Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə88/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   84   85   86   87   88   89   90   91   92

186
№ 4 (20) Qış- 2016
 
Dörd-beş nəfər mülkədar və tacirin 
əlində 
“Lezginka” oynayan 
Eybəcər bir oyuncaqdı... 
Aman, nə yazıq. 
İki illik bir devr 
İki illik leş bayramını görmədən 
gəbərən. 
Leş sevən 
Burjua köpəkləri! 
Başqa bir ad tapmadım sizə verim... 
Sizsiz Azərbaycan kəntlisi böldü yeri
Sizsiz verdi dekretini, 
Azərbaycan verdi Azərbaycana 
Doğma, böyük, 
Sərvətini... 
Biz burada yeni bir məmləkət tikərkən, 
Türk kəntlisi öz türini özü əkərkən, 
Türk işçisi damarında axan qan kibi 
bəslərkən 
Hər bir damla qara qanı, 
Avropanın hərraç bazarında qoydunuz 
torqa 
Azərbaycanı. 
Sən də ey “vətən” mədənlərini “vətən” 
düşmənlərinə satan 
Millətçilik sərkərdəsi! 
Yırtılmadımı cibgir üzünün son pərdəsi? 
On böyük addım atdı Azərbaycan 
Gözüm də, könlüm də, ömrüm də ona 
qurban. 
Gəlib görən gərək işini proletarın, 
Qurmaqdayız böyük bir yarın. 
Bu aydın yolları dutan 
Dəmir bir gediş. 
Dinlə mənim son sözümü, 
Ey sərimin son sərvişi, ey son dərviş! 
Dinlə sən ey tarixin vərəqləri arasında 
qalan, 
Bankir dizlərini qucaqlayan. 
Cib diblərini sayan, 
Yalançı pəhləvan! 
Millətlər qurmuş böyük dəha
Ver hər növ millətçiliyə 
FATİHƏ! 
 
ESSE
İ
ST
İ
KA 
 
Niyazi Mehdi 
 
 
 
Boyatımamış 
düşüncə
l
ə

(
ə
vv
əli ötən sayımızda)
 
 
Ə
dbiyyatda h
ə
nd
ə
si 
modell
ə
r (1986-ci il) 
 
        Anar  «Qaravəlli»də  süjeti  pis 
sonsuzluğa salır: dairədə fırlanmaq yeni 
rastlantılara,  hadisəyə  yox,  yeknəsək 
fırlantıya çevrilir.  
       Yol 
simvolikasından 
olan 
«azdırma», 
«azmaq» 
motivləri 
incəsənətdə  süjet  və  obraz  qurumunda 
önəmli  iş  görür.  Bu  motivlərlə  miflərdə 
ayrıca 
önəm 
qazanmış 
labirint 
(dolambac)  simvoluda  bağlıdır.  Yunan 
mifinə  görə,  «bic  sənətkar»  olan  Dedal 
qorxunc  Minotavrı  saxlamaq  üçün 
labirint  düzəldib  onu  dolambacın  içinə 
salır.  Başqa  mifə  görə,  isəTesey 
Minotavrı  öldürüb  labirintdən  çıxır  və 
bu  zamanyolu  ona  ardınca  çəkdiyi  sap 
göstərir.  
      Birinci  mifdə  labirintin  qurucusu 
kimi  sənətkarın  göstərilməsi  maraqlıdır.  
İncəsənətlə  bağlı  labirint  Borxesdətez-


Üç aylıq ədəbiyyat dərgisi 
187 
tez  təkrarolunur.  Biryerdə  o,  Kafkanın 
yaradıcılığında  getdikcə  artan  iyrənc 
labirintdən danışır. 
Borxesin bir neçə hekayəsidə əslla birint 
prinsipi ilə qurulub.  
 
 
Saçın müsəlman üçün 
qorxularından (1986
-
cı il)
 
 
Ortaçağ  müsəlman  mədəniyyətində  zülf 
(saç,  tel,  tük)  küfrün  metaforasına 
çevrilmişdi. Təsəvvüfün ezoterik dilində 
o  qəlibləşmiş  söz  idi.  Niyə  qadın 
gözəlliyində  belə  önəmli  olan  saç  belə 
mənfi  anlam  qazanmışdı?  Siz  baxın, 
görün,  qadını  telin  qıvırcıqları,  sıxlığı, 
çiyinə  tökülməsi  necə  canları  alan  edir. 
Ortaçağda qadında görünən bircə şey saç 
ola  bilərdi,  o  da  belə  yoldan  çıxaran. 
Zülfün  qıvrımları,  əyriləri  əyriliklə 
anışmaya girərək ondan ehtiyatlananlara 
əlavə  arqument  verirdi.  Təsəvvüfün 
ilginc  qolu  olan  qələndərlikdə  hamının 
başı,  hətta  qaşları  qırxıq  olmalıydı. 
Görünür, 
bu 
qırxıqlıq 
küfrdən 
arınmışlığı bildirirdi. 
 
Çağımızda  İran  kimi  ölkələrdə  zülfünü 
göstərən  qadınları  cəzalandırırlar.  Uzun 
sürə təəccüb edirdim ki, qadın bədəninə 
baxanda zülfündə nə seksual təhlükə var 
ki, hicabla onu gizlətməyi tələb edirlər?! 
Bu  sətirləri  yazanda  anladım:  birincisi, 
qadın  öz  zülfünü  müxtəlif  şirnikdirici 
formalara  salmaqla  vəl-vələ  sala  bilər 
(«afət» sözü burdandır). İkincisi isə, zülf 
həm də küfrdür, axı.  
 
 
Az
ərbaycan dünyasında bağ
-
bağat kodu (1986
-
cı il)
 
 
Gül-çiçək, bağ-bağat, isti fəsil simvolları 
Ortaçağ  Azərbaycan  incəsənətinin  hər 
növündə  ən  təkrarlanan  bildiriciləri 
verirdi.  Bu  simvollar  bədii  tekstləri  gur, 
parlaq  boyalarla  təmin  edirdi.  Onların 
özəlliklərindən  sonuc  çıxarıb  deyə 
bilərik  ki,  Ortaçağ  azərbaycanlısı  üçün 
gözəl nəsnənin və bədii tekstin ala-bəzək 
boyalar  sıxlığında  olması  müsbət 
estetikliyin  başlıca  göstəricilərindəndi. 
Gözəl olmaq ala-bəzək boya gurluğunda 
olmaq demək idi. Xoş qoxulu gül-çiçək, 
bağ-bağat  Orta  əsrlər  Azərbaycan  bədii 
tekstlərini 
xüsusi 
cismaniliklə, 
plastikliklə  təmin  edirdi.  Bu  cismanilik, 
birincisi,  bədən  qabalığından  istifadə 
edilən  gülüş  mədəniyyətindən  fərqli 
olaraq  zəriflik,  incəlik,  nəfislik  kimi 
formadüzəldici  prinsiplərdən  doğan 
cismanilik  idi.  İkincisi  isə,  qaranlığın 
ağırlığını  dağıdan,  işıq  parıltısını 
göstərən bildirici kompleksinə geniş yer 
açırdı.  Sonucda  məhz  incə  və  işıqlı 
cismanilik yaranırdı.  
 
Ortaçağ 
Azərbaycan 
miniatür 
tekstlərinin 
müstəvisində 
görünən 
geyimlər,  binalar,  mənzərə  işarələrinin 
hamısı gündüz işığına, yayın havasına, 
gül-çiçəklərin  zərifliyinə,  bağ-bağatın 
boyalarına 
əsaslanır. 
Miniatürün 
verdiyi  dünya  modelində,  dünya 
şəklində  qışa,  payıza  yer  yoxdur. 
Kontrast  üçün  bunu  demək  yetər  ki, 
Ortaçağ 
Çin 
rəssamlığında 
qış 
mənzərələrinin 
və 
atributlarının 
göstərilməsi  bəzi  sənətçilər  tərəfindən 
estetik  və  fəlsəfi  baxımdan  daha 
ifadəli, ilginc sayılırdı. 
 
 
Olmaynların işarə
si (1986-
cı il)
 
 
Olanların 
deyil, 
olmayanların 
(yoxluğun)  bildiriciyə  çevrilməsinə 
ilginc 
materialları 
Qaravəlli 
gülməcələri  verir.  “Hadı,  Hudu, 
Koroğlu,  Kosa,  bir  də  mən”  adlı 
qaravəllidə  çaxmağı  yox  tüfəngdən 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə