Üç meyvədən biri



Yüklə 9,55 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü9,55 Kb.
#7477

background image
Üç meyvədən biri... 

 

Sənət yaddaşımızda gözəllik nişanəsi olan nar insan sağlamlığının da ən keyfiyyətli 



qaynaqlarından biridir. İndi bolluğuna düşdüyümüz narın tərkibi kalium, dəmir, kalsium, fosfor 

mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, 

bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün 

faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi 

aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə ürək-damar xəstəliklərinə qarşı 

ən yaxşı qoruyucu vasitə hesab olunur. Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyudur. Nar 

qabıqlarının dəmləməsi ishalı kəsir, bağırsaq qurdlarını tökür, narın dənələrini örtən pərdə isə 

həzmi asanlaşdırır. Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb 

olur.  

Araşdırmalar təsdiq edir ki, iki həftə ərzində gündə 50 ml nar suyu qan təzyiqini artıran 



səbəbləri azaldır. Nar, həmçinin, damarlarda yaranan tıxanıqlıqda faydalıdır.  

Mütəxəssislər bir fincan nar suyunun 10 fincan yaşıl çaya bərabər olduğunu qeyd edirlər. 

Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar qırmızı şərab, yaşıl 

çay, portağal şirəsi ilə müqayisədə 3 dəfə çoxdur.  

Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan 

qaldırır. 

Nar şirəsi diabetdən əziyyət çəkənlər üçün ən xeyirli dərman sayıla bilər. Tədqiqatın 

nəticələrinə görə, üç ay müddətində hər gün 180 ml nar şirəsi içmiş xəstələrdə damarlarda 

aterosklerozun inkişaf riskinin əhəmiyyətli dərəcədə endiyi müşahidə olunmuşdur. Ən təəccüblüsü 

odur ki, nar şirəsinin tərkibində olan şəkər qanda şəkərin səviyyəsini qaldırmır. Alimlər bunu başqa 

meyvələrdən fərqli olaraq, nar şirəsinin tərkibindəki şəkərin unikal antioksidantla bağlı olması ilə 

izah edirlər ki, bu da onu ateroskleroza qarşı preparata çevirir... 

 

Nar bilərziyi salatı hazırlamaq üçün  

Lazım olan ərzaqlar 

 

· 3 ədəd yerkökü; 



· 3 ədəd kartof; 

· 2 ədəd kiçik və ya 1 ədəd; 

 iri çuğundur; 

· 3 ədəd yumurta; 

· 1 stəkan qoz ləpəsi - xırda-xırda doğranmış; 

· 2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti; 

·  mayonez (mayonezi xama ilə 

 qarışdırmaq da olar); 

·  duz; 

· istiot; 

· 1 iri narın dənələri. 

Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Onları sürtkəcin iri 

gözündən keçirib ayrı-ayrı qablara yığın. Başqa qazanda bir az duz salınmış suda toyuq ətini də 

bişirib əlinizlə didin. İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları stəkanın ətrafında bu 

ardıcıllıqla yayın: kartof, mayonez, çuğundurun yarısı, mayonez, yerkökü, mayonez, qoz, toyuğun 

yarısı, mayonez, yumurta, mayonez, qalan toyuq, mayonez, çuğundur, mayonez. Axırda mayonezi 

salatın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari sıxın ki, 

yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun. 



 

Yüklə 9,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə