Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə90/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   84   85   86   87   88   89   90   91   92

190
№ 4 (20) Qış- 2016
 
güzgüsünə çevirib ritm tutmurlar. Batıda 
isə  Obamadan  tutmuş  milyonerlərəcən 
hamısı  rəp,  cəzz  səsi  gələn  kimi 
yırğalanırlar.  Ancaq  musiqi  havası 
yanıqlı  olanda  bizdə  də,  onlarda  da, 
adətən,  qaş  çatılır,  gözlər  kədərlə 
axır…Bütün  bunlar  nə  deməkdir?  O 
deməkdir  ki,  musiqini  somatik-bədən 
hərəktlərində,  göz-qaşda  təkrar  edəndə 
onu  öz  cisminə  interpretasiya  edirsən, 
yəni çevirirsən və ya «tərcümə» edirsən. 
Etməsən, ləzzət almırsan. Necə ki üzünü 
gülümsəmə  qırışına  salmasan,  təkcə 
ürəklə gülümsmək olmaz. 
 
Abstrasionizmlə ilgili belə bir soru: mən 
necə  boyaların  şırımlarından,  süzülüb 
bir-birinə axmasından, burdn girib ordan 
çıxmasından, 
laxtlanmasından, 
narınlaşıb qalınlaşmasından ləzzət alım? 
Burada, 
axı, 
düşüncənin 
dramı, 
duyğularnı  faciəsi  yoxdur  ki,  gərginlik 
məni  tutsun.  Mona  Lizanın  qımışığına 
baxa-baxa  min  fikir  ağlıma  gələ  bilər. 
Divardan  asılmış  boya  ləkələrindən  nə 
fikir gələ bilər?! 
 
Sən 
abstraksionist  şəkil  qarşısında 
duranda  soyuq  qalmaq  istəmirsənsə, 
baxdığına  tutulmaq  istəyirsənsə,  öz 
bədənini  pixoloji  olaraq  oradakıların 
əks-sədasına  çevir.  Yuxarıdan  əriyib 
tökülən  sarıya  baxanda  sən  də  əriyib 
tökül,  saçaqlar  kimi  saçaqlan  – 
qavrayışını belə düzənləyəndə psixoloji-
duyğusal  kontakt  baş  verəcək.  Beləcə, 
duyğulara  tutulanda  onlar  ardlarınca 
düşüncələr  gətirə  bilər  və  səndə  non-
fiuquratiıv  (yəni  nəsnələrin  formalarını 
göstərməyən)  əsər  meditativ,  dərin 
düşüncələr  dalğasına  tutulumş  hal 
yarada bilər. 
 
Mənim  bu  məsləhətimə  qulaq  assanız, 
modern 
sənət 
qalereyasnda 
abstraksionist  əsərlər  arasında  darıxa-
darıxa  yox,  bağ-bağat  ətrində  gəzirmiş 
kimi gəzərsiniz. Hərçənd bu məsləhətim 
belə  bir  soruya  cavab  vermir:  nədən 
bilək  ki,  filan  abstraksionist,  kubist, 
sürrealist  rəssamın  çəkdikləri  bədiliyi 
yüksək olan əsərdir?  
 
 
S
ə
n
ə
t v
ə
 yuxu(1989-cu il) 
 
Əski  mədəniyyətdə  uzun  sürə  insan 
ruhu, qutu göz qabağına nəsə hava, tüstü 
kimi  gətirilirdi.  Ruhu  nəfəs  kimi  də 
(=hava  stixiyası)  təsəvvür  edirlər  (rus 
dilində  «душа»  «дыхание»  sözləri  bir 
kökdəndir).  Və  nəhayət  arxaik  bilincdə, 
-  niyə  təkcə  arxaik  bilincdə,  elə  bizim 
özümüzün  təsəvvürümüzdə  də  -  ruhla 
bağladılan  yuxu  hava  yüngüllüyü  ilə 
anışır,  assosiativləşir.  Görünür,  yuxuda 
nəsnə, 
insan 
görklərinin 
çox 
yüngüllüklə  ən  ağlasığmaz  ilişgilərə 
girməsi  də  bu  anışmanı  gücləndirir, 
qaçılmaz edir.  
İndi  demək  olar  ki,  nəsnə  və  olayları 
bildiricilərin  dili  ilə  söyləyəndə,  onları 
ağırlıqlarından  arındırıb  yüngülləşdirə-
rək semantik sintaksisin «yüngül əli» ilə 
dünyaya  uyğun  olmayan  ilişgilərə 
salanda sənətçi yuxu (həm də yada salaq 
hava-nəfəs-ruh  anışmalarını)  simvolika-
sına, dilinə, koduna üz tutmuş olur. Ona 
görə də incəsənət öz tarixi boyu yuxuilə 
bərk, etgin ilişgidə olmuşdur. 
 
 
 
Azəri şikəstəliyi (1992
-ci il) 
Yanıqlı  səslə  mərsiyə  söyləməkdə  bəzi 
ruhanilər (rövzəxanlar) bayağılıq edirlər: 
bir  də  görürsən,  rövzəxan  qadınsayağı 
ah-nalə  ilə  dini  mahnı  oxuyur.  Ancaq 
bunu  həmin  adamın  psixolojisində 
gizlənmiş  Anima  arxetipinin  (qadınsal 
psixoloji  strukturun)  payına  da  çıxmaq 


Üç aylıq ədəbiyyat dərgisi 
191 
olar.  Əsasən  isəyanıqlı  nalə  Azərilərin 
səsində  bayağı  deyil.  Döyüşçülük, 
ərənlik,  müstəbidə  nifrət  bu  yanıqlı 
səsdən ayrıca məna ilə bilinir. 
Şikəstə  könül,  yanıqlı  səs  incə  qəlbdən 
soraq verir. Azərilər şiəlikdən incə könül 
qazanıb.  Bu  incə  könülü  biz  türlü 
incəliklərdə  yaradıcı  başlanğıc  kimi 
görürük.  Oturaq  türkun,  aran  türkünün 
süfrəsi, 
yemək 
dadları 
incəlik 
estetikasında  incəldilib.  Şiəliyin  yanıqlı 
səsi  aran  türkünün  kişisinə  incə  səslə 
muğam  oxumağa  "icazə"  verib.  Aran 
gəncliyində  sevgi  söhbətləri  incəlmiş 
kişi və qadın səsləri ilə gedir. 
Azərbaycanda  sünnilik  öz  səsini  daha 
çox aşığın güclü şaqraq səsində tapır və 
Azərbaycan 
oğuzlarınınmilli 
ruhu 
şiəliyin  yanıqlı  səsində  özünün  hansı 
imkanlarınısa  açandan,  anlayan-dan 
sonra  sünniliyin  gur  səsində  başqa 
pərdələrə keçir. 
 
 
B
ə
dii 
ə
s
ə
r nec
ə
 
azdırma 
üstündə
 qurulur  
(1995-ci il) 
 
Fransada  Klassisizmi  yada  salaq.  Orada 
hər  obraz  anlayışla  açılan aydınlıqdadır. 
Ona  görə  də  Dekartın  rasionalizminin 
(Kartezian 
fəlsəfəsinin) 
klassisizmin 
bədii  metoduna  etgisindən  danışırlar. 
Azdırıcı, 
yayındırıcı 
əlamətlərlə 
saçaqlanmış 
bədii 
nəsnələr 
belə 
obrazlara qarşı durur.  
 
Nəyə görə Qabriel Markesin «Patriarxın 
payızı» 
romanında 
diktatorun 
qoltuğundan  pis  iy  gəlməsi,  qasığında 
yırtığın  olması,  seksual  zəifliyi  tez-tez 
anılır?  Bəs,  onun  igamətgahının  həyəti? 
Burada  paltar  yuyan  qadınlar,  toyuq-
cücə  həyəti  hər-hansı  siyasi  ritualdan, 
urvatdan  uzaq  ən  adi  fermer  malikənəsi 
edir.  Nəyə  görə  Markes  diktatoru 
qorxunclaşdırmaq 
üçün 
onun 
həndəvərindəki 
nəsnələr 
dünyasını 
qorxunclaşdırmır? 
Obrazların 
bu 
yayındırıcı,  azdırıcı  «yollarına»  düşüb 
sonra  generalın  kimliyini,  necəliyini 
anlamağa  qayıtmaq  xeyli  mürəkkəb  bir 
işə  çevrilir.  Hərçənd,  duyğu  qatında 
hazırlıqlı  oxucu  hər  sapındırıcı  xəttə 
nəsə  yerində  vurulmuş  zənginləşdirici, 
çoxanlamlaşdırıcı  naxış,  cizgi  kimi 
inanır.  
 
Şklovsiki bu tip bədii obrazları tapmaca 
anlayışı  ilə  açmağa  çalışmışdı.  Sənətçi 
bir çox hallarda görkü (obrazı) tapmaca 
kimi  qurur.  Qavrayan  isə  bu  tapmacanı 
açandan  sonra  düşüncəni,  ideyanı  tapır 
və bu axtarış zamanı, bir də bu axtarışın 
sayəsində  güclü  duyğulara  düşür.  Yaxşı 
oxşatmadır. Hətta bir az da dəqiq demək 
olar:  bədii  obrazın  strukturunda,  bədii 
qavrayaşın  gedişində  arxaik  tapmaca 
biçimləri qalıq kimi iştirak edir.  
 
 
 
 
S
ə
n
ət boş Mə
rk
ə
z kimi  
(1995-ci il) 
 
İncəsənət mədəniyyətin boş mərkəzidər, 
ona görə də hər nəsnə olub kültürün hər-
hansı bölgəsinin işini görə bilir. Elm zəif 
olanda  elmin  işini  görür,  əxlaq  zəif 
olanda 
əxlaqlaşdırma  işini  görür. 
Sərhəddə durub hər yana əl uzada bilir. 
 
İncəsənətin  mədəniyyətdə  sərhəd-sınır 
zolağında  durması  paradoksla  bağlı 
olduğu üçün gözəldir. Gündəlik düşüncə 
sərhədi  nəsə  nazik  bir  cızıq  kimi  göz 
qabağına  gətirdiyi  üçün  təəccüb  edir: 
necə  ola  bilər  ki,  bu  boyda  dünya 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə