat,  tüfeyli 
daraşmır, yoluxmurdu. 
Taxıl, dən sahəsi illərlə sınaqdan 
çıxarılmışdı. Zəmi yerləri elin, xalqın göz 
dikdiyi  yeriydi.  Gərək  biz  həmin  qızıl 
torpaqları  göz  bəbəyi  təki  qoruyaydıq. 
Ağaclara  dırmanıb,  torpaqsız,  göydə 
məhsul 
yetirən 
kələsərləri 
yerə 
endirməyə idik. Hektarlarla gözəl torpağı 
əldən verdik. El arasında bir bayatı var: 
           Taxılı verdim üzümə, 
           İkiəlli vurdum dizimə, 
           İndi ağlım gəldi başıma. 
Yaponlar 
torpaq 
çatışmazlığından, 
torpağa  qənaət  üçün  bitgini  göydə, 
havada becəriblər.  
İraqda,  Dəclə,  Fərat  yaxalarında 
füsunkar  xurma  bağları  ucalır.  Bu 
ağacların 
barı 
ağacın 
kəkilindəki 
budaqlarda  olur.  Aşağıdan  yuxarı  ağacın 
bar budaqlarınacan çılpaqdı, açıqdı, yerə, 
torpağa  gün  düşür,  hava  vurur.  Xurma 
bağları bir növ alt-üst iki mərtəbədir. Üst 
mərtəbə,  kəkildə  bar,  aşağı,  yer  boş 
açıqdır  və  orada,  alçaqda  dirrik  əkib 
becərirlər.  Bu  da  torpaqdan  səmərəli 
bəhrələnməyin 
yoludur, 
ağıllı 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə