Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə7/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   2   3   4   5   6   7   8   9   10   ...   92

16
№ 4 (20) Qış- 2016
 
araları  yoxdu,  elə  hey  öcəşirdilər.  Qabil 
müəllimi  niyə  aparmadılar  əsgərliyə  – 
atası yüzbaşı olmuşdu. Maşanlı torpaqları 
ona  baxırmış  Nikolay  vaxtı.  Yeni 
hökumət gələndə, Dünyamalı yüzbaşı bu 
torpaqların  həddilə  bir  ağ  bayraq 
sancmış,  demişdi  :  “Şorba  hökuməti 
buradan keçə bilməz”. 
Qabil  müəllimi  bir  kərə  "  stroy 
bata"  apardılar,  tez  də  qayıdıb  gəldi.  
Səfqulu 
müəllimi  niyə  aparmadılar 
davaya?-  bunu  bilmədik.  Deyəsən  onun 
da 
"sinifi 
cırıq"dı. 
Hələ 
dava 
başlanmazdan 
Naxçıvanda 
ikiillik 
müəllimlər  institutunu  bitirib  Vətənə- 
Cəbrayıla,  Qorki  adını  daşıyan  bizim 
məktəbə  ədəbiyyat  müəllimi  göndərilmiş 
Qabil  müəllim  doğrudan  qabildi.  Qərb 
ədəbiyyatını  bilirdi,  o  zaman  Hüqonun, 
Stendalın,  Emil  Zolyanın,  Mopassanın 
əsərləri  Azərbaycan  dilinə  çevrilmişdi. 
Qabil  müəllim  bu  əsərlərin  hamısını 
oxumuşdu. 
Onun 
dərsi 
keçəcəyi 
mövzudansa,  bu  əsərlərə  həsr  olunurdu. 
Qabil  müəllim  başlayırdı  “Qırmızı  və 
qara”nı  danışmağa.  Onun  söhbəti  – 
roman danışmağı indiki serial filmlər təki 
bir həftə gedirdi. Özü də yuxarı siniflərdə 
baş  verirdi  bu  nağıl.  Orada  artıq 
böyüyüb, yetişmiş qızlar oxuyurdu. Qabil 
müəllimsə,  “Tələ”də,  “Səfillər”də  olan 
açıq-saçıq yerləri də  şagirdlərə danışırdı. 
“Qırmızı  və  qara”dakı  sevgi  macəraları 
uşaqları, sevgi yaşına çatmış qızcığazları 
özgə,  sehirli  aləmlərə  çəkirdi.  Qabil 
müəllimin  kitabxanası  vardı.  O  uşaqlara 
belə  kitablardan  verirdi,  O  illər  “kitab 
oxumaq” dəbdə idi. Kino yox, teatr yox – 
hərdən Karyagin teatrının qastrolları olsa 
da,  televizor  hələ  yarım  əsr  sonra 
çıxacaqdı.  Böyüklər,  kişilər,  kitab 
oxuyurdu.  “Çalı  quşu”,  “Ötən  günlər 
dəftərindən”,  “Qorxulu  Tehran”  və  qərb 
romanları əl-əl, ev-ev gəzirdi. Bu kütləvi 
mütaliənin yayılmasında Qabil müəllimin 
təsiri  çox  olmuşdu.  Elə  həyəcanlı 
danışırdı bu romanları, elə yerdə kəsirdi, 
qızlar,  oğlanlar  onun  gələn  dərsini, 
“dalısı 
sonra”nı 
intizar 
içində 
gözləyirdilər.  Onun  söylədiyi  romanların 
havası 
yeniyetmələri 
götürmüşdü. 
Cəbrayılda    Ovodlar,  Jülyenlər,  hətta 
madam de Renallar törənməkdə idi. 
Qabil  müəllim  idmançıydı.  O 
illər 
müharibəqabağı 
idman 
geniş 
yayılmışdı.  Gənclər,  ərgənlər  hamısı 
idmana  qoşulmuşdu.  Futbol,  voleybol, 
qaçmaq,  tullanmaq.  “QTO”,  “BQTO”, 
“OSVXAİM”, 
hərbiləşmiş 
idman 
yaranmışdı.  Hər  birinin  də  döş  nişanı 
vardı.  “Voroşilovski  strelok”  ən  sayılanı 
idi.  Hələ  müharibə  başlamamış,  ən  çox 
idman  və  atıcılığa  görə  verilən  bu  nişan 
cavanların  sinəsini  bəzəyir,  onunla 
öyünürdülər.  Həqiqi  döyüşdə  ,  doğruçu 
müharibədə 
əsl 
orden, 
medallar 
verilənədək. 
Məktəbin  idman  meydanı  vardı. 
Qabil müəllim ucaboydu, yaxşı voleybol 
oynayırdı.  Qonşu  Karyagin  rayonu  ilə 
yarışırdıq. 
Onların 
idman 
dəstəsi, 
məktəblilər  gəlirdilər  bizə  yarışa,  ya 
bizimkilər  gedirdik  oraya.  Uzaq  deyildi, 
cəmi  otuz  kilometr  yoldu  aramız.  Bir  də 
sərhədçilərlə 
yarışırdıq. 
Qərargah, 
sərhədçi 
dəstəsi 
bizim 
şəhərcikdə 
yerləşirdi. Sərhədçilərin təlim meydanları 
Ağoğlan  yaxası,  Dəyirman  dərəsiydi. 
Hərdən sərhədçilər yerli cavanlarla futbol 
yarışı  da  keçirirdilər.  Qabil  müəllim 
bizimkilərin  başlıca  məsləhətçisi,  birinci 
idmançıydı.  O,  hündür,  yaraşıqlı,  özünə 
güvənən    insandı.  İri  ala  gözləri  vardı, 
saçını  darayıb  yatırırdı.  Ondan  cavanlar, 
qocalar  da  çəkinirdi.  Başarıqlı  insandı. 
Cəbrayılda  ədəbiyyatın,  kitab  oxumaq 
mədəniyyətinin, 
idmanın, 
musiqinin 
yaranıb  artmasında  onun  əməyi  çoxdu. 
Yaxşı  da  tar  çalırdı.    Onun  səhnəyə 
çıxmağı,  artistliyi  unudulmazdı.  Kefli 
İsgəndəri  əla  oynayırdı.  Şeyx  Nəsrullahı 
ifşa  etdiyi  son  səhnə,  axırıncı  monoloq 


Üç aylıq ədəbiyyat dərgisi 
17 
indi 
də 
qulaqlarımda 
gurlayır 
Üsyankarcasına 
qışqırır, 
bayılmaq 
həddinə çatırdı. Coşğun təbiətli insan elə 
qızışır,  çılğınlaşırdı,  adamlar  tamaşa 
salonunda riqqətə gəlir, titrəşirdilər. 
Qabil  müəllimdən  danışanda  bir 
hadisə düşür yadıma. Bizimlə qonşuluqda 
bir  alt-üst  ev  vardı.  Üst  qat  şüşəbənd  – 
eyvan,  alt  –  açıq,  artırmaydı.  İkinci  qata 
taxta pilləkan qoyulmuşdu. Bu pilləkanla 
sakinlər 
qalxırdılar 
evə, 
otaqlara. 
Milislər,  nüfuzlu  məmurlar  gəlirdilər  o 
evə.  Orada  böyüklər  ailəsilə  yaşayırdı. 
NKVD,  KPO,  KQB  rəisi…  Biri  gedir,  o 
biri  gəlir, iki-üç  ildən  bir dəyişirdi  orada 
yaşayan  gəlmə  ailə.  Beləliklə  biz  böyük 
məmurun,  onun  ailəsinin  yaşayışını, 
dolanışığını,  iç  həyatını  daha  yaxından 
görən,  bələd  olan  qonşulardıq.  Onların 
əksəri  eldən  çəkinir,  aralı,  qapalı 
yaşayırdılar.  Buradaca  beş  addımlıqda 
onların 
uşaqları 
da 
qonşulara 
yovuşmurdular. 
 
Nə  qədər  olsa  da  biz  qonşu  idik, 
bəzən  ünsiyyətdə  olurduq,  daha  artıq 
uşaqlar. NKVD rəisi Qarayusifli idi yeni 
qonşu.  Onun  kiçik  qızı  mənimlə  bir 
sinifdə  oxuyurdu,  üçüncüdə.  Totuq, 
koppuş,  qaragöz  bir  qızdı.  Bir  kərəm 
məktəbdə  böyük  tənəffüsə  çıxanda  bir 
mənzərə  gördüm.  Şagirdlərin  əksəri 
məktəbin 
arxadakı  geniş  həyətində 
oynayır,  gəzinirdilər.  Baxdım,  Qabil 
müəllim də buradadır. Qucağında bir qız 
uşağı,  bu  qız  yekəcə  uşaqdı,  “qucaqlıq” 
deyildi.  Qabil  müəllim  bu  totuq  qızı 
almışdı  bir  qolunun  üstünə,  qız  ucaboy 
Qabil  müəllimdən  hündürdə  idi,  Qabil 
müəllimin bir əlində kitab vardı, o, kitabı 
tutmuşdu,  qızın  gözü  qabağına  və  ona 
dərs  öyrədirdi.  Bu  nə  hərəkətdi,  hansı 
müəllim  uşağa  bu  sayaq  dərs  öyrədirdi? 
Bütün  məktəbin  şagirdlərinin  gözü 
qabağında. Bu uşaq bizim qonşu, NKVD 
rəisinin  qızı  Zərifə  idi.  Bilmirəm,  bəlkə 
Qabil  müəllim  -  keçmiş  yüzbaşı  oğlu 
bütün  məktəbdən  çəkinmədən,  uşağa 
qılıqlanmaqla  onun  atasının  rəhmini 
qazanmağa  səy  göstərir,  gülünccəsinə 
yarınırdı.  Mən  də  uşaqkən  həmin  bu 
koppuş,  kök,  mamılı-matana  soyuq 
baxmırdım.  Bu  yerdə  mənim  körpə 
ürəyimdə  bir  qısqanclıq  baş  qaldırdı. 
Sonralar yayda, pioner düşərgəsində mən 
bir kələk qurdum. 
 
Yayda  rayon  mərkəzində  pioner 
lageri  –  düşərgə  açılırdı.  Biz  də  lagerə 
gedirdik,  götürürdülər.  Pioner  düşərgəsi 
ŞKM-in  binasında  olurdu.  Həmin  yay 
Qarayusiflinin  qızı  Zərifə  də  bizimlə 
birlikdə  düşərgədə  dincəlirdi.  Cırtdan 
Zəkara  bizim  dəstə  başçımızdı.  Bir  gün 
uşaqlar 
yemək 
yeyirdilər, 
sonra 
gələcəkdilər  dincəlməyə.  Mən  Zərifənin 
çarpayısını  tanıyırdım.  Zəkaraya  dedim, 
girdim  onun  çarpayı  üstdəki  döşəyin 
altına.  Gözlədim.  Uşaqlar  gəldilər  otağa. 
Zərifə  özünü  atdı  çarpayıya,  birdən 
altında tərpəniş duyub, qışqırıb qaçdı… 
 
Məni  Qabil  müəllimin  taleyi 
düşündürür. Bu adam çox işləri bacarırdı. 
Yaxşı  voleybol  oynayırdı,  "  tapit"lərini 
kimsə  götürə  bilmirdi.  Yarım  arşından 
artıq torun üstünə qalxır və topu var gücü 
ilə  endirirdi  rəqib  meydanına.  Onun 
zərbəsini  az-z  «alan»  olurdu.  Karyaginlə 
voleybol  yarışlarında  başlıcası  onun 
sayəsində 
bizimkilər 
uduzmur, 
oynayırdılar.  Qabil  müəllim  güclüydü 
rayon  miqyasında.  Ondan  irəli  getmədi. 
Az-çox  qüvvəsi  də  eləcə  rayonda  əridi, 
tükəndi. 
 
Qabil  müəllim  yaxşı  tar  çalırdı, 
yaxşı  mizrab  vururdu.  Başını  tarın 
sağanağına qoyub, çalırdı. Amma o, adlı-
sanlı musiqiçi, tar çalan da olmadı. Qabil 
müəllim  ədəbiyyatı  bilirdi,  düşünmək 
qabiliyyəti  vardı.  Əli  Sultanlı,  Mikayıl 
Rəfilidən  dərs  almışdı.  Əli  Sultanlı 
müəllimlə  yaxınlıqları  varmış.  O,  alim 
ola  bilərdi,  ədəbiyyat  sahəsində  parlaya 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə