Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə92/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   84   85   86   87   88   89   90   91   92

194
№ 4 (20) Qış- 2016
 
     Romanın  sayəsində  Avropada  insan 
şəxsiyyət  kimi  hökmünü  göstərməyə 
başladı. 
Əslində, 
valideynlərimizin 
bizdən  öncə  necə  yaşadıqları  haqqında 
çox  az  şey  bilirik,  bizim  yaxınlarımız 
haqqında  biliklərimiz  səthidir,  sadəcə 
onların  dünyaya  necə  gəlib  getdiklərinə 
şahid  oluruq,  onlar  dünyadan  silinən 
kimi  yerlərini  başqaları  tutur,  onlar 
böyük bir əvəzlənmə qatarı yaradıblar. 
    Məhz  roman  kütlə  içindən  bir  nəfəri 
seçib  başdan-başa  onun  həyatını, 
fikirlərini,  duyğularını  danışır,  onu 
əvəzedilməz 
edir, 

hər 
şeyin 
mərkəzində dayanır. 
     Don  Kixot  ölür  və  roman  sona  çatır, 
bu,  birdəfəlik  sondur,  çünki  Don 
Kixotun  uşaqları  yoxdur,  əgər  uşaqları 
olsaydı,  onun  həyatının  bir  davamı  ola 
bilərdi, bəlkə onu yamsılayan, ya da onu 
mühakimə  edən  birisi  olacaqdı,  bəlkə 
onu müdafiə edəcək, ya da ona xəyanət 
edəcəkdilər. 
     Atanın  ölümü  qapının  arasını  açıq 
qoyur,  lap  uşaqlıqdan  başlayaraq  biz 
dəfələrlə  məhz  bunu  eşidirik,  sənin 
həyatın uşaqlarında davam edəcək, sənin 
uşaqların sənin ölümsüzlüyündür. 
     Ancaq  əgər  mənim  həyat  hekayətim, 
şəxsi həyatım başa çatdıqdan sonra belə 
davam  edə  bilirsə,  deməli,  mənim 
şəxsiyyətim  yetkin  bir  şəxsiyyət  deyil, 
onda  hələ  başa  çatmamış  nələrsə  var,  o 
təklikdə tam məna ifadə edə bilmir. 
     Belə anlaşılır ki, fərdin içində  əriyib 
yoxa çıxan, öz kimliyinin unudulmasına 
şərait  yaradan  ailə,  nəsil,  söy-kökü, 
millət  kimi  tamamilə  konkret,  dünyəvi 
şeylər  var.    Bu  “hər  şeyin  əsası”  olan 
fərdin  bir  neçə  əsrdir  Avropanın 
bəslədiyi,  illüziyadan,  xəyaldan  başqa 
bir şey olmadığı anlamına gəlir. 
Qarsia  Markezin  “Yüz  ilin  tənhalığı” 
kitabının 
sayəsində 
roman 
artıq 
fərdiyyətçilik  xülyasıyla  vidalaşıb  və 
indi  diqqət  mərkəzində  ayrıca  bir  fərd 
deyil,  fərdlərin  bir-birini  əvəz  etdiyi 
uzun bir zəncir dayanır. 
     Onlar  hamısı  özünə  görə  unikal, 
təkrarsız 
olmaqla 
bərabər 
əsərin 
axınında  ötəri  bir  işıq  zolağı  kimi  gözə 
görünüb  yox  olurlar,  hər  bir  fərd 
unudulmalıdır  və  onların  hər  biri  bu 
haqda  düşünür,  heç  bir  qəhrəman 
əvvəldən axıra kimi romanın əsas siması 
olmur. 
       Romandakı 
qəhrəmanların 
ulu 
nənəsi  olan  qoca  Ursula  yüz  iyirmi 
yaşında dünyasını dəyişsə də, roman bu 
hadisədən xeyli gec qurtarır. 
       Burada  diqqəti  çəkən  başqa  bir 
məqam da var ki, bütün surətlərin adları 
bir-birinə  bənzəyir,  məsəlçün:  Arkadio 
Xose,  Xose  Arkadio,  ikinci  Xose 
Arkadio,  Aureliyano  Buendia,  ikinci 
Aureliyano. 
      Müəllifin  bunu  etməkdə  məqsədi 
surətləri 
bir-birindən 
fərqləndirəcək 
cəhətləri  dumanlı  şəkildə  təsvir  edib 
oxucunun  onları  qarışıq  salmasına  nail 
olmaqdır.  Onlar  bütün  cəhətləri  ilə 
Avropanın 
fərdiyyətçilik 
dövrünə 
yaddırlar. 
Bəs görəsən onlar hansı dövrə aiddirlər? 
Amerikanın  hindu  keçmişinəmi?  Ya  da 
ayrı-ayrı  fərdlərin  insan  cinsi  içərisində 
əriyib  yoxa  çıxacağı  gələcəyəmi? 
Mənim  fikrimcə  bu  roman,  romançılıq 
sənətinin  zirvə  nöqtəsi  olmaqla  bərabər, 
ənənəvi roman dövrü ilə vidalaşmadır. 
 
 
 
 
 
 
 
Çevirdi Namiq Hüseynov 
 
 
 
 
 
 
 
 
 


Üç aylıq ədəbiyyat dərgisi 
195 
T
ə
qvim 
yarpaqları 
ARAZ  ELSƏS
-45 
 
 
 
MƏNİM  VƏTƏNİM!
 
 
 
Mən 
səsə 
inanan,  tapınan 
adamam.  Səsdən  güclü  şey  tanımadım. 
İldırım gurultusunu Tanrı səsi bilmişəm. 
Anamın səsini (indi də eşidirəm o səsi – 
özü  10  ildir  haqq  dünyasında  olsa  da) 
dünyanın  səsi  bilmişəm.  Qarışqaların 
səsini (var o səs!) təri dabanından çıxan 
adamın susqunluğu bilmişəm. Mən qırğı 
səsinə  yatıb-durmuşam  –  zatən  evimizlə 
üzbəüz  Qala  daşındakı  qırğını  evimizin 
bir üzvü bilmişəm... 
 
Sən 
o  qırğını  əvəz  etdin 
mənimçün  Araz!  Elə  bilirdim  ki,  o 
qırğısız  bu  şəhərdə  yaşamaq  çətin  olar. 
Qıy  vuran  qartalın  qıya  səsini  bilənlər 
bilər... 
 
Radionun 
soyuq 
divarları 
arasında  qısıla-qısıla  gəzişərkən  çıxdın 
qarşıma.  Bircə  dəfə  də  rastlaşmadığım  
bu  uzunsaç  gəncə  tərəf  necə  qoşdum?! 
Allahdan  o  heç  səksənmədi  də.  O  da 
məni  eyni  hərarətlə  qucaqladı.  Beləcə, 
“tərcümansız”, 
araçısız 
tanışdıq, 
görüşdük, dostlaşdıq.  
            Bir  neçə  ay  sonra  isə  Sirkin 
binasında  Arazın  möhtəşəm  konserto 
oldu.  Bir  çox  Azərbaycan  aydınlarının 
(Əbülfəz Elçibəy daxil) iştirak etdiyi bu 
konsertə  ailəlikcə  dəvət  etmişdi  bizi. 
Qızlarım,  oğlum  da  Arazı  sevdilər.  O 
gündən  o  gənc  qırğı  bir  qartala  dönüb 
qıya  çəkən  səsilə,  hayqıran  qopuzu  ilə 
bizi 
qorudu. 
Gələcəyə 
inamımızı, 
ümidimizi,  əzmimizi  qorudu.  Vətəndə 
vətənsiz  olan  bizlərin  Vətəni  oldu  Araz 
Elsəsin səsi... 
 
Bir  gün  eşitdim  ki,  Bakını  tərk 
edəcək  Araz.  Necə?!  Hara?!  Bəs  o  bizə 
Vətən  olan  səsini  hara  aparacaq? 
Yenəmi vətənsiz qalacağıq?.. 
 
Araza,  Arazın  səsinə  bıçaq 
çəkmişdilər.  O  bıçaq  neçə  illərdir  bizi 
Təbrizsiz 
qoyduğu  kimi,  Arazsız 
qoyub...  Yenə Vətənsiz  qaldıq... Amma 
yox, Araz özü Avropaya getsə də, səsini 
bizə  verib  getdi.  Demişdi  axı:  SƏSİM 
YANINIZDA OLACAQ! 
 
Evimizdə 
bir 
cüt 
Təbriz 
göyərçini  böyüyür:  Aylam,  Ayxanım! 
Onlar 
da 
Araz 
Eləsəsin 
səsinə 
təşnədirlər.  Ötən  il  gedib  Təbrizi,  Ərki 
ziyarət  etdilər  o  göyərçinlər.  Dedim  ki, 
mənim  və  dostum  Araz  Elsəsin  də 
salamını  aparın.  Deyin  ki,  onlar  gələ 
bilmədilər... 
 
Əlimiz  çatmır  Təbrizə.  Amma 
səsimiz 
çatar. 
Arazın 
səsinin 
qanadlarında... O qıya səsində... 
 
45 yaşın qutlu olsun, Arazım! O 
uzun-uzun  saçların  o  taylı-bu  taylı 
yurdumuza  dolansın,  qosqoca  qopuzun, 
azman səsin hər zaman çağlasın! 
 
 
 
 
 
 
Azad  Qaradərəli 
 
 


196
№ 4 (20) Qış- 2016
 
 
M
ə
mm
ə
d  Elli – 75 
 
 
 
 
Yola çıxsam səhər-səhər, 
Sən çıx mənim yolum üstə. 
Dilindəki xoş kəlmələr, 
Gəlsin “qurban olum” istə. 
 
Qan ağlayır dağım-daşım, 
Bu da mənim cavan yaşım, 
Yüz min bəla çəkdi başım, 
Düz danışan dilim üstə. 
 
Gün qayğılı, ömür yarı, 
Ay dolanır orğun-orğun. 
Deyən yenə gəlmir yuxun
Qoy başını qolum üstə.  
 
 
 
 
 
 
PALİTRA 
Nigar 
Nərimanbəyova
  
 
    Nigar  Nərimanbəyova!  Bu  ad  və 
soyad sizə nələrsə dedi yəqin ki. Bəli o, 
Azərbaycanın iki böyük sənətkarın- xalq 
rəssamı  Vidadi  Nərimanbəyovun  qızı, 
Toğrul 
Nərimanbəyovunsa 
qardaşı 
qızıdır.  Nigar  xanımın  adı  Avropa  və 
Fransada ən yaxşı rəssamların reyestrinə 
daxil olub. 
 
 
 
    Fransa Milli Mədəniyyət Federasiyası 
Müstəqil  Fransa  Rəssamlarının  məşhur 
Payız  Salonunun  “TOİLE  D'OR”  ali 
mükafatını tanınmış azərbaycanlı rəssam 
Nigar Nərimanbəyovaya təqdim edib.   


Üç aylıq ədəbiyyat dərgisi 
197 
          Bununla  da  o,  “2016-cı  ilin 
Fransada və Avropada ən yaxşı rəssamı” 
statusunu  qazanıb.  N.  Nərimanbəyova 
artıq  bir  neçə  ildir  Azərbaycanı  böyük 
və  irimiqyaslı  “ART  EN  CAPITAL” 
layihəsində  təmsil  edir.  Bu  layihə 
Parisin  əsas  sərgi  salonunda  –  Qrand 
Paledə  Fransa  Prezidenti  Fransua 
Ollandın  himayəsi  ilə  keçirilir.  “ART 
EN  CAPITAL”ın  əsas  və  yeganə 
mükafatı  olan  “TOİLE  D'OR”  1973-cü 
ildə 
Fransa 
Milli 
Mədəniyyət 
Federasiyası  tərəfindən  qurulub  və 
əsərləri  bu  salonda  göstərilən  çoxsaylı 
rəssamlardan  yalnız  birinə  verilir. 
Azərbaycanlı  rəssama  ilk  dəfə  təqdim 
edilən  bu  mükafata  indiyədək  müxtəlif 
ölkələrdən  36  rəssam  layiq  görülüb. 
Rəssamların  Qrand  Paledəki  salonunda 
hər  il  5  minə  qədər  rəsmlə  2  mindən 
artıq  tanınmış  rəssam  iştirak  edir. 
Zamanında  bu  salon  Pol  Sezan,  Pol 
Qogen,  Tuluz-Lotrek,  Kamil  Pissarro, 
Şaqal,  Dali,  Van  Qoq,  Modilyani  kimi 
böyük rəssamlara şöhrət qazandırıb. 
        Nigar 
Nərimanbəyova  :  “Bu 
xəbərdən inanılmaz həyəcan keçirirəm!  
 
Sevincimin 
həddi-hüdudu 
yoxdur. 
Xoşbəxtəm  ki,  Azərbaycanı  Avropanın 
dünya  miqyaslı  sənət  meydançalarında 
ləyaqətlə  təmsil  edirəm,  ölkəm  barədə 
ən yaxşı tənqidçilər və sənətşünaslar söz 
açır.  Bu  inanılmaz  uğurdur.  Artıq 
azərbaycanlı  rəssamın  adı  Avropa  və 
Fransada ən yaxşı rəssamların reyestrinə 
daxil  oldu.  Əlbəttə,  bu,  həm  də 
yaradıcılığımın 
çoxsaylı 
pərəstişkarlarının  xidmətidir.  Onların 
sevgi  və  səmimiyyəti  mənə  həmişə 
ilham verir və məni xoşbəxt edir”. 
      Azərbaycanlı rəssamın rəsmləri uzun 
müddətdir  ki,  Avropa  seyrçilərinin 
diqqət  mərkəzindədir.  Məşhur  fransız 
sənətşünası,  akademik  Jan-Şarl  Aşe 
Nigar  Nərimanbəyovanın  yaradıcılığını 
böyük  Şaqalla  müqayisə  edib  və  onun 
rəsmlərini  “müasir  incəsənətin  şah 
əsərləri” adlandırıb. 
       


198
№ 4 (20) Qış- 2016
 
         
(Nərimanbəyovlar  nəslinin  tarixinə 
qısa 
nəzər 
salaq. 
Babaları 
şuşalı 
hüquqşünas  Əmirbəy  Nərimanbəyov  çar  II 
Nikolay  dövründə   mühacirətdə  olub. 
Kiyevdə  dərs  deyirmiş.  Azərbaycan  Xalq 
Cümhuriyyəti 
qurulandan 
sonra 
Azərbaycana  qayıdıb  və  Bakıda  qubernator 
olub.  Əmirbəy  Nərimanbəyov  Qarabağın 
tanınmış 
bəylərindən 
sayılırdı. 
Əmirbəyin 
oğlu 
Fərman 
(Vidadinin, 
Toğrulun  atası)  da  Şuşada  doğulub. 
Azərbaycan  Xalq  Cümnuriyyəti  zamanında 
hökumət  ölkənin  gələcəyi  naminə  istedadlı 
gəncləri  xaricə  oxumağa  göndərəndə 
Fərman  Nərimanbəyov  da  Avropaya  təhsil 
almağa  gedən  40  nəfər  arasında  olub. 
O,  Tuluza  Universitetinin  mühəndis  - 
elektrik  ixtisasına  qəbul  olub.  Təhsil  aldığı 
müddətdə  fransız  dilini  mükəmməl  öyrənən, 
Avropa  mədəni  dəyərlərini  mənimsəyən 
Fərman  Nərimanbəyov  bir  fransız  qızla  da 
tanış olur.Və  o,İrma Lya Rude  alı bu dərzi-
modelyer xanımla evlənir. 
Gənc  ailə  xeyli  müddət  Fransada  yaşayıb. 
Toğrulun  böyük  qardaşı  Vidadi  elə 
Avropada  dünyaya  gəlib  -  1926-cı  ildə. 
Sonra  onlar  Tuluzadan  Paris  şəh  ərinə 
köçürlər.  
1929-cu  ildə  Fərman  Nərimanbəyov  arvadı 
İrma  Lya  Rude  və  oğlu  Vidadi  ilə  birgə 
Bakıya  qayıdır.  Xanımı  və  3  yaşlı  oğlu  ilə 
Bakıda  yerləşən  Fərman  Nərimanbəyov 
tələbə  yoldaşı  olmuş  elektrikləşmə  naziri 
İslamzadənin  köməyilə  Mingəçevir  SES-də 
işə düzəlir... 
1930-cu 
il 
avqust 
ayının 
7-də 
Nərimanbəyovlar  ailəsinin  ikinci  oğlu 
Toğrul dünyaya gəlir. Elə həmin il Toğrulun 
babası  Əmirbəy  kişi  dünyasını  dəyişir. 
Avropada təhsil almış valideynlərinin zəngin 
mənəvi  aləmi  Toğrulun  tərbiyəsinə,  erkən 
yaşlarından 
hərtərəfli, 
mükəmməl 
formalaşmasına təsir edir. 
Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü  
qara  buludlar  alır.  Toğrulun  atası  o  zaman 
Avropada 
təhsil 
almış 
bir 
çox 
azərbaycanlılar  kimi  repressiyaya  məruz 
qalır,  onu  həbs  edib  Sibirə  sürgünə 
göndəirilər.  
Ardınca 1941-ci ildə Fransa 


Üç aylıq ədəbiyyat dərgisi 
199 
vətəndaşlığından  çıxmayan  Toğrulun  anası 
İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz 
balalarından 
ayırırlar. 
İrma 
xanımı 
Özbəkistana  -  Səmərqəndə  sürgün  edirlər. 
Toğrulun  anası  düz  1961-ci  ilə  qədər 
sürgündə yaşamağa məcbur olur.  
      Oğlanları  artıq  tanınmış  rəssam  kimi 
fəaliyyət göstərməyə başlayanda ata-ana da 
bəraət alaraq Bakıya qayıdırlar. İrma xanım 
Yasamal  qəbiristanlığında  dəfn  edilib.  Elə 
oğlu  Vidadi  də  anasının  yanında  uyuyur. 
Toğrulun qəbri isə Parisdədir...) 
      
Nigar  xanımla    söhbətimizdə  onadn 
iki suala cavab nerməsini xahiş etdim. 
Sual  :  -  Azərbaycanla  bağlılığınızdan 
danışarsınızmı ? 
 
Cavab:-Mən  çoxdan  Parisdə  yaşayıram. 
Amma 
vətənim 
Azərbaycanı 
çox 
sevirəm.Mənim  uşaqlığım  və  gəncliyim 
sevimli  Bakımda  keçdiyindən  mən  bu 
torpağın  şəhdini,  şirəsini  udmuşam, 
Xəzərin  sahillərində  bu  torpağın  böyük 
müsiqisi,  mədəniyyəti  ilə  boya-başa 
çatmışam.  Ona  görə  də  mənim 
rəsmlərimə  Bakı  koloriti,  onun  parlaq 
rəngarəngliyi,  xalqımızın  əfsanə  və 
rəvayətləri  hopmuşdur.  Mənim  bütün 
rəsmlərimdəki 
maqizm, 
sirr, 
ekstravantlıq,  xüsusilə  də  son  silsiləm 
olan 
“Məhəbbət 
oyuncaqları” 
Azərbaycanın 
qədim  əfsanələrindən 
gəlmədir. Bütün bunlar, hansı ki, mənim  
doğma  Azərbaycanımla  bağlılığıma 
sübutdur, 
eyni 
zamanda 
mənim 
damarlarımda  iki  xalqın  –  Azərbaycan 
və fransız xalqlarının qanı axır, ona görə 
də  mənim  rəsmlərimdə  Şərq  sehrkarlığı 
və əzəməti ilə yanaşı Avropa xəfifliyi və 
havadarlığı da əks olunub. 
 
Sual: 
Nərimanbəyova 
soyadından 
qorxmursunuz ki? 
 
Cavab:  -Çox  fəxr  edirəm  ki,  mənim 
mənsub 
olduğum 
Nərimanbəyov 
soyadını  atam  Vidadi  Nərimanbəyov 
daşıyıb,  hansı  ki,  Azərbaycan  rəssamlıq 
sənətində 
sərt 
realizminin 
stilinin 
yaradıcısıdır 
və 
əmim 
Toğrul 
Nərimanbəyov!  Hələ  uşaqlıqdan  mənə 
nağıl  kimi  gələn  molbert,  akvarel  və 
rənglər 
dünyasında 
böyümüşəm. 
Axşamlar  bizə  atamın  rəssam  dostları 
yığışardılar: 
Qorxmaz 
Əfəndiyev, 
Fərhad Xəlilov, Səttar Bəhlulzadə, əmim 
Toğrul  Nərimanbəyov.  Onlar  çay  içər, 
şeir  deyər,  mübahisə  edərdilər.  Səttar 
əmi məni Nigarçik çağırardı. Və deyərdi 
ki,  yeni  şəkillərini  bizə  göstər.  Mən  də 
öz 
“şedevrlərimi” 
onlara 
fəxrlə 
göstərərdim. Səttar  əmi sevinclə deyirdi 
ki,  sən  böyük  rəssam  olacaqsan.  O 
şəkillərimin  altından  ərəb  əlifbası  ilə 
təriflər  yazardı.  İndi  mən  Fransada  və 
Avropada  tanınan  rəssamam.  Adım 
Fransa 
və 
Avropanın 
ən 
yaxşı 
rəssamlarının reystrinə  daxil edilib.    Bir 
sıra 
ali 
mükafatlar 
qazanmışam. 
Taleyimdən  razıyam  ki,  atamın  və 
əmimin daşıdığı bu soyadı şərəflə davam 
etdirə  bilirəm. 
 
                                                                                                                       
Azad Qaradərəli 


200
№ 4 (20) Qış- 2016
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YEN
İ 
  N
ƏŞ
RL
Ə
R
 

Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə