Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə86/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   82   83   84   85   86   87   88   89   ...   92

180
№ 4 (20) Qış- 2016
 
üzvü  seçildi.  Həmin  il  “Le  Grand  des 
Poise”  (Brüssel)  mükafatını  və  “Nazim 
hikmət  Şeir  Mükafatını”  aldı.  Parisdə 
yaşayır. 
      -“Gələcəyin  şeiri  rədd  edənlərin 
ölkəsidir”  demisiniz.  Əcaba,  qeyri-
sabit 
Beyrut 
torpağı  şeirinizçün 
gərəklimidir?  –  Sualına  belə  cavab 
verib: 
     -Beyrutda 
düşüncələrim 
daha 
aydınlaşdı,  açıqlıq  qazandı...  və  şeirlə 
ilgili  düşüncələrim,  qənaətlərim  bir 
önəm,  bir  bütövlük  qazandı.  Bizim 
mədəniyyətdə iki sistem var: siyasi, dini, 
ya  da  ictimai  qurumlarla  qarışan  sistem 
və  rəsmi  basqılar  üzündən  gizlənən, 
içinə  qapanan  sistem...  Mənim  üçün 
önəmli  olan  yasaq  və  gizli  olandır. 
“Gələcəyin 
şeiri 
rədd 
edənlərin 
ölkəsidir” dediyim zaman insanı və onun 
gerçək  yaşamını  daha  yaxşı  anlamaq 
üçün    mövcud  qurumları  rədd  etməyin 
gərəkli olduğunu qeyd edirəm. 
 
  
Qara xiz
ə
y
ə
 tutulan ayna 
 
üzüm gəmidir mənim bədənim  
bir ada dedin 
və 
bu 
istək 
içində 
əzalarım 
dedin köksün bir dalğadır 
köksüm altında dalğa-dalğa yayılan gecə 
günəş əski həbsxanam 
günəş yeni hücrəm mənim 
ölüm şənlik və nəğmədir 
duydunmu 
səsimi? 
bu 
gecədən 
fərqliyəm mən 
başqa biriyəm  bu işıqlı yumşaq yataqda 
bədənin  örtükdür  qanımla  tikdiyim 
qumaş 
yolumu  itirmişəm  şaşqın  dolanıb 
dururam 
bədənimdə 
küləkləri yarpaqlara verdim mən 
ardımda buraxıb kipriklərimi 
hirslə dəli kimi suallar soraraq 
göylərlə oynadım 
öyrənmək üçün geyəcəklərim içində 
yol göstərən məhək daşı 
tanıdınmı  məni? yorğanımdır bədənim 
ölüm bir şərqi kimi və tamı dəftərlərimin 
mürəkkəbli məzar mənə yan otağım 
qədərin yollara ayırdığı göyləri yaşıl 
bu dünya xəritəsi 
ağrıları və acıları çəkən qara xizək 
gələrmisən arxamca? bədənim səmamdır  
mənim 
aıdım  bütün  keçidlərini  kosmosun 
sonunacan 
ardıma yazdım kipriklərimi 
əski bir bütə aparan yoldur o 
gələrmisən  ardımcan?  canım  yolumdur 
mənim. 
 
Söylə
yin dostlar 
 
ölmək istədim, olmadı 
yaşamaq istədim 
nəyə yarayası 
söyləyin, dostlar 
yaşamağın nə anlamı var? 
 
sevmək istədim 
sevdim 
sevilmək istədim 
sevilmədim 
söyləyin dostlar 
yaşamağın nə anlamı var 
 
ölmək olmadı 
sevmək olmadı 
sevilmək olmadı 
söyləyin mənə dostlar 
yaşamağın səbəbini 
He
çliyin şeytani nəğməsi
 
 (Bir parça) 
Uşaqlığını  xəyal torpağına  
Əkən qadınlar vardı 
Biçni allaha buraxardı 
Aralarında bəzisi vardı 


Üç aylıq ədəbiyyat dərgisi 
181 
Axşam ölüb səhər dirilərlərdi 
Kimiləri müdrik səbriylə 
Məhəbbətin ahını yazardı 
Kimiləri boynundakı boyunduruğu 
Kürk sanıb qoşardı… 
 
Adı eşqdi
 
 
birdən  
“bitdi” səsi eşidildi 
qarışdı ortalıq 
sevgisizlikdən qapandı gecə 
bir aşiq yerə yıxıldı 
qırmızılara boyandı səssizlik 
 
qaralar yığıldı başına 
sarı səhifələr örtüldü üzünə 
ağlayan bir körpə vardı başı üstdə 
adı eşqdi 
küçənin ortasında qalmışdı. 
 
 
 
Çöl
 
 
(Mühasirə altında Beyrut gündəliyi, 
198 
  
Şəhərlər bölünmüş 
Bildiyim mütün yönlərdə toz dumanı 
Yalnız şeirə açılır bu torpağın sancıları 
 
*** 
Evinə gedən yol qalmadı – mühasirə, 
Bulvarlar artıq məzarlıqdır; 
Göy üzündə dayanılmaz bir ay 
Evinin üzərinə 
Çökmüş bir toz dumanı çatılmış 
qaşlarıyla. 
 
*** 
Dedim bu yol evimizə gedir. Dedi: 
Xeyir. 
Keçə bilməzsən. Və mənə mərmilər 
cavab  verdi. 
Olsun. Bütün küçələrdə 
Evlərim və dostlarım var mənim. 
 
***  
Yollar dolusu qan 
Bir uşaq 
Dostlarına pıçıldayır: 
“Yalnız ulduz deyilən dəliklər 
Qaldı göy üzündə.” 
 
*** 
Şəhərin səsi yumşaq 
Şəhərin üzü parlaq 
Gecəyə yuxusunu danışan 
Və yerini səhərə verən 
Kiçik bir uşaq kimi 
 
*** 
Ayaqlarında corabı buludlar: 
Birinin başı yoxdu 
Birinin dili ya da əlləri 
Biri iplə boğulmuş 
Qalanlarının nə şəkli var, nə adı 
Dəlimi oldunuz? Lütfən 
Belə şeylər yazmayın 
 
*** 
Bir kitabın səhifəsində 
Bombalar özlərini görürlər 
Təxminlər və antik hikmətlər də 
Görürlər özlərini 
Divarlardakı oyuqlarda 
Sözcüklərin naxış ipliyi 
Xatirələrin iynəsinə doğru 
Şəhərin üzünü yalayıb keçər. 
 
 
*** 
Qatil 
Hava boşluğunda 
Şəhərin yarasında üzür – 
Yara bir ölümdür 
Adıyla sarsıdır hər yanı 
Qanayan adıyla 
Hər şey çevrəmizi 
Evlər divarlarını tərk edir 
Mən necə tərk edim tərk etmədən 
özümü? 


182
№ 4 (20) Qış- 2016
 
*** 
Bəlkə bir zaman gələcək və sənin 
Yaşamana izn veriləcək 
Sağır və dilsiz və bəlkə 
Qımıldamana izn veriləcək 
Həyat və dirilik 
Sənə salam olsun. 
 
 
Sülh
 
 
çölün tənhalığında irəliləyən üzlərə 
od və atəş geyinmiş Şərqə 
dənizin yuduğu torpağa 
və onun sevdasına sülh 
 
yağışlarını Verdi mənə baş gicəlləndirən 
çılpaqlığın 
özünü mənə tanıdır ildırım 
mənim bağrımda gəlişdi zaman 
bax gördünmü Şərqin parıltısı qanım 
su çəkər kimi çək məni və yox ol 
yetir məni yanğısı və şimşəyi var olan 
yerə 
su çəkər kimi çək məni bədənimlə bürün 
başarı atəşim və ulduzlar 
ilk yaramdır mənim 
hecalayıram 
bir ulduzu hecalayıram rəsmini çəkərək 
qaçqındır yuirdumda yurdum 
hecalayıram onun çəkdiyi ulduzu 
məğlub günlərin ayaq izlərində 
 
ey sözn külü 
gecədə bir doğuşu yenə varmı tariximin? 
 
Çevirdi Azad Qaradərəli 
 
  
 
 
 
 
 
 
 
 
Ğadə
 
Əlsə
man 
           (Suriya) 
 
 
 
M
ə
n bir insanam 
 
Mənim evimə gəlsən, 
Bir qələm gətir. 
Üzümə qara xətlər çəkmək istəyirəm, 
Qara xətlər çəkmək istəyirəm ki,  
gözəlliyimi gizlətmiş olum. 
Çünkü bizim ölkəmizdə gözəllik suç 
sayılır. 
Gözəlliyim üzündən həbsə girmək 
istəmirəm. 
Köksümdəki bütün həvəslərə yasaq 
gətirmək üçün 
Bir daha əsla həvəslənməyim deyə,  
Qəlbimin də üzərinə bir çarpı işarəsi 
çəkəcəyəm. 
Bir silgi də gətir, unutma! 
Təbiətin dodaqlarıma çəkdiyi qırımızı 
rəngi silib 
 qaraldacağam. 
Dodağımdakı qırmızılıq üçün qara gün 
olmaq istəmirəm. 
Bir bel gətir gəldiyində, 
Bütün qadınlıq duyqularımı içimdən 
qazmaq istəyirəm, 
Bütün varlığımı qazmaq istəyirəm.  
Böylə olduğunda  
cənnətə rahatca gedə biləcəkmişəm, 
güyaa! 
Saçlarımı dibdən kəsmək üçün,  


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə