Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə85/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

178
№ 4 (20) Qış- 2016
 
    – Predmetin özü haqqında düz on altı 
yaşından  bilirəm.  Amma  meditasiyalar 
sizə gələcək sizi gətirir. 
 
    -Buddizmin sizin poeziya ilə əlaqəsi 
varmı? 
     – Hə,  şeirlərimin  çoxu  ilə!  Tibet 
buddist  poeziyasında  da  adi  çin 
poeziyasında  və  yapon  haykusunda 
olduğu  kimi,  demək  olar  ki,  təsadüfi, 
ifadəlounmaz  bir  ənənə  var.  Siz  onu 
yenidən  nəzərdən  keçirə  bilməzsiniz, 
heç  nəyi  dəyişə  bilməzsiniz.  Ya  da  bu, 
kalliqrafiya 
kimidir: 
siz 
əvvəlcə 
düşüncənizdə  başlayırsınız  və  sonra 
kalliqrafik 
işarələri 
qoyursunuz. 
Poeziyada  da  eynən  bu  cürdür:  siz 
ruhunuzu  hazırlayırsınız  və  sonra  tez 
yazırsınız. 
Məsələn, 
“Kosmopolit 
salamlar”ın  “Amerika  təəssüratları” 
başlıqlı  sonuncu  şeirləri  haykulardır. 
“Qəzəb  yarat”  şeiri  «Drive  all  blames 
into  one»  (Bütün  söyüşləri  bir  nöqtəyə 
gətir)  deyə,  tibet  ənənəsində  yaranmış 
aforizmlə  başlayır.  Burda  deyilir  ki, 
başqalarının 
məzəmmətlərini 
dayandırmaq  və  bütün  ittihamları  sənə 
aidiyyatı  olmayan  yeganə  bir  nəsnə 
üzərinə  yönləndirmək  lazımdır  –  belə 
olduğu  halda,  mahiyyətə  toxunmadan 
yalnız zahiri görüntünü dəyişirsən. 
 –   “1952-1962-ci  illərin  qəzetləri” 
əsərinizin 
lap 
başlanğıcında 
  deyirsiniz 
ki, 
həyatınızın  mənasını  bilmirsiniz. 
İndi  sizdə  belə  bir  hiss  varmı  ki, 
onu tapmısınız? 
  –  Bəli, bəli, deyərdim ki, 69 yaşa bu 
artıq  xeyli  aydınlaşdı  mənimçün.  İşıq 
olmaq. Dürüst olmaq. Səmimi olmaq. 
Mənim  düşüncəmdə  nə  gizlənibsə, 
onu hər kəsə açmaq.    
 
    – 
 Siz 
heç  nəyi  nəzərdən 
qaçırmırsınız: 
hətta 
seksual 
həyatınızın 
detallarını 
və 
s.                         
     –  Poeziya  –  ruhunda  və  ağlında 
mövcud  olan  hər  şeyi   kağıza 
köçürməkdir.  Hər  şey  kifayət  qədər, 
sizin təsəvvür edə biləcəyinizdən qat-
qat  canlıdır.  Ona  görə  də  mən 
deyirəm  ki,  “Nəyə  diqqət  etdiyinizə 
diqqət edin”. Mən əvvəlcə pəncərədən 
baxanda heç nəyə diqqət etmirəm, elə 
ki, diqqət etdim, zənciri davam edir. 
  – 
Sizin 
şeirlərinizin 
çoxu 
qəzetlərdə 
yazılanların 
əks-
sədasıdır. 
 – Mətbuatda, radio və televiziyada nə 
görsəniz, mənim beynimdən keçir. 
– Televizorunuz var? 
– Hə, amma baxmıram. Bircə ola bilər 
seçkilərə. 
– Musiqi dinləyirsiniz? 
– Hə, musiqi dinləməkçün mən harasa 
gedirəm.  Amma  adətən,  özüm  ifa 
edirəm. Mənim balaca qarmoniumum 
var. 
– 
Berlin 
divarının 
yıxılması, 
kommunizmin  çöküşü  sizin  üçün 
sadəcə  olaraq  dünyanın  yaxşıya 
doğru  hərəkətindən  daha  artıq 
nəyisə ifadə etmir ki? 
– Yox. Mən Rembo ilə razıyam. Elm 
–  yeni  aristokratiyadır.  Proqres. 
Addımlayan  dünya.  Lənətə  gəlmiş 
proqres  bəlkə geri dönsün? Bizdə hər 
yerdə 
Mobutu 
janrında 
frankenşteynsayağı 
bədheybətlər 
yaradılıb.  Hər  yanda  kütləvi  şəkildə 
kədər  və  hər  yerdə  yemək  üstdə 
öldürürlər.  Ştatlarda  konservatorlarla 
fundamentalistlər 
getdikcə 
daha 
böyük 
əhəmiyyət 
daşıyırlar. 
“Qırmızılar” 
olmasaydı, 
onlar 
“qaralar”la, 
“mavilər”lə, 
toksikomanlarla 
mübarizə 
aparacaqdılar.  Və  narkotik  əleyhinə 
mübarizəni  onlar   polis  dövləti 


Üç aylıq ədəbiyyat dərgisi 
179 
yaratmaq  üçün  bəhanə  kimi  istifadə 
edirlər. 
 Yəni  biz  pisdən  pisə  doğru  gedirik? 
Və  proqresə  inanmağın  heç  bir 
əhəmiyyəti yoxdur? 
   –  Nə  əhəmiyyət!  Elə  sual  verirsiz  ki! 
Bu  cür  qoyulmuş  suala  heç  kim  cavab 
verməz. Planetdə hər kəsin qapısında bir 
qadın  və  şəxsi  qarajında  bir  maşını 
olacağı  ideyası  bir  gün  planetin  ekoloji 
xarabalığa 
çevrilməsinə 
gətirib 
çıxaracaq. 
–  Siz  həm  də  ekoloji  problemlərlə 
məşğulsunuz? 
–  Əlbəttə.  Bu,  hələ  əllinci  illərdən 
amerikan  şairlərin  köhnə  mövzusudur. 
Keruakı  xatırlayın:  “Тhe  Earth  is  an 
Indian Тhing” – “Yer kürəsi – hindulara 
aid işdir” 
   – Bununla nə demək istədiniz ki? 
    – Demək  istədim  ki,  hipertexnoloji 
xəşilin,  hipertexnoloji  köpüyün  növü 
kimi  artıq  çoxdandır  ki,  bizimlə  ətraf 
mühit  arasında  parçalanma  mövcuddur. 
Elə  bil  ki,  planet  QİÇSə  yoluxub  və 
immun 
sistemi 
insan 
virusuna 
müqavimət göstərə bilmir. Mən deyirəm 
ki,  bu,  hamıya  bəllidir.  Planet  qəza 
keçirib.  Çoxlu  sayda  məlumat  kodları 
müxtəlif  növ  bitki  və  heyvanlara 
dağıdıcı  təsir  göstərib.  Halbuki  qədim 
Amerika  hinduları  ağac  və  heyvanları 
birbəbir  tanıyır  və  tarazlığı  qoruyaraq 
onların  arasında  yaşayırdılar.  Bax  elə 
buna görə də “Yer kürəsi – hindulara aid 
işdir”...  həm kapitalist, həm də sosialist 
bürokratiyası  elə  daldalanıb  ki,  onlara 
qalib  gəlmək  üçün  hər  şeydən,  o 
cümlədən,  planeti  bugünkü  məlum 
krizisə  gətirib  çıxarmaqdan  ötrü  iki  yüz 
ildən  artıq  vaxt  lazım  olmuş  sənaye 
inqilabından  sonra  hələ  yüz  illər 
keçəcək. 
 
Çevirdi Mətanət Vahid 
 
SURİYA  DƏFTƏRİ
 
 
 
ADONİS
 
(Əli Əhməd Səid Əşbər) 
 
      Adonis  –  Əli  Əhməd  Səid  Əşbər 
1930-cu 
ildə  Suriyanın  Lazkiyyə 
rayonunun Qəssablar kəndində doğuldu. 
Sonra  Tartuşda  bir  fransız  liseyində 
oxudu.  Daha  sonra  Lazkiyyədə  dövlət 
məktəbini  bitirib  1950-ci  ildə  Şam 
universitetinə  daxil  oldu.  Suriyadakı 
farnsız  qüvvələrinə  qarşı  çıxdı.  Ölkənin 
müstəqillik  dövründə  ilk  şeirlərini  çap 
etdirdi.  Universitetdə  ədəbiyyatdan  dərs 
dedi. 
Beyrut 
universitetində 
doktorantura  keçdi.  Burada  Bodler  və 
Rilkenin  şeirləri  ilə  tanış  oldu.  “Şeir” 
dərgisini  buraxmağa  başladı.  Adonis 
adıyla Livan vətəndaşlığı aldı. 
     Orta 
Şərqdən  Liviyayacan  ərəb 
şeirinə  təsir  edən  Adonis,  ərəb  şeirinin 
keçmişindən 
qoparaq 
şeiri 
özünüküləşdirdi.  Ərəb  şeirinin  dünya 
şeiri  ilə  əlaqə  qurmasına  çalışdı. 
Beyrutdakı  vətəndaş  müharibəsindən 
sonra Parisə köçdü. Fəlsəfə və mistizmlə 
maraqlandı.  
      1971-ci  ildə  “Suriya-Livan  ən  yaxşı 
şeir” mükafatını, 1986-cı ildə Brüsseldə 
“Beynəlxalq  Şeir  Bienalı”  (iki  ildən  bir 
keçirilən)  mükafatını  qazandı.  1983-cü 
ildə  Parisdə  Mallarme  Akademiyasının 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə