Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 393,72 Kb.

səhifə9/92
tarix25.07.2018
ölçüsü393,72 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   92

20
№ 4 (20) Qış- 2016
 
Düşdü-düşdü yerin, göyün, 
dənizin, dəryanın üstə. 
 
Boyum çıxdı - günüm çıxdı, 
çıxdı - gəldi qarşı dağdan. 
İş öyrəndim, güc öyrəndim 
mən arıdan, qarışqadan. 
 
Otu gördüm ot daşıdım, 
suyu gördüm su daşıdım. 
Ağzım yaman havalıydı, 
Yer bellədim, yavaşıdım… 
 
   
Şahmar
 
 
 
   
 
       
Köynə
k
 
              h
ekayə
 
 
     "Hörmətli məktub 
       Atama,  anama,  nənəmə,  əmimə, 
qardaşlarıma  və  Cəmilin  uşaqlarına  öz 
meһriban 
salamlarımı 
göndərirəm. 
Dədə, 
mənim 
barəmdə 
nigaran 
qalmayın. 
Yaxşıyam, 
yaxşı 
da 
dolanıram.  Son  zamanlar  məktub 
almıram 
sizdən. 
Bilmirəm 
niyə 
yazmırsınız? 
Bəlkə 
avqustda 
gəlmədiyimə  görə  məndən  inciyibsiniz? 
Dədə, 
vallaһ 
gələcəkdim, 
məni 
kamandirovkaya 
göndərdilər. 
Bu 
yaxında  gələcəyəm.  Yazın  görüm  necə 
dolanırsınız,  salamatlıqdırmı,  pilləkəni 
düzəltdinizmi, əmim bizə gəlib-gedirmi? 
Cəmil yenə köһnə yerindəmi işləyir? Ev 
alıbmı?  Deyin  ona  diklik  eləməsin, 
kiçiyin-böyüyün yerini bilsin. Prorabnan 
prorablıq  eləməyin  axırı  yoxdur,  vallaһ. 
Deyin başını sal aşağı, işini işlə. 
      Nənəm  nə  təһərdir,  yaxşıdırmı? 
Gözü  sulanırmı  yenə?  Keçən  ay  on 
manat göndərmişdim, görən alıbmı? 
         Mənim  sizə  bir  işim  düşüb,  dədə. 
Çox fikirləşdim yazım, yazmayım, sonra 
dedim  qoy  yazım.  Bilirsiniz  ki,  nə 
vaxtdır  institutu  qurtarmışam,  elə  o 
vaxtdan  da  burda  işləyirəm.  Amma  nə 
xeyri? Nə ev almışam, nə vəzifəm artıb. 
Yüz  dəfə  getmişəm  direktorun  yanına, 
deyir  elə  gözlə,  gözlə.  Çıxıb  getmək 
istəyirdim,  amma  fikrimi  dəyişdim.  Bu 
yaxında  bizə  yeni  direktor  müavini 
gəlib.  Doğru  deyiblər  ki,  adamdan-
adama  fərq  olarmış.  Bu  ayrı  cür 
adamdır, ay dədə, cavandır özü, amma iş 
biləndir,  qoçaqdır.  Burda  onun  başına 
and içirlər. 
      Məndən də razıdır, xətrimi istəyir. O 
gün məni çağırdı, söһbət elədik. Soruşdu 
ki,  nəyi  gözləyirsən,  kimi  gözləyirsən, 
niyə  yatıbsan?  Dedi:  bizim  direktora 
ümid  olma  o  öz  һayındadır.  Ay  dədə, 
yalan-gerçək,  deyir  sənin  işin  mənim 
boynuma.  Azı  bir  aya  şöbə  müdiri 
olarsan,  deyir.  Amma  bir  az  pul 
lazımdır,  deyir.  Bunsuz  olmaz,  deyir. 
Çünki  neçə  adamı  görməlidir,  neçə 
adamla  danışmalıdır.  Cəmi  beş  yüz,  altı 
yüz manat. Məndə o qədər pul һardandı, 
ay dədə. 
         Yaşlı  bir  qadın  işləyir  bizdə.  Yazıq 
һavaxtdan  çalışırdı  ki,  xaricə  getsin. 
Həkimlər  qoymurdu,  deyirdilər  şəkərin 
var. Həmin oğlan onun sənədlərini ikicə 
günün  içində  düzəltdi.  İndi  arvad  ona 
gecə də, gündüz də alxış eləyir. Bir sözlə 
xeyir-şərə  yarayan  adamdır.  Mən  һələm 
çoxunu yazmıram. 
         Məsələ  bax  bu  yerdədir,  ay  dədə. 
Dedim, 
gənəşim  sizə,  görüm  nə 


Üç aylıq ədəbiyyat dərgisi 
21 
deyirsiniz, 
beyninizə 
batsa, 
qol 
qoyarsanız.  Onda...  Əgər  pulun  olsa... 
Mən  də  bir  mərtəbəyə  çatsam  əvəzini 
çıxaram, sağlıq olsun. 
      İncimə məndən, ay dədə. 
           Cəmilin  uşaqları  necədir?  Camal 
məktəbə gedirmi? Nazlı dil açıbmı? 
      Hələlik bu qədər, di sağ olun. 
      Oğlunuz Yusif”. 
     Sonra istədi yazsın ki, "һə-yox”unuzu 
gözləyirəm.  Düşündü  ki,  yaxşı  deyil. 
Kağızı  zərfə  qoyanda  təsəvvürünə 
gətirdi  ki,  məktubu  necə  oxuyacaqlar. 
Anası  kövrələcək.  Atası  papiros  çəkə-
çəkə  qulaq  asacaq.  Atası  onun 
məktublarına  qulaq  asmağı  sevirdi.  O, 
ürəyində  yüz  faiz  əmindi  ki,  pulu 
göndərəcəklər.  Birinci  anası  deyəcək: 
göndər.  Cəmil  də  razı  olar.  Dədəsi 
ondan һeç vaxt һeç nəyi əsirgəməyib. O 
da  һeç  vaxt  dədəsindən  һavayı  yerə  pul 
istəməyib.  Bir  də  düşündü  ki,  dədəmin 
pulu 
olar. 
Olandan 
sonra 
niyə 
göndərməsin, axı. Deməli, məktubun iki 
gün  getməyi,  iki  gün  orda  qalmağı,  iki 
gün  gəlməyi.  Altı  gündən,  uzaqbaşı  bir 
һəftədən sonra cavab gəlməlidir. 
         Altı  gün  keçdi.  Cavab  yoxdu.  Yusif 
nə  işləyə  bilir,  nə  evdə-eşikdə  dinclik 
tapırdı. Yeddi gün keçdi. Heç nə yoxdu 
hələ. Nahar fasiləsində o, bufetdə oturub 
çörək yeyirdi. 
    - Boşdur bura? - deyə soruşdular. 
     -  Buyurun, buyurun,  -  Yusif az qaldı 
ayağa dursun. 
       Direktor  müavini  boşqabları,  bir 
stəkan  portağal  şirəsini  stolun  üstünə 
qoydu. Özü də oturdu. 
     - Neçədir işlər? 
    - Sağ olun. 
    - Dünən baxdın futbola? 
    - Bəli. 
       -  Axmaq  futboldu.  Texnikası  yox, 
ustanovkası  yox,  əşi...  -  Başını  buladı. 
Birdən soruşdu: 
    - Nə oldu? 
      Yusif  dedi  ki,  yazmışam  evə,  cavab 
gözləyirəm. 
       Yuxarı  çıxanda  o,  Yusifə  baxmadan 
dedi: 
     -  Yusif,  qardaş,  birdən  ürəyinə  ayrı 
şey-zad gələr. 
     -  Yox,  yox!  Özüm  ölüm  yox,  vallah 
yox, bu nə sözdür?! 
     Cavab  səkkizinci  gün  gəldi.  Özü  də 
pul  yox,  posılka  kağızı.  Bu  bir  parça 
kağızı  o,  əlində  oynadır,  bilmirdi 
neyləsin. "Bunlar necə adamlardırlar, ə” 
Mən də gözləyirəm pul göndərəcəklər”... 
     Lap dilxor olmuşdu. 
     Axşam  poçta  gedib  on  kiloqramlıq 
yeşiyi  aldı.  Qayıdanda  avtobusun  içi 
heyva iyi ilə dolmuşdu. Adamlar tez-tez 
ona və yeşiyə baxırdılar. Ağlına bir fikir 
gəldi. Bəlkə pul yeşikdədir. Yadındadır, 
institutda  oxuyanda  anası,  məktubların 
içinə  üçlükdən-beşlikdən  qoyardı.  Evdə 
yeşiyi  stolun  üstünə  qoydu,  pencəyini 
soyundu,  yeşiyi  açmaq  üçün  bıçağı 
götürəndə  gördü  ki,  əlləri  əsir.  Güldü. 
"Axmaqlamışam”,  -  dedi.  Yeşiyi  açdı. 
Yeşik sarı heyvalar və narla doluydu. Bu 
onun payı idi. 
         O,  heyva  və  narları  tələsik  stolun 
üstünə  tökdü.  Yeşiyin  dibindən  qəzetə 
bükülü  nəsə  düşdü.  "Pul”  –  deyə  ürəyi 
çırpındı.  "Beş  yüz  manat  pul”.  Açdı 
qəzeti.  "Bu  nədir?”  Kağızın  arasında 
sətin parçadan tikilmiş bir uşaq köynəyi 
vardı.  "Pul  hanı  bəs?”  Köynəyi  çevirdi, 
qollarına baxdı, silkələdi, heç nə yoxdu. 
Köynək  əlində  durmuşdu.  Nəsə  tanış 
gəlirdi  köynək.  Harada  görmüşdü  bu 
köynəyi!  Hər  şeyi  bir  anda  anladı. 
Amma  anladığı,  dərk  elədiyi  şeyi  bütün 
daxili  ilə, 
gücüylə  qəbul  eləmək 
istəmədi.  Yad  baxışlarla  xeyli  müddət 
köynəyə baxdı, sonra stula oturdu. Əlləri 
süstləmişdi.  Öz-özünə  yavaşdan:  "Gör 
nə  göndəriblər,  gör  nə  göndəriblər”...  – 
deyə pıçıldayırdı. 
       




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   92


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə