Ученые записки Scientific works, №4, 2014 İssn 1815-1779



Yüklə 51,58 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü51,58 Kb.
#43158


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014                              İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-Economics 

S.A.Məmmədov 

88 


UOT 332.14  

BÖLÜŞDÜRÜCÜ  LOGİSTİKANIN  OPTİMAL  TƏŞKİLİ  İSTEHLAKÇI  TƏLƏBİNİN 

ÖDƏNİLMƏSİNİN  MÜTƏRƏQQİ  ÜSULUDUR. AHƏNGDAR  VƏ  MÜNTƏZƏM 

MƏHSUL  GÖNDƏRMƏLƏR  ƏSAS  OPTİMALLIQ  GÖSTƏRİCİLƏRİ  KİMİ 

 

S.A. MƏMMƏDOV 

(Azərbaycan Texniki Universiteti) 

E-mail: aztu@aztu.edu.az 

 

Xülasə:  Müasir  dövrdə  satıcı  bazarından  alıcı  bazarına  istiqamətlənmə  müəssisələr  arasında  rəqabət 

mübarizəsini  dərinləşdirmiş,  hər  bir  təsərrüfat  subyekti  tədarük  zəncirinin  istənilən  həlqəsində  məsuliyyətini 

hiss edərək istehlak dəyərinin  formalaşmasında, istehlakçı  tələbinin tam və  dolğun ödəmək,  müasir  vasitələrin 

elmi əsaslarını işlənib hazırlanması,  onun bazar  konyukturuna uyğunlaşdırmağa çalışırlar. Təbii  ki,  bu proses 

dövrü  olaraq  davam  edir  və  hər  bir  tsikl  ərzində  qeyd  olunan  proseslərin  müxtəlifliyi  yeni  optimal  üsul  və 

vasitələrin,  qərarların  qəbuluna  zəmin  yaradır.  Məhz  müəssisələrdə  bölüşdürücü  logistikanın  səmərəli  təşkili 

göstərilən iqtisadi problemlərin həllinə imkan verir.  

Açar sözlər: Diversifikasiya, orta kvadratik kənarlaşma əmsalı, variasiya əmsalı, korporativ missiya, bazar konyukturu. 

 

Milli iqtisadiyyatın diversifikasiyası dərinləşərək müxtəlif növ yeni və yenilənmiş məhsul və 



xidmətlərin  bazara  daxil  edilməsi,  həmin  məhsulların  həyat  tsiklinin  uzadılması  problemləri 

müəssisələrin  satış  sistemi  qarşısında  yeni  tələblər  meydana  gətirir.  Bu  yolda  daha  çox  uğur  əldə 

etmək  həvəsi  müəssisələri  bazar  strategiyalarında  dəyişiklik  etməyə,  yeni  marketinq-satış 

konsepsiyasının  istehsala  tətbiq  olunması,  bazar  haqqında  tam  və  dolğun  informasiya  əldə  etmək 

üçün  mütərəqqi  kompüter  texnologiyalarından  istifadə  məsələlərinə  diqqət  yetirməyə  sövq  edir. 

Qeyd olunan problemlərin həlli müəssisələrdə logistik sistemlərin və onları təşkil edən elementlərin 

təşkili  və  onlara  nəzarət  işini  həyata  keçirmək  prosesindən  asılı  olur.  Eyni  zamanda  logistik 

konsepsiya  real  mühitdə  və  bir  qayda  olaraq  konkret  sistem  daxilində  reallaşdırılır  [1].  Təbii  ki, 

sistemin  mürəkkəbliyi  tərtib  olunan  qərarların  və  yaranmış  problemin  həllinidə  fikir  ayrılığına 

səbəb olur. Müəssisə daxilində bölmələrarası münaqişələrin həllində aparıcı rola malik bölüşdürcü 

logistikanın  ilk  öncə  vəzifəsi  əmtəəlik  məhsulların  ticarət  çeşidinin  müəyyənləşdirilməsidir. 

Bölüşdürücü  logistikanın  və  onu  obyektinin  özünəməxsus  xüsusiyyəti  material,  onlara  uyğun 

informasiya, maliyyə və xidmət axınlarının məhsulun həyat tsikli, məhz məhsulun mübadilə dövrü 

ərzində  hərəkəti  ilə  müəyyən  olunur  [4].  Problemin  mərkəzində  bazarın  təhlili,  məhsul  çeşidinin 

bazar seqmentləri üzrə bölgüsü dayanır. Bu yolda müəssisə bazarda uğur qazanmaq üçün təkbaşına 

deyil,  əlverişli  müqavilə  şərtlərinə  cavab  verən  vasitəçi  strukturların  işindən  də  yararlanmağa 

çalışır.  Ölkəmizdə  aparılan  köklü  islahatlar,  sahibkarlıq  fəaliyyətinə  dövlət  dəstəyi  və  qeyri-neft 

sektorunun  inkişafı  bu  sahədə  fəaliyyət  göstərən  ixtisaslaşmış  müəssisələrin  kəmiyyətinə  və 

keyfiyyətinə  müsbət  təsirini  göstərmişdir.  Cədvəl  1-də  pərakəndə  ticarət  dövriyyəsinin  əsas 

makroiqtisadi  göstəricilərin  dinamikasına  fikir  verdikdə  bunu  aydın  görə  bilirik[2].   

Məhsulların  reallaşdırılması  məqsədilə  müəssisələrin  istiqamətləndiyi  satış  bazarları  marketinq 

tədqiqatları vasitəsilə müəssisənin satış imkanlarına təsir edən regional amilləri və onu əhatə edən 

logistik  xərclərin  məhdudlaşdırılması  əsas  əhəmiyyət  kəsb  edir.  Məqsəd  bazarları  konyuktur, 

bazarın və tələbin əsas parametrləri, yəni bazarın həcmi və tələbin inkişaf  prespektivləri, mövcud 

məhsulun  istehlakçı  tələbinə  uyğunluğu,  rəqiblərlə  müqyisədə  üstünlük,  istehlakçılarla  müəssisə 

arasında  hal-hazırki  və  perspektiv  əlaqələrin  inkişafı  nöqteyi  nəzərdən  şərtlənir[5].  Digər 

problemlər  sırasına  xidmət  siyasətinin  işlənib  hazırlanması,  bölüşdürcü  logistika  şəbəkəsi 

quruluşunun  və  logistik  dövrədə  malyeridilişi  texnologiyalarının  müəyyən  edilməsi,  təchizat 

dövrünün  iştirakçılarının  seçilməsi  və  satış  şəbəkəsində  əmtəə  ehtiyatlarının  bölüşdürülməsi  kimi 

logistik problemlər aid olunur. 

Müəssisələrdə bölüşdürücü logistikanın səmərəli təşkili və istehlakçılarla əlverişli müqavilə 

şərtlərinin  yaradılması, gələcəkdə müqavilə müddətinin uzadılması və keyfiyyətli  xidmət təklifinə 

imkan yaratmaq üçün müntəzəm və ahəngdar məhsulgöndərmələrin optimallığının artırılması yolu 

ilə əldə edilir. Əsas diqqət məhz hazır məhsul satışına, yəni, məhsulgöndərmələrin idarə olunması 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014                              İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-Economics 

S.A.Məmmədov 

89 


sistemini  qiymətləndirilməsi,  xidmətin  səviyyəsi,  eyni  zamanda  məhsul  ehtiyatlarının  idarə 

olunması  sisteminə  istiqamətlənməlidir  [3].  Cədvəl  2-yə  diqqət  yetirdikdə  müəssisənin 

məhsulgöndərmə şərtləri ilə tanış oluruq. 

 

Cədvəl 1. Pərakəndə ticarət dövriyyəsinin əsas makroiqtisadi göstəricilərin dinamikası 

İllər 


2003  2004  2005  2006  2007  2008  2009  2010  2011  2012  2013 

Hüquqi 


şəxslər,% 

22 


20 

19 


18 

17 


16 

16 


15 

15 


13 

12 


Fiziki  şəxslər, 

78 



80 

81 


82 

83 


84 

84 


85 

85 


87 

88 


Ərzaq malları, 

33 



34 

35 


36 

36 


37 

37 


38 

40 


43 

46 


Qeyri-ərzaq 

malları, % 

67 

66 


65 

64 


64 

63 


63 

62 


60 

57 


54 

Fərdi 


sahibkarların 

ticarət 


müəssisələri, 

80 



81 

82 


85 

86 


86 

86 


87 

88 


89 

90 


Hüquqi  şəxs 

statuslu  qeyri 

dövlət 

müəssisələri, 



20 


19 

18 


15 

14 


14 

14 


13 

12 


11 

10 


 

Cədvəl 2. müəssisənin məhsulgöndərmə şərtləri 

Məsulgöndərmə ayları 

Məhulgöndərmə həcmi, ədəd 

Məhsulgöndərmələrdə gecikmə 

müddəti, gün 

Yanvar 


120 

Fevral 



130 

Mart 



115 

Aprel 



120 

May 



105 

İyun 



110 

 



Buradan  biz  müntəzəm  və  ahəngdar  məhsulgöndərmə  əmsalını,  məhsulgöndərmələrin  orta 

gecikmə  müddətini  müəyyən  etməklə  rəqiblərlə  müqayisədə  hansı  üstünlüklərin  əldə  olunmasını 

təyin edə bilirik. İlk öncə göstərilən 6 ay müddətinə, müqvilə şərtlərində təsbit olunmuş 125 şərti 

məhsul  vahidi  qarşılığında  orta  məhsulgöndərmə  kəmiyyətini  müəyyən  etməklə,  yəni 

117

or

P

  



ədəd, bərabər vaxt ərzində məhsulgöndərmələrin həcmini orta kvadratik kənarlaşma əmsalını, yəni 

6

8



  müəyyən  etdikdən  sonra  variasiya  əmsalını 



var

6,84


K

%,  beləliklə 



.

93,16


mün

K

%  təyin 



edirik.  Ahəngdar  məhsulgöndərmə  göstəricisi

0, 44


ah

K

%;  məhsulgöndərmələrdə  orta  gecikmə 



müddəti, 

1

ort



TZ

gün. 



Beləliklə  müəssisə  93,16  %  müntəzəm,  0,44%  ahəngdar  məhsulgöndərmələrə  və 

məhsulgöndərmələrdə 1 gün gecikməyə yol verir. 

Cədvəl 2-nin təhlilindən belə nəticəyə gəlmək olar ki, bölüşdürücü logistika əlavə istehlak 

dəyərinin  və  əmtəə  dəyərinin  yaradaraq  müəssisədə  istehsal  prosesinin  davamı  hesab  olunur. 

Bölüşdürücü logistikanı müəssisənin istehsal fəaliyyətinin əmək vasitələri nəzərdən  və marketinq 

fəaliyyətinin  kommersiya  nəzərdən  tamamlanmasına  istiqamətlənmiş  proses  kimi  dəyərləndirmək 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014                              İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-Economics 

S.A.Məmmədov 

90 


olar.  Məhz  satış  prosesi  nəticəsində  müəssisənin  bütün  iqtisadi-maliyyə  nəticələri  və  korporativ 

missiyası reallaşır. 



Nəticə və təkliflər. Müəssisələrdə satış üzrə proqnozlar məhsulların fiziki bölüşdürməsinin 

idarə  edilməsi,  anbar  şəbəkəsinin  formalaşdırılması,  əmtəə  ehtiyatlarının  səviyyəsinin  müəyyən 

edilməsi  və  şəbəkədə  mərkəzləşməsi  üzrə  logistik  sistemin  yenidən  təşkili  ilə  əlaqədar  bir  sıra 

logistik  vəzifələrin  yerinə  yetirilməsində  asılıdır.    Burada  ilk  öncə  məqsəd  satış  şəbəkəsinin 

yaradılmasıdır  ki,  əmtəə  axınlarının  istehlakçı  istiqamətində  hərəkəti  logistik  infrastruktur  və  ya 

cəlb  edilmiş  logistik  vasitəçi  tərəfindən  həyata  keçirilsin.  Fiziki  bölüşdürmə  sistemində  əmtəə 

ehtiyatlarının  mərkəzləşdirilməsi  üçün  anbar  şəbəkəsi  formalaşdırılır.  Logistika  ehtiyatların 

anbarlaşdırılması  strategiyasının  müəyyən  edilməsi,  əmtəə  ehtiyatlarının  mərkəzləşdirilməsi  üçün 

optimal anbar sayının, anbarların yerləşdirilməsi və anbar təchizatı sisteminin işlənib hazırlanması 

ilə məşğul olur. İstehlakçı ilə bağlı sifarişlərin idarə edilməsində logistika sifarişlərin hazırlanması 

və  çatdırılması    işini  yerinə  yetirir.  Ehtiyatların  idarə  edilməsi  sahəsində  xidmət,  yəni 

məhsulgöndərmə  partiyasının  həcmi,  sifarişlərin  yerinə  yetirilmə  müddəti,  sifarişlərin 

formalaşdırılması  zamanı  komplektləşdirlmənin  səviyyəsi  nöqteyi  nəzərdən  istehlakçıya  uyğun 

çevik olmalıdır. 

 

Ədəbiyyat 

 

[1]. Дыбская В.В., Зайцев Е.И., Сергеев В.И., Стерлигова А.Н. «Логистика»-М.:Эксмо, 2013, 

944 с.  

[2].www.azstat.gov.az – Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytı. 

[3]. Аникин Б. А., Родкина Т. А.«Логистика: тренинг и практикум», Москва, 2013, 448 с. 

[4]. Аникин Б. А., Родкина Т. А. «Логистика», Москва, 2013, 408 с. 

[5]. Григорьев М.Н., Уваров С.А. «Логистика», М.: Юрайт, 2012, 825 с. 

 

ОПТИМАЛЬНОГО РАСПОЛОЖЕНИЯ РАСПРЕДЕЛИТЕЛЬНОЙ ЛОГИСТИКИ 



ПРОГРЕССИВНАЯ ФОРМА ОПЛАТЫ ПОТРЕБИТЕЛЬСКОГО СПРОСА. 

ГАРМОНИЧНЫЙ И РЕГУЛЯРНОЙ ПОСТАВКИ КАК ОПТИМАЛЬНЫЙ 

ПОКАЗАНИЕ 

 

                                                       С.А.МАМЕДОВ 

(Азербайджанский Технический Университет) 

E-mail: aztu@aztu.edu.az 



 

Аннотация:  В  наше  время,  ориентации  от  рынке  продавца  рынку  покупателья  углублял 

конкуренция  между  предприятие,  каждый  экономический  субъект  в  цепочке  поставок 

чувствую 

ответственности 

формирования 

потребительского 

стоимости, 

полного 


удовлетворения  потребительского  спроса,  научной  основы  для  разработки  современных 

средств,  пытаются  приспособиться  к  его  изменениям  в  рыночных  условиях.  Конечно,  как 

этот  процесс  продолжается,  каждый  цикл  из  процессов  в  оптимальном  диапазоне  новых 

методов  и  инструментов,  обеспечить  основу  для  принятия  решений.  Именно  эффективную 

логистику распределения позволяет решит экономических проблемы предприятий. 

Ключевые  слова:  Диверсификация,  соотношение  среднеквадратичного  отклонения, 

коэффициента вариации, корпоративная миссия, конюктура рынок.  



 

 


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014                              İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-Economics 

S.A.Məmmədov 

91 


OPTIMAL LOCATION OF DISTRIBUTION LOGISTICS PROGRESSIVE FORM 

OF PAYMENT FOR CONSUMER DEMAND. HARMONIOUS AND REGULAR SUPPLY 

AS THE OPTIMAL READING  

 

S.A. MAMMADOV 

(Azerbaijan Technical University) 

E-mail: aztu@aztu.edu.az 

 

Summary: In our time, the orientation of the seller's market buyer's market deepened competition 

between  enterprises,  each  economic  entity  in  the  supply  chain  feel  the  responsibility  for  shaping 

consumer  Stake,  fully  meet  customer  demand,  the  scientific  basis  for  the  development  of  modern 

means, trying to adapt to its changes in market conditions. Of course, as this process continues, each 

cycle of processes in the optimum range of new methods and tools to provide a basis for decision 

making. It enables efficient logistics distribution solve the economic problems of the enterprises. 



Keywords:  Diversification,  the  ratio  of  the  standard  deviation,  coefficient  of  variation,  corporate 

mission, structure of market.  



Daxil olub: 17.10.2014 

                                                                                            Rəyçi: i.e.d., professor R.K. İsgəndərov 

 

Yüklə 51,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə