Ученые записки Scientific works, №1, 2016 İssn 1815-1779



Yüklə 39,12 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü39,12 Kb.
#18818
növüXülasə


Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2016                 İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика- Economics 

C.S.Mirzəyev, T.R.Osmanov, E.Ə.Səmədov                                               

104 


UOT 597.0/5 

XƏZƏRİN ŞİMALİ ABŞERON KÖRFƏZİNDƏ OVLANAN VƏTƏGƏ ƏHƏMİYYƏTLİ 

BALIQLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ 

 

G.S.MİRZƏYEV, T.R.OSMANOV, E.Ə.SƏMƏDOV 

(Azərbaycan Dövlət İqtisad Universiteti) 

E-mail: g.mirzoyev@mail.ru 

 

Xülasə-Məqalədə Xəzərin Şimali Abşeron körfəzində ovlanan kefalkimilər fəsiləsinə daxil olan balıqların orqanoleptiki 

və  fiziki-kimyəvi  üsulla  keyfiyyət  göstəricilərinin  ekspertizasına  həsr  olunmuşdur.  Orqanoleptiki  üsulla  aparılan 

ekspertiza  zamanı  kefal  balığının  xarici  görünüşü,  dadı,  iyi  və  konsistensiyası  təyin  edilmişdir.  Fiziki-kimyəvi  üsulla 

aparılan ekspertiza zamanı isə balığın kütlə tərkibi, azot əsaslı uçucu maddələrin və lipidin miqdarı təyin edilmişdir. 

Açar sözlər- Xəzər dənizi, fiziki-kimyəvi üsul, orqanoleptiki üsul, ekspertiza. 

 

Giriş. Hazırda respublikamızın ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə istehsal, idxal 

və  ixrac  olunan,  eləcə  də  daxili  bazarda  satılan  yeyinti  məhsulları,  o  cümlədən  balıq  və  balıq 

məhsullarının  keyfiyyətinin  təmin  edilməsi  vacib  məsələlərdəndir.  Xüsusilə  ekoloji  tarazlığın 

pozulduğu  müasir  dövrdə  əhalinin  keyfiyyətli  ərzaqla  təminatını  yaxşılaşdırmaq  üçün  onların 

orqanoleptiki,  fiziki-kimyəvi  və  mikrobioloji  göstəriciləri  tədqiq  təyin  edilməli,  məhsulların 

qablaşdırılması,  daşınması,  saxlanması,  etiketlənməsi  mərhələlərdə  müvafiq  dövlət  standartları  və 

normativ-texniki sənədlərin tələblərinə ciddi əməl olunmalıdır  [1-4]. 

Hazırda  respublikamızın  əhalisinin  balıq  və  balıq  məhsullarına  olan  tələbatının 

ödənilməsində  kefalkimilər  fəsiləsinə  daxil  olan  balıqların  kimyəvi  tərkibinin,  qidalılıq  dəyərinin, 

orqanoleptiki  və  fiziki-kimyəvi  keyfiyyət  göstəricilərinin  tədqiqi  aparılmışdır.  Tədqiqatın  əsas 

məqsədi  bu  fəsiləyə  daxil  olan  balıqların  orqanoleptiki  keyfiyyət  göstəricilərinin  mövcud  dövlət 

standartlarının  və  normativ-texniki  sənədlərin  tələblərinə  uyğunluğunu  müəyyən  etməkdən 

ibarətdir. 

Kefal  balığının  orqanoleptiki  keyfiyyət  göstəricilərinin  qiymətləndirilməsi.  Hazırda 

Xəzər dənizində 2 növ kefal-qızıl və sivriburun kefal balıqları yaşayır. Bunlar Xəzər dənizinə 1930 

– 1934-cü illərdə Qara dənizindən gətirib iqlimə uyğunlaşdırılmışdır. Az bir müddət ərzində kefal 

balığı Xəzərin cənub və orta hissələrində sürətlə artmağa başlamışdır. Hazırda Xəzər dənizində ildə 

orta hesabla 69,4 min ton kefal balığı tutulur [5]. 

Kefalkimilər fəsiləsinə daxil olan balıqların geniş yayılmış növlərindən biri Qızılı kefaldır. 



Qızılı  kefal  (Mugil  auratus).  Qızılı  kefal  balığı  Orta  və  Cənubi  Xəzərin  sahilinə  yaxın 

yerlərdə  və  habelə  Şimali  Xəzərin  bir  sıra  rayonlarında  geniş  yayılmışdır.  Aparılan  hesablamalar 

nəticəsində məlum olmuşdur ki, Azərbaycan sahillərində tutulan kefal balıqlarının təxminən 20-30 

%-ni qızılı kefal balığı təşkil edir. 

Aparılan  tədqiqat  zamanı  nümunələr  əsasən  Xəzərin  Şimali  Abşeron  körfəzinin  daxili 

sularında ovlanmış kefal balığı olmuşdur.aparılan ekspertiza zamanı götürülən qızılı kefal balığının 

uzunluğu 38 sm, çəkisi 1430 q olmuşdur.ekspertiza zamanı tədqiqat obyekti kimi götürülmüş qızılı 

kefal  balığının  orqanoleptiki  keyfiyyət  göstəriciləri  (xarici  görünüşü,  iyi,  dadı,  konsistensiyası) 

tədqiq edilmişdir. 

Kefal  balığının  xarici  görünüşü  qiymətləndirilərkən  ilk  növbədə  balıqların  qəlsəmələrinin 

rəngi,  qarın  nahiyyəsinin  vəziyyəti,  anal  dəliyinin  seliyinin  rənginə  və  iyinə  diqqət  yetirilmişdir. 

Belə ki, tədqiqat obyekti kimi götürülmüş kefal balığının dərisi az miqdarda zədələnmiş, pulcuqları 

isə  bir  qədər  tökülmüş  vəziyyətdə  olmuşdur.  Bədənlərinin  üzəri  təmiz  və  təbii  rəngdə, 

qəlsəmələrinin rəngləri isə tünd  qırmızı  rəngdə  olması  qeyd edilmişdir. Qarın nahiyyəsinin analizi 

zamanı isə qarın nahiyyəsində şişlərə rast gəlinmiş, seliyi isə iysiz və şəffaf olmuşdur. 



Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2016                 İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика- Economics 

C.S.Mirzəyev, T.R.Osmanov, E.Ə.Səmədov                                               

105 


Konsistensiyasına görə aparılan analiz zamanı isə müəyyən olunmuşdur ki, tədqiqat obyekti 

kimi  götürülmüş  kefal  balığının  konsistensiyası  bərk  olmuş,  ən  enli  və  ətli  hissəsini  barmaqla 

basdıqda əmələ gələn batıq əvvəlki vəziyyətinə dərhal qayıtması qeyd edilmişdir. İy və dadına görə 

aparılan qiymətləndirmə zamanı isə müəyyən olunmuşdur ki, kefal balıqlarının iyi təzə balığın iyini 

xatırlamış və onlarda kənar iylər hiss edilməmişdir. Bu məqsədlə iti bıçaqla kefal balığının əzilmiş 

hissələrinə,  anal  dəliyinə  və  bel  hissəsinə  dərhal  batırıb  çıxararaq  onun  iyi  təyin  edilmişdir.  Kefal 

balığının fiziki-kimyəvi  keyfiyyət  göstəriciləri üzrə aparılan ekspertiza zamanı isə balıqların kütlə 

tərkibi, azot əsaslı üçucu maddələrin, lipidlərin miqdarı və ammonyakın miqdarı təyin edilmişdir. 

Kefal  balığının  kütlə  tərkibini  təyin  edərkən  ilk  növbədə  onun  ümumi  kütləsinin  çəkisi 

müəyyən edilir. Sonra balığın pulcuqları, üzgəcləri, daxili orqanları çıxarılır, başın dəri hissəsi və 

sümük  skeleti  diqqətlə  ətdən  ayrılır.  Bu  issələrin  ayrı-ayrılıqda  kütləsi,  sonra  yeyilən  hissənin 

ümumi  miqdarı  müəyyən  edilir.  Aparılan  tədqiqat  zamanı  götürülən  qızılı  kefal  balığının  kütləsi 

1430, bədən hissəsi 810 q, baş issəsi 340 q, daxili orqanları 170 q, üzgəcləri 65 q, pulcuqları isə 45 

q olmuşdur. 

Beləliklə,  tədqiqat  üçün  götürülmüş  qızılı  kefal  balığının  ümumi  kütləsi  1350  q  olmuş, 

bunun 56,64 %-i bədən hissəsinin, 23,78 %-i baş hissəsinin, 11,89 %-i daxili orqanlarının, 4,54 %-i 

üzgəclərin,  3,15  %-i  isə  pulcuqların  payına  düşür.  Qızılı  kefal  balığının  kütlə  tərkibi  haqqında 

aşağıda göstərilən 1-sayli cədvəldə ətraflı məlumat verilmişdir. 

 

Cədvəl 1.   Qızılı kefal balığının kütlə tərkibi 

Balıq hissələrinin adları 

Kütləsi, q 

Balığın ümumi kütləsinə görə çıxar, % 

Bütöv bədən 

1430 


100 

Bədən hissəsi 

810 

56,64 


Daxili orqanlar 

170 


11,89 

Baş hissəsi 

65 

4,54 


Üzgəclər 

45 


3,15 

Pulcuqlar  

340 

23,78 


 

Kefal balığında azot əsaslı uçucu maddələrin miqdarını təyin etmək üçün texniki tərəzidə 0,1 

q  dəqiqliklə  10  q  balıq  qiyməsinə  çəkib  500  ml  həcmli  qovucu  aparatın  kolbasında  yerləşdiririk. 

Kolbaya 200 ml distillə  suyu, 1 q MgO və köpüklənməsinin qarşısını  almaq məqsədilə  şam  əlavə 

edirik. Qəbuledici konusvari kolbaya 25 ml 0,1 n H

2

SO



4

 məhlulu əlavə edirik. 

Beləliklə, kefal  balığının üzərində aparılan 3 paralel təhlilin analizi  nəticəsi  göstərdi ki,  bu 

balıqda uçucu əsaslı azotun miqdarı orta hesabla 15,82 mq % olmuşdur. Alınan nəticələr göstərir ki, 

kefal balığında uçucu azotun miqdarı standartların tələbinə uyğundur və standartlardan kənarlaşma 

qeyd edilməmişdir. 



Kefal  balığında  lipidin  miqdarının  təyini.  Aparılan  tədqiqat  zamanı  əsasən  balıqlarda 

lipidlərin miqdarının təyinində geniş tətbiq olunan Folç metodu istifadə edilmişdir. Kefal balığında 

lipidin  miqdarını  təyin  etmək  üçün  orta  nümunəni  ölçüsü  2  mm  olan  ət  maşınından  keçirib  ət 

qiyməsi  alırıq.  Alınmış  ət  qiyməsindən  20  q  götürüb  1:20  nisbətində  xlorofor-metanol  qarışığı  ilə 

birlikdə  hemoqenizatora  veririk.  Qiymə  həlledici  ilə  birlikdə  hemoqenizatorda  yaxşı 

qarışdırıldıqdan  sonra,  nümunədən  lipidi  ayırmaq  üçün  bu  proses  5  dəfə  təkrar  edilir.  Hər  dəfə 

süzüntü  bir  kolbaya  yığılır.  Sonra  lipid  komponenti  qeyri-lipid  komponentindən  ayırmaq  üçün 

CaCl


2

-nin 0,34 %-li məhlulu vasitəsilə yuyulur. 

Beləliklə, kefal balıqları üzərində aparılan analizin nəticəsi göstərdi ki, bu balıqlarda lipidin 

miqdarı  14,58  %  olmuşdur.  Aparılan  tədqiqatın  nəticəsi  bir  daha  sübut  etdi  ki,  kefal  balıqlarında 

lipidin miqdarı standartların tələblərinə cavab verir və standartlardan fərqli xüsusi kənarlaşma qeyd 

edilməmişdir. 




Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2016                 İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика- Economics 

C.S.Mirzəyev, T.R.Osmanov, E.Ə.Səmədov                                               

106 


Nəticələr.  Kefal  balıqlarının  orqanoeptiki  keyfiyyət  göstəriciləri  standartlar  (QOST  1368-

83,  QOST  13893-68,  QOST  7636-55)  tələblərinə  əsasən  cavab  verir  və  kənarlaşmalar  qeyd 

edilmişdir.  Kefal  balıqlarının  kütlə  tərkibini  təyin  etməklə  bu  balıqların  emalı  zamanı  alınan 

yarımfabrikatlarının  və  ya  hazır  məhsullarının  maya  dəyərini  və  satış  qiymətini  müəyyən  etmək 

olar.  Kefal  balıqlarının    fiziki-kimyəvi  keyfiyyət  göstəriciləri  də  müvafiq  normalar  daxilində  - 

uçucu əsaslı azot maddəsinin miqdarı 15,82 mq %, lipidin miqdarı isə 8,34 mq % olmuşdur. 

 

Ədəbiyyat 

[1].Y.Ə.Əbdürrəhmanov. Balıqlar. Elm nəşriyyatı. Bakı, 1966, 223 s. 

[2].Z.M.Quliyev. Azərbaycanda əmtəə balıqçılığı. Bakı, 2006, 304 s.  

[3].Ə.M.Mahmudov. Balıq və balıq məhsulları. “İşıq” nəşriyyatı. Bakı, 1998, 231 s. 

[4].N.X.Musayev,  Ə.İ.Əhmədov,  A.H.Xəlilov.  Ərzaq  mallarının  ekspertizası.  II  hissə.  Dərslik. 

Bakı, Çaşıoğlu, 2005, 448 s. 

[5].А.Ф.Шепелев,  О.И.Кожухова.  Товароведение  и  экспертиза  рыбы  и  рыбных  товаров. 

Издательский центр «МарТ». Ростов-на-Дону, 2001, 154 с. 



 

ИССЛЕДОВАНИЕ ПОКАЗАТЕЛЕЙ КАЧЕСТВА ПРОМЫСЛОВЫХ РЫБ, 

ВЫЛАВЛИВАЕМЫХ В АБШЕРОНСКОМ ЗАЛИВЕ СЕВЕРНОГО КАСПИЯ  

 

Г.С.МИРЗОЕВ, Т.Р.ОСМАНОВ, Е.А.САМЕДОВ 

(Азербайджанский Государственный Экономический Университет-UNEC) 

E-mail: g.mirzoyev@mail.ru 

 

Аннотация-Статья посвящена органолептической и физико-химической экспертизе качества 

отдельных  видов  кефалевых  рыб,  выловленных  в  Каспийском  море.  При  экспертизе 

органолептических показателей кефалевых рыб были определены внешний вид, вкус, запах и 

консистенция. Из физико-химических показателей кефалевых рыб также определен весовой 

состав, количество азотсодержащих веществ и липидов.  

Ключевые  слова-

 

Каспийское  море



,

  органолептических  метод,  физико-химических  метод, 

 

экспертиза. 



 

 

 



STUDY OF QUALITY INDICATORS OF COMMERCIAL FISH WERE CAUGHT IN THE 

ABSHERON BAY OF THE NORTHEN CASPIAN SEA 

 

G.S.MIRZOYEV, T.R.OSMANOV, E.A.SAMEDOV 

(Azerbaijan State Economic University-UNEC -UNEC) 

E-mail: g.mirzoyev@mail.ru 

 

Abstract-The article is devoted to the organoleptic and physic-chemical quality of the examination 

of  certain  types  of  mullets  which  were  caught  in  the  Caspian  Sea.  Appearance,  taste,  smell  and 

texture  were  determined  by  examination  of  the  organoleptic  characteristics  of  mullets.  From  the 

physic-chemical  parameters  of  mullets  were  defined  the  composition  by  weight,  the  amount  of 

nitrogen-containing compounds and lipids. 

Keywords- Caspian Sea, organoleptic method, physic-chemical method, expertise. 

Daxil olub: 16.01.2016 



                                                                                            Rəyçi: i.e.d., professor R.K.İsgəndərov 


Yüklə 39,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə