Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə8/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   4   5   6   7   8   9   10   11   ...   92

18
№ 4 (20) Qış- 2016
 
bilərdi. Bu da olmadı, Qabil müəllim şe’r  
yazırdı, amma şair də olmadı. 
 
Niyə  bunların  heç  birində  o, 
parlamadı, ad-san çıxarmadı. Eləcə rayon 
ölçüsündə,  rayon  çərçivəsində  qaldı, 
qaldı  və  getdikcə  yetişən  yeni-yeni 
cavanların  arasında  yaşlanmağa  üz 
qoydu. Amma həmişə də ağlını, zəkasını 
saxladı,  beləcə  yaşadı.  Onun  qabiliyyəti 
şagirdlərinə,  rayonda  yeni  yetişən 
cavanlara  siraət  etdi.  İlyas,  Cəmil  yaxşı 
şahmat oynadılar. Voleybol oynayırdılar. 
Onlar  şer  də  yazdılar.  Amma  Qabil 
müəllim kimi bu uşaqların da heç biri nə 
şahmatçı,  nə  idmançı,  nə  alim  olmadı. 
Buna  müharibəmi  bais  oldu?  Yoxsa, 
onlar 
da 
müəllimləri 
tək 
rayon 
səviyyəsindən  artıq,  arta  bilmədilər.  Biz 
Cəmilin 
ağıl, 
zəka 
sahəsində 
yüksələcəyinə  daha  artıq  inanırdıq.O  isə 
silahlı  vuruşmalarda,  qanlı  döyüşlərdə, 
çarpışmalarda ad-san çıxartdı. Halbuki o, 
əsla cism-bədəncə seçilən deyildi, di gəl, 
güc, 
hey-hərəkətlə 
şərtlənən 
vuruşmalarda,  əlbəyaxa  savaşlarda  o, 
özünü  göstərdi.  Qəribə  deyilmi,  elə  bil 
onun  əqli  imkanları,  başarığı  döyüşdə, 
müharibə şəraitində gücə çevrildi. Bəlkə, 
bədən,  qol-qıç  möhkəmliyi,  onun  əqli 
qabiliyyətinin  dönməsi  idi.  Yəni  Qabil 
müəllimin  dərs  keçdiyi,  onun  şagirdi 
sanılan  yeniyetmələrin  heç  biri  də  onun 
kimi  idman,  ya  ədəbiyyat  sahəsində  heç 
bir  böyük  şöhrət  qazanmadı.  Bunların, 
onun yetirmələrininki aydın idi. Olsun ki, 
müharibə  qoymadı.  Bəs,  müəllimin 
özünə  nə  mane  oldu?  O,  tükənməz 
imkanları  olduğu  halda,  bir  ədəbiyyat 
həvəskarından  uzağa,  qabağa  getmədi. 
Bu,  fitri  çatışmazlıq,  yoxsa  ictimai 
sıxıntıydı. Bəlkə, şərait olsa, o, ən yüksək 
pilləyə çatardı. 
 
Qabil 
müəllimin 
ömrünün, 
həyatının  sonları  da  acı  oldu.  Bir  oğlu, 
sevimli  övladı  öldü.  Sonra  o  birinin 
başına  nə  isə  gəldi.  Qabil  kəndə-şəhərə 
düşüb,  tanış-bilişlərdən  yardım  topladı. 
Oğluna,  onun  qəbri  üstünə  Cəbrayıl 
məzarıstanında 
ən  iri  bir  heykəl 
qoydurdu, 
qara 
qabro 
daşından. 
Bilmirəm,  Qabil  müəllimin  özünün 
məzarı  necədir,  onun  üstündə  abidə 
qoyulubmu? 
Məncə, 
onun 
qəbrinə 
nakamlığı  andıran  bir  nişanə  qoymaq 
doğru olardı. 
 
Sinifdən sinfə keçir, böyüyürdük. 
Məktəbdən  qıraq  işlər,  oyunlar  artıq 
məktəbi,  oxumağı  üstələmişdi.  Evin  də 
işinə  yarayırdım.  Dovğa  bişirəcəkdiksə, 
anam  Tavad məni göndərirdi, gedim arx 
üstdən  yarpız  yığım,  cincilim  yolum, 
bədriş toplayım. Bu işləri görmək mənim 
özümə  də  xoşdu,  çinar  kəhrizinin  uzun 
arxı  boyu  bütün  yarpızlıq  ,  cincilimdi, 
bədriş  də  tapırdım.  Seçirdim,  kövrəyini, 
körpəsini  yığırdım,  anam  məndən  razı 
qalsın.  Dolma  bişirəcəkdisə  anam  yenə 
məni  göndərirdi  bağlara.  Çalışırdım, 
tənəyin  yarpaqlarının  naziyin,  yumşağını 
yığım.  Axşam  anamın  bişirdiyi  dadlı-
duzlu  dolmanı  yeyəndə,  desinlər  əladır, 
bunun  yarpağını  haradan,  kim  dərib? 
Yarpaq 
dərmək 
əlbəttə  yarpızdan, 
cincilimdən  çətindi,  həm  də  ona  görə  ki, 
üzümün  yarpağını  yoluşdurmağa  kolxoz 
qaravulçuları göz yummurdular, guya adi 
tənək  yarpağı  deyil,  kolxoz  bağından 
oğurluq üstə yaxalanırsan… 
 
Böyüdükcə 
mənə 
verilən 
tapşırıqlar  da  artmaqda  idi.  Hüseyn 
ağanın  kəhrizi  açılanda  yalın  başına 
qalxır,  yamac  həyətlərin  nə  vaxt 
suvarılacağını  güdür,  suyu  öz  qapımıza 
bağlayırdım.  Bu  çox  çətin  olurdu,  bizə 
qədər  on-on  beş  həyət  vardı,  onların 
hamısının  suvarılıb  sovuşmağı  gecə 
yarıdan  o  yana  çəkirdi.  Hüseyn  ağa 
kəhrizinin suyu bizə çatmırdı. Qoşa vedrə 
ilə Çinar kəhrizindən su dartırdım həyətə. 
Qoşa  tut  ağacımız,  kiçicik  bağçanı, 
ləkləri, 
lobyalığı, 
göyrüş 
ağacını 
suvarırdım,  savab  olurdu,  ağacların 


Üç aylıq ədəbiyyat dərgisi 
19 
duasını eşidirdim. Bu işdə bacım- Ziba da 
mənə kömək edirdi, məhlə uşaqları on-on 
iki  yaşlı  qızcığazlar  ətəklərini  islada-
islada  Çinar  altından  gurlayıb  axan  suda 
vedrələr, 
güyüm-sənəkləri 
doldurur, 
daşıyırdılar 
həyətlərə.  Axşamüstülər 
Çinar kəhrizi  şinnik olurdu.  
 
 
(davamı olacaq) 
 
 
 
YADDAŞ
 
 
ELDAR  BAXI
Ş
 
 
 
 
*** 
Sevgi bitmir, istək bitmir
neynirəm, bu şoran yeri... 
Mənim könlüm dağ yeridir, 
sənin könlün aran yeri... 
  
Toxum ver, əkə bilirəm, 
ağrı ver, çəkə bilirəm
Özümə qiblə bilirəm, 
sən o yatıb-duran yeri. 
  
Sənin o evin-eşiyin
sənin o itin-pişiyin, 
Sənin o yorğan-döşəyin
Dünyanın qurtaran yeri... 
  
 *** 
Mənim də havamı aldı bu dünya, 
Görməli işləri görə bilmədim. 
Yığıb, toparlayıb sevinci mərdə, 
kədəri namərdə verə bilmədim. 
  
Bəslədiyim arzu gözümdə qaldı, 
arzumu gözümdə heç elədilər. 
Mənim arılarım öldü acından, 
Mənim ağrılarım beçələdilər. 
  
Oynaq-oynaq sular zarıdı getdi, 
yaşıl-yaşıl otlar qurudu getdi. 
gözəl-gözəl qızlar qarıdı getdi, 
Mən də baxa-baxa qaldım dünyada. 
  
Huşlu adam vardı, huşunu yedi
Dəyirman acıxıb daşını yedi, 
cücə qarışqanın başını yedi, 
mən də baxa-baxa qaldım beləcə. 
  
**** 
Nə oldu, ayrıldıq bir-birimizdən? 
Dərə bir tərəfdə, dağ bir tərəfdə. 
Ayrılıq ələdi saçlarıma dən, 
Qara bir tərəfdə, ağ bir tərəfdə. 
  
Həsrət də alovdu, yandırdı, yaxdı, 
Ürəkdə, könüldə neçə iz qalıb. 
Mənim qollarımın yiyəsi yoxdu, 
Sənin incə belin kəmərsiz qalıb 
 
BOY 
 
Boyum çıxdı - günüm çıxdı, 
lala qırmızı-qırmızı. 
Anam mənə layla çaldı, 
layla qırmızı-qırmızı. 
 
Günüm çıxmadı gün kimi, 
mənim günüm lala oldu. 
Mən oldum, 
bu dünya oldu
anam deyən layla oldu. 
 
Boyum çıxdı - günüm çıxdı, 
düşdü bu dünyanın üstə. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə