18
№ 4 (20) Qış- 2016
bilərdi. Bu da olmadı, Qabil müəllim şe’r
yazırdı, amma şair də olmadı.
Niyə bunların heç birində o,
parlamadı, ad-san çıxarmadı. Eləcə rayon
ölçüsündə, rayon çərçivəsində qaldı,
qaldı və getdikcə yetişən yeni-yeni
cavanların arasında yaşlanmağa üz
qoydu. Amma həmişə də ağlını, zəkasını
saxladı, beləcə yaşadı. Onun qabiliyyəti
şagirdlərinə, rayonda yeni yetişən
cavanlara siraət etdi. İlyas, Cəmil yaxşı
şahmat oynadılar. Voleybol oynayırdılar.
Onlar şer də yazdılar. Amma Qabil
müəllim kimi bu uşaqların da heç biri nə
şahmatçı, nə idmançı, nə alim olmadı.
Buna müharibəmi bais oldu? Yoxsa,
onlar
da
müəllimləri
tək
rayon
səviyyəsindən artıq, arta bilmədilər. Biz
Cəmilin
ağıl,
zəka
sahəsində
yüksələcəyinə daha artıq inanırdıq.O isə
silahlı vuruşmalarda, qanlı döyüşlərdə,
çarpışmalarda ad-san çıxartdı. Halbuki o,
əsla cism-bədəncə seçilən deyildi, di gəl,
güc,
hey-hərəkətlə
şərtlənən
vuruşmalarda, əlbəyaxa savaşlarda o,
özünü göstərdi. Qəribə deyilmi, elə bil
onun əqli imkanları, başarığı döyüşdə,
müharibə şəraitində gücə çevrildi. Bəlkə,
bədən, qol-qıç möhkəmliyi, onun əqli
qabiliyyətinin dönməsi idi. Yəni Qabil
müəllimin dərs keçdiyi, onun şagirdi
sanılan yeniyetmələrin heç biri də onun
kimi idman, ya ədəbiyyat sahəsində heç
bir böyük şöhrət qazanmadı. Bunların,
onun yetirmələrininki aydın idi. Olsun ki,
müharibə qoymadı. Bəs, müəllimin
özünə nə mane oldu? O, tükənməz
imkanları olduğu halda, bir ədəbiyyat
həvəskarından uzağa, qabağa getmədi.
Bu, fitri çatışmazlıq, yoxsa ictimai
sıxıntıydı. Bəlkə, şərait olsa, o, ən yüksək
pilləyə çatardı.
Qabil
müəllimin
ömrünün,
həyatının sonları da acı oldu. Bir oğlu,
sevimli övladı öldü. Sonra o birinin
başına nə isə gəldi. Qabil kəndə-şəhərə
düşüb, tanış-bilişlərdən yardım topladı.
Oğluna, onun qəbri üstünə Cəbrayıl
məzarıstanında
ən iri bir heykəl
qoydurdu,
qara
qabro
daşından.
Bilmirəm, Qabil müəllimin özünün
məzarı necədir, onun üstündə abidə
qoyulubmu?
Məncə,
onun
qəbrinə
nakamlığı andıran bir nişanə qoymaq
doğru olardı.
Sinifdən sinfə keçir, böyüyürdük.
Məktəbdən qıraq işlər, oyunlar artıq
məktəbi, oxumağı üstələmişdi. Evin də
işinə yarayırdım. Dovğa bişirəcəkdiksə,
anam Tavad məni göndərirdi, gedim arx
üstdən yarpız yığım, cincilim yolum,
bədriş toplayım. Bu işləri görmək mənim
özümə də xoşdu, çinar kəhrizinin uzun
arxı boyu bütün yarpızlıq , cincilimdi,
bədriş də tapırdım. Seçirdim, kövrəyini,
körpəsini yığırdım, anam məndən razı
qalsın. Dolma bişirəcəkdisə anam yenə
məni göndərirdi bağlara. Çalışırdım,
tənəyin yarpaqlarının naziyin, yumşağını
yığım. Axşam anamın bişirdiyi dadlı-
duzlu dolmanı yeyəndə, desinlər əladır,
bunun yarpağını haradan, kim dərib?
Yarpaq
dərmək
əlbəttə yarpızdan,
cincilimdən çətindi, həm də ona görə ki,
üzümün yarpağını yoluşdurmağa kolxoz
qaravulçuları göz yummurdular, guya adi
tənək yarpağı deyil, kolxoz bağından
oğurluq üstə yaxalanırsan…
Böyüdükcə
mənə
verilən
tapşırıqlar da artmaqda idi. Hüseyn
ağanın kəhrizi açılanda yalın başına
qalxır, yamac həyətlərin nə vaxt
suvarılacağını güdür, suyu öz qapımıza
bağlayırdım. Bu çox çətin olurdu, bizə
qədər on-on beş həyət vardı, onların
hamısının suvarılıb sovuşmağı gecə
yarıdan o yana çəkirdi. Hüseyn ağa
kəhrizinin suyu bizə çatmırdı. Qoşa vedrə
ilə Çinar kəhrizindən su dartırdım həyətə.
Qoşa tut ağacımız, kiçicik bağçanı,
ləkləri,
lobyalığı,
göyrüş
ağacını
suvarırdım, savab olurdu, ağacların
Üç aylıq ədəbiyyat dərgisi
19
duasını eşidirdim. Bu işdə bacım- Ziba da
mənə kömək edirdi, məhlə uşaqları on-on
iki yaşlı qızcığazlar ətəklərini islada-
islada Çinar altından gurlayıb axan suda
vedrələr,
güyüm-sənəkləri
doldurur,
daşıyırdılar
həyətlərə. Axşamüstülər
Çinar kəhrizi şinnik olurdu.
(davamı olacaq)
YADDAŞ
ELDAR BAXI
Ş
***
Sevgi bitmir, istək bitmir,
neynirəm, bu şoran yeri...
Mənim könlüm dağ yeridir,
sənin könlün aran yeri...
Toxum ver, əkə bilirəm,
ağrı ver, çəkə bilirəm;
Özümə qiblə bilirəm,
sən o yatıb-duran yeri.
Sənin o evin-eşiyin,
sənin o itin-pişiyin,
Sənin o yorğan-döşəyin,
Dünyanın qurtaran yeri...
***
Mənim də havamı aldı bu dünya,
Görməli işləri görə bilmədim.
Yığıb, toparlayıb sevinci mərdə,
kədəri namərdə verə bilmədim.
Bəslədiyim arzu gözümdə qaldı,
arzumu gözümdə heç elədilər.
Mənim arılarım öldü acından,
Mənim ağrılarım beçələdilər.
Oynaq-oynaq sular zarıdı getdi,
yaşıl-yaşıl otlar qurudu getdi.
gözəl-gözəl qızlar qarıdı getdi,
Mən də baxa-baxa qaldım dünyada.
Huşlu adam vardı, huşunu yedi,
Dəyirman acıxıb daşını yedi,
cücə qarışqanın başını yedi,
mən də baxa-baxa qaldım beləcə.
****
Nə oldu, ayrıldıq bir-birimizdən?
Dərə bir tərəfdə, dağ bir tərəfdə.
Ayrılıq ələdi saçlarıma dən,
Qara bir tərəfdə, ağ bir tərəfdə.
Həsrət də alovdu, yandırdı, yaxdı,
Ürəkdə, könüldə neçə iz qalıb.
Mənim qollarımın yiyəsi yoxdu,
Sənin incə belin kəmərsiz qalıb
BOY
Boyum çıxdı - günüm çıxdı,
lala qırmızı-qırmızı.
Anam mənə layla çaldı,
layla qırmızı-qırmızı.
Günüm çıxmadı gün kimi,
mənim günüm lala oldu.
Mən oldum,
bu dünya oldu,
anam deyən layla oldu.
Boyum çıxdı - günüm çıxdı,
düşdü bu dünyanın üstə.
Dostları ilə paylaş: |