Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə5/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   2   3   4   5   6   7   8   9   ...   92

12
№ 4 (20) Qış- 2016
 
əkinçilikdir.  Bizdə  də  üzümlükləri 
torpağın  üzünü  bürüməyə  qoymamış, 
tənəkləri  göyə  qaldırmış,  üzüm  göydə 
yetişdirilmiş, torpaq daha əlverişli bitkiyə 
verilmişdir.  Doğrudur,  ağacın  başındakı 
salxımları dərmək əngəl törədirdi, amma 
hər  halda  dərirdilər.  Pilləkan,  nərdivanla 
da bu işi görmək olar. Əminəm ki, göydə, 
havada 
yetişən 
qızıl 
salxımlar 
yerdəkindən,  koramal  kələsərdəkilərdən 
qat-qat şirəli olmalıdır. 
Mənim  yüksəyə  can  atmağımın 
səbəbi,  bəlkə,  uşaqlıqdan,  körpəlikdən 
günümün 
ağacların 
başında 
keçməyindəndi. Kimsənin yıxılacağından 
qorxub  yaxın  getmədiyi  ucalıqlara  mən 
dırmanır,  ayağımı    nazikcə  budaqların 
üstünə qoyub, əlimlə bir ufacıq saplaqdan 
yapışıb  mən  dərirdim  axıra,  sona  qalmış 
qənimət meyvəni . 
Qurban 
təpəsinin 
tuşunda, 
Nəcəfqullar  bağlarında  gərlərin  başında 
son  salxımlar  qaralır,  qızarırdı.  Bu  qızıl 
üzümləri 
qoruqçulardan, 
kolxoz 
bağçılarından  kimsənin  cəsarəti  çatmırdı 
qalxıb  dərsin.  O,  mənim  payımdı. 
Kimsənin 
dərə 
bilmədiyi 
mənim 
qismətimdi.  Çıxırdım,  dağdağan  ağacı 
bərk olur, bircə saplağından azman adam 
asılsa, saxlayır, qırılmazdı. Əbəs deyil, ət 
kötüyü,  təkər  topu,  başqa  işləri  də 
dağdağan  gırdınından  kəsib,  düzəldirlər. 
Dağdağanın  kəlləsində,  hündürdə,  göy 
üzündəki  qanadın  lap  ucundan  asılan 
üzüm  salxımını  mən  idim  dırmanıb 
götürən. 
 Axşam  düşən  təki  döşəkçəmi 
qaldırırdım  həyətimizdəki  qara  tutun 
haçasına.  Orada,  köndələn  uzanan  qoşa 
qanadın, şax-şəvəli üstündə özümə yataq 
açırdım.  Gecə  göydə  yatırdım.  Üstüm 
yorğanım şaxlar, yarpaqlar, başaltım yar-
yarpaq,  yetişmiş  bal  dadan  tutların, 
yarpaqların,  ağac  qar-qabığının  ətrini, 
tamını udaraq yatırdım. Evdəkilər qorxur, 
qoymurdular. Mən göydən əl çəkmirdim. 
Ora,  tut ağacının  haçasıydı  mənim  yataq 
otağım.  Bu  ağacın  doğma  hənirinə, 
yarpaqların, 
qanadların, 
gövdənin 
varlığına  güvənərək  uyuyurdum.  Mənə 
həsəd 
aparırdılar. 
Məni 
obaşdan 
budaqlarda  yuvalanmış  quşların  səsi 
oyadırdı.  
Mərc 
gəlirdik: 
Dağdağanın 
təpəsindəki  dağdağanları  kim  dərər? 
Mən!  Gərin  lap  uc  budağında  qızaran 
qızıl  üzüm  salxımını  kim  qoparar?  – 
Mən!  Əlçatmazda  asılmış  ,  diş  vuranda 
partlayan  armudu  kim  qırardı?  -    yenə 
Mən!  Bağlar,  bostanlar,  taxıl  zəmiləriydi 
mənim oylağım. Çöl quşu çay daşı. 
Məni  uşaq  baxçasına  qoydular. 
Baxça  kəndin  aşağısında,  Mirzəcanlı 
bağlarının 
qurtarıb 
Yarəhmədlinin 
başladığı,  “Aqronom  yeri”  deyilən 
çəmənliyin  ayağında  idi.  Bağçaya  məni 
Cəmil  aparırdı.  Məni  niyə  baxçaya 
qoyurdular, bilmirəm, amma elə ki, səhər 
açılır,  Cəmil  mənim  əlimdən  tutub 
aparırdı  çaylağın  qırağı  ilə  üz  aşağı. 
Cığırla  gedib  çıxırdıq  Hasanqulugilin 
evinə.  Oranı  baxça  eləmişdilər.  İndiki 
vaxtda 
ata-ana, 
böyüklər 
işə 
yollandıqlarından  ,  uşaq  evdə  tək 
qalmamalıdı.  Daha  artıq  şəhər  yerində 
uşaqları aparırlar baxçaya. Onda görünür, 
bu da yeni quruluşun tərbiyə-tədbirlərinə 
qoşulmaq,  ictimai  borc    sayılırdı.  Evdən 
baxçayadək 
ağlayırdım. 
Getmək 
istəmirdim  oraya.  Baxçadan  zəhləm 
gedirdi, elə bil dustaq aparırdılar. Oranın-
baxçanın    bir  müdirəsı  vardı,  boy-
buxunlu bir xanımdı, bizim ləhcədə deyil
uzaq, yad bir tərzdə danışırdı. Gəlmə idi. 
Mən  bütün  günü  orada  qapanıb  qalır, 
küskün  dolanırdım.  Artırmada,  qapının 
lapca dabanında Hasanqulugilin bir yekə 
sarı  iti  yatırdı,  elə  bil  bu  köpəyi  bizə 
qaraul 
qoymuşdular. 
Müdirədən, 
baxçanın  özündən  artıq  bu  sarı,  qıllı, 
iribaş  köpək  məni  qorxudurdu.  Bizim 
evdə baxça müdirəsini yamsılayırdılar. O 


Üç aylıq ədəbiyyat dərgisi 
13 
mənim  barəmdə  məni  aparmağa  gələn 
anama,  qardaşıma  söyləyirdi:  “Süddaş 
verirəm, yemiyor. Xörək yemiyor”. 
Axır  necə  oldusa  bağçadan 
mənim  canım  qurtardı.  Altı  yaşımda 
məktəbə  getdim.  Ona  qədər  məktəb 
yuxarıda,  hərbi  şəhərcik  olan  yerdə 
yerləşirdi.  Sonra  onu  köçürdülər  Ağa 
bəyin 
mülkünə. 
Yəni, 
Məmməd 
Əsgərovun  zövcəsi  Qunçagilin  bəy 
mülkünə.  Bura  üstü  dəmir-taxtapuş,  daş 
evdi, geniş otaqlardı.. 
Məktəb  ŞKM  deyilən  binaya 
köçdü.  Bura  eləcə  məktəb  üçün  tikilib 
başa  gəlmiş  əsl  təhsil  ocağı  idi.  Başdan-
başa  uzun  dəhliz,  dəhlizin  çox  böyük 
pəncərələri 
həyətə 
açılırdı. 
Sinif 
otaqlarının  tavanı  hündür,  pəncərələr 
genişdi,  “Bulvar”  bağa  açılırdı.  Başda 
müəllimlər  otağı,  direktor  kabineti  idi. 
Pəncərələr könül açırdı. 
Mən  birinci  sinfə  orada  getdim. 
Onda “yarımıncı” da vardı, birinci sinfin 
birinci 
yarısınadək 
 
“yarımıncı” 
deyirdilər.  Böyük  tənəffüslərdə  uşaqların 
hamısı  eşiyə  çıxırdı.Çalğı,  toplantı 
qurulur, 
şagirdləri 
araya 
alıb 
oynadırdılar.  Ən  çox  məni  oynadırdı 
Fərman  müəllim.  Onda  Karyagindən 
artistlər 
tez-tez 
Cəbrayıla 
tamaşa 
göstərməyə  gəlirdilər.  Səfər  dayım  da 
onlarla 
gəlir, 
məzəli 
oyunlar, 
komediyalar  çıxarırdılar.  Səfər  dayım 
xəncərlə  oynayırdı.  Mən  də  ondan 
öyrənmişdim  “Ləzgi-həngi”ni. Tənəffüsə 
çıxan  kimi  Fərman  müəllim  məni 
tovalayıb  ,  salırdı  araya.  Tar,  kamança 
başlayırdı çalmağa. Mən  xəncər əvəzinə 
çubuğu əlimə alır, atılıb-düşür, "xəncəri" 
paçamdan, 
qıçlarımın 
arasında 
keçirirdim.  Fərman  müəllim  gülür,  axıb 
gedirdi, 
burnumu 
silir 
və 
məni 
qızışdırırdı.  
O  illərdə  sinif  çatışmadığından, 
eləcə 
məktəbin 
altından 
başlayan 
bağlarda,  qoz,  dağdağan,  tut  ağaclarının 
kölgəsində  toxmaçarlıqda,  çəkilliklərin 
talasında dərs keçir, oturub oxuyur, bilik 
alırdılar.  
Məktəblə  üzbəüz  dustaqxanaydı. 
İcazə  ilə  çinar  kəhrizinin  arxı  qırağına 
gələn,  su  götürən,  çayniki,  abtavanı 
dolduran dustaqları, keşikçiləri görürdük. 
Sonralar    arxın  o  üzündə  daş  hasar 
hördülər.  Bu,  dustaqxananın  qənşərini 
kəsdi.  Alt  yan  qəssab  Məhəmmədin 
eviydi.  Onların  tikan  çəpərli  həyəti, 
bağçası  vardı.  Çinar  kəhrizinin  arxı  üstə 
qurulmuş  bu  evlər  sudan  əsla  korluq 
çəkmirdi. Kəhrizin çay təki gur, bol suyu 
həyətin 
ayağındanca  axıb  gedirdi. 
Ağappaq,  billur  suydu.  Mirzəcanlı 
övrətləri, qalalılar arxda pal-paltar, gəbə-
kilim  yuyur,  suya  çəkirdilər.  Arx  boyu 
böyürtkanlıqdı.  Böyürtkan  kolları  hər 
hansı  çəpərdən  möhkəm  saxlayırdı 
həyətləri.  Getdikcə,  aşağılara  doğru,  kol-
kos  moruqluq  hər  iki  yandan  qalxıb, 
arxın  üstünü  tuturdu.  Arxda,  dizimizdən 
xeyli  yuxarı  paçamıza  qalxan  ,  bumbuz, 
dupduru  kəhriz  suyunda  çimişirdik. 
Hərdən 
arx 
dağılırdı. 
Mirzəcanlı, 
Yarəhmədli  suçusu,  qoruqçu  çatıb,  bizi 
qovurdu.  Qoruqçunu,  cuvarı  görcək 
geyimimizi  qoltuğumuza  vurub  lümlüt 
götürülürdük bağa doğru. 
Bir  həşir  də  onda  qopurdu  ki, 
qozlar  çırpılmağa  başlayırdı.  Qəssab 
Məhəmmədin  qozu  şəhərcikdə  ən  iri 
ceviz ağacıydı. Qəssabın bazarı tənəzzülə 
uğramışdı. Bais də özü olmuşdu. Belə ki, 
keçini  kəsib  cəmdəyin  üstünə  haradansa 
bir parça qoyur quyruğu atır və keçi ətini 
toğlu  adına  ,  o  qiymətə  satırdı.  Kələyin 
başı tutulmuşdu. 
Qoz  çırpılanda  qəssabın  bütün 
ailəsi  bu  işə  qoşulurdu.  Salbaçı  ağaca 
dırmanır,  budaqları  döşəyir,  ceviz 
yağırdı.  Yerdəkilərsə  tökülən  cevizi 
toplayırdı.  Qəssabın  qızı,  oğlu  –  mənim 
dostum  İmili,  arxa  tökülən  cevizləri 
qamarlayır,  axıb  getməyə  qoymurdular. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə