Ученые записки Scientific works, №4, 2017 İssn 1815-1779



Yüklə 378,46 Kb.
Pdf görüntüsü
tarix08.08.2018
ölçüsü378,46 Kb.
#61980


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

12

 



S.N.Şahbazova 

QEYRİ-SƏLİS MƏNTİQ  QEYRİ-SƏLİS DEYİL: DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCANLI 

ALİM  LÜTFİ Ə. ZADƏ 

 

Ş.N.ŞAHBAZOVA 

Azərbaycan Texniki Universiteti 

E-mail: shahbazova@gmail.com 

 

       

  

Xülasə:  Lütfi  Ələsgərzadə  1921-ci  il  fevral  ayının  4-də  Bakıda  anadan  olmuşdur.  Lütfi  Ə. 

Zadənin  doğma  Bakıya  ilk  səfəri  1965-ci  ildə  Qara  dənizdə  Odessa-Batumi  istiqamətində    üzən 

“Admiral  Naximov”  teploxodunda    avtomatik  idarəetmə  problemlərinə  həsr  olunmuş  beynəlxalq 

elmi  konfransdan  sonra  olmuşdur.    43  ildən  sonra  Lütfi  Ə.Zadə  “BakuTel”  beynəlxalq 

telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün 2008-ci 

ilin noyabrın 8-10-da Bakıya ikinci dəfə səfər etmişdir. Professor Lütfi Ə. Zadənin elmi yaradıcılığı 

olduqca zəngin və çoxsahəlidir. Onun “Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı” 

(1949),  Ç.R.Raqassini  ilə  birlikdə  yazdığı  “Vinerin  proqnozlaşdırma  nəzəriyyəsinin  inkişaf 

etdirilməsi”  (1950),  Ç.R.Raqassini  ilə  birlikdə  yazdığı  “Z-çevirmə  üsulunun  yaradılması”  (1952), 

“Qeyri-xətti  süzgəclər  nəzəriyyəsinin  yaradılması”  (1953),  “Sistemlərin  identifikasiya 

problemlərinin  formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə  yazdığı “Xətti  sistemlərin təhlili 

üçün vəziyyət fəzası” (1963), R.E.Belman ilə birlikdə yazdığı “Qeyri-səlislik şəraitində qərar qəbul 

etmək”  (1970),  “Linqvistik  dəyişən  və  qeyri-səlis  “əgər-onda”  qaydalarının  konsepsiyası”  (1973), 

“Təbii  dilin  işlənilməsi  üçün  mümkünlük  nəzəriyyəsi”  (1978),  “Təxmini  mühakimə  nəzəriyyəsi” 

(1979),  “Sağlam  düşüncəyə  əsaslanan  mühakimə  nəzəriyyəsi”  (1985),  “Dispozisiya  məntiqi” 

(1988),  “Qeyri-səlis  qaydalar,  qeyri-səlis  qraf  və  qeyri-səlis  ehtimal  hesabı,  soft  computing 

nəzəriyyəsi”  (1991),  “Sözlə  işləyən  kompüterlər  nəzəriyyəsi”  (1996),  “Qeyri-səlis  informasiya 

qranulyasiya  nəzəriyyəsi”  (1997),  “Təəssürat  nəzəriyyəsi”  (1998)  dünya  elminin  inkişafında 

mühüm rol oynayır. 

        Açar sözlər: qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar, Z-çevirməısi, qeyri-səlis qaydalar, Soft 

Computinq,  qranular  kompütinq,  Sözlə  işləyən  kompüterlər,  “ƏGƏR-ONDA”  qaydalar 

konsepsiyası, qeyri-səlis qraf, dispozisiya məntiqi, linqvistik dəyişənlər, vəziyyət fəzası, süzgəclər 

nəzəriyyəsi. 



      1.  Giriş.  Nəzəriyyələri  ilə  dünya  elmini  zənginləşdirən  ABŞ-ın  Kaliforniya  ştatının  Berkli 

Universitetinin  mərhum  professoru  Azərbaycanlı  alim  Lütfi  Ə.  Zadə  yaşasaydı  bu  gün  97  yaşı 

tamam olardı. Azərbaycanlı alim 6 sentyabr 2017-ci ildə 96 yaşında yaşadığı və işlədiyi Kaliforniya 

ştatının  Berkli  şəhərində  dünyasını  dəyişdi.  Onun  vəsiyyətinə  əsasən  onun  nəşi  Kaliforniyadan  

Azərbaycanın  paytaxtı Bakı  şəhərinə  gətirilərək   1-ci  Fəxri Xiyabanda dəfn edildi. Vida mərasimi 

Azərbaycan  Milli  Elmlər  Akademiyasında  baş    tutmuşdur.  Vida  mərasimində  Respublikamızın 

prezidenti cənab İ.Əliyev və Azərbaycanın elmi-ictimai xadimləri  iştirak etmişlər. 

       2.  Biblioqrafik  məlumatlar.  Lütfi  Ələsgərzadə  1921-ci  il  fevral  ayının  4-də  Bakıda  Asiya 

küçəsində yerləşən  79 saylı evdə anadan olmuşdur.  Atası Rəhim Ələsgərzadə 1893-cü ildə İranın 

Ərdəbil  şəhərində,    anası  Feyga  1894-cü  ildə  Rusiyanın  Volınski  quberniyasının  Kremeneuk 

uyezdində anadan olmuşdur. 1905-ci ildə Bakıya köçüb burada məskunlaşmışdılar. Feyga 1918 –ci 

ildə  Tiflisdə  qızlar  gimnaziyasını  bitirmişdir.  Sonralar  isə  Bakı  ali  məktəblərinin  birində  uşaq 

həkimi ixtisasına yiyələnmişdir. Rəhim Ələsgərzadə isə Azərbaycan Universitetinin “Şərqşünaslıq” 

fakültəsində təhsil almışdır. Sonralar o, həm iş adamı, həm də eksport-import mətbuat  nümayəndəsi 

kimi  tanınmışdır.  Rəhimlə  Feyganın  bir-biri  ilə  tanışlığı  elə  ali  məktəblərdə  oxuduğu  illərdən 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

13

 



S.N.Şahbazova 

başlamış  və  1919-cu  ilin  29  sentyabrında  ailə  həyatı  qurmuşlar.  1921-ci  ilin  fevralın  4-də  Lütfi 

dünyaya gəlir. Lütfi ailənin yeganə övladı olduğu üçün Rəhim kişi və Feyga oğullarını çox sevir və 

əllərindən  gələni  edirdilər  ki,  onun  həyatı  qayğısız  və  xoşbəxt  keçsin.  Balaca  Lütfi  tənhalığı  çox 

xoşlayırdı. Həmişə çalışırdı ki,  tək olsun, çoxlu oxusun və xəyalən bütün dünyanı gəzib dolaşsın. 

Bu  səbəbdən  də  Lütfinin  məşğul  olduğu  masanın    üstunə  kağız  üzərində  iri  hərflərə  “Tək”  sözü 

yazılmış bir lövhə olardı. Balaca Lütfi ilə üz-üzə dayanan lövhə  ona belə bir psixoloji fikir təlqin 

edirdi: ”Sən bu dünyada tək tənhasan. Lakin həyat mürəkkəb və çətindir. Bu mürəkkəblikdən baş 

açmaq, çətinliklərdən çıxmaq üçün həm fiziki, həm də əqli gücün olmalıdır. Sən daim özünü buna 

səfərbər  etməlisən.  Oxuyub  öyrənməkdən,  çətinliklərdən  keçməkdən  usanmamalısan”.  Lütfi 

Bakıdakı  16  saylı  məktəbə  gedir  və  ömrünün  4  ili  bu  məktəblə  bağlı  olur.  Lütfinin  özünü 

tanımasında dünyaya göz açdığı Bakı mühiti, eləcə də valideynlərindən əxz etdiyi genlər bilavasitə  

dahi olmağa ruhlandırmışdır. 

1931-ci ildə Sovetlər İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu 

fərmana görə onlar ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni 

dərhal  tərk  edib  getməli  idilər.  Ələsgərzadələr  ailəsi  sovetlərin  hakimiyyətə  gəlməsindən  sonra 

ətrafda  baş  verən  hadisələrdən  narazı  olduqlarından  İrana  geri  qayıtmaq  qərarına  gəlirlər.  Bir 

çoxları,  xüsusilə  də  yaxın  qohumları  bu  addımın  gələcəkdə  Lütfi  Ə.  Zadə  fenomeninin 

formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə sovet hakimiyyəti  kibernetika, 

informatika, genetika kimi elmlərə öz mənfi mövqeyi ilə seçilirdi və çətin ki, belə mühitdə Lütfi Ə. 

Zadə öz elmi ilə irəli gedə bilərdi. O, hələ 10 yaşında ikən Ələsgərzadələr ailəsi Bakını tərk edərək 

Tehrana  köçür.  Balaca  Lütfi  o  vaxt  rusdilli  məktəbin  üçüncü  sinfini  bitirmişdi.  Valideynləri  onu  

Tehranda fəaliyyət göstərən  “Albroz” adlı  Missioner kollecinə yazdırmışdılar. Atası Rəhim biznes 

sahəsində  öz  işini  davam  etdirməyə  başladı,  anası  Feyga  isə  səhiyyə  sahəsində  işə  düzəlir.  Lütfi 

kolleci bitirdikdən sonra  Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. 1942-

ci ildə universiteti bitirib bakalavr dərəcəsi alır və bir müddət atasının yanında işləməli olur.  



          3.  Lütfi  Ə.  Zadə  təhsilini  davam  etdirmək  məqsədilə  Amerika  Birləşmiş  Ştatlarına 

gedir.  Lütfi  Ə.  Zadə  təhsilini  davam  etdirmək  üçün  1944-ci  ildə  Amerika  Birləşmiş  ştatlarına 

getməyə  qərar  verir.  Lütfi  Ə.  Zadə  Bostonda  Massaçusets  Texnologiya  İnstitutunda  oxuyur  və 

1946-cı ildə oranı bitirərək elektrotexnika üzrə  magistr pilləsinə qalxır. 

O, 1949-cu ildə doktorluq dissertasiyasını Kolumbiya Universitetində müdafiə edir və fəlsəfə 

doktoru  elmi  dərəcəsi  alır.  Kolumbiya  Universitetində  10  il  işləyən  Lütfi  əvvəlcə  1950-ci  ildə  

professor  köməkçisi,  1957-ci  ildə    isə  professor  vəzifələrində  çalışır.  L.Ə.Zadənin  1950-ci    ildə 

ayrı-ayrı jurnallarda  kibernetikanın atası Norbert Vinnerin  proqnozlaşdırma nəzəriyyəsini inkişaf 

etdirən  sanballı  elmi  əsərləri  dərc  olunur.  Onun  1952-ci  ildə  nəşr  etdirdiyi  elmi  işi  isə  avtomatik 

idarəetmə  sistemində  çevirmə  nəzəriyyəsinin  əsasını  qoydu.  Daim  qərar  qəbul  edən  elektron 

idarəetmə avtomatın iş prinsipini 1950-ci ildə “ƏGƏR-ONDA” münasibəti əsasında quraraq təsvir 

edir.  1954-ci  ildə  L.Ə.Zadənin  “Sistem  nəzəriyyəsi”  yarandı.  Həmin    illərdə  dünya  şöhrətli  alim 

Norbert  Vinner  nüfuzlu  jurnal  səhifələrində  L.Ə.Zadənin  elmi  məqalələri  ilə  tanış  olur  və  onu 

gələcəyin ən böyük alimi kimi görür.  

          4.  Professor  Lütfi  Ə.Zadənin    Berklidə  elmi  fəaliyyəti.  1957-ci  ildə  Kaliforniya  Elmi 

mərkəzinin  sədri  olan  Norbert  Viner  L.Ə.Zadəyə  məktub  yazaraq  onu  Kaliforniyadakı  Berkli 

Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə L.Ə.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. 

Lütfi Ə. Zadə Berkli Universitetində elektrik mühəndisliyi üzrə şöbədə işləməyə başlayır. 1963-cü 

ildən  həmin  şöbəyə  başçılıq  edir  və  bundan  sonra  şöbənin  adını  dəyişdirərək    “Elekrtik 

mühəndisliyi və kompüter elmləri”  kafedrası adlandırır. Berkli Universiteti, “Elekrtik mühəndisliyi 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

14

 



S.N.Şahbazova 

və kompüter elmləri”  kafedrası onun bir alim kimi yetişib formalaşmasında  və inkişafında böyük 

rol oynayır. 

Lütfi  Ə.  Zadə  Berkli  Universitetində  işlədiyi  dövrlərdə  diqqətini  əsasən  xətti  sistemlər  və 

avtomatlar  problemi  cəlb  etməyə  başladı.  Burada  o,  professor  Çarlz  Desoer  ilə  birlikdə  xətti 

sistemlərin  təhlili  üçün  vəziyyətlər  fəzası  yanaşması  probleminin  araşdırılması  ilə  məşğul  oldu. 

Beləliklə, “xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası” adlı müştərək elmi əsəri  meydana gəldi. 

Nəticədə  Lütfi  Ə.  Zadə  dinamik  idarəetmə  sistemlərinin  əsasını  təşkil  edən  yeni  yanaşma  metodu 

təklif etdi. Bu metodun mərkəzində Lütfi Ə. Zadənin vəziyyətlər fəzası  nəzəriyyəsi  dayandı. 1964-

cü  ildə  dünya  elmində  yeni  olan  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsi  yarandı.  Lütfi  Ə.Zadə  bu 

nəzəriyyəsini  kəşf  edəndən  sonra  onu  Riçard  Bellmana  göstərmək  qərarına  gəldi.  Onun  Riçard 

Bellmanla birlikdə bir  neçə elmi işi var idi və R.Bellmanın fikri Lütfi üçün önəmli idi. R.Belmanın 

Lütfi  Ə.  Zadənin  qeyri-səlis  çoxluqlar    nəzəriyyəsinə  fikri  belə  oldu:  “Zənnimcə,  sizin  bu  işiniz 

elmdə  inqilaba  bərabər  bir  işdir.  Tədricən  o,  bütün  elmlərə    yeni  baxış  formalaşdırıb  çox  şeyi 

kökündən  dəyişdirəcək.  Hətta  insan  fenomeni  barəsində  də  təsəvvür  yaranacaq”.  Belmanın  bu 

fikirlərinə    baxmayaraq  Amerika  mühiti  Lütfi  Ə.  Zadənin  bu  elmi    konsepsiyasını    qəbul  etmədi. 

Amma  zaman  keçdikcə  bu  fikirlərin  həqiqət  olduğu  təstiqləndi  və  qeyri-səlis  çoxluqlar  

nəzəriyyəsinin  bəhrəsi  olan  beşinci  və  altıncı  nəsil  skeptik    kompüterlərin  meydana  çıxması  söz-

söhbətlərə son qoydu. 1965-ci ildə Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı alim  Lütfi 

Zadə  tərəfindən  tamamilə  yeni,  çoxqiymətli  qeyri-səlis  məntiq  nəzəriyyəsi  yaradıldı.  Bununla  da 

dünya elm tarixində, kompüter sahəsində böyük kəşflər edildi. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin 

mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Ə. Zadənin cavabı birmənalıdır: “... Qeyri-səlis 

məntiq,  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsinin  mahiyyəti  odur  ki,  mütləq  heç  nə  yoxdur.  Hər  şey 

riyazi dillə desək 0-1 şkalasında müəyyən həddə dəyişir”. Deməli, real dünyanın ümumi mənzərəsi 

0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir. Bununla da dünyanın təsvir dili olan 

riyaziyyat  ikiləşdi,  nəticədə  klassik  riyaziyyat,  qeyri-səlis  riyaziyyat,  qeyri-səlis  hesab,  qeyri-səlis 

cəbr, qeyri-səlis məntiq, qeyri-səlis topologiya və s. yarandı. Lütfi Ə. Zadənin qeyri-səlis çoxluqlar 

nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnikasının inkişafında yeni bir 

dövr  açdı.  Həmin  nəzəriyyə  bütün  dünyada  elmə,  texnika  və  texnologiyaya  geniş  nüfuz  etdi. 

Paltaryuyan maşından tutmuş kosmik cihazlara, kibernetik tərcüməçidən tutmuş avtomat sürücüyə 

kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda bu nəzəriyyə öz tətbiqini tapdı.   

Qeyri-səlis  çoxluqlar  dedikdə,  hər  şeydən  əvvəl    elə  çoxluqlar  nəzərdə  tutulur  ki,  ona  daxil 

olan  elementlərin  sayı  qeyri-müəyyəndir.  Qeyri-səlis  çoxluğun  ilk  və  əsas  əlaməti  onun  bütün 

cəhətlərindən  qeyri-müəyyən olmasıdır. Belə ki,  qeyri-səlis çoxluğun  həm tərkibi, həm quruluşu, 

həm  də  sərhədləri  qeyri-müəyyəndir.  Lütfi  Ə.  Zadənin   elmə  gətirdiyi   “qeyri-səlis”lik anlayışına 

söykənən    bütün  nəzəri  elmi  istiqamətlər  çox  böyük  praktiki  əhəmiyyətə  malikdir.  Qeyri-səlis 

çoxluqlar  nəzəriyyəsi  yarandığı  vaxtdan  cəmi  bir  il  keçəndən  sonra    birinci  olaraq    Yaponiya 

firmalarında,  nəhəng  sənaye  şirkətlərində    öz  tətbiqini  tapdı.  Onlarca  elmi-tədqiqat    institutları 

yarandı,  bu elm sahəsi Yaponiya universitetlərinin tədqiqat obyektinə çevrildi. Qeyri-səlis məntiq 

texnologiyası Yaponiyada tətbiq edilərək, böyük iqtisadi səmərəsi aşkarlandı və az müddət ərzində 

bütün  aparıcı  şirkətlər,  firmalar  tərəfindən  dəstəkləndi.  Yüksək  iqtisadi  səmərə  gətirdiyinə  görə 

1989-cu ilin iyul ayında  Lütfi Ə. Zadəyə Yaponiyanın  elm sahəsində ən yüksək mükafatı- Honda 

mükafatı verildi. Lütfi Ə. Zadə 1965-ci ildə qeyri-səlis nəzəriyyəsinin riyaziyyatını ətraflı izah edən 

qeyri-səlis  çoxluqlar    seminar  əsərini  nəşr  etdi.  1973-cü  ildə  o,  qeyri-səlis  məntiq  nəzəriyyəsini 

təklif etdi. 

 

 



Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

15

 



S.N.Şahbazova 

5. Lütfi Ə. Zadə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin yaranması haqqında deyirdi: 

1964-cü ilin iyulunda Nyu-Yorkda bir konfransda iştirak edirdim və valideynlərimin evində 

qaldım, onlar uzaqlaşdılar. Mənim nahar ziyafətim var idi, amma ləğv olundu,  Mən evdə tək idim. 

Düşüncələrim sərhədlər  sinfinin səthsizliyinə çevrildi. Bu nöqtədə qeyri-səlis çoxluqlardan  ibarət 

olan sadə bir konsepsiya mənə gəldi. Mənim fikirlərimi bir yerə qoymaq və mövzu ilə əlaqədar bir 

yazı yazmaq məndən  çox vaxt  almadı. Bu qeyri-səlis  çoxluqlar nəzəriyyəsinin yaranması idi. Mən 

bilirdim  ki,  "qeyri-səlis"  sözü,    nəzəriyyəni    mübahisəli  hala  gətirəcəkdir.  Həqiqi  dünyanın  necə 

fəaliyyət göstərdiyini bilərək, mən məqaləmi  Redaksiya Heyətinin üzvü olduğum  İnformasiya Və 

Nəzarət jurnalına təqdim etdim. Məqaləyə yalnız bir revyu var idi, o da  çox isti idi. Mən əmin idim 

ki,  redaksiya heyətində olmasaydım, məqaləm qəbul edilməyəcəkdi.    

Mənim  məqaləm    araşdırmalarımda  (tədqiqatlarımda)  bir  dönüş  nöqtəsi  idi.  1965-ci  ildən 

etibarən  demək  olar  ki,  bütün  məqalələrim  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsinə  və  qeyri-səlis 

məntiqə aiddir. Gözlədiyim kimi, 1965-ci ildəki məqaləmə mənfi bir reaksiya alındı, çünki qismən 

"qeyri-səlis" sözü ümumiyyətlə mənəvi cəhətdən istifadə edilirdi, amma daha əhəmiyyətli idi, çünki 

sinif sərhədlərinin səthsizliyi elm və mühəndislikdə nəzərə alınmırdı.  

Böyük ölçüdə, məqaləmə Yaponiya istisna  olmaqla şərhlər şübhəli və  ya düşmən mövqeli  

idi.  1968-ci  ildə  Yaponiyadan  qeyri-səlis  çoxluqlar    nəzəriyyəsinin  əlavələrinin      tətbiqinə  maraq 

göstərən  məktublar  almağa  başladım.  Bir  sıra  sonrakı    illərdə,  Yaponiyada  qeyri-səlis  çoxluqlar 

nəzəriyyəsi və qeyri-səlis məntiq, geniş əhatəli tədqiqat obyektləri və geniş ranqlı əlavələr, xüsusilə 

də istehlakçı məhsullar sahəsinə çevrildi.  Qeyri-səlis məntiq əsasında Hitachi və Kawasaki Heavy 

sənayesi    tərəfindən  hazırlanmış  sistem  -  Sendai  şəhərində  metro  sistemi  çox  əlverişli  bir  tətbiq 

oldu. Sistem 1987-ci ildə fəaliyyətə başladı və böyük bir müvəffəqiyyət hesab edildi. 



6. Lütfi Ə. Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin riyazi qətiyyətindən danışdı. "Qeyri-

səlis məntiq qeyri-səlis deyildir. Qeyri-səlis məntiq, əsasən,  qeyri-dəqiqlik və təxmini düşüncənin  

dəqiq  məntiqidir.  Daha  spesifik  olaraq,  qeyri-səlis  məntiqə    insan  qabiliyyətinin  iki  diqqətəlayiq 

formalizasiyası / mexanizasiyasına cəhd kimi baxıla bilər. 

Birincisi, 

qeyri-dəqiqlik, 

qeyri-müəyyənlik, 

informasiya  çatışmazlığı,  ziddiyyətli 

informasiyalar,  qismən  həqiqi  və  qismən  mümkün  olan  -  qısaca,  ugurlu  olmayan    informasiyalar  

şəraitində sərbəst qərarlar qəbul etmək, əsaslandırmaq və səmərəli qərarlar qəbul etmək qabiliyyəti. 

İkincisi,  heç  bir  ölçü  və  hesablamalar  olmadan  geniş  fiziki  və  zehni  vəzifələri  yerinə 

yetirmək imkanı. Əslində, qeyri-səlis məntiqin əsas töhvələrindən biri - geniş tanınmayan bir töhvə 

-  dəqiqliyin  yüksək  gücüdür.  Qeyri-səlis    məntiq  bir  məntiq    sistemdən  daha  çoxdur.  Bu 

çoxyönlüdür.  Çoxyönlüyün  əsası  budur:  məntiqi,  qeyri-səlis  çoxluqlar  nəzəriyyəsi,  epistemik  və 

münasibətliliyi.  Qeyri-səlis  məntiqin  praktiki  tətbiqlərinin  əksəriyyəti  onun  münasibət  yönlüyü  ilə 

bağlıdır". 



7. Lütfi Ə. Zadənin dünya elminin inkişafında mühüm rol oynayan elmi əsərləri. Lütfi Ə. 

Zadə  müasir  riyazi  statistikanı,  siqnalların  optimal  süzgəclərini,  riyazi  linqvistikanın  və  mürəkkəb 

sistemlərin  nəzəriyyəsini  inkişaf  etdirməklə  dünya  elmini  xeyli  zənginləşdirmişdir.  O,  ilk  dəfə 

olaraq  qeyri-səlis  çoxluqlar,  qeyri-səlis  məntiq  və  qərar  qəbuletmə  prosesinin  çox  səlis 

nəzəriyyəsini  yaratmış,  müasir  riyaziyyatın  və  idarəetmənin  əsasını  qoyanlardan  biri  kimi 

tanınmışdır.  Bütün  bunlarla  yanaşı,  o,  dəqiq  humanitar  və  elm  sahələrindəki  elmi  problemlərin 

tədqiqinin  ümumi  intellektual  kompüter  metodoloqiyasını  yaratmışdır.  Professor  Lütfi  Ə.  Zadənin 

elmi  yaradıcılığı  olduqca  zəngin  və  çoxsahəlidir.  Bu  baxımdan  onun  “Zamana  görə  dəyişən 

şəbəkələrin  tezlik  sahəsinin  inkişafı”  (1949),  Ç.R.Raqassini  ilə  birlikdə  yazdığı  “Vinerin 

proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” (1950), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Z-

çevirmə  üsulunun  yaradılması”  (1952),  “Qeyri-xətti  süzgəclər  nəzəriyyəsinin  yaradılması”  (1953), 



Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

16

 



S.N.Şahbazova 

“Sistemlərin  identifikasiya  problemlərinin  formalaşdırılması”  (1956),  Ç.A.Desoir  ilə  birlikdə 

yazdığı  “Xətti  sistemlərin  təhlili  üçün  vəziyyət  fəzası”  (1963),  R.E.Belman  ilə  birlikdə  yazdığı 

“Qeyri-səlislik şəraitində qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda” 

qaydalarının konsepsiyası” (1973), “Təbii dilin  işlənilməsi  üçün mümkünlük  nəzəriyyəsi” (1978), 

“Təxmini  mühakimə  nəzəriyyəsi”  (1979),  “Sağlam  düşüncəyə  əsaslanan  mühakimə  nəzəriyyəsi” 

(1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal 

hesabı,  soft  computing  nəzəriyyəsi”  (1991),  “Sözlə  işləyən  kompüterlər  nəzəriyyəsi”  (1996), 

“Qeyri-səlis  informasiya  qranulyasiya  nəzəriyyəsi”  (1997),  “Təəssürat  nəzəriyyəsi”  (1998)  dünya 

elminin inkişafında mühüm rol oynayır. 

Dünya  elmində  Lütfi  Ə.  Zadə  və  Qassini  kimi  tanınan  statistik  qeyri-müəyyənlik  şəraitində 

işləyən idarəetmə sistemlərində optimal  süzgəclər məsələsinin həlli  kimi  bu elmi  təklif

 

mürəkkəb 



proqnozlaşdırma  sistemlərinin  qurulması  üçün  əsas  götürülür.  Lütfi  Ə.  Zadənin  bu  təklifi  məşhur 

Viner  məsələsini  xeyli  genişləndirmişdir.  Lütfi  Ə.  Zadənin  dünya  idarəetmə  elminə  verdiyi  ən 

böyük  töhfələrdən  biri  elmi  ədəbiyyatda  Z-çevirmə  üsulu  kimi  tanınan  (Zadə  sözünün  baş  hərfi) 

diskret  və  rəqəmli  idarəetmə,  informasiya  və  kommunikasiya  sistemlərinin  əsasını  qoyan  elmi 

nəzəriyyədir.  Alimin  elmi  xidmətlərindən  biri  də  müasir  idarəetmə  elminin  əsasını  təşkil  edən 

vəziyyətlər  fəzası,  dinamik  sistemlərin  idarəolunma  və  müşahidəolunma  nəzəriyyələrinin  təklif 

olunmasıdır. 

Professor Lütfi Ə. Zadə 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-

səlis  məntiq nəzəriyyəsini  meydana  gətirmişdir.  Amma bu nəzəriyyə nədənsə,  həm  Amerika, həm 

də dünya elmi ictimaiyyəti tərəfindən skeptikcəsinə qarşılanmışdır. Buna da səbəb Lütfi Ə. Zadənin 

əsrlərdən  bəri  adamların  beynində  maddiləşmiş  Aristotel  məntiqini  öz  qeyri-səlis  məntiqi  ilə 

dağıtması  olmuşdur.  O  sübut  etmişdir  ki,  insan  dünyanı  yalnız  “ağ”  və  “qara”  rənglərdə  duyub 

qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Elə buna görə də o, 

hüdudsuzluğun  riyaziyyatını  yaratmış,  onun  rəngarəngliyini  açmışdır.  Beləliklə,  Əl-Xarəzm  cəbri 

ilə yanaşı qeyri-səlis cəbr-Zadə cəbri meydana gəlmişdir. 

 

Lütfi  Ə.  Zadənin  Qeyri-Səlis  Məntiq  Nəzəriyyəsi  riyaziyyatın,  kibernetikanın,  informatika 



və  hesablama  texnologiyasının  inkşafı  tarixində  yeni  bir  dövr  açmışdır.  Bu  nəzəriyyə  bütün 

dünyada  elmə,  texnika  və  texnologiyaya  geniş  nüfuz  etmişdir.  Paltaryuyan  maşınlardan  tutmuş 

avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə, həmin 

nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir [1].  

 

L.Ə.Zadə  özünün  “Qeyri-səlis  coxluqlar”  adlı  fundamental    məqaləsində  qeyri-səlis 



coxluqlar anlayışı  barədə təsəvvür yaratmaq  ücün  onu “mənsubiyyət dərəcələrinin kontinuumu” 

kimi  təsvir etmiş,  qeyri-səlis  coxluqlar üzərində    baza  münasibətlərinə   və  əməliyyatlara, eləcə də 

qeyri  səlis  coxluqların  qabarıq  kombinasiyası,  insanlarla  induksiya  edilən    qeyri-səlis  coxluqlar, 

qabarıq  qeyri-səlis  coxluqların    separabelliyi  anlayışına  tərif  vermişdir.  Bu  halda  birləşmə    və 

kəsişmə əməliyyatları  həm bazisində, həm də cəbri cəm və hasil formasında tətbiq edilmişdir [2]. 

 

Bu  ilkin  anlayışlarla    birlikdə    ücüncü  sünü  istisna  qanununun    və  onun  qarşılıgı  olan 



ziddiyyətsizlik  qanununun  zəifləndirilməsinin    zəruri  olması  isbat  edilmişdir.  Klassik  coxluqlar  

nəzəriyyəsində  bu qanunlar toxunulmaz hesab edilirdi. Lakin tarix gostərir ki,  yeni nəzəriyyələrin  

kəşf  edilməsi    və  işlənilib  hazırlanması    ücün    ənənəvi  təfəkkür  tərzindən  imtina  etmək  lazımdır.  

1965-ci ildə klassik nəzəriyyənin  əsas aksiomunu  təkzib etməklə L.Ə.Zadə də faktiki olaraq məhz 

belə hərəkət emişdir. 

 

Qeyri-səlis  hadisələrin  ehtimalının  meyarları”(1968)  əsərində  alim  qeyri-səlis  hadisə 

anlayışını  tətbiq etmiş, onu “bu gün  hava istidir”, “X kəmiyyətin qiyməti təqribən 5-ə bərabərdir” 

və s. kimi  misallarla izah etmişdir. Bu ifadələr “müvafiq  sözlərin  mənasının dəqiq  olmasına görə 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

17

 



S.N.Şahbazova 

qeyri-səlisdir”.    Bundan  əlavə  o,    qeyri-səlis  hadisələr  ücün  ədədi  orta,  variasiya    və  entropiya 

anlayışlarınin riyazi ümumiləşdirilməsi verilmişdir [3]. 

 

L.Ə.Zadənin  R.Belmanla  birgə  yazmış  olduğu  “Qeyri-səlis  mühitdə    qərarlar  qəbul 



edilməsi” adlı əsərində (1970)  müəllif “məqsəd və məhdudiyyətlər  qeyri-səlis təbiətə malik olduğu 

halda  qərar  qəbul  edilməsi”  prosesini  nəzərdən  keçirir,  sonra  isə  qərarlar  qəbul  edilməsi  ilə  bağlı 

çoxsaylı addımlardan ibarət proseslər nümunəsində bu yeni yanaşmanı şərh edirlər [4].  

 

“Mürəkkəb  sistemlərin  və  qərarlar  qəbul  edilməsi  proseslərinin  təhlilinə  yeni  yanaşmanın 



əsasları” (1973) işində Lütfi Ə. Zadə linqvist dəyişən anlayışını və kompozision nəticə çıxarılması 

qaydasını  tətbiq  edir.  O,  göstərir  ki,  bu  yeni  yanaşma  “dəqiq  riyazi  metodların”    tətbiq  edilməsi 

üçün  həddən  artıq  mürəkkəb  və  pis  müəyyən  edilmiş  sistemlərin  davranışını  təsvir  etmək  üçün 

təxmini olsa da səmərəli vasitə yaradılmasını təmin edir [5]. Əsas tətbiq sahələri sırasında sistemin 

canlı  komponentlərinin  aparıcı  rol  oynadığı  iqtisadiyyat,  menecment,  informasiya  axtarışı,  süni 

intellekt, linqvistika, təbabət, biologiya və digər sahələr aiddir. Bu əsər heç şübhəsiz Lütfi Ə.Zadə 

ideyalarının  təşəkkülündə  ən  mühüm  mərhələ  sayılmalıdır.  Məhz  bu  işin  bazasında  1975-ci  ildə 

E.Mamdani  və  S.  Assilian  qeyri-səlis  tətbiqi  sistemin  ilk  laboratoriya  versiyası  olan  qeyri-səlis 

tənzimləyici  yaratmış  və  onu  sənayedə  tətbiq  etmişlər.  Beləliklə,  L.Ə.Zadənin  “Mürəkkəb  və  ya  

qeyri-dəqiq  anlayışlara  qeyri-səlis  alqoritmik  yanaşma”  (1976)  əsərində  belə  bir  ifadə  var: 

“Riyaziyyatda,  Fizikada,  Kimyada,  mühəndis  elmlərində  və  başqa  sahələrdə  üstünlük  təşkil  edən 

yüksək  dəqiqlik  standartları  sosiologiya,  psixologiya,  linqvistika,  tarix,  fəlsəfə,  antropologiya, 

incəsənət  və  digər  sahələr  üçün  səciyyəvi  olan  biliklərimizin  qeyri-dəqiqliyi  ilə  aşkar  ziddiyyət 

təşkil edir” [6].  

 

“Qeyri-səlis çoxluqlar mümkünlük nəzəriyyəsinin əsası kimi” (1978) məqaləsində L.Ə.Zadə 



yazır:  “Bizim  əsas  məqsədimiz  informasiya  ölçüsündə  (Şennon  və  Vinnerin  statistik  informasiya 

nəzəriyyəsinə dair işlərində göstərilən mənada) daha çox informasiyanın mənasını təsvir etməkdən 

ibarət  olduqda  informasiyanın  təhlilinə  mümkünlük  mövqeyindən  yanaşma,  bu  məsələdə  ehtimal 

mövqeyindən yanaşma ilə müqayisədə öz təbiətinə görə daha münasib və təbii olur” [7]. Müəllif bu 

məqalədə “imkanların paylanması”, “imkanın ölçüləri”, “həqiqiliyin keyfiyyət baxımından təsviri”, 

“ehtimal edilən ixtisas” və s. anlayışlar daxil edir.  

 

“Linqvist  dəyişən  anlayışı  və  onun  təxmini  qərarlar  qəbul  edilməsinə  tətbiqi”  silsiləsinə 



məşhur  məqalələr  (1975-76)  aşağıdakı  sözlərlə  başlanır:  “Linqvistik  dəyişən  dedikdə  qiymətlərin 

müəyyən təbii və  ya süni dilin sözləri və söz birləşmələri olan dəyişən başa düşülür. Bizim dəqiq, 

ciddi  və  kəmiyyətcə  müəyyən  olan  hər  şeyə  səcdə  etməyimizi  və  qeyri-səlis,  qeyri-ciddi  və 

keyfiyyətcə müəyyən olan hər şeyə etinasızlığımızı nəzərə alsaq, rəqəmli kompüterlərin yaranması 

heç  də  təəcüblü  deyil...  Bu  kompüterlər  davranışı  mexanika,  fizika,  kimya  və  elektromaqnitizm 

qanunları  ilə  müəyyən  edilən  mexanistik,  yəni  canlı  olmayan  sistemlərlə  iş  zamanı  çox  səmərəli 

olmuşdur [8]. Təəssüf ki, humanistik sistemlər haqqında bu sözləri demək olmaz...”.  

 

“Təxmini  mühakimə  nəzəriyyəsi”  əsərində  alim  proyeksiya,  məntiqi  davam,  semantik 



ekvivalentlik  və  s.  prinsiplər  əsasında  nəticələr  çıxarmağın  və  təxmini  mühakimələr  yürütməyin 

qeyri-səlis qaydalarının təqdim edilməsi imkanları müzakirə edilir [9].  

 

“Qeyri-səlis  məntiq  –  sözlərlə  hesablamalar”  (1996),  “Qeyri-səlis  informasiya  



qranulyasiyası  nəzəriyyəsi  və  onun  insan  mühakimələrində  və  qeyri-səlis  məntiqdə  mərkəzi  yeri 

haqqında” (1997) və “Rəqəmli hesablamalardan sözlərlə hesablamalara-ölçülərlə manipulyasiyadan 

hissi  obrazlarla  manipulyasiyalara”  (2001)  silsilə  əsərlərində  Lütfi  Ə.  Zadə  yazır:  “Qeyri-səlis 

məntiqin  əsas  töhfəsi  sözlərlə  hesablamalar  aparılması  üçün  metodologiya  yaradılmasıdır”[10]. 

Hələlik  bundan  ötrü  heç  bir  başqa  metodologiya  yoxdur.  Adi  mənada  hesablamalar  rəqəmlər  və 

simvollarla  manipulyasiyadan  ibarətdir.  İnsanlar  təbii  dilin  vasitələrilə  ifadə  edilmiş  və  ya 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

18

 



S.N.Şahbazova 

perspektiv obrazlar formasında çıxış edən mühakimələrdən sözlərlə ifadə edilmiş nəticələr çıxarmaq 

üçün hesablama və mühakimələrində isə əksinə, əsasən sözlərdən istifadə edirlər.  

1966-cı ildən etibarən isə dünyanın bir çox ölkələrində-İngiltərədə, Almaniyada, Yaponiyada 

və  başqa  yerlərdə  Lütfi  Ə.  Zadənin  yaratdığı  elmi  məktəblər,  laboratoriyalar  fəaliyyət  göstərir. 

Umtaçi,  Mitsubisi,  Toşiba,  Soni,  Orison,  Kanon,  Riqo,  Sanyu,  Anesan,  Honda,  Nek,  Şarp  və  s. 

Firmalar Lütfi Ə. Zadə nəzəriyyəsinin kommersiya tətbiqi ilə məşğuldur.  

8.  Lütfi  Ə.  Zadə  nəzəriyyələrinin  tətbiqi.  Professor  Lütfi  Ə.  Zadənin  qeyri-səlis  məntiq 

nəzəriyyəsi  ABŞ-da  kosmik  proqramların  həyata  keçirilməsində  mühüm  rol  oynayır.  Yaponiyada 

qeyri-səlis  məntiqə  əsaslanan  foto-video  cihazlar  buraxılır.  Danimarkada  qeyri-səlis  məntiq 

əsasında işləyən sement sobaları istehsal edilir. Avropa çoxlu sistemlər və qurğular, xüsusi “ağıllı” 

ekspert sistemləri hazırlanır [11]. Yaponiyada panasonik və Kvassar adı altında mallar istehsal edən 

Mitçusita  kompaniyası  qeyri-səlis  məntiq  nəzəriyyəsinin  tətbiqindən  sonra  milyard  dollardan  çox 

mal  istehsal  edib  sata  bilmişdir.  Hazırda  bu  nəzəriyyədən  iqtisadiyyatda,  psixologiyada, 

linqvistikada,  siyasətdə,  fəlsəfədə,  sosiologiyada,  dini  məsələlərdə,  münaqişə  problemlərində  də 

istifadə olunur. Sosioloji araşdırmalar göstərir ki, bu nəzəriyyənin tətbiq dairəsi gələcəkdə daha da 

genişlənəcəkdir... 

 

Professor  Lütfi  Ə.  Zadə  həm  də  sistem  və  optimal  süzgəclər  nəzəriyyəsinin  müəllifidir. 



Alimin qeyri-səlis məntiq nəzəriyyəsi kimi optimal süzgəclər nəzəriyyəsi də müasir riyaziyyatda və 

kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm 

də əməli nəticələri ilə qiymətlidir [12].  

Alimin dünya elm aləmində hadisəyə çevrilən kəşflərindən biri də dinamik sistemlərdə çox 

meyarlı optimallaşdırma nəzəriyyəsidir. Alim özünün bu nəzəriyyəsi ilə sübut edib ki, bütün lazım 

meyarların  ən  yaxşı  qiymətlərinə  cavab  verə  bilən  ideal  sistem  yaratmaq  mümkün  deyil.  Bir 

meyarın  yaxşılaşdırılması  yalnız  digərlərinin  pisləşməsi  hesabına  mümkündür.  Bu  da  kompromis 

variant  tələb  edir.  Bununla  əlaqədar  Lütfi  Ə.  Zadə  çoxmeyarlı  dinamik  sistemlərin  qurulma 

üsullarını  təklif  edib  [13].  Bu  nəzəriyyə  sonunda  həmin  sistemlər  dinamik  etibarlığı  ilə,  digər 

keyfiyyətləri olması ilə seçilir. 

Bu  gün  dünyanın  ayrı-ayrı  ölkələrində  Lütfi  Ə.  Zadənin  qeyri-səlis  məntiq  nəzəriyyəsi  ilə 

əlaqədar  25-ə  yaxın  elmi  jurnal  çıxır.  Bu  jurnallarda  alimin  nəzəriyyəsi  ilə  bağlı  hər  il  minlərlə 

məqalə  çap  olunur.  Yaponiyada  2  mindən  çox  alim  qeyri-səlis  məntiqin  istehsala  tətbiqi  ilə 

məşğuldur.  Onlar  qeyri-səlis  məntiqi  məişət  tipli  cihazların,  elektrik  avadanlıqların  hazırlanması 

layihələrinə  əlavə  edirlər.  Son  illər  ABŞ-da,  Yaponiyada,  Avropada  qeyri-səlis  məntiqin  bəhrəsi 

olan  1300-dən  çox  patent  tətbiq  edilmişdir.  Alimin  elmi  uğurları  1991-ci  ildən  Yaponiyanın  ən 

yüksək mükafatına-Honda mükafatına layiq görülmüşdür.  

  Professor  Lütfi  Ə.  Zadə  sistem  və  optimal  süzgəclər  nəzəriyyəsi  sahəsində  də  fundamental 

nəticələrə    nail  olmuşdur.  Dünya  alimləri  onun  əldə  etdiyi  elmi  nəticələri    müasir  riyaziyyat  və 

kibernetika sahəsində yeni bir hadisə kimi qiymətləndirmişlər. 

 Bu gün dünyanın bütün qabaqcıl Universitetlərində idarəetmə elmi bu nəzəriyyələr əsasında 

öyrənilir,  elmi-tədqiqat  təşkilatları,  xüsusilə  ABŞ-ın  milli  kosmik  tədqiqat  mərkəzi  (NASA)  bu 

nəzəriyyələr  əsasında  idarəetmə  sistemlərini  tədqiq  edir,  layihələndirir  və  tətbiq  edir.  Son  illərdə 

Lütfi  Ə.  Zadənin  nəhəng  elmi  fikirlərindən  biri  də  Soft  Computing  nəzəriyyəsinin  yaradılmasıdır. 

Bu,  yeni  texnologiyaların  əsaslarının  təşkilidir.  Bu  nəzəriyyə  qeyri-səlis  məntiq,  süni  neyron 

şəbəkələri,  genetik  alqoritmlər,  Xaos  nəzəriyyəsi  və  ehtimal  qərarçıxarma  paradiqmlərinin 

intelektual  kombinasiyalarını  özündə  əks  etdirir.  Soft  Computing  nəzəriyyəsi  bu  gün  dünya 

banklarında, iqtisadi və texniki sistemlərdə, incəsənətdə geniş tətbiq olunur. Lütfi Ə. Zadənin son 

dövr təklif etdiyi nəzəriyyə rəqəmlə yox, sözlə işləyən kompüter nəzəriyyəsidir. Bu cür maşınlarda 



Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

19

 



S.N.Şahbazova 

informasiyanın qranulyasiyası kimi rəqəmlər, kodlar deyil, sözlər, cümlələr istifadə olunur. Bu cür 

kompüterlərin  ən  adekvat  modeli  təxmini  məntiqi  qərarçıxartma  qabiliyyətinə  malik  olan  və 

təəssürat  əsasında  informasiyanı  işləyə  bilən  insan  beynidir.  Dünya  şöhrətli  alimin  hələlik  təklif 

etdiyi  son  nəzəriyyə  təəssürat  nəzəriyyəsidir.  Qeyri-səlis  məntiq  qəbul  edilmiş  qeyri-müəyyən 

informasiyanın əsasında nəticəçıxarma üsullarını verirsə, təəssürat nəzəriyyəsi ətraf aləm haqqında 

tez, dolğun və dəqiq ölçmə aparmadan informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi 

insanda olan oxşar süni təəssürat sistemi yaratmaq prinsipləri və üsulları verməkdir.  

Lütfi  Ə.  Zadənin  elmi  ideyaları  tükənib  bitmir.  Onun  elmi  nəzəriyyələri:  müasir  idarəetmə 

nəzəriyyəsinin  təməlini  qoymuş  vəziyyətlər  məkanı;  diskret  və  rəqəmli  idarəetmə  sisteminin 

yaradılması  üçün  baza  rolunu  oynamış  çevirmələr  nəzəriyyəsi;  insanın  dünya  haqqında,  özü 

haqqında təsəvvüründə inqilabi dəyişikliklər əmələ gətirmiş qeyri-səlis məntiq və s. artıq gerçəkliyə 

çevrilmişdir. Bunlar müxtəlif sahələrdə yeni müasir tərzdə təqdim olunmuşlar və hələ də gələcəkdə 

tətbiq olunaraq sanki həlledilməz olan məsələləri həll edəcəkdir.    

Onu da qeyd edim ki, Lütfi Ə. Zadə nəzəriyyəsindən bəhrələnən superkompüterlər qeyri-səlis 

məntiqdən  istifadə  edilərək  elmin  bütün  sahələri  üçün  ekspert  sistemləri  hazırlanır  və  müasir 

kompüterlərə  tətbiq  olunur.  Bu  zaman  neyron  şəbəkələr  əsas  götürülür,  belə  ki,  insan  beyninin 

obrazlarını   dərk etməklə    əməliyyat  aparmaq prinsipi   kompüterlərə də  şamil  edilir. Beşinci  nəsil 

kompüterlərdə  lazımı qaydada  özünü yenidənqurma  prinsipindən, öz-özünü proqnozlaşdırmadan 

və özü təşkil olunan  davranışdan istifadə olunur. Bütün bunlar Lütfi Ə. Zadə nəzəriyyəsi əsasında 

yaradılan texnika və texnologiyaların  qeyri-müəyyən, qeyri-dəqiq obyektlərin öyrənilmsində daha 

çox tətbiq olunacağını göstərir. 

  Professor  Lütfi  Ə.  Zadə  sistem  və  optimal  süzgəclər  nəzəriyyəsi  sahəsində  də  fundamental 

nəticələrə    nail  olmuşdur.  Dünya  alimləri  onun  əldə  etdiyi  elmi  nəticələri    müasir  riyaziyyat  və 

kibernetika  sahəsində  yeni  bir  hadisə  kimi  qiymətləndirmişlər.  Onun  nəzəriyyəsini  tətbiq  edən 

aparıcı  müəssisələr  və  şirkətlər  aşağıdakılardır:  Hitaçi,  Matsuhiti,  Mitsubişi,  Toşiba,  Soni,  Fuji, 

Orison, Kanon, Rigo, Sanyu,  Ninolta, Nissan, Honda, Hek, NTT, Şarp daxildir. 

9.  Lütfi    Ə.  Zadənin  mükafatları.  Professor  Lütfi  Ə.  Zadə  aşağıdakı  medallarla  təltif 

olunmuşdur:  İEEE  Educational  Medal  (1973),  İEEE  Centennial  Medal  (1984);    Honda  Mükafatı 

(1989), Berkeley Citation (1991),  İEEE Rişard Hamming Medal (1992), Rufus Oldenburger Medal 

(1993),  İEEE  Fəxri  Medalı  (1995),  Bolzano  Medal  (1997),  Edvard  Feigenbaum  Medal  (1998), 

İEEE  Milenium  Medal  (2000),  V.Kaufman  Mükafatı  və  Qızıl  Medalı  (2004),  Egleston  Medal 

(2007), Dostluq Medal Azərbaycan (2008), Franklin Medal (2009), Soft Computing inkişafı fondu 

ücün  ,  Konstruktor  və  texnoloji  elmlər    cəmiyyətinin  "Sürətlə  inkişaf  edən  elm  və  texnologiyada 

ruhlandırıcı    görünüş"  ücün    transdissiplinar    təltifi  və  medalı  (2015),  AI  Şöhrət  Zalına  (Hall  of 

Fame)  (2015),  Nizami  Gəncəvi  Medal    (2016),  Trust  Fondunun  medalı  (2016),  Golden  Goose 

Mükafatı, ABŞ (2017). 

 

Lütfi  Ə. Zadə  İEEE  İntellektual Syztemlər jurnalının  AI/Intellektual  Sistemlər ücün Şöhrət 



Zalı (AI/Intelligent Systems Hall of Fame) siyahısına 2011-ci ilin avqust ayından  daxil edilmişdir. 

2010-cu  ildə  yaradılmış  bu  Şöhrət  Zalı  süni  intellekt  və  intellektual  sistemlər  sahəsində  mühüm 

töhvələr vermiş ən erkən tədqiqatçılara minnətdarlıq və hörmət əlaməti olaraq, onların  gözəçarpan  

təsirini  və  bizim  cəmiyyətimizə  və  sahəmizə    təsiri  ücün  hörmət  əlaməti  olaraq    yaradılmışdır. 

Professor  Lütfi  Ə.  Zadə  həmçinin  2006-cı  ildə  Silikon  Vadisi  Mühəndislik    Şöhrət  Zalına  və  

Almaniyada Nixdorf kompüterlər muzeyi  siyahısına daxil edilmişdir.  



10.  Lütfi  Ə.  Zadə  24  ölkənin  fəxri  doktorudur.  Lütfi  Ə.  Zadə  24  ölkənin  fəxri  doktoru 

adına  layiq  görülüb.  O,  həmçinin  Koreya,  Bolqarıstan,  Polşa,  Finlandiya,  Azərbaycan  və  ABŞ-ın 

milli Mühəndislik Akademiyasının həqiqi üzvüdür 



Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

20

 



S.N.Şahbazova 

Paul-Sabatier  Universiteti,  Toulouse,  Franca;  New  York  Dövlət  Universiteti,  Binghamton, 

NY; Dortmund Universiteti,  Dortmund, Almaniya; Oviedo Universiteti, Oviedo, İspaniya; Granada 

Universiteti,    Granada,  İspaniya; Lakehead Universiteti,  Kanada;  Louisville  Universiteti,  KY; 

Azərbaycan  Neft  Akademiyası,  Azərbaycan;    Bakı    Dövlət  Universiteti,  Azərbaycan;  Silesian 

Texniki Universiteti, Gliwice, Polşa;  Toronto Universiteti, Toronto, Kanada; Ostrava Universiteti, 

Çexoslovakiya  Respublikası;  Mərkəzi  Florida  Universiteti,  Orlando,  FL;  Hamburg  Universiteti, 

Hamburg,  Almaniya;  Paris  Universiteti,  Franca; Jahannes  Kepler   Universiteti,  Linz,  Austriya; 

Waterloo  Universiteti,  Kanada;  Aurel Vlaicu  Universiteti,    Arad,  Rumıniya;  Lappeenranta 

Technologiya  Universiteti,  Lappeenranta,  Finlandiya; Muroran   Technoloji  institutu, Muroran, 

Japoniya; Hong Kong Baptist Universiteti, Hong Kong, Çin; Hindistan  Statistik Institutu, Kolkata, 

Hindistan; Saskatchewan Universiteti,  Saskatoon, Kanada; Madrid Politexnik Universiteti, İspaniy 

və Ryerson Universiteti, Toronto, Ontario, Kanada. 

O,  200-dən  cox    elmi  məgalənin  tək  müəllifi  və  70  dən  cox  elmi  jurnalların  redaksiya 

heyətinin  üzvüdür.  Onun  elmi  tədqiqat  işi  Omron  Grant,  Tekes  Grant,  Azərbaycan  Respublikası 

Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinin  grantı,  Azərbaycan  Respublikası  Azərbaycan 

Universitetinin grantı və Kaliforniya Berkli universitetində Soft Kompütünq Üzrə Təşəbbüs (BİSC) 

proqramı grantları vasitəsilə dəstəklənmişdir. 



11. Lütfi Ə. Zadənin doğma Bakıya  səfəri. Lütfi Ə. Zadənin doğma Bakıya ilk səfəri 1965-

ci  ildə  Qara  dənizdə  Odessa-Batumi  istiqamətində    üzən  “Admiral  Naximov”  teploxodunda  

avtomatik idarəetmə problemlerinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olmuşdur.  43 

ildən sonra Lütfi Ə. Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları 

sərgi  və  konfransında  iştirak  etmək  üçün  2008-ci  ilin  noyabrın  8-10-da  Bakıya  ikinci  dəfə  səfər 

etmişdir.  Səfər  zamanı,  Fəxri  Xiyabanda  ümummilli  lider  Heydər  Əliyevin  məzarını  ziyarət  edən 

dünya şöhrətli alim möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də qəbul edilmişdir. Görüşdə 

Lütfi Ə. Zadə Bakıya səfərindən və ölkə başçısı ilə görüşündən məmnunluğunu ifadə etmişdir. İlk 

dəfə  1965-ci  ildə Bakıda birgünlük  səfərdə olduğunu xatırladan alim  budəfəki  səfərin onda böyük 

təəssürat yaratdığını söyləmiş, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq 

və  quruculuq  işləri  ilə  yanaşı,  elmin  və  mədəniyyətin  inkişafının  da  yüksək  səviyyədə  olduğunu 

vurğulamışdır.  Lütfi  Ə.  Zadə  əldə  olunan  bütün  bu  nailiyyətləri  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin təzahürü kimi dəyərləndirmişdir. 

Dövlətimizin  başçısı  bildirmişdir  ki,  Azərbaycan  hazırki  imkanlarından  istifadə  etməklə 

elmin,  təhsilin  və  mədəniyyətin  müxtəlif  sahələrini  inkişaf  etdirməyi,  ən  müasir  texnologiyaların 

tətbiqini qarşıya məqsəd qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

qeyd etdiyi kimi, “Prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır. Mən buna 

çox  böyük  əhəmiyyət  verirəm.  Bu,  ölkənin  ümumi  inkişaf  dinamikasını  göstərən  bir  sahədir.  Bu 

sahədə  çoxlu  yeniliklər, çoxlu  ixtiralar var. Azərbaycan da bu sahədə  qabaqcıl  yerlərdədir. Biz bu 

sahəyə  böyük  investisiyalar  qoymaq  fikrindəyik.  Xarici  şirkətləri,  dünyanın  aparıcı  informasiya-

kommunikasiya şirkətlərini Azərbaycana dəvət etmişik və onların da Azərbaycanla işləməyə böyük 

maraqları  var.  Biz  indi  texnoparkların  yaradılması  üzərində  işləyirik.  Bir  də  demək  istəyirəm  ki, 

dövlət  öz  tərəfindən  bu  sahəyə  investisiya  qoymağa  hazırdır.  Biz,  tanınmış  şirkətlərlə,  sadəcə 

tərəfdaşlıq etmək istəyirik. Bu sahənin çox böyük gələcəyi var və bəlkə də, neft sektorundan sonra 

ölkəmizi inkişaf etdirən ikinci sahə ola bilər.”  

 “BakuTel-2008”  beynəlxalq  telekommunikasiya  və  informasiya  texnologiyaları  sərgisində  

və  konfransında  iştirak  edən  alim  sərgi  ilə  tanış  olmuş,  bu  beynəlxalq  tədbiri  yüksək 

qiymətləndirmişdir.  Daha  sonra  alim  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  (AMEA)  Rəyasət 

Heyətində  təşkil  olunan  tədbirdə  məruzə  etmiş,  ona  elm  qarşısında  göstərdiyi  xidmətlərə  görə 



Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

21

 



S.N.Şahbazova 

AMEA-nın  xarici  vətəndaşlar  üçün  fəxri  diplomu  təqdim  olunmuşdur.  Səfər  çərçivəsində  o, 

həmçinin öz doğma məktəbi – Bakıda yerləşən 16 saylı məktəbdə də olmuşdur. 

12.  Professor  Lütfi  Ə.  Zadə    “Dostluq”  ordeni  ilə  təltif  edilmişdir.  Azərbaycan 

Respublikasının  Prezidentinin  4  fevral  2011–  ci  il  sərəncamına  əsasən  “Elm  və  texnologiyaların 

inkişafına  verdiyi  töhfələr  və    mədəniyyətlərarası  dialoqun  qurulmasında  göstərdiyi  görkəmli 

xidmətlərinə  görə  Lütfi  Ə.  Zadə  (Lütfi  Rəhim  oglu  Ələsgərzadə)  “Dostluq”  ordeni  ilə  təltif 

edilmişdir.  

 Lütfi Ə. Zadə prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda yazır:  

           Hörmətli Prezident İlham Əliyev

            Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  yüksək  dövlət  mükafatı  "Dostluq 

ordeni"  ilə  mükafatlandırıldığıma  görə  Sizə  dərin  minnətdarlığımı  bildirmək  üçün  müvafiq  söz 

tapmaq  mənim  üçün  çətindir.  Mənim  qeyri-səlis  məntiq  nəzəriyyəmin  tanınmasının  və  onun 

konsepsiyasının tətbiqi intellektual sistemlərin istifadə edilməsinin sübutudur. 

          Bu  mükafat  mənin  üçün  son  dərəcə  üstündür  və  Siz  bildiyiniz  kimi  Mən  həyatım  boyunca 

elmə  marağımın  təməli  Bakıda  məktəb  təhsili  və  Azərbaycanın  elmə  və  mədəniyyətə  dərin 

hörmətidir. Siz bu böyük ənənənin  təcəssümüsünüz. 

         Mən  Azərbaycanda  olan  sosial-iqtisadi  inkişafdan  dərindən  məmnunam.  Sizin  apardığınız 

Qara  Qızılın  İnsan  Qızılına  çevrilməsi  Doktrinası   Sizin  rəhbərliyinizin  ilkin  vaxtlarından  çox 

dəyərlidir və minlərlə vətəndaşlara və Azərbaycandan kənarda yaşayan dostlarına da yaxşı mənada 

təsir edir, və Sizin Azərbaycanın gələcəyi ilə uzaqgörən  planlarınız məni xoşbəxt və əmin edir ki, 

gənc  və  müstəqil  Azərbaycan  cavan   və  məşhur   siyasi  lider  tərəfindən  güclü  əllərdədir. 

Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, uzaqgörən və güclü  Prezidenti 

var  və bu da ölkədə yaşamaq üçün  güclü və sülh şəraitini yaradır; son bir neçə illər ərzində Sizin 

əldə etdiyiniz sosial stabillik və iqtisadi inkişaf  Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün 

ən  gözəl  yer  olması  üçün  güclü  platforma  yaradıb.  Elmdə,  texnologiyada  və  təhsildə  böyük 

addımlarınız  son  bir  neçə  illər  ərzində  Azərbaycanı  regionda  lider  ölkəsinə  çevirmişdir.  Sizin 

müdrik baxışlarınız və rəhbərliyiniz Azərbaycanı geniş inkişafa gətirmişdir. Mən inanıram ki Sizin 

planlarınız  və  islahatlarınız  Azərbaycanı  informasiya  və  kommunikasiya  texnologiya  mərkəzinə 

çevirəcək  və  ölkənin  mədəni  və  ənənəvi  dəyərləri  dünya  bilik  xəzinə  irsi  kimi  tanınacaq. 

Azərbaycan  Respublikası  Rabitə   və  İnformasiya  texnologiyaları  Nazirliyi  mənim  yenidən 

Azərbaycanla bağlı təsəvvürümə qayıtmağımda dəstək oldu və bizim bir neçə vacib ideyalarımız və 

güclü  planlarımız  gələcəkdə  reallaşacaq.  Mən  fikirləşirəm  ki  bu  planlar  Sizin  Azərbaycanın 

regionda,  habelə  Qərb  ölkələri  tərəfindən  güclü  tanınması  üçün  planlarınıza  digər  bir  dəstək 

yaradacaq. Sizin Hökümətin səyləri nəticəsində bu gün Azərbaycan İKT sahəsində böyük uğur əldə 

edilib   və  mən  əminəm  ki,  bu  tendensiya  gələcəkdə  Sizin  müdrik  siyasətiniz  altında  davam 

etdiriləcək. Mən bir daha Sizin mənə və mənim ailəmə bəxş etdiyiniz bu əlamətdar hadisəyə görə  

minnətdarlığımı bildirirəm və Sizi şəxsən yenidən görməyimi səbirsizliklə gözləyirəm. Siz, Bakı və 

Bakıda olan dostlarım ürəyimin ən isti yerindəsiniz.    



         Nəticə. Dünya şöhrətli azərbaycanlı alim  Lütfi Ə. Zadə, qeyri-səlis çoxluqlar  və qeyri-səlis 

məntiqin atası, 2008-ci ildən Beynəlxalq Telekommunikasiya sərgisində iştirak etmək üçün doğma 

vətəni Bakiya gəlir və Azərbaycan Respublikasının prezidenti İ.Əliyev onu qəbul edir. 2011-ci ildə 

Lütfi Ə. Zadənin 90 illik yubileyi münasibəti ilə o, “Dostluq ordeni” ilə təltif edilir. Onun 90 illik  

yubileyi münasibəti ilə impakt faktorlu ACM jurnalı xüsusi buraxılış dərc edir. 2016-ci ildə Lütfi Ə. 

Zadənin  anadan  olmasının  95  illik  yubileyi  münasibəti  ilə  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

onu  Nizami Gəncəvi Qızıl medalı ilə təltif edir. “Qeyri-səlis çoxluqlar”  məqaləsi Google Scholar-

da artıq 100.000-dən çox istinad  gətirmiş və Zadənin bütün məqalələrinə 185.000-dən çox istinad 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

22

 



S.N.Şahbazova 

var.  Qeyri-Səlis  Məntiq  nəzəriyyəsinin  banisi  Lütfi  Ə.  Zadə,  96  yaşında  vəfat  edir  ,  amma  Qeyri-

Səlis Məntiq yaşayır   və  yaşamaqda davam edir! 

Ədəbiyyat 

[1]. Abbasov A.M., Shahbazova S.N. (2015). Functional Solution of the Knowledge Level Control 

Problem: The Principles of Fuzzy Logic Rules and Linguistic Variables, in D.E. Tamir et al. (eds.), 

Fifty Years of Fuzzy Logic and its Applications, Studies in Fuzziness and Soft Computing, Springer 

International Publishing, Switzerland, 25-38, 2015.  

[2].  Andonie  R.,  Sasu  L.M.,  Cataron  A.  (2009).  A  Novel  Fuzzy  ARTMAP  Architecture  with 

Adaptive  Feature  Weights  based  on  Onicescu’s  Informational  Energy,  International  Journal  of 

Computers Communications & Control, 4(2), 104-117, 2009.  

[3].  Ashraf  S.,  Rəhman  A.,  Kerre  E.E.  (2015).  Group  Decision  Making  with  Incomplete 

Intervalvalued Fuzzy Preference Relations Based on the Minimum Operator,  International  Journal 

of Computers Communications & Control, 10(6), 789-802, 2015.  

[4].  Balakrishnan  M.,  Johnson  E.E.  (2006).  Fuzzy  diffusion  analysis:  Decision  significance  and 

applicable scenarios, Proc. of IEEE Military Communications Conference, 1, 2175-2181, 2006.  

[5].  Balas  M.M.,  Balas  V.E.  (2008).  World  Knowledge  for  Control  Applications  by 

FuzzyInterpolative  Systems  International  Journal  of  Computers  Communications  &  Control,  3 

(Supplement: S), 28-32, 2008.  

[6].  Balas  M.M.,  Balas  V.E.  (2008).    World  Knowledge  for  Controllers  by  Fuzzy-Interpolative 

Systems,  11-21,  in:  L.A.Zadeh,  Dan  Tufis,  F.G.Filip,  I.Dzitac  (Eds);  From  Natural  Language  to 

Soft  Computing:  New  Paradigms  in  Artificial  Intelligence,  Ed.  House  of  Romanian  Academy, 

2008.  


[7]. Balas V.E., Balas M.M. (2008). A Survey on the Constant  Time to Collision Techniques, 22-

31, in: L.A.Zadeh, Dan Tufis, F.G.Filip, I.Dzitac (Eds); From Natural Language to Soft Computing: 

New Paradigms in Artificial Intelligence, Ed. House of Romanian Academy, 2008.  

[8].  Ban  A.I.,  Coroianu  L.  (2012).  Nearest  interval,  triangular  and  trapezoidal  approximation  of  a 

fuzzy  number  preserving  ambiguity,  International  Journal  of  Approximate  Reasoning,  53(5),  805-

836, 2012.  

[9].  Bazoula  A.,  Djouadi  M.S.,  Maaref  H.  (2008).  Formation  Control  of  Multi-Robots  via  Fuzzy 

Logic  Technique,  International  Journal  of  Computers  Communications  &  Control,  3(Supplement: 

S), 179 -184, 2008. 

 [10].  Bede  B.  (2013).  Mathematics  of  Fuzzy  Sets  and  Fuzzy  Logic,  Book  Series:  Studies  in 

Fuzziness and Soft Computing, 295, 1-276, 2013.  

[11].  Bede  B.,  Gal  S.G.  (2005).  Generalizations  of  the  differentiability  of  fuzzy-number-valued 

functions with  applications  to  fuzzy differential  equations,  Fuzzy Setts  and Systems,  151(3), 581-

599, 2005.  

[12].  Bellman  R.E.,  Zadeh  L.A.  (1970).  Decision  making  in  a  fuzzy  environment,  Management 

Science, 17, 141-164, 1970.  

[13].  Benitez-Perez  H.,  Cardenas-Flores  F.,  Garcia-Nocetti  F.  (2011).  Reconfigurable 

TakagiSugeno  Fuzzy  Logic  Control  for  a  Class  of  Nonlinear  System  considering  Communication 

Time  Delays  on  Peripheral  Elements,  International  Journal  of  Computers  Communications  & 

Control, 6(3), 387-402, 2011. 780 I. Dzitac, F.G. Filip, M.J. Manolescu.  



 


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2017              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

23

 



S.N.Şahbazova 

НЕЧЕТКАЯ ЛОГИКА НЕ-НЕЧЕТКАЯ: ВСЕМИРНО ИЗВЕСТНЫЙ АЗЕРБАЙДЖАНСКИЙ 

УЧЕНЫЙ ЛОТФИ А. ЗАДЕХ 

  Ш.Н.ШАХБАЗОВА  

Азербайджанский Технический Университет 

E-mail: shahbazova@gmail.com 

          Аннотация:  Лютфи  Алескерзаде  родился  4  февраля  1921  года  в  Баку.  Первый  визит  Заде  в 

родной  Баку  состоялся  после  международной  научной  конференции,  посвященной  проблемам 

автоматизированного  управления  теплоходом  "Адмиралом  Нахимов",  направлявшейся  в  Одессу-

Батуми  в  Черное  море  в 1965 году.  43  года спустя  Лотфи  А.  Заде  во  второй  раз  посетил  Баку  8-10 

ноября  2008  года  для  участия  в  международной выставке  и  конференции  по  телекоммуникациям и 

информационным технологиям BakuTel.   Научное творчество Заде очень богатое и разнообразное. 

Его  теории  «Время  в  зависимости  от  частоты  развития  сетей»  (1949),  написанной  совместно  с 

Ч.Р.Рагасини  «  Развития  теорию  прогнозирования  Винера»  (1950),  написанной  совместно  с  Ч.Р. 

Рагасини  «Создание  методов  Z-преобразований»  (1952),  «Создание  теории  нелинейных  фильтров» 

(1953), «Формирование проблем систем идентификации» (1956), написанной совместно с Ч.A.Дезоер 

«Фаза  ситуации  для  анализа  линейных  систем»        (1963),  написанной  совместно  с  Р.Е.Белманом  

"Принятие решение в условиях неопределонности" (1970), "Лингвистическая переменные и нечеткие 

«ЕСЛИ-ТО» правила понятие" (1973), "Естественный язык для развития теории вероятностей" (1978), 

"Приближенная  теория  рассуждения"  (1979),  «Теория  рассуждений    основанных  на  здорового 

отражения»  (1985),  «Логика  диспозиции»  (1988),  "Нечеткие  правила,  нечеткий  граф  и  нечеткий 

вероятность, теория софт комрютинг"(1991), "Теория компьютеров работающих со словами" (1996), 

«Теория  грануляции  нечетких  информаций»  (1997),  «Теория  впечатлений»  (1998)    играют  важную 

роль в развитии мировой науки. 



FUZZY LOGIC IS NOT FUZZY: WORLD-RENOWNED AZERBAIJANI SCIENTIST   

PROFESSOR   LOTFI A. ZADEH 

SHAHNAZ N.SHAHBAZOVA 

Azerbaijan Technical University 

E-mail: shahbazova@gmail.com 

            Abctract: Lotfi A.Zade was born on February 4, 1921 in Baku. Lotfi A. Zadeh's first visit to native 

Baku  was  after  the  international  scientific  conference  devoted  to  automated  management  problems  in 

Admiral Nakhimov sailing to Odessa-Batumi in the Black Sea in 1965. 43 years later, Lotfi A.Zadeh visited 

Baku  for the second time  on  November  8-10,  2008  to  attend  the  BakuTel  international  telecommunication 

and  information  technologies  exhibition  and  conference.  Professor  Lotfi  A.  Zadeh's  scientific  creativity  is 

very  rich  and  diverse.    His  theory  of    "Development  of  the  Frequency  Area  of  Time-varying  Networks" 

(1949), "Development of Viner's Prognostication Theory" (1950), written with Ch. R. Ragassini, "Creating a 

Z-Transportation  Method"  written  with  Ch.  R.  Ragassini,    (1952),  "Creating  A  Non-Linear  Filter  Theory"  

(1953),  "Formation  Of  Identification  Problems  In  Systems"  (1956),  "Linear  Analysis  For  The  Linear 

Systems Analysis" written with  C.Desoir (1963), written with R.E.Belman "Desicion Making In Condition 

Of Fuzzy Uncertanetly" (1970), “Linguistic Variable And Fuzzy Logic "IF -THEN" The Concept Of Rules” 

(1973),  "Theory  Of  Possibility  Of  Natural  Language"  (1978),  "Theory  Of  Probability"  (1979),  "Common 

Sense Based On The Theory Of Judging" (1985), "Dispositional Logic" (1988), "Fuzzy Rules, Fuzzy Graph 

And Fuzzy Probability Calculus, Soft Computing Theory" (1991), "The Theory Of Computersworking With 

Words"  (1996),  Theory  Of  Fuzzy  Data  Growth  (1997),  Theory  Of  Impression  (Theory  Of  Impression), 

Theoretical And Applied Sciences, (1998)  plays an important role in the development of world science. 



Yüklə 378,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə