Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə3/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   2   3   4   5   6   7   8   9   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 

Şekspirə aid daha  
bir xəbər 
 
 
 
   Böyük 
Britaniya 
və 
Şimali 
İrlandiya 
Birləşmiş 
Krallığının 
ölkəmizdəki  səfiri  Kerol  Meri  Kroftsun 
təşkilatçılığı  ilə  dahi  ingilis  şairi  və 
dramaturqu  Uilyam  Şekspirin  450  illik 
yubileyinə  həsr  olunmuş  “Ən  yaxşı 
xalça”  eskizi  müsabiqəsi  keçirilmişdir. 
Müsabiqəyə 
Britaniyanın 
“British 
Council”  təşkilatının  direktoru  Elizabet 
Vayt rəhbərik etmişdir.  
 Artıq  müsabiqəyə  yekun  vurulmuş 
və 
Azərbaycan 
Xalça  Muzeyində 
“Azərbaycan 
Şekspir 
Xalçası” 
mükafatlarının 
təqdimat 
mərasimi 
keçirilmişdir. 
Münsiflər 
heyətinin 
üzvləri–
Azərbaycan  Rəssamlıq  Akademiyasının 
rektoru,  Xalq  rəssamı  Ömər  Eldarov, 
Azərbaycan  Xalça  Muzeyinin  direktoru 
Şirin  Məlikova,  Böyük  Britaniya  və 
Şimali  İrlandiya  Birləşmiş  Krallığının 
ölkəmizdəki səfiri Kerol Meri Krofts və 
Britaniyanın 
“British 
Council” 
təşkilatının  direktoru  Elizabet  Vayt 
təqdim  edilmiş  çoxlu  sayda  yaradıcı  və 
rəngarəng  dizaynlardan  bir  neçə  turdan 
sonra  ən  yaxşı  15-nin  mükafata  layiq 
görülməsi  barədə  razılığa  gəlmişlər. 
Həmin 
əsərlər 
sərgidə 
nümayiş 
etdirilmişdir. 
  Əsas  mükafata  “Qanadlı  Şekspir” 
eskizinə  görə Saatlı Tarix Diyarşünaslıq 
Muzeyinin 
direktoru, 
Əməkdar 
mədəniyyət işçisi Sürəyya Muğanlı layiq 
görülmüşdür.  Onun    eskizi  əsasında 
“Şekspir-450” 
xalçası 
toxunacaq. 
Dərgimizin  yaradıcı  qrupunun  üzvünü 
təbrik edirik! 
 
 
 
Dantedən 714 il sonra 
üzr istənildi 
 
 
 
 
 
İtaliyanın 
Qubbiyo 
şəhərinin 
rəhbərliyi  714  il  sonra  Dantedən  üzr 
istəyib.  Roma  papasının  adamlarından 
olan  qubbiyolu  hakim  Kante  Qabriel 
italyan dilinin atası sayılan şair Danteyə 
ölüm  hokum  vermişdi.  Hökmə  görə, 
əgər  şair  Florensiya  torpağına  ayaq 
basarsa,  yandırılaraq  öldürülməli  idi. 
Buna  görə  də,  şair  ölümdən  qurtulmaq 
üçün  uzun  müddət  sürgün  həyatı 
yaşamalı  olur.  Məhz  bu  səbəbdən 
Qubbiyo  şəhər  bələdiyyəsi  Kante 
Qabrielin hərəkətinə görə üzr istəyib.
 


8
№ 4 (20) Qış- 2016
 
 
Rafiq  Tağının 
qətlindən 5 il ötür 
 
 
  
 
 
 
 
 
Görkəmli  yazıçımız,  iti  qələmli 
publicist  Rafiq  tağının  qətlinin  5  ili 
tamam  olur.  Onun  dostları,  qələm 
yoldaşları,  ardıcılları  bu  münasibətlə 
yazıçının  Qurd  qapısındakı  məzarını 
ziyarət  etmiş,  nitqlər söyləmişlər.  Bütün 
çıxışların 
bir 
motive 
olmuşdur: 
Azərbaycan  ədəbiyyatı  tarixində  bir 
mərhələ  olan  Rafiq  Tağının  yaradıcılığı 
diqqətlə  öyrənilməli,  tədqiq  olunmalı, 
nəşr  ediləlidir.  Yaxınları,  ailə  üzvləri 
gələnlərə  təşəkkür  etmiş.  Hələ  də 
yazıçının 
qatilinin 
tapılmadığından 
əndişə duyduqlarını dilə gətirmişlər.      
      ATƏT-in  Media  Azadlığı  üzrə 
nümayəndəsi Dunya Miyatovic azərbay-
canlı yazıçı və köşə yazarı Rafiq Tağının 
ölümünün 

illiyi 
ilə 
əlaqədar 
Azərbaycan  və  digər  üzv  ölkələrə 
jurnalistlərin  təhlükəsizliyinin  qorunma-
sı  və  onlara  qarşı  cinayətlərin  cəzasız 
qalmasına  son  vermək  barədə  çağırış 
edib.  Qurumun  paylaşdığı  bəyanatda 
deyilir: 
"Rafiq 
Tağının 
qətlinin 
ildönümündə 
mən 
Azərbaycandaki 
məsul  qurumları  qatili  tapmağa  və 
məsuliyyətə cəlb etməyə çağırıram". 
 
 
Əli Əkbərin romanının 
təqdimatı olub 
 
 
 
 
 
İsveçrədə  yaşayan    yazıçı  Əli 
Əkbərin  yeni  romanının  mühacir  həyatı 
keçirdiyi    ölkədə  təqdimatı  keçirilib. 
Romanın  qəhrəmanı  öz  ölkəsində 
məşhur 
ssenarist 
olan 
Əmir 
Azərbaycandakı  rejimə  qarşı  çıxır, 
hakimiyyət 
tərəfindən 
bir 
neçə 
təzyiqlərə 
məruz 
qaldıqdan  sorna 
İsveçrə  səfirliyinin  köməyilə  ailəlikcə 
ölkədən çıxıb xilas ola bilir. 
O  anlayır  ki,  qaçqın  şəhərciyində 
qoyulan  qaydalar  hamısına  əməl  etmək 
mütləqdir.  Bununla  belə  o  yazmağa 
davam  edə  bilmədiyi  üçün  məyusluq 
keçirir,  çünki  yazmaq  onun  üçün  nəfəs 
almaq  kimi  bir  şeydir.  Azərbaycan 
höküməti  ona  vacib  bir  mədəni  layihə 
üzərində işləmək təklif edəndə, o axır ki, 
razılaşır və mühüm qərar qəbul edir... 
 “Kəsişmə”  –  daha  çox  siyasi  və 
avtobioqrafik 
tərzdə 
yazılmış 
bir 
romandır. 
 
 
 
 
 


Üç aylıq ədəbiyyat dərgisi 

YAZIÇILARIN 
ARX
İVİNDƏ
 
SABİR ƏHMƏDLİ 
 
 
 
Yazılmayan yazı 
memuar roman 
 
(Əvvəli ötən saylarımızda) 
 
Üç qardaşın kiçiyi, xatakar, “gölə 
qələm  sancan”.  Mən  anadan  olandan  az 
sonra  bizim  tanışımız,  atamla  yaxın  dost 
olan Nigar xala zahını və uşağı görməyə 
gəlibmiş,  ərik  gətiribmiş  pay.  Nigar 
xalagilin  bağındakı  ərik  indi  də  qalır. 
Şəhərin  yuxarı  başındakı  meyvələr, 
aşağıya  görə  gec  yetişir.  Yarəhmədli 
bağlarında  alınça  sümükləyib  sulananda, 
yuxarı  bağlarda,  hələ  sarfa  olur.  Ərik  də 
elə,  aşağılarda  saralanda,  yuxarıda  hələ 
kal olur. Tut da, gilas , başqa meyvələr də 
şəhərin  ayağına  görə  başda,  yuxarı, 
şimala  doğru  gec  yetişir.  Nigar  xalagilin 
evi  şəhərin  yuxarısında,  atamgilin, 
Vaqifin təzə yurd saldıqları yerə yaxındı. 
“Ərik  yeyiləndə…”  deyirdisə  anam,  bu 
təxminən,  iyulun  əvvəlləri  olar.  Mən  də 
“ərik  yeyiləndə”ni  Nigar  xalanın  zahıya 
gətirdiyi  pay  ilə  qoşub,  o  günü  saydım 
iyulun  onu.  Qalanları  ikicə,  üçcə  il 
keçəndən  sonra  özümün  yadımdadır.  Bir 
onu  anlaya  bilmirəm,  niyə  müsəlman 
aləmində, azərbaycanlılar doğulan uşağın 
yaşını  bir  kağız  qırığına  yazmır, 
saymırlar.  Niyə?  Bəlkə,bunda  da  bir 
anlaşılmaz  məna  var.  Niyə  axı,  dünyaya 
bir insanın haçan gəldiyi, özü də bir- başa 
sizin  günahınızla  bilinməz  olsun,  yazıya 
alınmasın? 
Yaş  kağızı,  metrika  yoxdu, 
hökumət  bu  mənada  yoxdu,  məktəb 
yoxdu,  ya  nə  idi  bu?  Yoxsa  bu,  ayıb 
sayılırdı?  Qadınlar  ,  gəlinlər  böyüklərin 
qabağında  öz  uşağı,  onun  doğulmağı 
barədə bir kəlmə belə danışa bilməzdilər. 
Bu,  abır-həyadan  uzaq  olardı.  Cavan  ər, 
bəy 
ata-anasının 
yanında  törətdiyi 
məxluqun  adını  çəkməz,  onu  ortaya 
gətirməz,  əsla  qucmaz,  öpməzdi.  Bu  da 
bir  qəbahət  sayılırdı.  Övladın  valideyn 
qarşısında  öz  uşağından  danışmağı  əsla 
yolverilməzdi,  bundan  hətta  utanırdılar. 
Necə  ki, ərimin  atası  əvəzinə  "qayınata", 
ərimin  qardaşı  yerinə  "qayın"  deyilirdi, 
"ər"  sözü  araya  gəlməsin,  "ər"  əvəzinə 
"kişi", "uşaqların atası",… Azərbaycanda 
bu sarıdan maraqlı işlər var. Ailə, övlad, 
uşaq  dolaşıqlara  məruz  qalır.  İndinin 
özündə  də  çox  halda  oğul  atasının, 
anasının  yanında  öz  uşağını  oxşamaz, 
öpməz,  uşağın  bunun  olduğunu  üzə 
verməz.  Bu  qaydanı,  abır-haya  timsalı 
təki  indi  də  gözləyənlər  az  deyil,  daha 
artıq kəndlərdə, elat içində. Guya , o uşaq 
bunun 
deyil, 
yəni 
onun  törətdiyi, 
törətməyinsə,  nə  demək  olduğu  anlaşılır, 
yozulursa,  onda  ayıb  bir  işarə  alınır. 
Guya  yaddırlar,  guya  bu  uşaq  allahın 
rizası  ilə  beləcə  diri,  canlı  olaraq  gözə 
görünür.  Baba,  nənə  onu  oxşaya  bilər, 
öpər,  amma  onu  əsl  baisi  əsla.  Çünki 
onda  uşağın,  bu  körpəciyəzin  haradan, 
nədən  yarandığı  düşünüləcəkdi.  Bu  da 
qəliz bir yozumdur. 
Rusdilli  erməni  şairəsi  Marietta 
Şaginyan 
söhbətlərinin 
birində 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə