Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə91/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   84   85   86   87   88   89   90   91   92

192
№ 4 (20) Qış- 2016
 
incəsənəti  sərhəd  kimi  ensiz  bir  cızığa 
yerləşsin?! 
 
Bu soruya cavab tapaq.  
 
Xristianlığın  böyük  düşünəri  Avqustin 
zamanla  bağlı  belə  bir  şey  tapmışdı.  O 
deyirdi,  Keçmiş,  artıq,  ötüb  keçib, 
deməli,  yoxdur,  Gələcək  də  yoxdur, 
çünki hələ olmayıb. Yerdə qalır, yalnız, 
İndi. Bu  İndi də elə  bir andır ki, hər an 
keçmişə keçir.  
 
Şopenhauer  deyirdi  ki,  yaşam  həmişə 
indidədir.  Təsəvvür  edirsinizmi?  Biz 
həyat, yaşam anlayışlarını eşidəndə nəsə 
sürüb  gedən  davamlığı  nəzərdə  tuturuq. 
Halbuki  həyat  həmişə  bu  indinin 
bölünməz  anındadırsa  və  həmin  anın  o 
tayı  –  bu  tayı,  artıq,  yoxluqdursa, 
deməli,  həyat  oralara  genişlənib  uzana 
bilməz. 
 
 
 
S
ə
n
ə
td
ə
 
marginallıq
 
(1995-ci il) 
 
Marginal  tekstlərə  çox  güclü  örənəkləri 
Vaqif  Mustafazadənin  kompozisiyaları, 
Cavanşir  Quliyevin  «Skripka  ilə  saz 
üçün 
sonata»sı 
verir. 
Vaqif 
Mustafazadənin 
calğısını 
və 
kompozisiyalarını  yada  salaq.  Vaqifin 
barmaqları  musiqini  muğamla  cazın 
sınırlarında  aparır.  Dinləyirsən  və 
ürəyindən belə sözlər keçir: «bax, burası 
muğamdır,  burası  da  muğamdır,  bura 
muğam  deyil,  muğam  deyil,  burası 
cazdır, burası  da cazdır,  bura isə  birdən 
yenə  muğam  oldu».  Vaqifin  çalğısı  və 
musiqisi  muğamla  caza  batıb  çıxır. 
Cavanşirin  sonatasında  isə  saz  aşıq 
musiqisinin  dili  ilə  dillənir,  skripka  ona 
qoşulur,  səsinə  səs  verir  və  bir  də 
görürsən, 
sezilmədən 
musiqi 
intonasiyasını  çəkib  hind,  Tibet,  bir 
sözlə,  Şərq  musiqisini  duyduran  xallara 
salır, sonra yenidən geri qayıdır və belə-
belə  axıracan  davam  edir.  Adamın 
yadına  kəndirdə  tarazlığı  saxlaya-
saxlaya 
gedən 
kəndirbaz 
düşür. 
Kəndirbaz  mahirdisə,  qəsdən  büdrəyir 
ki,  camaatın  ürəyi  düşsün.  Vaqifin  və 
Cavanşirin 
musiqisi 
isə, 
yox, 
«büdrəmək»  sözü  bura  yaraşmır,  iki 
musiqi  dilinin  bildiriciləri,  sintaksisi  ilə 
baxışa-baxışa sərhəddə yeriyir. 
 
 
 
Hedonizm
ə
 
qarşı
 
 (2006-
cı il)
 
 
Mənim post-modernist düşüncəni və 
dünyanı  verən  modelə  çatmağa 
əngəl  olan  stereotipləridağıtmağıma 
bir  örnək.  Bioloji  olaraq  biz  elə 
proqramlaşdırılmışıq 
ki, 
«yaxşı 
nəsnə  ləzzət  doğurmalıdır»  məntiqi 
ilə  yaşayırıq.  Ona  görə  də  ləzzət 
duyğusundan  və  ləzzət  almaq 
canatımından  yaxşılara  bağlanırıq. 
Post-modernizm 
isə 
bu 
bioloji 
proqrama  qarşı  çıxaraq  elə  bir 
durum yaradır ki, bizə heç də bütün 
yaxşılar  ləzzət  vermir  və  beləcə, 
ləzzətsiz yaxşılar sisteminə giririk. 
 
Başqa  analogiya.  Biz  belə  bir 
məntiqə  öyrəşmişik  ki,  ən  çox 
istədiyimiz, 
sevdiyimiz 
nəsnə 
mütləq  özünə  ən  yaxşı,  ən  doğru 
arqumentləri  qazanmalıdır,  yoxsa, 
bizim  duyğuların  əsası  olmayacaq. 
Ona  görə  də  biz  İslamı  ən  pak  din 
adlandırırıq.  Ancaq,  axı,  bizim  öz 
vətənimizi, 
öz 
ata-anamızı 
sevməyimiz  üçün  onların  ən  doğru, 
ən yaxşı olmaları arqumentinə gərək 
duymuruq. 


Üç aylıq ədəbiyyat dərgisi 
193 
Biz  bilməliyik  ki,  İslamı  narsistik 
minimuma  görə  sevməliyik,  
bizimkidir, ona görə sevməliyik. Bu 
«bizimkiliyi»  yaratmağa  isə  ona 
görə gərək var ki, eləcə də insan ailə 
və  ev  yaratmağa  gərək  duyur. 
«Bizimkilər  –  başqaları»  toplumun 
və 
sosial 
dünyanın 
önəmli 
sintaksisidir,  yəni  düzümdür,  çünki 
biz  evə  çəkilirik,  ailə  strukturunda 
bir  çox  önəmli  nəsnələri  və  olayları 
əldə  edirik.  Eləcə  də  dinimizi.  Bu 
«qrammatika» 
naminə 
dinimizi 
sevirik  və  «oyun  qaydası»  kimi  onu 
ən  üstün  din  sayırıq.  Ancaq  bu 
yanaşmanın  şərtiliyini,  aktyorluq 
edib  həmin  şərtiliklə  bağlı  özümüzü 
görməməzliyə 
vurmağımızı 
da 
unutmamalıyq. 
 
 
(davamı olacaq) 
  
Milan Kundera 
 
 
 
 
“Yüz ilin tənhalığını 
oxuyandan sonra...”
 
 
     Gerçək  həyatda  əhalinin  cəmi  bir 
faizinin  uşağı  olmadığı  halda,  məşhur 
roman  qəhrəmanlarının  minimum  əlli 
faizi  özündən  sonra  nəsil  qoymadan 
səhifələr arasında itib gedir. 
    İstər  Pantaqruel  olsun,  istər  Panurq, 
istər Don Kixot, heç birisinin övladı yox 
idi.  Təkcə  onlarınmı?  Heç  “Təhlükəli 
Əlaqələr”  filmindəki  Valmonunun  da, 
Markiza  de  Merteyin  də,  xeyirxah 
prezident  arvadı  madam  de  Turvelin  də 
uşağı yoxdur. 
Ya  da  Henri  Fildinqin  ən  məşhur 
personajı  olan  Tom  Consun,  həmçinin 
Hötenin gənc Verterinin də uşaqları yox 
idi. 
      Stendalın  az  qala  bütün  roman 
qəhrəmanları  uşaqsızdır  (ya  da  heç  vaxt 
uşaqlarının  üzünü  görməyiblər),  eyni 
şeyi  Balzakın  və  Dostoyevskinin 
qəhrəmanlarının əksəriyyətinə aid etmək 
olar. 
     Əgər  keçən  əsrə  baxsaq,  “İtmiş 
zamanın 
axtarışında”əsərinin 
baş 
qəhrəmanı  haqqında  da  və  əlbəttə  ki, 
Robert  Muzilin  əsas  qəhrəmanları  olan 
Ulrix, onun bacısı Aqata, Valter və onun 
arvadları  Klarisse  və  Diotim  haqqında 
da,  Qaşekin  qəhrəmanı  Şveyk  və 
Kafkanın  bütün  qəhrəmanları  haqqında 
da eyni şeyi demək olar. 
     Doğrudur  Kafkanın  qəhrəmanı  olan 
Karl  Rossmanı  istisna  etmək  lazımdır, 
ancaq  o  da  xidmətçi  qızı  hamilə 
qoyduqdan  sonra  doğulacaq  uşağı 
həyatından  silmək  üçün  başını  götürüb 
Amerikaya  getmiş  və  ardınca  belə  bir 
romanın yaranmasına rəvac vermişdir. 
    Haqqında 
bəhs 
olunan 
sonsuz 
qəhrəmanlar  heç  də  yazıçıların  şüurlu 
məqsədindən 
doğmayıb, 
roman 
sənətinin  öz  mahiyyəti  (yaxud  da  bu 
sənətin 
şüuraltı 
tərəfləri) 
nəslin 
davametməsi 
ideyasıyla 
heç 
cür 
barışmır. 
      Haydeqqerin  dediyi:  “Roman  ayrı-
ayrı  şəxsiyyətlərin  yaratdığı  “Yeni 
dövr”ün təşəkkülü ilə ortaya çıxdı” fikri 
hər şeyin əsasında dayanır. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə